Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə4/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   2   3   4   5   6   7   8   9   ...   173

9
Milli ədəbiyyat
90 
illiyi
Adil Babayev  
1925-1977 
Y
ANV
AR
Adil Qafar oğlu Babayev 1925-ci il 
yanvar ayının 28-də Naxçıvan şəhərində 
anadan olmuşdur. 
1931-ci ildə orada 1 saylı orta mək-
təbdə  təhsil almağa başlamış, 1938-ci 
ildə Tiflis şəhərində M.F.Axundov adı-
na orta məktəbdə təhsilini davam etdir-
mişdir.
1943-cü ildə Tiflisdə A.S.Puşkin 
adına ikiillik Müəllimlər  İnstitutunun 
ədəbiyyat fakültəsinə daxil olmuş-
dur. Eyni zamanda “Sovet Gürcüsta-
nı” qəzeti redaksiyasında  ədəbiyyat 
şöbəsinə rəhbərlik etmişdir.
Ədəbi yaradıcılığa 1939-cu ildən 
başlamışdır. İlk şeirləri Tiflisdə “Gənc 
nəsil” məcmuəsində və “Sovet Gürcüs-
tanı” qəzetində dərc edilmişdir.
1945-1947-ci illərdə “Kommunist” 
qəzetində ədəbi işçi və tərcüməçi, 1947-
1949-cu illərdə “İnqilab və mədəniyyət” 
jurnalında Poeziya şöbəsinin müdiri 
vəzifəsində çalışmışdır. 1950-ci ildə 
Azərbaycan Dövlət  İncəsənət  İnsti-
tutunun Teatrşünaslıq fakültəsini bi-
tirmiş, sonra bir müddət Azərbaycan 
Dövlət Nəşriyyatında Bədii  ədəbiyyat 
şöbəsinin redaktoru işləmişdir.
Teatrşünas kimi teatr sənəti 
ilə  sıx bağlı olmuş, 1959-cu ildə 
“M.Əzizbəyov adına teatr”, 1974-cü 
ildə  “Şərəfli yol” monoqrafiyalarını, 
çoxsaylı  məqalələrini qələmə almaqla 
milli teatrın inkişafına kömək etmişdir. 
1956-1964-cü illərdə M.Əzizbəyov 
adına Azərbaycan Dövlət Akademik 
Dram Teatrının  ədəbi hissə müdiri 
işləmişdir. 
Daha sonra “Ədəbiyyat və incəsənət” 
qəzeti redaksiyasında Tənqid şöbəsinin 
müdiri, məsul katib və baş redaktorun 
müavini vəzifələrində çalışmışdır.
1971-ci ilin avqust ayından etibarən 
Azərbaycan Yazıçılar  İttifaqında bədii 
tərcümə üzrə  məsləhətçi işləmişdir. 
“Dağlar qızı”, “Yarımçıq portret”, 
“Mənim məhəbbətim”, “Qız görüşə 
tələsir” pyesləri tamaşaya qoyulmuş, 
əsərləri xarici dillərə  tərcümə olun-
muşdur. “Lütfəli Abdullayev” (1966), 
“Leyla Bədirbəyli” (1970), “Ağahü-
seyn Cavadov” (1976) və başqa teatr 
xadimlərinə  həsr olunmuş 
nəşrlərin 
müəllifidir.
A.Babayevin   yaradıcılığında  tərcümə 
fəaliyyəti xüsusi yer tutur.
 
Tərcümə et-
diyi V.Vinnikov və Y.Osnosun “Ağ şana 
güllə” (1959), Sao Yuyyanın “Tufan” 
(1959),  Ş.Miloravanın “Tbilisi haq-
qında mahnı” (1961), N.Dumbadzenin 
“Darıxma ana” (1972), M.Petrieskunun 
“Ölümü görmüş insan” (1973) p
yesləri 
səhnələşdirilmişdir.
Görkəmli şair-dramaturq, teatrşünas 
Adil Babayev 1977-ci il avqust ayının 
19-da Bakıda vəfat etmişdir.
Xatirəsini əbədiləşdirmək üçün Nax-
çıvan Mərkəzi Uşaq Kitabxanasına və 
Bakı küçələrindən birinə onun adı ve-
rilmişdir.                
Ə d ə b i y y a t
Ata sorağında /Adil Baba-
yev; [tərt.ed. E.Babayev].-
Bakı: Gənclik, 1985.-117 s. 
Pyeslər /Adil Babayev; 
tərt. ed. E.Babayev.- Bakı: 
Yazıçı, 1984.-252 s.
Behbudova, A. Adil Baba-
yevin həyatı və yaradıcı-
lığı: filol. e. n. a. dər. al. 
üçün təq. ed. dis.: 10.01.01 
/A.Behbudova; Naxçıvan 
Döv. Un-ti.- Naxçıvan, 
2006.- 146 s.
Xəyal, S. Adil Babayev ya-
radıcılığı əsasında: [Kitab 
Adil Babayevin yubileyinə 
ithaf olunur] /Sona Xəyal; 
red. Ş.Kamil; ön sözün 
müəl. A.Babayev.- Bakı: 
[MBM], 2011.-143 s.
Orucoğlu, X. Qısa 
ömrün böyük əks-sədası 
/X.Orucoğlu //Ədalət.-
2012.- 11 fevral.- S.17.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.kitabxana.net
28
Şair


10
Teatr.Kino
 Səməndər Rzayev 
1945-1986 
Y
ANV
AR
Səməndər Mənsim oğlu Rzayev 
1945-ci il yanvar ayının 2-də Ağsu ra-
yonunda anadan olmuşdur. Aktyorluqla 
hələ  məktəbdə oxuduğu müddətdə ra-
yondakı dram dərnəyində məşğul olma-
ğa başlamışdır.
1964-1968-ci illərdə Azərbaycan 
Dövlət Teatr İnstitutunun (indiki 
         
ADMİU) aktyorluq fakültəsində  təhsil 
almışdır. Onun ilk sənət müəllimləri 
Rza Təhmasib, Mehdi Məmmədov, 
Ədil İsgəndərov və 
başqaları olmuşdur.
Hələ  tələbəykən televiziyadakı  çı-
xışları ilə qiraət ustası kimi sevilmiş, 
ömrünün sonunadək radionun “Bulaq” 
folklor toplusunun “Bulaq Dədəsi” 
kimi fəaliyyət göstərmişdir.
1967-ci ildən çalışdığı Milli Dram 
Teatrının səhnəsində çoxsaylı maraqlı 
və təkrarsız obrazlar yaratmışdır. Onun 
istedadı Milli Dram Teatrında Şekspirin 
“Hamlet” faciəsini tamaşaya qoymağa 
hazırlaşan baş rejissor Tofiq Kazımo-
vun diqqətindən yayınmamış, rejissor 
onu Horatsio roluna dəvət etmişdir.
1973-cü ildə artıq teatr tamaşaların-
dan, televiziyadan tamaşaçıların tanıyıb 
sevdiyi Səməndər Rzayev kinoda ilk 
böyük rolunu - “Nəsimi” filmində 
Şir-
vanşah İbrahimi oynamışdır.
Milli və dünya klassiklərindən Hü-
seyn Cavidin “Xəyyam” (Xacə Nazim), 
“Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin), 
M.F.Axundzadənin “Müsyö Jordan və 
dərviş  Məstəli  şah”  (Hatəmxan ağa), 
S.Vurğunun “Vaqif”  (Vaqif), “İnsan” 
(Valentin), C.Məmmədquluzadənin 
“Dəli yığıncağı” (Fazil Küleyni), 
C.Cabbarlının “Aydın”  (Balaxan) 
pyeslərinin tamaşalarında müxtəlif xa-
rakterli rollarda çıxış etmişdir.
“Babamızın babasının babası” 
(1981), “Bağ mövsümü” (1985), “Bəyin 
oğurlanması” (1986) filmlərində də ma-
raqlı obrazlar yaratmışdır. 
Səməndər Rzayevin qəhrəmanları, 
həqiqətən səmimi, qayğıkeş insanlardır. 
Yaradıcılığını əks etdirən personajların 
hər biri düşündürücü detallarla hafizələrə 
hopmuşdur. O, səhnədə baş verə biləcək 
hər hansı gözlənilməz hadisə anında 
yüksək peşəkarlıqla improvizə etməyi 
bacarır, xırda bir detaldan, adi bir de-
yim tərzindən yüksək, koloritli xarakter 
yaratmaq səviyyəsində bəhrələnirdi.
Televiziya tamaşasında yaratdığı Şa-
kir  Şəkəroviç (“Evləri köndələn yar”) 
obrazı, dillər  əzbəri olan “Ayə, niyə 
oynamırsınız?”, “Nə deyir ə, bu”, “Bur-
dan eşit, burdan da oyna da” məşhur 
ifadələri bu gün də yaddaşlardadır.
Səməndər Rzayev 1974-cü ildə 
“Əməkdar artist” fəxri adına, 1980-ci 
ildə isə Dövlət mükafatına layiq görül-
müşdür.
Xalqımızın görkəmli və sevimli akt-
yoru Səməndər Rzayev 1986-cı il mart 
ayının 27-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Fərəcov, S. Səməndər 
sənətinin gerçəkliyi 
/S.Fərəcov //Mədəniyyət.-
2012.-30 mart.- S.14. 
Rəhimli, İ. Səməndər 
Rzayev (2.01.1945-
27.03.1986)   //Rəhimli İ. 
Azərbaycan teatr tarixi: 
dərslik.- Bakı, 2005.- 
S.194. 
Sənani, O. “Səməndər 
Rzayev dedi ki, vallah, 
mən dəli oldum”. Ofeliya 
Sənani: “Qayınatam 
Möhsün Sənani mənə 
kinoya çəkilməyə icazə 
vermədi” /Ofeliya Sənani; 
müsahibəni apardı Ayxan 
//Ekspress.-2013.-2-4 
noyabr.-S.12.
Zümrüd. Səməndər 
Rzayev - 65: 41 yaşlı 
aktyorun sənət taleyi                  
/Zümrüd //Səs.- 2010.- 31 
mart.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
www.medeniyyet.az
 2
70 
illiyi
Aktyor


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə