Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə41/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   37   38   39   40   41   42   43   44   ...   173

89
Çanaqqala döyüşü
1915-1916
MART
Çanaqqala döyüşü - Birinci Dünya müharibəsi 
əsnasında 1915-1916-cı illər arasında Osmanlı 
dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, An-
zaklar) arasında baş verən dəniz və quru döyüşü-
dür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı 
İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, 
Rusiyayla etibarlı bir qida və  hərbi ticarət yolu 
açmaq, alman müttəfiqlərindən birini zəiflətmək 
məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazı-
na girmişlər. Vaxtilə böyük ərazilərə sahib olan Os-
manlı imperiyası artıq öz keçmiş qüdrətini itirmiş 
və indi ən çətin vəziyyətə düşmüşdü. Daxildə və 
xaricdə baş verən siyasi çəkişmələr dövləti çökdü-
rür, taleyini zamanın ixtiyarına buraxırdı. Balkan 
yarımadasında ardıcıl məğlubiyyətlər Osmanlı 
dövlətini böyük torpaq itkiləri ilə üz-üzə qoymuş-
du. Bu ələdüşməz fürsətdən imperialist dövlətlər 
öz mənafeləri üçün istifadə etmək və Osmanlının 
torpaqlarını öz aralarında bölüşdürüb bu dövlətin 
varlığına son qoymaq istəyirdilər. 
 Mart ayının 18-də ingilis-fransız gəmiləri 
şiddətli bir atəşə başladılar. Ancaq hücumla-
rı müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də 
çox ağır itkilər verməsiylə  İttifaq dövlətləri geri 
çəkilmişlər. Osmanlı ordusu ingilis və fransız do-
nanmalarına qarşı Çanaqqala boğazında aylarla 
sürən silsilə  dəniz və quru döyüşləri aparmışdır. 
Bu döyüş məhvolma vəziyyətində olan bir ölkənin 
möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər 
vətəndaşın xatirəsində qalmışdır. Çanaqqala eyni 
zamanda Türk şəhidlərinin dünya tarixinə öz qan-
ları ilə yazdığı bir qəhrəmanlıq salnaməsidir.
Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıq-
sızlıq və fəlakət simvolu olaraq sayılmışdır.
Beləliklə, düşmənin birləşmiş qüvvələri   
geri çəkilmək məcburiyyətində qalaraq döyüş 
məkanını  tərk etmişdi və 1916-cı ilin baharında 
böyük ümidlərlə  gəldiyi bu torpaqlardan həmin 
ilin qışında qaçmağa başlamışdılar. 
Bu gün bəzi dövlətlərin Türkiyəyə qarşı 
olan qısqanclıq və  xəbislik niyyətlərinin  əsas 
səbəblərindən biri də, bəlkə də Çanaqqala vuruş-
masıdır. Çünki bu vuruşmada tarix boyu Türk-
İslam Dünyasına qənim kəsilmiş və öz işğalçılıq 
planlarını  hər zaman yeritməyə çalışan Avropa 
dövlətlərinin məqsədləri alt-üst olmuş, nəticədə 
onlar gözləniləndən qat-qat artıq itki vermişlər. 
Bu savaşda Osmanlı 251.309 nəfər itki vermiş-
di. Döyüşdə  əsas canlı qüvvə  və texnika ilə  işti-
rak edən ingilislər 205.000, fransızlar isə 47000 
itgi verdi. Ümumilikdə düşmən tərəf 300.000-ə 
yaxın canlı qüvvəsini itirmişdi və bundan əlavə 
çoxlu sayda hərbi-texniki qüvvələri məhv edil-
mişdi. Bir millətin gücünü ortaya çıxararaq nələr 
edə biləcəyini göstərmiş olan bu döyüş Türk Qur-
tuluş Döyüşünə  də  təsir etmişdir. Dəniz və quru 
qoşunlarını əhatə edən və bütün çətinliklərə bax-
mayaraq Türk hərb tarixinin şərəfli səhifələrindən 
birinə çevrilən Çanaqqala savaşı Atatürk kimi bir 
dahini yetişdirmiş, gələcək qurtuluş savaşında 
onun liderliyinə əsas zəmin olmuşdur. Qəhrəman 
türk milləti,  böyük öndər Mustafa Kamal Paşanın 
18
100 
illiyi
Tarixdə bu gün


Ə d ə b i y y a t
Kuğu’nun son ötüşü: Çanakkale destanı /proje ve metin. E.Göze; foto. S.Taşkın; ingilizceye çev. K.Çiftçi, A.Turgut.- İstanbul: Boğaziçi 
Yayınları, 2005.- 319 s.
Osmanlı Belgelerinde Çanakkale muharebeleri.- Ankara, 2005.-53 s. 
Əbdülrəhmanlı, N. Çanaqqala: Keçmişlə gələcək arasında yaddaş körpüsü //Ekspress.- 2012.- 31 mart-2 aprel.- S.14
Əhədova, K. Bir ölkənin taleyini dəyişən insan /K.Əhədova //Hərbi and.- 2011.- 21 may. - №20.- S.7. 
Qaliboğlu, E. Atatürkün sərkərdəlik qüdrətini sübut edən döyüş: Çanaqqala zəfərindən 95 il ötür /E.Qaliboğlu //Xalq cəbhəsi.- 2010.- 18 
mart.- №49.- S.14 . 
Uğur.Çanaqqala zəfərindən 99 il ötür. Mustafa Kamal Atatürk əsgərlərinə demişdi: “Mən sizə təcavüz əmrini vermirəm, ölməyi əmr 
edirəm” /Uğur //Xalq cəbhəsi.- 2014.- 18 mart.- S.14. 
www.anl.az
www.az.wikipedia.org
www.ataturk.net
rəhbərliyi ilə qeyri-bərabər döyüşdə qələbə qazan-
mışdı.
Çanaqqala döyüşləri müharibələr tarixinə 
özünün misilsiz adını yazmışdır. Bu savaşlar 
nəticəsində türklər dünyaya öz döyüş  əzmlərini 
sübut etmişlər. Min illik döyüş təcrübəsi olan bö-
yük türk millətinin Birinci Cahan müharibəsindəki 
zəfəri bu ulusun bir daha yenilməz olduğunu 
təsdiqləmiş oldu. Bu qalibiyyət savaşın taleyində 
əhəmiyyətli dönüş yaratmış və onu daha bir neçə il 
uzatmışdır. Çanaqqala döyüşləri, əsrimizin ən bö-
yük döyüşlərindən biridir. 
Həqiqətən də, Çanaqqala savaşında babaları-
mızın göstərdiyi şücaət və igidliklər bu gün örnək 
olaraq anılmaqdadır və 100 il öncəyə nəzər salan-
da sanki nümunəvi qəhrəmanlıq portretinə tamaşa 
edirsən. Bu portretdə qadın nişançılardan, sağ əlini 
itirib, sol əli ilə vuruşandan tutmuş, 276 kq-lıq 
mərmini inanılmaz formada topa qoyub atəş açan 
və düşmən gəmisini pərən salan Seyid Çavuşa 
qədər hər kəs əks olunmuşdur. Fəxrlə demək olar 
ki, bu portretdəki simalar və şücaətlər Çanaqqala 
savaşını qeyd-şərtsiz olaraq böyük qəhrəmanlıq 
dastanına çevirmiş və bu dastan sonrakı nəsillərin 
və təbii ki, bizlərin milli ruhda, cəsurluq ruhunda 
tərbiyə almağımıza bir məktəb olmuş  və olacaq-
dır.
Çanaqqaladа Osmanlı əsgərlərinin göstərdikləri 
igidliklər düşmən gеnеrаllаrını, siyаsi və dövlət 
xаdimlərini bеlə  hеyrətə  gətirmişdi. XX əsrin  ən 
böyük siyаsətçilərindən biri hеsаb  еdilən Çör-
çil: “Türklər Çanaqqaladа  ən müаsir silаhlаrlа 
silаhlаnmış güclər qаrşısındа bir qаlа kimi 
dаyаnmışdılаr”, ingilis gеnеrаlı Оqlаndеr isə: “Türk 
əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin 
nəzərə аlınmаmаsı ingilislər üçün fəlаkət оldu”, – 
dеmişlər. Gеnеrаl Tаvshеnd isə türk əsgərinə bеlə 
qiymət vеrmişdi: “Аvrоpаdа еlə bir əsgər yоxdur 
ki, türklərlə müqаyisə  еdilə bilsin. Misаl üçün, 
Gеlibоlunu göstərmək istəyirəm.  Оrаdа bizim 
gəmilərdən  аçdığımız  аtəş  nəticəsində  səngərlər 
yеrlə yеksаn оldu. Türklər dеyil, bаşqа millətdən 
оlаn əsgərlər оlsаydılаr, bunа dözməyərək səngərləri 
tərk еdərdilər. Аmmа türk əsgərləri sоnа kimi bu 
cəhənnəmdəki mövqеlərini tərk еtmədilər”.
Şanaqqala döyüşlərdə Azərbaycandan da çox-
saylı insan döyüşmüş  və  həlak olmuşdur. Ora-
da dəfn olunan soydaşlarımızın qəbir daşlarının 
üzərində onların Azərbaycanın hansı bölgəsindən 
olduğu yazılıb. Demək olar ki, Azərbaycanın bü-
tün rayonlarından Çanaqqalada şəhid olanlar var.
Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis 
və fransız donanmalarının geri çəkilməyə məcbur 
edildiyi gün - 18 mart, Çanaqqala  Şəhidlərini 
Anma Günü olaraq elan edilmişdir. 
Üstündən yüz illik bir müddət keçməsinə baxma-
yaraq insanlar Çanaqqala adını eşidəndə qəhrəman 
Türk millətinin  əzmkarlığına heyran olur və bu 
şərəfli mücadilə hər bir kəsi düşündürməklə yanaşı 
onlara əsl vətənpərvərlik irsini tərbiyə edir. 
Biz bu hadisələrdən nəticə  çıxartmaqla 
gənclərimizi Çanaqqala döyüşlərinin hissləri altın-
da hərbi-vətənpərvərlik ruhunda böyütməliyik.
Azərbaycanda Çanaqqala hadisələri tam da 
olmasa lazımi səviyyədə  tədqiq edilmişdir. Hətta 
bu döyüşlərə ithaf edilən  əsərlər də yazılmış-
dır. Bunlardan  biri görkəmli bəstəkarımız Vasif 
Adıgözəlovun “Çanaqqala 1915” oratoriyasıdır. 
Bu əsər öz ruhuna görə insana döyüş əzmi aşıla-
yır. 


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə