Teqvim-2015. pdf


Tarixdə bu gün Novruz Bayramı



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə42/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   38   39   40   41   42   43   44   45   ...   173

91
Tarixdə bu gün
Novruz Bayramı 
MART
Novruz bayramı baharın gəlişi 
şərəfinə qeyd edilir və yeni ilin qar-
şılanmasını bildirir. Baharın ilk günü 
təqvimdə Günəşin illik dövr etməsinin 
başa çatdığını göstərir.
Novruz bayramının tarixi kökləri çox 
qədim dövrlərə - Zərdüşt peyğəmbərin 
zəmanəsinə aiddir. Bu isə  təqribən 
3700-5000 il deməkdir.
Ən qədim yazılı abidələrdə göstərilir 
ki, Novruz bayramı bizim eradan əvvəl 
505-ci ildə qeyd edilmişdir.
Novruz ruhun təmizlənməsi rəmzi-
dir. Novruzdan əvvəlki axır çərşənbə 
ərəfəsində tonqallar yandırılır və ya-
şından, cinsindən asılı olmayaraq, hər 
kəs bu bərəkətli odun üstündən yed-
di dəfə tullanmalıdır. Eyni bir tonqa-
lın üstündən yeddi dəfə  və ya yeddi 
tonqalın hərəsinin üstündən bir dəfə 
tullanmaq lazımdır. Bu ritualı yerinə 
yetirərkən “Mənim sarılığım sənə, sənin 
qızartın mənə keçsin” demək lazımdır. 
Novruz tonqalının üstünə heç vaxt su 
tökmürlər. Tonqal özü sönəndən sonra 
oğlanlar və  qızlar onun külünü yığıb 
evdən uzağa aparırlar. Bu o deməkdir 
ki, bütün pisliklər həmin külə qarışaraq 
gedir.
Su ilə  təmizlənmə, suyun təmizlə-
yici qüvvəyə malik olması barədə 
təsəvvürlərlə bağlıdır. Novruz gün-
lərində arx üstündən tullanmaq ötən 
ildə edilmiş günahları yumaq deməkdir. 
Belə bir adət də var: ilin son gecəsində 
adamlar bir-birinin üstünə su çiləyirlər. 
Xalq inamına görə, axır çərşənbə gecəsi 
çaylar və arxlar dayanır, hamı  və  hər 
şey, hətta ağaclar da yerə əyilərək suya 
təzim edirlər. Yeni il axşamında kim bu 
sudan içərsə, o, xəstələnməz.
Qədimdən yaranmış ənənələrə görə, 
həmin vaxtda Novruzun şərəfinə toplar-
dan və tüfənglərdən atəş açırlar. Novruz 
süfrəsində adları “S” hərfi ilə başlayan 
yeddi xörək, habelə sumax, sirkə, süd, 
səməni, səbzi və sair olmalıdır. Süfrəyə 
güzgü və  şamlar, güzgünün qabağına 
boyanmış yumurtalar qoyulur. Bütün 
bunların hər birinin rəmzi mənası var: 
şam – insanları  bədnəzərdən qoruyan 
od, işıq, güzgü isə aydınlıq deməkdir.
Ənənəyə görə, bayramın birinci 
günündə  hər kəs öz evində olmalıdır. 
Xalq içində deyərlər: “Əgər Novru-
zun birinci günündə öz evində olma-
san, yeddi il evinə həsrət qalacaqsan”. 
Keçmişdə Novruz bayramı günündə 
evin bayır qapısı, bir qayda olaraq, bağ-
lanmırdı. Novruzun birinci günü bütün 
gecə  işıq yanır, çünki işığın sönməsi 
bədbəxtlik əlamətidir.
Ənənəyə görə, Novruzun birinci 
günü bahar, ikinci günü yay, üçüncü 
günü payız və dördüncü günü qış hesab 
edilir.  Əgər birinci gün hava küləksiz 
və aydın olsa, deməli, il məhsuldar ola-
caqdır.
Novruz - Azərbaycan xalqının milli-
mənəvi dəyərlərini özündə əks etdirən 
bayramıdır.
Ə d ə b i y y a t
Azərbaycanda Novruz.- 
Bakı: Çıraq, 2012.- 271 s.
Azərbaycanın xalq bayramı 
Novruz: bələdçi kitab           
/layih. rəhb. Ə.Qarayev; 
mətnin müəl. Ə.Vəliyev, 
V.Bəhmənli.- Bakı: Təhsil, 
2011.-208 s.
Əhmədov, Ə. Novruz 
süfrəsi /Ə.Əhmədov.- Bakı: 
Azərnəşr, 2011.- 80 s.
Навруз как явление 
мировой культуры: 
[исследование] /ред.-
сост. А.Раджабов, 
М.Карим-заде; отв. ред. 
А.Раджабов АН Респ. 
Таджикистан, Ин-т 
истории, археологии 
и этнографии им. 
Ахмада Дониша, Гос. 
учреждение “Нац. 
б-ка Таджикистана”, 
Междунар. науч. центр 
муз. культуры народов 
Востока (Борбад) ; 
[предисл. М. Илолов].-
Душанбе: [Контраст] 
2012.- 335 с.  
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www. deyerler.org
20


92
Tarixdə bu gün
Milli Təhlükəsizlik Orqanları 
İşçilərinin Peşə Bayramı Günü 
1997
MART
1918-ci ildə yaradılmış  Azərbaycan 
Demokratik Respublikasında 1919-cu 
il martın 28-də müdafiə naziri Səməd 
bəy Mehmandarovun 157 saylı əmrinə 
əsasən kəşfiyyat və  əks-kəşfiyyat 
xidməti təşkil olunmuşdu. Bu təşkilatın 
vəzifəsi terrorizmə, casusluğa, 
təxribatlara qarşı mübarizə aparmaq 
idi. Lakin cümhuriyyətinin süqutu və 
1920-ci ildə sovet ordusu tərəfindən 
Azərbaycanın işğalı 
nəticəsində 
təşkilatın üzvləri repressiyalara məruz 
qalmış, M.Şeyxzamanlı başda olmaqla 
əksər rəhbər heyət güllələnmişdi. 
Sovet dövründə qurum əvvəlcə 
Fövqəladə Komissiya (“ÇK”) adlan-
mış, bir müddət Daxili İşlər Xalq Ko-
missarlığının (“NKVD”) tərkibində 
fəaliyyət göstərmiş, sonra Dövlət 
Təhlükəsizlik Komitəsi təşkil olun-
muşdur. 
50-ci illərin sonlarından etibarən 
respublika təhlükəsizlik orqanların-
da milliləşmə və tarixi ədalətin bərpa 
edilməsi, repressiyaya məruz qalmış 
bir çox insanların hüquqi və  mənəvi 
bəraət alması istiqamətində xeyli işlər 
görüldü. Bu proses bilavasitə ömrü-
nün böyük bir hissəsini təhlükəsizlik 
orqanlarına həsr etmiş görkəmli 
dövlət xadimi Heydər  Əliyevin adı 
ilə bağlıdır. Onun Azərbaycan Dövlət 
Təhlükəsizlik Komitəsində 
əks-
kəşfiyyata rəhbərlik etdiyi illər ərzində
xüsusilə  də komitə  rəhbərliyinə irəli 
çəkildiyi 1964-ci ildən sonrakı dövrdə 
orqana milli kadrların cəlb olunma-
sı, onların yetişdirilib, həlledici iş 
sahələrində  rəhbər vəzifələrə  təyin 
olunması nəzərəçarpacaq şəkildə geniş 
vüsət almağa başladı. 1967-ci ilədək 
respublikanın təhlükəsizlik orqanla-
rına qeyri-azərbaycanlılar rəhbərlik 
ediblər. Həmin il general Heydər 
Əliyev Azərbaycan DTK-nın sədri 
təyin olunmuşdur.
Azərbaycan müstəqilliyini bərpa 
etdikdən sonra, 1991-ci il noyabrın 
1-də Milli Təhlükəsizlik Nazirliyi ya-
ranıb. Milli Təhlükəsizlik Nazirliyinin 
qarşısında duran vəzifələr Azərbaycan 
Respublikasının suverenliyinə, kons-
titusiya quruluşuna, iqtisadi, müdafiə, 
elmi-texniki potensialına, digər həyati 
əhəmiyyətli maraqlarına qarşı xarici 
dövlətlərin xüsusi xidmətlərinin və 
təşkilatlarının, cinayətkar qrupların və 
ayrı-ayrı  şəxslərin kəşfiyyat və digər 
təxribat-pozuculuq fəaliyyətinin qarşı-
sını almaqdan ibarətdir. 
“Azərbaycan Respublikası Milli 
təhlükəsizlik orqanları əməkdaşlarının 
peşə bayramı gününün təsis edilməsi 
haqqında” Azərbaycan Respublikası-
nın Prezidenti Heydər Əliyevin 1997-
ci il 23 mart tarixli Fərmanı ilə 28 
mart - Milli Təhlükəsizlik Orqanları 
İşçilərinin Peşə Bayramı Günü elan 
olunmuşdur.
28
28
Ə d ə b i y y a t 
Azərbaycanın milli 
təhlükəsizlik orqanlarının 
şəxsi heyəti peşə bayramını 
qeyd etmişdir //Azərbaycan.-
2011.- 29 mart. - S. 2.
Milli Təhlükəsizlik or-
qanlarının qəhrəmanları                     
/baş məsl. E.Mahmudov; 
məsl.F.Vahabov; red. 
A.Babayev; tərt.: X.Tağıyeva, 
N.Allahverdiyev.- Bakı: MTN-
nin İctimai Əlaqələr Mərkəzi: 
İndiqo, 2008.- 324 s.
Milli təhlükəsizliyin keşiyində 
//Azərbaycan.- 2012.-28 
mart.- S.5.
Zülfüqaroğlu, Ə.Milli 
təhlükəsizlik orqanlarının 
yaranmasından 93 il ötür. Bu 
münasibətlə bayram tədbiri 
keçirilib /Ə.Zülfüqaroğlu        
//Həftə içi.- 2012.- 29 mart.- 
S.2.
İ n t e r n e t d ə 
www.anl.az
www.mns.gov.az    
www. ebooks.preslib.az
MART


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə