Teqvim-2015. pdf


Tarixdə bu gün  Kəlbəcər rayonunun



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə53/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   49   50   51   52   53   54   55   56   ...   173

115
Tarixdə bu gün 
Kəlbəcər rayonunun 
işğalı günü
Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də 
Ermənistan təcavüzkar qüvvələri tərəfindən işğal 
olunmuşdur. Kəlbəcər rayonunun ərazisi 3054 
km²,  əhalisinin sayı isə 85228 nəfərdir. Rayon 
sakinləri hazırda Azərbaycanın 59 bölgəsində 
məskunlaşmışlar.
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak ol-
muş, 321 nəfər itkin düşmüş və girov götürülmüş-
dür, rayona 761 milyon ABŞ dolları  məbləğində 
ziyan dəymişdir. Ermənistan hərbi birləşmələrinin 
martın 27-də başlanan genişmiqyaslı hücumu 
Kəlbəcər rayonunun işğalı ilə başa çatmışdır. 
Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları 
arasında  ərazicə  ən böyüyüdür. İşğal nəticəsində 
rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin onlarla 
tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sana-
toriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən 
məhv edilmişdir. Kəlbəcər rayonunun işğalı o vaxt 
üçün Qarabağ müharibəsində Azərbaycanın  ən 
böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin 
süqutu ermənilərin sonrakı  işğalçılıq  planlarının 
həyata keçməsinə - Azərbaycanın ayrılmaz, əzəli 
torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 
digər rayonların - Ağdam, Cəbrayıl, Füzuli, Qubad-
lı və Zəngilanın, ümumən 17 min kvadratkilometr 
ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan 
silahlı qüvvələri tərəfindən zəbt olunmasına 
şərait yaratmışdır. Dağlıq Qarabağın Ermənistana 
birləşdirilməsi faktiki olaraq başa çatmışdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclas-
da BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə 
qəbul etmiş, qətnamədə bütün işğalçı qüvvələrin 
Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ra-
yonlarından dərhal çıxarılması tələb olunmuşdur. 
Lakin indiyədək həmin qətnamədən irəli gələn hər 
hansı öhdəlik yerinə yetirilməmişdir. Sonradan 
BMT Təhlükəsizlik  Şurasının Ağdam rayonunun 
azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonu-
nun azad edilməsi ilə bağlı 874-cü və digər işğal 
edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü 
qətnamələri qəbul edilmiş, lakin həmin qətnamələr 
kağız üzərində qalmaqdadır. BMT-nin və ATƏT-in 
prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər ra-
yonu ərazisində ermənilərin məskunlaşdırılmasına 
başlanılmışdır. Ermənistan beynəlxalq sənədlərdə 
təsbit olunmuş müddəaları kobudcasına pozaraq, 
bütün dünyanın gözü qarşısında Azərbaycanın 
bənzərsiz mədəni sərvətlərini talamaqda, kütləvi 
şəkildə məhv etməkdə davam edir. 
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı 
ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır. 
Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağ-
lıq Qarabağ ərazisi və bu əraziyə daxil olan yeddi 
rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altın-
dadır. 1994-cü ildə  tərəflər atəşkəs rejiminə dair 
razılaşma  əldə etmiş  və o vaxtdan bəri ATƏT-in 
Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa 
və ABŞ-ın həmsədrliyi ilə  hələ  də  nəticəsiz sülh 
danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ 
və ətraf rayonların azad edilməsinə dair qəbul et-
diyi dörd qətnaməni Ermənistan bugünə  qədər 
yerinə yetirməmişdir.
Ermənistanın yürütdüyü bu işğalçılıq və 
terrorçuluq siyasəti uzun illərdən bəri dünya 
ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, 
beynəlxalq hüququn normalarına və prinsiplərinə 
əsasən dövlətlərin sərhədlərinin toxunulmazlığına 
hörmət edilməli, ərazi bütövlüyünün, suverenliyin 
pozulmasına yol verilməməlidir. 
APREL
2
Ərazisi: 3054 km²
Əhalisi: 85 228 
İşğal tarixi: 02.04.1993
www. kelbecer-ih.gov.az


116
Tarixdə bu gün
Tarixi Abidələrin Mühafizəsi Günü
 1983
APREL
Bu  gün  YUNESKO-nun abidələrin 
və diqqətəlayiq yerlərin mühafizəsi 
məsələləri üzrə Beynəlxalq  Şurası-
nın 1983-cü ildə qəbul edilmiş qərarı 
əsasında qeyd olunur. Məqsəd dün-
ya ictimaiyyətinin diqqətini maddi-
mədəniyyət abidələrinin qorunması-
na yönəltməkdir.
Hər bir ölkənin tarixi qədimliyi 
onun maddi-mədəniyyət yadigar-
larının çoxluğu və  qədimliyi ilə öl-
çülür. Bu cəhətdən ölkəmizin bəxti 
gətirmişdir. Qobustan, İstisu qayaüstü 
təsvirləri, Əlincə, Gələrsən-Görərsən 
kimi qalalarımız, Möminə xatın, Şah 
Abbas məscidi, Təzəpir məscidi kimi 
dini ibadətgahlarımız,  Şirvanşahlar, 
Şəki xan sarayı kimi nadir memarlıq 
abidələrimiz bu qəbildəndir.
Hazırda işğal altında olan dün-
ya 
əhəmiyyətli mədəni-tarixi 
abidələrimiz - Azıx və Tağlar mağara-
ları dünyanın ən qədim insan yaşayan 
məskənlərindəndir. YUNESKO-nun 
siyahısına düşmüş bu mağaralar-
dan tapılmış maddi mədəniyyət 
nümunələri hələ 1981-ci ildə Pari-
sin  İnsan muzeyində “Avropanın ilk 
sakinləri” adlı sərgidə nümayiş etdi-
rilmişdir.
2002-ci ildə respublikamız Abi-
dələrin  Bərpası  və Tədqiqi Beynəl-
xalq Mərkəzinə üzv qəbul olunmuş-
dur. Azərbaycan tarixində ilk dəfə 
olaraq  Şirvanşahlar saray-komplek-
si və  Qız qalası da daxil olmaqla 
İçərişəhər Dövlət Tarixi-memarlıq 
kompleksi YUNESKO-nun “Dünya 
mədəniyyəti irsi” siyahısına daxil 
edilmişdir.
Əsası C.Sterlinq Mortan tərəfin-
dən qoyulan Yer gününün bayram 
edilməsi XIX əsrin 40-cı illərindən 
başlayır. 1872-ci ildə C.Morton Neb-
raska ştatının il ərzində bir gününün 
ətraf  ərazinin yaşıllaşmasına həsr 
edilməsi təklifi ilə çıxış edir və birinci 
ağac əkmə günü milyona yaxın ağac 
əkilir. 
1882-ci il 22 aprel tarixindən 
başlayaraq “Ağac günü” Nebras-
ka hökuməti tərəfindən  ştatın rəsmi 
bayramı kimi qeyd olunur. 1970-
ci ildən başlayaraq  ətraf mühitin 
əhəmiyyətinin təbliği, onun ilkin for-
mada qorunub saxlanılması, plane-
tin təbii ehtiyatlarının tükənməsi və 
s. sahələri  əhatə etməsi ilə  əlaqədar 
olaraq bayram “Yer günü” adlandırıl-
mışdır.
Ümumdünya Yer Günü
 1970
22
18
İ n t e r n e t d ə 
www.voanews.com
www.mix.az
Ə d ə b i y y a t 
İlyasov, Z. Tarixi 
abidələrin ensiklopediyası 
hazırlanır /Z.İlyasov 
 //İqtisadiyyat.-2012.- 27 
aprel-3 may.- S.8.
Nərimanoğlu, M. 
Minilliklərin yadigarla-
rı, yaxud da daşlaşmış 
mədəniyyət nümunələri: 
18 aprel Abidələrin 
Beynəlxalq Mühafizə 
Günüdür /M.Nərimanoğlu 
//Azərbaycan.- 2012.- 18 
aprel.- S.7.


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə