Teqvim-2015. pdf


Tarixdə bu gün Beynəlxalq Kitab və Müəllif



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə54/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   50   51   52   53   54   55   56   57   ...   173

117
Tarixdə bu gün
Beynəlxalq Kitab və Müəllif 
Hüquqları Günü 
1996 
APREL
Müəllif  hüquqları anlayışı ilk dəfə 
Almaniyada aktuallaşmışdır.  Əvvəllər  
yalnız  ədəbiyyat sahəsinə aid edilən 
bu ifadə 1870-ci il iyun ayının 11-
dən imperatorun verdiyi qanunla 
mülkiyyətin bütün formalarını özündə 
birləşdirmişdir. Yaxın xaric hesab edilən 
Rusiyada isə bu anlayış indinin özündə 
də daha çox ədəbiyyat sahəsinə ehtiva 
edilir. UNESCO-nun 1996-cı il tarixli 
qərarı ilə hər il bütün dünyada 23 aprel 
Beynəlxalq Kitab və Müəllif Hüquqları 
Günü kimi qeyd edilir. 
UNESCO məhz bu günü dünya 
şöhrətli dramaturqlar Uilyam Şekspi-
rin (1564-1616), Migel de Servante-
sin (1547-1616) və yazıçı-tarixçi  İnka 
Qarsilaso de la Veqanın (1539-1616) 
şərəfinə müəyyənləşdirmişdir. Belə 
ki, hər üç yazıçını onların ölüm tarixi 
- 23 aprel 1616-cı il rəqəmi birləşdirir. 
“Müəlliflik hüququ və  əlaqəli hüquq-
lar haqqında” Qanun 8 oktyabr 1996-
cı il tarixindən qüvvədədir. “Müəlliflik 
hüququ və  əlaqəli hüquqlar haqqında” 
Azərbaycan Respublikası Qanununun 
tətbiq edilməsi barədə” Azərbaycan 
Respublikası Prezidentinin 8 oktyabr 
1996-cı il tarixli Sərəncamının böyük 
əhəmiyyəti olmuşdur. Azərbaycanın 
bugünkü müəllif hüququ müasir infor-
masiya, ilk növbədə rəqəmli texnologi-
ya və multimedia kompyuter sisteminə 
əsaslanır.  İlk dəfə olaraq Azərbaycan  
müəlliflərinə könüllü olaraq öz 
əsərlərini əlyazmasından başlayaraq CD 
ROM-lara qədər hər hansı maddi daşı-
yıcıda qeydiyyatdan keçirmək, Dövlət 
reyestrinə daxil etmək, kompyuterdə 
saxlamaq və arxivləşdirmək imkanı 
yaradılmışdır.  Əsərlərini qeydiyyatdan 
keçirən müəlliflərə “Qeydiyyat haq-
qında  Şəhadətnamə” verilir. Agentliyin 
kompyuter-TV-video-akustik sistem-
skaner  şəklində komplektləşdirilmiş 
multimediya sistemi radio-televiziya 
efirinin monitorinqini həyata keçirməyə, 
intellektual mülkiyyətin statistikası  və 
müəllif - hüquq pozuntularının diaq-
nostikasının müxtəlif məsələlərini həll 
etməyə imkan verir. 
Son illər  Azərbaycan rəhbərliyinin 
uzaqgörən daxili və xarici siyasəti 
nəticəsində müəllif-hüquqları sahəsində  
ölkəmizin beynəlxalq 
əlaqələri 
genişlənmiş, o, bir sıra Konvensiya və 
beynəlxalq təşkilatların üzvü olmuşdur.  
Azərbaycan 1996-cı ildən Ümumdünya 
Əqli Mülkiyyət Təşkilatının üzvüdür. 
Ədəbi-bədii  əsərlərin qorunması haq-
qında Bern Konvensiyasına və Müəllif 
hüququ haqqında Ümumdünya Konven-
siyasına daxil olmuşdur. Bir sıra digər 
ikitərəfli və çoxtərəfli müqavilələrin iş-
tirakçısıdır. 
Dünyada “Ümumdünya kitab və 
müəllif hüquqları günü” mövzusunda 
tədbirlər 1996-cı ildən, Azərbaycanda 
isə 2001-ci ilin 23 aprel tarixindən ke-
çirilir.
23
Ə d ə b i y y a t
Əliyeva, M. Kitaba 
hörmət müqəddəs 
borcdur: 23 aprel Dünya 
Kitab və Müəllif Hüquq-
ları Günüdür /M.Əliyeva 
//Mədəniyyət.- 2014.- 23 
aprel.- S.15.
Kitablar milli 
mədəniyyətin dirçəliş re-
sursudur //Azərbaycan.- 
2012.- 24 aprel.- S.11. 
Mehparə. 23 aprel 
“Dünya kitab və müəllif 
hüquqları günü”dür        
/Mehparə //Mədəniyyət.-
2012.- 20 aprel.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org


118
Azərbaycanın XI Qırmızı Ordu 
tərəfindən işğalı günü
1920
Tarixdə bu gün
28
APREL
Ötən yüzildə  cəmi 23 ay yaşamış ADR süqut 
etdikdən sonra yurdumuzda bolşevik Rusiya-
sı 70 illik bir sovet rejimi qurdu. 1920-ci illərdə, 
xüsusən 30-cu illərdə bolşevizm kabusu yur-
dumuzun sayseçmə  oğul-qızlarını ucdantutma 
məhv etdi. 1920-ci il aprel ayının 27-də müstəqil 
Azərbaycan dövləti bolşevik-rus ordusu tərəfindən 
işğal olunub. İşğal nəticəsində 23 ay fəaliyyət 
göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti devri-
lib, müstəqil dövlətin bütün atributları  ləğv olu-
nub və Azərbaycan  ərazisi Sovet imperiyasına 
birləşdirilib.
Qeyd edək ki, 1920-ci ilin mart ayında ermənilər 
Azərbaycanın Qarabağ bölgəsində qiyam qaldır-
mış, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 
məcburiyyət üzündən ordunu Qarabağa, soyqırıma 
məruz qalan vətəndaşlarını qorumağa göndərmişdi. 
Bu səbəbdən Bakı faktiki olaraq müdafiəsiz qal-
mışdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə 
Xaçmaz-Yalama istiqamətindən Azərbaycana da-
xil olan XI Qırmızı Ordu hissələri Bakıya girmişdi. 
Azərbaycan parlamentinin aprelin 27-də keçirilən 
son iclasında bolşeviklərin hakimiyyəti təhvil 
vermək barədə ultimatumu müzakirəyə  çıxarıl-
mış, M.Ə.Rəsulzadə və digərləri işğalın əleyhinə 
çıxış etmişdi. Lakin tarixi şərait və qüvvələrin 
qeyri-bərabər olması səbəbindən Azərbaycan Xalq 
Cümhuriyyəti hökuməti 6 maddəlik razılaşma im-
zalamaqla hakimiyyəti bolşeviklərə təhvil vermək 
məcburiyyətində qalmışdı. Razılaşmaya  əsasən, 
siyasi partiyalar fəaliyyətini davam etdirməli, 
Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinə 
toxunulmamalı idi. Lakin işğaldan sonra siya-
si partiyalar qapadılmış, Müsavat Partiyasının 
fəaliyyəti qadağan olunmuş, üzvləri repressiyala-
ra məruz qalmışdı. Eyni zamanda Gəncə quber-
natoru Xudadat bəy Rəfibəyov güllələnmiş, baş 
nazirlər Nəsib bəy Yusifbəyli və Fətəli xan Xoyski 
müəmmalı  şəkildə öldürülmüş, M.Ə.Rəsulzadə 
həbs edilmişdi.
İşğaldan sonra Azərbaycanda bolşeviklərə qar-
şı 150-yə yaxın üsyan baş vermişdir. Onlardan ən 
böyüyü 1920-ci il may ayının 26-da Gəncədə baş-
lamışdı.  İyunun 4-dək davam edən üsyan zama-
nı Azərbaycan Ordusunun döyüşçüləri və  Gəncə 
sakinləri 8 min rus əsgərini öldürmüşdülər. Son-
radan Gəncəyə göndərilən əlavə diviziyalar üsyanı 
qan içində boğaraq şəhəri yerlə yeksan etmiş, 10 
min nəfərə yaxın Gəncə sakini qətlə yetirilmişdi.
Aprelin 28-də  rəsmiləşən işğal Sovet imperi-
yasının mövcud olduğu 70 il ərzində  rəsmi bay-
ram kimi qeyd olunmuşdur. Yalnız 1991-ci ildə 
- Azərbaycan yenidən müstəqillik qazandıqdan 
sonra, 27 aprel həqiqəti xalqa açıqlanmış və tarixdə 
öz həqiqi yerini almışdır. O vaxtdan 27 aprel tarixi 
işğal günü kimi, 28 may isə İstiqlal (Respublika) 
günü kimi qeyd olunur.
28 Aprel fəlakəti ardınca repressiya fəlakətini 
gətirdi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. 
Onun məhv edilməsi üçün bəşər tarixində misli 
görünməyən vəhşi üsullara əl atıldı.
95 
ili


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə