Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə57/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   53   54   55   56   57   58   59   60   ...   173

126
Milli ədəbiyyat
MA
Y
19
Rəsul  İbrahim oğlu Rzayev (Rəsul 
Rza) 1910-cu il may ayının 19-da  Göy-
çay şəhərində anadan olmuşdur. 
İbtidai təhsilini Göyçayda I dərəcəli 
məktəbdə almışdır. Kiçik yaşlarından 
şeir yazır, mahnı qoşurdu. O, Göyçayın 
ictimai həyatında fəal iştirak etmiş, dram 
dərnəyi yaratmış, şəhərdə, kəndlərdə ta-
maşalar vermişdir. 
1924-cü ildə Göyçay şəhər kitabxa-
nasında müdir, 1925-ci ildə  həmkarlar 
klubunda gənclər bölməsinin müdiri 
işləmişdir. 
1926-1927-ci illərdə Tbilisidə Za-
qafqaziya Kommunist Universitetinin 
kooperasiya  şöbəsində  təhsil almışdır. 
Bu dövrdə ilk şeirini “Qığılcım” alma-
naxında çap etdirmişdir. “Dan ulduzu” 
jurnalında “Oğul qatili”, “Arvadbaz”, 
“Dilarə” hekayələri, “Yeni fikir” və 
“Zarya Vostoka” qəzetlərində bir neçə 
şeiri dərc olunmuşdur. 
1930-cu ildə Bakı  şəhərinə köçməsi 
onun yaradıcılığında dönüş yarat-
mış, “Gənc işçi” qəzeti redaksiya-
sında tərcüməçi kimi işə düzəlmiş, 
məqalə, oçerk və  şeirlərini müntəzəm 
dərc etdirməyə başlamışdır. Nizami 
Gəncəvinin “Xosrov və Şirin” poeması-
nı  tərcümə etmiş, 1983-cü ildə  nəşr et-
dirmişdir. 
1931-1933-cü illərdə Azərbaycan 
Elmi Tədqiqat İnstitutunun aspirantura-
sında, 1934-1937-ci illərdə Moskvada 
Kinematoqrafiya  İnstitutunda təhsilini 
davam etdirmişdir.
1934-cü ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü olmuşdur.
1937-1938-ci illərdə Bakı kinos-
tudiyasında Ssenari şöbəsinin rəisi, 
Azərbaycan Dövlət Filarmoniyasının 
müdiri (1938), 1938-1939-cu illərdə 
Azərbaycan Sovet Yazıçıları  İttifaqının 
sədri, 1942-1944-cü illərdə kinematoq-
rafiya idarəsində  rəis, 1946-1949-cu 
illərdə Azərbaycan SSR kinematoqra-
fiya naziri, Azərbaycan Sovet Ensiklo-
pediyasının baş redaksiyasının baş re-
daktoru, Ümumdünya Sülhü Müdafiə 
Komitəsi rəyasət heyətinin üzvü və res-
publika üzrə  sədri, SSRİ Yazıçılar  İtti-
faqı  rəyasət heyətinin üzvü, “Novosti” 
Mətbuat Agentliyinin Azərbaycan şöbəsi 
idarəsinin sədri, Azərbaycan Respubli-
kası Ali Sovetinin (VII çağırış) deputa-
tı, Azərbaycan KP təftiş komissiyasının 
üzvü seçilmiş, Lenin və SSRİ Dövlət 
mükafatları komitəsinin üzvü olmuşdur.
Xidmələri yüksək qiymələndirilmiş
1945-ci ildə “Azərbaycanın  Əməkdar 
incəsənət xadimi”, 1980-ci ildə “Sosia-
list Əməyi Qəhrəmanı” fəxri adlarına la-
yiq görülmüş, 1951-ci ildə SSRİ Dövlət 
mükafatı laureatı olmuşdur. 1960-cı ildə 
“Azərbaycanın Xalq şairi” fəxri adına və 
mükafatlara layiq görülmüş, 3 dəfə Le-
nin ordeni və medallarla təltif edilmiş-
dir.
  Rəsul Rza 1981-ci il aprel ayının 
1-də Bakıda vəfat etmiş, Fəxri Xiyaban-
da dəfn olunmuşdur. Bakı küçələrinin 
biri onun adını daşıyır. 
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 5 cilddə 
/R.Rza.- Bakı: Öndər, 
2005.
Anar. Mübarizə bu gün 
də var: (Rəsul Rzanın 
yaradıcılığı haqqında 
düşüncələr) /Anar.- Bakı: 
Nurlan, 2002.- 531 s.
Pənah, G. Sənətkar və 
poeziya /G.Pənah.- Bakı: 
Sabah, 2010.- 314 s.
Rəsul Rza. Ömrün bi-
rinci yüz ili /tərt. və red. 
B.Əlibəyli.- Bakı: Elm və 
təhsil, 2011.- 274 s.
Yusifli, V. Rəsul Rza 
və müasir Azərbaycan 
poeziyası /V.Yusifli.- Bakı: 
Letter-press, 2011.- 159 s.
Cavanşir, C. Rəsul Rzanın 
istedadlara qayğısı 
/C.Cavanşir //Ədalət.- 
2013.- 4 oktyabr.- S.7.
Əhmədov, T. Rəsul Rza  
/T.Əhmədov //Azərbaycan 
yazıçıları (XX-XX1 
yüzillikdə).- Bakı, 2011.- 
S.784-785.
Təkləli, M. Rəsul Rza 
və milli dil /M.Təkləli           
//Kaspi.- 2013.- 27 fev-
ral.- S. 12.
www.anl.az
www.az.wikipedia.org
Rəsul Rza 
1910-1981
105 
illiyi
Şair


127
Milli ədəbiyyat
Vaqif Bəhmənli
1955  
MA
Y
Vaqif  İttifaq  оğlu Quliyev 1955-ci il 
may ayının 23-də Füzuli rayоnunun Bö-
yük Bəhmənli kəndində anadan оlmuşdur. 
1972-ci ildə оrta məktəbi bitirmiş, bir il 
Bakı şin zavоdunda fəhlə işləmiş, 1973-
1978-ci illərdə ADU-nun (indiki BDU) 
jurnalistika fakültəsində  təhsil almış-
dır. Tələbəlik dövründə ilk oçerk və 
şeirlərini dərc etdirmişdir. 1978-ci ildə 
“Sоvet kəndi” qəzetində müxbir kimi 
fəaliyyətə başlamış, sonra 1988-ci ilədək 
Mədəniyyət şöbəsinin müdiri vəzifəsində 
işləmişdir. “Kоmmunist” qəzetində şöbə 
müdiri işləmiş, 1991-ci ildə  “Vətən” 
Cəmiyyətinin “Оdlar yurdu” qəzetinin 
baş redaktоru vəzifəsinə  təyin edilmiş, 
1992-1993-cü illərdə “Bərəkət”, sоnra isə 
“Həyat” qəzetinin baş redaktоru, 1993-
1994-cü illərdə “Yazıçı” nəşriyyatında 
redaktоr vəzifəsində çalışmışdır. 1995-
1997-ci illərdə Azərbaycan Respublikası 
Gənclər və İdman Nazirliyində şöbə mü-
diri, 1997-ci ildə “Ədalət” qəzetində baş 
redaktоrun müavini, 1998-ci ildə “ХХI-
gənclik dərgisi”nə redaktоr təyin edil-
mişdir. 2000-ci ildən “ХХI Yeni Nəşrlər 
Evi”nin baş redaktоru, 2003-cü ildə 
“Mars” jurnalında baş redaktоr müavini 
işləmişdir.
2003-cü ildə Beynəlхalq Avrasiya 
Mətbuat Fоndunda departament rəhbəri 
vəzifəsində çalışmışdır. Hal-hazırda 
Azərbaycan Respublikası Mədəniyyət və 
Turizm Nazirliyində Nəşriyyat, reklamın 
təşkili və infоrmasiya şöbəsinin müdiri-
dir. 
V.Bəhmənli 1983-cü ildən Azərbaycan 
Yazıçılar və Azərbaycan Jurnalistlər Bir-
liyinin üzvüdür.
О, mətbuatda çохsaylı publisistik yazı-
larla çıхış etmişdir. Şeir və məqalələrdən 
ibarət 35 kitabı işıq üzü görüb.
1970-ci illərin  əvvəllərindən  şai-
rin - “Bahar-payız arası”, “Dünya ayaq 
üstədir”, “Bar ver, ümid ağacım”, “Yоlum 
üstə bitən gül”, “Ömürdən uzun gecə”, 
“Qırхıncı  оtaq”, “Yaz naхışları”, “Dörd 
divar”, “Uzaqda bir işıq”, “Sevgimə 
aхşam düşür” kitabları çap оlunmuşdur.  
Şairin 
əsərləri dünya xalqları 
mətbuatında işıq üzü görmüşdür.
Sоn illər  şairin uşaqlar üçün “Qı-
zıl Qala” kitabı, “Sınıq güzgü” (2005), 
“Dоnbagözün hekayələri” (2005), 
 
“Pоeziya” (3 cilddə 2006) kitabları, 
“Hamı” (2012) şeirlər kitabı işıq üzü gör-
müşdür. 
1986-cı ildə Respublika Kоmsоmоlu 
mükafatına, 1989-cu ildə Azərbaycan 
Ali Sovetinin Fəxri fərmanına layiq 
görülmüşdür. Bir neçə  dəfə jurnalist 
müsabiqələrinin laureatı  оlmuş, Rəsul 
Rza adına Beynəlхalq mükafatın,  Şah-
mar  Əkbərzadə  və  İsa  İsmayılzadə adı-
na peоziya mükafatlarının laureatıdır.  
Azərbaycan Yazıçılar Birliyinin “Yad-
daş” ödülünü qazanmışdır. 
Azərbaycan Respublikası Prezidenti-
nin 21 iyul 2005-ci il tarixli Sərəncamı ilə 
Vaqif Bəhmənli “Əməkdar mədəniyyət 
işçisi” fəxri adına layiq görülmüşdür. 
23
Ə d ə b i y y a t
Seçilmiş şeirlər və 
poemalar /V.Bəhmənli; 
tərt. R.Gülgün; red. 
U.Rəhimoğlu.- Bakı: 
Avrasiya-Press, 2006.- 
C.I.-416 s.; C.II.- 424 s.; 
C.III.- 432 s.
Hamı: şeirlər 
/V.Bəhmənli; na-
şir B.Axundov; red. 
R.Gülgün.- Bakı: Çağdaş, 
2012.-  398 s. 
İlin beşinci fəsli. Kam-
ran: [sənədli roman] 
/V.Bəhmənli; məsl. 
H.Hüseynova; red. 
Ə.Əsədzadə; tərt. və 
dizayn Xəyyam; Azərb. 
Resp. Mədəniyyət və 
Turizm Nazirliyi.- Bakı: 
Renessans, 2013.-547 s.
Maqomayev plane-
ti /V.Bəhmənli; red. 
N.Məmmədli; Azərb. 
Resp. Mədəniyyət və Tu-
rizm Nazirliyi.-Bakı: Elm 
və təhsil, 2012.- 119 s.
Vətənin İlhamı: ömürdən 
reportaj /V.Bəhmənli; 
layihənin rəhbəri və ön 
sözün müəl. Ə.Qarayev; 
red. U.Rəhimoğlu.- Bakı: 
Çağdaş As, 2011.-310 s.
İ n t e r n e t d ə
www.anl.azwww.
az.wikipedia.org
60 
illiyi
Şair


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə