Teqvim-2015. pdf


Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq MA



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə59/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   55   56   57   58   59   60   61   62   ...   173

130
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
MA
Y
Əzim Aslan oğlu Əzimzadə 1880-ci 
il may ayının 7-də  Novxanı  kəndində 
anadan olmuşdur. 
Ailənin yeganə övladı olan Əzim 
1887-ci ildə molla məktəbinə daxil 
olub. 1895-1899-cu illərdə rus-tatar 
məktəbində təhsil almışdır. 
Yaradıcılığı boyu əsrlərdən bəri for-
malaşan Təbriz Azərbaycan miniatür 
məktəbinin və rus rəssamlıq məktəbinin 
ənənələrindən bəhrələnmişdir.
Rəssamlığa məşhur “Molla 
Nəsrəddin” jurnalında öz əsərlərini dərc 
etdirməklə başlamışdır. 
1906-cı ildən “Molla Nəsrəddin”, “Ba-
raban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” 
və sair jurnalların səhifələrində satirik 
qrafik karikaturalarını  nəşr etdirməklə 
Azərbaycan satirik qrafikasının  əsasını 
qoymuşdur.
Əzimzadənin  əsərlərinin  əsas möv-
zusunu sosial təzadlar, adətlər və xal-
qın məişəti təşkil edirdi. Cəmiyyətin 
müxtəlif təbəqələrinin mənfi ünsürləri 
- xəsis tacirlər, fırıldaqçı din xadimləri, 
şarlatanlar onun satirik qələminin 
hədəfində olurdular.
O, öz əsərlərində mənfi surətləri gah 
kəsərli yumor, gah yumşaq kinayə ilə 
kəskin satira atəşinə tuturdu. Çəkdiyi 
“İt boğuşdurma”, “Kişi arvadını döyür”, 
“Varlı evində toy”, “Su üstündə dava”, 
“Köhnə bakılılar” kimi əsərlərində 
müxtəlif sosial təbəqələrə  məxsus 
tiplərin iç üzünü açaraq qadın hüquq-
suzluğuna, ədalətsizliyə qarşı çıxış edir-
di. Bu mənada, o dövrdə cəmiyyətdəki 
sosial ədalətsizlikləri özündə daha qaba-
rıq əks etdirən “Köhnə Bakı tipləri” və 
“100 tip” əsəri xüsusilə təqdirəlayiqdir.
Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin 
“Hophopnamə”sinə çəkdiyi illüstrasiya-
larla kitab qrafikası sənətinin də əsasını 
qoymuşdur. 
Onun teatrlara çəkdiyi geyim 
eskizləri və dekorasiyalar Azərbaycan 
rəssamlığının bu sahədəki inkişafına 
xüsusi təkan vermişdir. 
Əsərləri dünyanın bir sıra muzeylə-
rində nümayiş etdirilən rəssamın ilk 
fərdi sərgisi 1940-cı ildə  təşkil olun-
muşdur. 
Bakıda keçirilən birinci sərgidə tama-
şaçılar rəssamın 1200-dən çox əsərinə 
tamaşa edə bilmişlər. 
1920-1943-cü illərdə  Ə.Əzimzadə 
Azərbaycan Rəssamlıq Texnikumunda 
müəllim, 1932-1937-ci illərdə isə direk-
tor olmuşdur.
1927-ci ildə yaradıcılığının 20 illik 
yubileyi ilə  əlaqədar “Xalq rəssamı”, 
“Əmək qəhrəmanı” fəxri adlarına layiq 
görülüb. 
Əzim Aslan oğlu Əzimzadə 1943-cü 
il may ayının 15-də Bakıda vəfat etmiş-
dir. 
Bakı Rəssamlıq Texnikumu, eləcə də 
Bakı küçələrindən biri onun adını daşı-
yır. Yaşadığı evdə  rəssamın ev-muzeyi 
açılmış, evin yaxınlığındakı bağda büs-
tü qoyulmuşdur. 
Əzim Əzimzadə
1880-1943
7
Ə d ə b i y y a t
Hacızadə, B. 
Azərbaycanın kari-
katuraçı rəssamları 
/B.Hacızadə.- Bakı: Çaşı-
oğlu, 2005.- 120 s.
Həbibova, S. “Əzim 
Əzimzadə” /S.Həbibova.- 
Bakı: Şərq-Qərb, 2013.- 
104 s.
Nəcəfov, M. Əzim 
Əzimzadə /M.Nəcəfov.- 
Bakı: Azərnəşr, 1973.- 
207 s.
Xəlilzadə, F. Mil-
li kolorit və ifadə 
gözəlliyi: Xalq rəssamı 
Əzim Əzimzadənin 
xatirəsinə /F.Xəlilzadə                         
//Mədəniyyət.- 2013.- 26 
aprel.- S.13.
Rəssamın xatirəsinə 
həsr olunmuş sərgi                  
//Azərbaycan.- 2013.- 17 
aprel.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.az.wikipedia.ru
135 
illiyi
Rəssam


131
MA
Y
Fuad Əbdürrəhmanov 
1915-1971 
Ə d ə b i y y a t
Fuad Əbdürrəhmanov 
/mətnin müəl. 
C.Novruzova; 
Azərbaycan Dövlət 
Rəssamlıq Akademiya-
sı.- Bakı, 2006.- 40 s. 
Fuad Əbdürrəhmanov       
/layih. rəhb. 
Ç.Fərzəliyev.-Bakı, 
2013.- S.9-38.
Novruzova, C. Fuad 
Əbdürrəhmanov 
/C.Novruzova.- Bakı: 
Nurlan, 2004.- 86 s.
Quliyev, Ə. Azərbaycan 
heykəltəraşlığının 
görkəmli nümayəndəsi  
/Ə.Quliyev //525-ci 
qəzet.- 2011.- 16 no-
yabr.- S. 7.
Sadıqov, S. Fuad 
Əbdürrəhmanovun 
“Nizami Gəncəvi” 
abidəsi /S.Sadıqov                      
//Paritet.- 2012.- 21-22 
fevral.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.karabakh.az
Fuad Həsən oğlu  Əbdürrəhmanov 
1915-ci il may ayının 11-də Nuxada (in-
diki Şəki) anadan olmuşdur. 1929-1932-
ci illərdə Azərbaycan Dövlət Rəssamlıq 
Texnikumunda və 1935-1939-cu illərdə 
İ.Y.Repin adına Leninqrad Boyakarlıq, 
Heykəltəraşlıq və Memarlıq  İnstitutun-
da təhsil almışdır. 1942-1948-ci illərdə 
Ə.Əzimzadə adına Azərbaycan Dövlət 
Rəssamlıq Məktəbində dərs demişdir.
F.Əbdürrəhmanov yaradıcılığa port-
ret janrı ilə başlamış, 30-cu illərdə 
Azərbaycan mədəniyyət xadimlərinin 
büst-portretlərini (Ə.Haqverdiyev, 
M.F.Axundov, Ü.Hacıbəyli, A.Zeynallı 
və b.), həmçinin “Atıcı” (1934), “Gənc 
aşıq” (1939) və ilk monumental əsəri olan 
Füzulinin heykəlini (1939) yaratmışdır. 
Sovet İttifaqı Qəhrəmanları G.Əsədovun, 
İ.Məmmədovun, Q.Məmmədovun, 
Böyük Vətən müharibəsi qəhrəmanı 
H.Əliyevin portretləri, Cavanşir, Babək 
və Koroğlunun barelyeflərində obrazlar 
dərin psixologizmi və ifadəliliyi ilə se-
çilir.
O, həm də mahir portret ustası kimi 
tanınmışdır. “Səttar Bəhlulzadə” (1947), 
“R.Mustafayev” (1947), “Həzi Aslanov” 
(qəbirüstü abidə, 1949), “B.Bağırova” 
(1951), “Səməd Vurğun” (1957), kubalı 
Xesus (1962) və b. portretləri obrazların 
fərdi xüsusiyyəti, xarakterlərin dolğun 
həlli ilə səciyyələnir.
Onun yaradıcılığında monumental 
heykəltəraşlıq mühüm yer tutmuşdur. Ni-
zaminin Gəncədə və Bakıdakı abidələri 
(hər ikisi tunc, qranit, 1946, 1949), Ba-
kıda Səməd Vurğunun abidəsi (tunc, 
qranit, 1961) və s. əsərləri Azərbaycan 
monumental heykəltəraşlığının 
ən 
yaxşı nümunələrindəndir. 1950-1960-
cı illərdə yaratdığı “Çoban” (gips, 
1950, Azərbaycan  İncəsənət Muze-
yi; tunc, 1951, Tretyakov qalereya-
sı, Moskva), “Azərbaycanlı qadın” 
(gips, 1951), “Azadlıq” (tunc, 1957; 
hər ikisi Azərbaycan  İncəsənət Muze-
yi), “Azad qadın” (tunc, qranit, 1960) 
və s. əsərlərində milli xüsusiyyətlər 
zəngindir.
Monqolustanın görkəmli dövlət 
xadimləri Suxe-Bator və marşal 
X.Çoybalsanın büst-abidələri (hər iki-
si mərmər, 1954, MXR, Ulan-Bator),  
S.Ayninin (tunc, 1964) portretləri, 
Düşənbədə Rudəkinin (tunc, qra-
nit, 1964, memar M.Hüseynov; SSRİ 
Rəssamlıq Akademiyasının qızıl meda-
lı), Buxarada İbn Sinanın (tunc, qranit, 
açılışı 1975-ci ildə olmuşdur; memar 
H.Muxtarov) abidələri və s. monumen-
tal  əsərləri ona şöhrət qazandırmışdır. 
Ömrünün son illərində Sovet İttifaqı 
Qəhrəmanı Mehdi Hüseynzadənin mo-
numental abidəsini (tunc, qranit, 1973) 
yaratmışdır.
F.Əbdürrəhmanov 1943-cü ildə  
“Azərbaycan SSR-in Əməkdar incəsənət 
xadimi”, 1956-cı ildə isə “Azərbaycan 
SSR Xalq rəssamı” fəxri adlarına la-
yiq görülmüş, iki dəfə  “Şərəf nişanı” 
ordeni ilə  təltif edilmiş, 1949-cu ildə 
SSRİ  Rəssamlıq Akademiyasının müx-
bir üzvü seçilmiş, 1947, 1951-ci illərdə 
Azərbaycan SSR-in Dövlət Mükafatı la-
ureatı olmuşdur.
Fuad Əbdürrəhmanov 1971-ci il iyun 
ayının 15-də Bakıda vəfat etmişdir.
100
illiyi
11
Heykəltəraş
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə