Teqvim-2015. pdf


Milli Qəhrəmanlar Naiq Yusifov



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə6/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   2   3   4   5   6   7   8   9   ...   173

13
Milli Qəhrəmanlar
Naiq Yusifov  
1970-1992   
Y
ANV
AR
 Naiq Nəsir oğlu Yusifov 1970-ci il 
yanvar ayının 5-də Tovuz rayonunun 
Ağdam kəndində anadan olmuşdur. 
1987-ci ildə doğma kəndlərində 
orta məktəbi bitirərək, 1988-ci ildə So-
vet ordusu sıralarına hərbi xidmətə ça-
ğırılmışdır. Naiq hərbi xidmətini Gür-
cüstanın Texakaya şəhərində yerləşən 
rabitə batalyonunda başa çatdırmış 
və 1990-cı ildə  Vətənə qayıtmışdır. 
Bir müddət sonra yerli özünümüdafiə 
dəstəsinə üzv yazılmışdır. 
1992-ci il mart ayının 24-də Tovuz  
rayonunun Koxa-Nəbi kəndinə işğalçı 
erməni yaraqlılarının hücumu zamanı 
Naiq cəsur, fədakar, vətənpərvər bir 
əsgər kimi döyüş meydanında xüsusi 
qəhrəmanlıq nümayiş etdirmişdir. O, 
son dərəcə gərgin, qeyri-bərabər döyüş 
zamanı mühasirəyə düşən yoldaşlarını 
təhlükəli zonadan xilas etməyə bütün 
gücü, bacarığı ilə  səy göstərmişdir. 
Amma son anda yağı düşmənin əlinə 
keçməmək üçün əlindəki qumbaranı 
sinəsinə sıxaraq qəhrəmancasına həlak 
olmuşdur. 
Onun Vətən uğrunda göstərdiyi bu 
şücaət ölkə başçısı  tərəfindən yüksək 
qiymətləndirilmişdir. Azərbaycan Res-
publikası Prezidentinin 7 iyun 1992-ci 
il tarixli 833 nömrəli Fərmanı ilə Yusi-
fov Naiq Nəsir oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Tovuz rayonunun Ağdam kəndində 
dəfn olunmuşdur. Vaxtilə təhsil aldığı 
orta məktəb də  qəhrəmanın adını da-
şıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqın-
da: [Yusifov Naiq Nəsir oğlu – sıravi –Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S.25.- (Ölümündən sonra).
Əsgərov, V. Yusifov Naiq Nəsir oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.277. 
İsaqoğlu, V. Ağdamın qəhrəmanları: Naiq Nəsir oğlu Yusifov: (1970-1992) /V. İsaqoğlu //Tovuz şəhidləri.- Bakı, 1995.- S.15-20.
Seyidzadə, M. Yusifov Naiq Nəsir oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.220.
Yusifov Naiq Nəsir oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- Bakı, 
2008.-S.202-203.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
5
45 
illiyi
Milli Qəhrəman


14
Milli Qəhrəmanlar
Şamoy Çobanov 
1965-1990
Y
ANV
AR
Şamoy Məhyəddin oğlu Çobanov 
1965-ci il yanvar ayının 19-da Qazax 
rayonunun Ağköynək kəndində anadan 
olmuşdur. 1982-ci ildə 1 saylı Qazax 
şəhər orta məktəbini bitirdikdən son-
ra avtonəqliyyat müəssisəsində  əmək 
fəaliyyətinə başlamışdır.
Şamoy Çobanov 1983-cü ildə Sovet 
Ordusu sıralarına hərbi xidmətə çağırıl-
mış və 1985-ci ildə ordudan tərxis olu-
naraq doğma yurdu Qazax şəhərinə qa-
yıtmışdır.  Əvvəllər işlədiyi müəssisədə 
çilingər kimi fəaliyyətini davam etdir-
mişdir. 1989-cu ildə Qazax Rayon Polis 
Şöbəsinə işə qəbul  olunmuşdur.
Erməni yaraqlılarının  Xeyrimli, Yu-
xarı  Əskipara, Bağanis Ayrım kəndlərinə 
hücumları ara vermirdi. Şamoy bu 
kəndlərdə əhalinin təhlükəsizliyini təmin 
etmək məqsədilə öz polis yoldaşları ilə 
birgə postlar qurmuşdu. Cəsur polis iş-
çisi tez-tez erməni yaraqlıları ilə üzbəüz 
gəlirdi. O, erməni quldurlarına öz çirkin 
əməllərini həyata keçirməyə imkan ver-
mirdi.
1990-cı il avqustun 19-unda Yuxarı 
Əskipara kəndinə gedən avtobus kəndin 
yaxınlığındakı “Qanlı  dərə” deyilən 
yerdə erməni silahlıları  tərəfindən 
gözlənilmədən hücuma məruz qalır. Av-
tobusu müşayiət edən Şamoy cəld yerə 
atılır və qanlı döyüş başlayır. Düşmən 
geri oturdulsa da, sərnişinlərdən yarala-
nanlar və ölənlər var idi. Həmin döyüşdə 
kənd camaatının böyük hörmətini qa-
zanmış  vətənpərvər polis əməkdaşı  Şa-
moy Çobanov da həlak olur.
Azərbaycan Respublikası Prezidenti-
nin 8 oktyabr 1992-ci il tarixli 264 saylı 
Fərmanı ilə Çobanov Şamoy Məhyəddin 
oğluna ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Doğulduğu Ağköynək kəndində dəfn 
edilmişdir. Ağköynək kənd məktəbi 
qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Şamoy Məhyəddin oğlu Çobanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Polis nəfəri – Azərbaycan Respublikasının 
suverenliyinin və ərazi bütövlüyünün qorunmasında dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə 
görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 10 oktyabr.- S.1.- (Ölümündən sonra).
Çobanov Şamoy Məhyəddin oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.M.Həmidova.- Bakı, 2008.-S.47-48.
Əsgərov, V. Çobanov Şamoy Məhyəddin oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- 
S.61. 
Seyidzadə, M. Çobanov Şamoy Məhyəddin oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.45.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
19
50 
illiyi
Milli Qəhrəman
 


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə