Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə60/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   56   57   58   59   60   61   62   63   ...   173

132
MA
Y
Sürəyya Qacar
1910-1992
Ə d ə b i y y a t
Çəmənli, M. Sürəyya Qacar //Çəmənli M. “Leyli və Məcnun” 100 il səhnədə.- Bakı, 2008.- S.114.
Qacar Sürəyya Sədrəddin qızı (1910-1992) //Üzeyir Hacıbəyli ensiklopediyası.- Bakı, 2008.- S.131.
Sürəyya Qacar //Qadınlar Azərbaycanın musiqi həyatında.- Bakı, 2004.- S.24-25.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Sürəyya Sədrəddin qızı Qacar 
 
(messo-soprano) 1910-cu il may ayı-
nın 1-də  Şuşa  şəhərində anadan ol-
muşdur. 
O, 1927-ci ildə Bakı Pedaqoji Tex-
nikumunu bitirmişdir. 
1927-1939-cu illərdə Azərbaycan 
Opera və Balet Teatrının solisti olmuş-
dur. Onu teatra Hüseynqulu Sarabski 
dəvət etmişdi. Sürəyya Qacarın teat-
ra gəlişi bir bayram əhvali-ruhiyyəsi 
yaratmışdı. Çünki o zaman teatrda 
Leylini,  Əslini, Gülçöhrəni... oynaya 
biləcək aktrisalara böyük ehtiyac var-
dı. Dahi Azərbaycan bəstəkarı Üzeyir 
Hacıbəylinin “Leyli və Məcnun”unda 
Leyli obrazı onun teatrda ilk rolu 
olmuşdur. Daha sonra o, “Əsli və 
Kərəm”də  Əsli, “O olmasın, bu 
olsun”da Gülnaz, “Arşın mal alan”da 
Asya, Zülfüqar Hacıbəylinin “Aşıq 
Qərib” operasında Sahsənəm partiya-
larını ifa etmişdir. 
1927-ci ildən 1932-ci ilədək 
Sürəyya Qacarın səhnəmizdəki 
müvəffəqiyyəti və onun yaratdığı Ley-
li, Əsli kimi lirik surətlər xatirələrdən 
silinməzdir. Sürəyya Qacar obrazın da-
xili həyəcanlarını ifadəli hərəkətlərlə 
oxuduğu muğamlarda dərin təsir 
qüvvəsi ilə göstərirdi. 
Sürəyya xanım Qacar 1940-cı ildən  
Azərbaycan Dövlət Filarmoniyasın-
da fasilələrlə solist olmuş, 1968-ci 
ildən vokal üzrə  məsləhətçi-müəllim 
işləmişdir. 
Onun repertuarında Azərbaycan 
xalq mahnıları, muğamlar, eləcə  də 
keçmiş SSRİ xalqlarının mahnıları 
əsas yer tutmuşdur. 
Sürəyya Qacarın ifaçılıq sənəti 
üçün sadəlik, səmimiyyət, incə zövq 
səciyyəvidir. 
O, SSRİ-nin bir sıra  şəhərlərində, 
eləcə  də  İranda qastrol səfərlərində 
olmuşdur. 
Azərbaycanın görkəmli müğənnisi 
Sürəyya Qacar 1954-cü ildə 
“Azərbaycan Respublikasının Xalq 
artisti” fəxri adına layiq görülmüşdür. 
İki “Şərəf nişanı” ordeni və medal-
larla təltif edilmişdir.
Görkəmli müğənni Sürəyya xanım 
Qacar 1992-ci ildə vəfat etmişdir.
105 
illiyi
1
Müğənni
Musiqi.Opera.Balet 


133
MA
Y
Yaqub Məmmədov
1930-2002
Ə d ə b i y y a t
Mehdi, D. El xanəndəsi Ya-
qub Məmmədov /D.Mehdi.- 
Bakı: Təbib, 1998.- 80 s.
Çəmənli, M. “Mənsuriyyə” 
harayı /M.Çəmənli             
//Çəmənli M. Sənət 
hekayələri.- Bakı, 2014.- 
S.315-325.
Qiymətli səs xəzinəsi: 
Yaqub Məmmədov muğam 
tariximizin şərəfli səhifəsini 
yazıb //Şərq.- 2011.- 5 
may.- S. 22.
Məhərrəmova, T. İfa-
sı tarixləşən xanəndə 
/T.Məhərrəmova //Kaspi.- 
2010.- 28 may.- S. 15.
Məmmədov, V. Ölməz 
sənətkar /V.Məmmədov 
//525-ci qəzet.- 2011.- 23 
fevral.- S. 7.
Yusifli, V. Mənsuriyyə: 
Ustad Xanəndə Ya-
qub Məmmədovu 
xatırlayarkən... /V.Yusifli 
//525-ci qəzet.- 2013.- 9 
noyabr.- S.16; 29.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Yaqub Məhəmməd oğlu Məmmədov 
1930-cu il may ayının 5-də   Ağcabədi 
rayonunda anadan olmuşdur. Qarabağ 
xanəndəlik məktəbinin XX əsrin II ya-
rısında yetişmiş orta nəslinin görkəmli 
nümayəndəsi idi. 
1956-cı ildə rayonda Bakıda 
keçiriləcək Gənclərin Ümumrespublika 
Festivalına ifaçı toplanarkən birinci Ya-
qubun adı qeyd olunur. Beləliklə, o, Ba-
kıya festivala gəlir. Münsiflər heyətində 
görkəmli sənətkarlar - Həqiqət Rzaye-
va, Xan Şuşinski, Əfrasiyab Bədəlbəyli 
və başqaları yer almışdı. Gənc Yaqubun 
səhnə görünüşü və ifası onları qane 
edir.  İfa hamının xoşuna gəlir və Ya-
qub Məmmədov festivalın laureatı olur. 
İlk müvəffəqiyyət gənc ifaçıya uğurlar 
gətirir. Həmin festivaldan sonra ustad 
tarzən  Əhməd Bakıxanov onu radioya 
gətirib öz ansamblı ilə bir neçə ifasını 
lentə yazdırır. 
Qarabağ torpağında boya-başa çat-
mış Yaqub Məmmədov professional 
musiqi təhsilini Asəf Zeynallı adına 
Azərbaycan Dövlət Musiqi məktəbində 
Seyid Şuşinskidən almışdır. Cabbar, Se-
yid, Xan, Zülfü məktəbinin ənənələrinə 
sadiq qalan xanəndə öz oxu tərzi ilə 
klassik muğam ifaçılığı üslubunu qo-
ruyub saxlayıb. Eyni zamanda Yaqub 
Məmmədovun özünün ifa məziyyətləri
dəst-xətti var idi. Klassik muğam ifa-
çılığı  çərçivəsindən kənara çıxmayan 
xanəndə məlahətli səsi ilə muğama yeni 
xallar, zəngulələr gətirmişdi. Onun yadi-
gar qalan lent yazıları muğam tariximi-
zin qiymətli səs yaddaşıdır. Azərbaycan 
ifaçılıq sənətinin görkəmli simalarından 
olan Yaqub Məmmədov sələflərinin yo-
lunu layiqincə davam etdirib. Görkəmli 
xanəndə Seyid Şuşinskidən mu-
ğam dəsgahları, xanəndəlik sənətinin 
sirlərini öyrənmiş, həmçinin musiqi və 
poeziya sahəsində dərin biliklər qazan-
mışdır. Yüksək ifaçılıq mədəniyyətinə 
malik xanəndə gözəl səsi, təkraredilməz 
oxuma tərzi ilə diqqəti cəlb etmişdir.
O, bütün muğam dəstgahlarının 
gözəl bilicisi olmaqla yanaşı, həm də 
Azərbaycan poeziyasını  dərindən bi-
lirdi. Yaqub Məmmədov uzun illər 
Azərbaycan Dövlət Filarmoniyasında 
solist olmuş, konsertlərdə  çıxış etmiş-
dir. Onun ifasında qrammafon vallarına 
yazılmış muğam dəstgahları bütün Ya-
xın və Orta Şərqdə yayılmışdır.
Ustad xanəndə kimi püxtələşmiş 
Yaqub Məmmədov sənətdə öz 
ənənələrini yaratmışdır. Öz dövrünün 
bir çox xanəndələri, eyni zamanda, 
yeni gələn nəsil onun yaradıcılığından 
bəhrələnmişlər.
Xanəndənin fəaliyyəti dövlət 
tərəfindən qiymətləndirilmiş, ona 1991-
ci ildə “Azərbaycan Respublikası-
nın Xalq artisti” fəxri adı verilmişdir. 
Müxtəlif fəxri fərmanlarla təltif edilmiş, 
ulu öndər Heydər  Əliyevin sərəncamı 
ilə Prezident təqaüdçüsü olmuşdur. 
Azərbaycan Respublikası Prezi-
dentinin 4 dekabr 2001-ci il tarixli 
Sərəncamı ilə  “Şöhrət” ordeninə layiq 
görülmüşdür. 
Yaqub Məmmədov 2002-ci il iyul 
ayının 7-də vəfat etmişdir.
85 
illiyi
5
Xanəndə
Musiqi.Opera.Balet 


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə