Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə62/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   58   59   60   61   62   63   64   65   ...   173

136
Milli Qəhrəmanlar 
40 
illiyi
Rəşad Mirabov
1975-1995  
MA
Y
Rəşad Akif oğlu Mirabov 1975-ci il 
may ayının 3-də Mingəçevir  şəhərində 
anadan olmuşdur. 
1981-ci ildə 7 saylı orta məktəbdə 
orta təhsilə başlamış, həmin məktəbin 
9-cu sinfini bitirdikdən sonra Mingəçevir 
şəhər axşam məktəbində orta təhsilini 
davam etdirməklə  dərzilik sənətinə 
yiyələnmişdir. 
Ordu sıralarına çağırılana qədər 
Mingəçevir Dövlət Dram Teatrında 
dərzi işləmişdir. 
1993-cü ildə həqiqi hərbi xidmətə ça-
ğırılmışdır. Tərtər cəbhəsində xidmət et-
mişdir. Bir müddət Tərtərdə Ermənistan 
işğalçılarına qarşı döyüşmüş, sonra 
Füzuli cəbhəsinə göndərilmişdir. Son-
rakı illərdə  əvvəlki hərbi hissəsində 
xidmətini davam etdirmişdir.
1995-ci il Mart hadisələri zamanı 
həlak olmuşdur. 
Mingəçevir şəhərinin Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı 
Fərmanı ilə Mirabov Rəşad Akif oğlu 
ölümündən sonra “Azərbaycanın Milli 
Qəhrəmanı” fəxri adına layiq görülmüş-
dür.
Subay idi.
Mingəçevir şəhər 7 saylı orta məktəbin 
qarşısında və Şəhidlər muzeyində büstü 
qoyulub.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 
haqqında: [Mirabov Rəşad Akif oğlu-Müdafiə Nazirliyi, sıravi-Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi, 
onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi  cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il.- S. 1.- (Ölümündən sonra). 
Əsgərov, V. Mirabov Rəşad Akif oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı: Dərələyəz-M
2010.- S.206.
Mirabov Rəşad Akif oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova .- Bakı, 
2008.- S.145-146. 
Seyidzadə, M. Mirabov Rəşad Akif oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.157.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
3
Milli Qəhrəman
MA
Y
1


137
MA
Y
8
Milli Qəhrəmanlar 
45 
illiyi
Qasım Rzayev
1970-1992
MA
Y
Qasım Qara oğlu Rzayev 1970-ci 
il may ayının 5-də Tovuz rayonunun 
Əlibəyli kəndində anadan olmuşdur. 
1987-ci ildə orta məktəbi bi-
tirmiş, sonra sürücülük ixtisasına 
yiyələnmişdir. 
1988-ci ildə Sovet ordusu sıralarına 
çağırılmışdır. Ukrayna Respublikasının 
Nikopol şəhərində hərbi hissədə artille-
riya bölməsində xidmət etmişdir. 
1990-cı ildə  hərbi xidməti başa 
vuraraq vətənə qayıtmış, könüllü 
özünümüdafiə  dəstəsinə yazılmışdır.
Muncuqlu, Koxa-Nəbi,  Əlibəyli, Ha-
callı kəndlərinin, eləcə də Tovuz rayo-
nunun sərhədlərinin qorunmasında xü-
susi qəhrəmanlıq nümayiş etdirmişdir. 
1992-ci il mayın 14-də düşmən Tovu-
zun kəndlərinə hücuma keçərkən Qasım 
özünü döyüş nöqtəsinə yetirərək qeyri-
bərabər döyüşdə  mərdlik göstərmiş, 
gərgin gedən döyüşdə qəhrəmancasına 
həlak olmuşdur. 
Əlibəyli kənd qəbiristanlığında dəfn 
edilmişdir. 
Ailəli idi.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 fevral 1993-cü il tarixli 457 
saylı  Fərmanı ilə Rzayev Qasım Qara 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Hacallı 
kənd orta məktəbi 
qəhrəmanın adını daşıyır.
 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında: [Rzayev Qasım Qara oğlu-sıravi-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 
əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 5 fevral 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.-  № 3.- S. 11.- (Ölümündən sonra).
Əsgərov, V. Rzayev Qasım Qara oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- 
S.249.
Rzayev Qasım Qara oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.- Bakı, 2008.- S.180.
Seyidzadə, M. Rzayev Qasım Qara oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.192. 
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
5
Milli Qəhrəman


138
Milli Qəhrəmanlar 
45 
illiyi
Pərviz Səmədov
1970-1992 
MA
Y
Pərviz  Əbdüləhəd oğlu Səmədov 
1970-ci il may ayının 5-də  Gəncə 
şəhərində anadan olmuşdur. 
1985-ci ildə  səkkizinci sinfi 
bitirərək təhsilini 15 saylı texniki peşə 
məktəbində davam etdirmiş və avtomo-
bil çilingəri peşəsinə yiyələnmişdir.
1988-ci ildə ordu sıralarına çağırı-
laraq iki il Çita şəhərində xidmət etmiş 
və 1990-cı ildə doğma şəhəri Gəncəyə 
qayıtmışdır. 
1992-ci ildə könüllü olaraq Ağdam 
bölgəsinə gəlmiş və kəşfiyyat bölüyü-
nün komandiri kimi fəaliyyətə başla-
mışdır. P.Səmədov  Şelli, Naxçıvanik, 
Aranzəmin Pircamal kəndləri uğrunda 
gedən döyüşlərdə misilsiz xidməti ol-
muşdur. 
1992-ci il mayın 15-də  Ağda-
mın Gülablı  kəndində gedən qan-
lı döyüşlərdə  qəhrəmanlıq nümayiş 
etdirərək, döyüş yoldaşlarına yardım 
etmiş  və özü qəhrəmancasına həlak 
olmuşdur. 
Azərbaycan Respublikası Prezi-
dentinin 7 iyun 1992-ci il tarixli 833 
saylı  Fərmanı ilə  Səmədov Pərviz 
Əbdüləhəd oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Gəncə  şəhərində  dəfn edilmişdir. 
Gəncədəki küçələrdən biri qəhrəmanın 
adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Səmədov Pərviz Əbdüləhəd oğlu-sıravi-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.-  № 13.- S. 25.- (Ölümündən sonra).
Əsgərov, V. Səmədov Pərviz Əbdüləhəd oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- 
S.263.
Səmədov Pərviz Əbdüləhəd oğlu  //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.ed. 
H.Həmidova.- Bakı, 2008.- S.189-190.
Seyidzadə, M. Səmədov Pərviz Əbdüləhəd oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.200.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
5
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə