Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə63/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   59   60   61   62   63   64   65   66   ...   173

139
Milli Qəhrəmanlar 
60 
illiyi
Mixail Slesaryov
1955-2014
MA
Y
 Mixail Aleksandroviç Slesaryov 
1955-ci il may ayının 8-də Rusiyanın 
Smolensk şəhərində doğulmuşdur.
1970-ci ildə 4 saylı orta məktəbin 
səkkizinci sinfini bitirdikdən son-
ra təhsilini 19 saylı texniki peşə 
məktəbində davam etdirmişdir. 
1971-ci ildə Smolensk Kənd 
Təsərrüfatı Texnikası Birliyində trak-
torçu işləməyə başlamışdır. 
1975-ci ildə  hərbi xidmətə çağırıl-
mış, 1977-ci ildə xidmətini başa vuraraq 
göndərişlə Tbilisi Gizirlər Məktəbinə 
daxil olmuşdur. 
Məktəbi bitirdikdən sonra 1981-
1986-cı illərdə Bakı şəhərində motoatıcı 
tağım komandiri, 1986-1999-cu illərdə 
mühafizə tağımının rəisi vəzifəsində 
işləmişdir.
7 yanvar 1999-cu il Qobus-
tan həbsxanasında xidmətini yerinə 
yetirərkən həbsxanada baş verən  hadisə 
zamanı  qəhrəmanlıq nümayiş etdir-
miş və kiçik leytenant rütbəsi almışdır. 
Ədliyyə Nazirliyinin “N” saylı  hərbi 
hissəsində tağım komandiri vəzifəsində 
çalışmışdır. 
Azərbaycan Respublikası Prezi-
dentinin 12 yanvar 1999-cu il tarixli 
73 saylı Fərmanı ilə Slesaryov Mixail 
Aleksandroviç “Azərbaycanın Milli 
Qəhrəmanı” fəxri adına layiq görül-
müşdür.
2014-cü il aprel ayının 12-də  vəfat 
etmişdir.
Ə d ə b i y y a t
Mixail Aleksandrovıç Slesaryova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [kiçik leytenant –Qobustan 
həbsxanasında baş vermiş cinayətin qarşısının alınmasında, terrorçuların zərərsizləşdirilməsində, girov götürülmüş in-
sanların həyatının xilas edilməsində, hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  göstərdiyi şəxsi 
qəhrəmanlıq və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 12 yanvar 1999-ci il //Azərbaycan.- 1999.- 13 
yanvar.
Əsgərov, V. Slesaryov Mixail Aleksandrovıç //V.Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 
2010.- S.264. 
Slesaryov Mixail Aleksandrovıç //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.- Bakı, 2008.- S.190.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
8
Milli Qəhrəman


140
Milli Qəhrəmanlar 
40 
illiyi
Natiq Məmmədov
1975-1994 
MA
Y
Natiq Bəşir oğlu Məmmədov  1975-
ci il may ayının 11-də Zaqatala rayo-
nunun Əli Bayramlı kəndində anadan 
olmuşdur. 
1990-cı ildə  kənd orta məktəbinin 
səkkizinci sinfini bitirərək, təhsilini 
Qax rayonundakı 3 saylı texniki-peşə 
məktəbində davam etdirmiş, mexani-
zator ixtisasına yiyələnmişdir. 
1993-cü il may ayının 13-də Zaqa-
tala rayon hərbi komissarlığı tərəfindən 
ordu sıralarına çağırılmışdır. Seyfəlidə 
hərbi təlim keçən N.Məmmədov dö-
yüş yolunu Ağdam, Füzuli, Tərtər 
bölgələrində davam etdirmişdir. 
4 oktyabr 1994-cü ildə xüsusi 
təyinatlı  dəstənin tərkibində  Gəncə 
şəhərində qiyamı yatırmaq üçün hərbi 
hissənin  əsgərləri döyüş hazırlığına 
gətirilmişdi. Natiq də bu əməliyyatda 
iştirak edirdi. Vəzifə borcunu yerinə 
yetirərkən qəhrəmancasına həlak ol-
muşdur. 
Subay idi.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 oktyabr 1994-ci il tarix-
li 215 saylı  Fərmanı ilə  Məmmədov 
Natiq Bəşir oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir. 
Zaqatala rayonunun Əli Bayramlı 
kəndində dəfn edilmişdir.
Əli Bayramlı kəndindəki uşaq 
bağ-
çası qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Məmmədov Natiq Bəşir oğlu – çavuş –Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi zamanı göstərdiyi şəxsi 
qəhrəmanlıq və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 oktyabr 1994-cü il //Azərbaycan Respublikası Ali 
Sovetinin Məlumatı.- 1994.- № 19.- S.10.- (Ölümündən sonra).
 Əsgərov, V. Məmmədov Natiq Bəşir oğlu //V.Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- (Yenidən işlənmiş II nəşr).-  Bakı: 
“Dərələyəz-M”, 2010.- S. 202.
Məmmədov Natiq Bəşir oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.ed. H.Həmidova.- 
Bakı, 2008.- S. 140-141.
Seyidzadə, M. Məmmədov Natiq Bəşir oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.146.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
11
Milli Qəhrəman


141
Milli Qəhrəmanlar 
40 
illiyi
Famil İsgəndərov
1975-1995
MA
Y
Famil  İsgəndər oğlu  İsgəndərov  
1975-ci il may ayının 15-də Bakı 
şəhərində doğulmuşdur.
1991-ci ildə 157 saylı orta məktəbi 
bitirmişdir. 
1993-cü ildə Binəqədi rayon Hərbi 
Komissarlığı tərəfindən Milli Ordu sı-
ralarına çağırılmış, Ağdərə  və  Tərtər 
bölgələrində gedən qanlı döyüşlərdə 
iştirak etmişdir. Murovdağın geri qay-
tarılması zamanı ayağından yaralan-
mışdır.
1995-ci ilin martında dövlət 
çevirilişinə cəhdin qarşısını alan dəstənin 
tərkibində igidlik göstərmişdir. 
1995-ci il martın 17-də döyüş yol-
daşlarını xilas edərkən ağır yaralanmış 
və həyatını xilas etmək mümkün olma-
mışdır.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 aprel 1995-ci il tarixli 307 
saylı  Fərmanı ilə  İsgəndərov Famil 
İsgəndər oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Subay idi.
Bakı  şəhərininin  Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir.
Təhsil aldığı 157 saylı orta məktəb 
qəhrəmanın adını daşıyır. Məktəbdə 
büstü qoyulmuşdur. Yaşadığı binanın 
önünə xatirə lövhəsi vurulub.
Dağıstan Muxtar Respublika-
sı Qasımkənd rayonunun Uluqadağ 
kəndindəki orta məktəb onun adını da-
şıyır.
 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı”adı verilməsi 
haqqında: [İsgəndərov Famil İsgəndər oğlu – Müdafiə Nazirliyi, sıravi – Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşu-
nun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq 
və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.-5 aprel.- 
(Ölümündən sonra).
Əsgərov, V. İsgəndərov Famil İsgəndər oğlu //V.Əsgərov. Azərbaycanın Milli Qəhrəmanıları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- 
S.142.
İsgəndərov Famil İsgəndər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.- Bakı, 2008.- S.105.
Seyidzadə, M. İsgəndərov Famil İsgəndər oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.108.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
15
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə