Teqvim-2015. pdf


Mədəniyyət.Maarif.Elm 95



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə66/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   62   63   64   65   66   67   68   69   ...   173

146
Mədəniyyət.Maarif.Elm
95 
illiyi
Şamil Cəmşid
1920-2008
MA
Y
Şamil Allahverdi oğlu Cəmşidov 
(Şamil Cəmşid) 1920-ci il may ayı-
nın 5-də Ağcabədi rayonunda anadan 
olmuşdur. Orta məktəbi Xəlfərəddin 
kəndində bitirdikdən sonra 1939-cu 
ildə  hərbi xidmətə çağırılmış,  İkin-
ci Dünya müharibəsində  iştirak et-
miş, döyüşlərdə  ağır yaralanmış, 
müalicədən sonra II dərəcəli əlil kimi 
ordudan tərxis edilmişdir. 1943-1944-
cü illərdə radio verilişləri redaksi-
yasında müvəkkil işləmişdir. 1944-
1949-cü illərdə Azərbaycan Dövlət 
Universitetində oxumuşdur. Sonra 
təyinatla Ağdam ikiillik müəllimlər 
institutuna göndərilmiş, burada baş 
müəllim kimi elmi-pedaqoji fəaliyyətə 
başlamışdır. 1953-cü ildə bu insti-
tut ləğv olunandan sonra Ağcabədi 
rayonunun Xəlfərəddin kənd orta 
məktəbində dil-ədəbiyyat müəllimi, 
“Ağcabədi pambıqçısı” qəzetinin 
məsul katibi olmuşdur. 1957-ci ildə 
Azərbaycan Respublikası Elmlər Aka-
demiyası  Əlyazmalar Fonduna (indiki 
institutuna) kiçik elmi işçi vəzifəsinə 
dəvət olunmuşdur. 1968-1986-cı illər 
böyük elmi işçi, 1986-1990-cı illər isə 
aparıcı elmi işçi işləmişdir. 1990-cı 
ildən ömrünün sonunadək Əlyazmalar 
İnstitutunda baş elmi işçi vəzifəsində 
çalışmışdır. Onun elmi istiqaməti 
qədim yazılı abidələr, klassik irs və 
şifahi xalq ədəbiyyatının elmi-tənqidi 
mətnini tədqiq etmək olmuşdur. “Kita-
bi Dədə Qorqud” ədəbi abidəsini uzun 
illərdən bəri öz elmi-tədqiqat obyektinə 
çevirmişdir. Bu mövzuda 1965-ci ildə 
namizədlik, 1985-ci ildə isə doktor-
luq dissertasiyası müdafiə etmişdir. 
Elmi araşdırmaları ABŞ, Türkiyə, İran 
mətbuatında dərc olunmuşdur. 200-
dən artıq məqaləsi dövri mətbuatda 
çap olunmuşdur. 
Bədii yaradıcılığa 15-16 yaşla-
rında başlasa da, 50-ci illərdən sati-
rik  şeirləri, Sabiranə  bəhri-təvilləri 
“Ədəbiyyat qəzeti”ndə, “Kirpi” jur-
nalında, “Gənclik” almanaxında və s. 
müntəzəm çap edilmişdir. 1990-cı ildən 
Türkiyə Respublikası I Millətlərarası 
Böyük Azərbaycan Konqresinin iş-
tirakçısıdır. Beynəlxalq konfrans və 
elmi simpoziumlarda (Paris, Drezden, 
Ankara) çıxış etmişdir. 1999-cu ildə 
Atatürk adına Dil qurumunun fəxri 
üzvü seçilmişdir. 
1993-cü ildən Yazıçılar Birliyinin 
üzvü idi.
Görkəmli alim Vətən və xalq qar-
şısında xidmətlərinə 1999-cu ildə 
“Əməkdar elm xadimi” fəxri adına la-
yiq görülmüşdür. Bir çox orden, medal 
və Fəxri fərmanlarla təltif edilmişdir.
Şamil Cəmşidov 2008-ci il dekabr 
ayının 8-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan yazılı dastan 
abidələrinin tədqiqi 
/Ş.Cəmşidov.- Bakı: Nur-
lan, 2002.- 187 s. 
Elimizin söz boğça-
sı   /topl. tərt. və işləyəni 
Ş.Cəmşidov.- Bakı: 
Azərnəşr, 1997.- 75 s.
“Kitabi Dədəm Qorqud” 
/Ş.Cəmşidov.- Bakı: Elm, 
1999.- 678 s.
Türk əlyazmaları kataloqu     
/təsvir və tərt.: Ş.Cəmşidov, 
Ə.Məmmədbağıroğlu.- 
Bakı: Elm və təhsil, 2013.- 
C.1.- 285 s.
Əhmədov, T. Şamil Cəmşid 
/T.Əhmədov //Azərbaycan 
yazıçıları (XX-XX1 
yüzillikdə).- Bakı: Nurlar, 
2011.- S.886-887.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
5
Ədəbiyyatşünas


147
Mədəniyyət.Maarif.Elm
105 
illiyi
Cəfər Xəndan
1910-1961
MA
Y
Cəfər Zeynal oğlu Hacıyev (Cəfər 
Xəndan) 1910-cu il may ayının 8-də 
İrəvan şəhərində müəllim ailəsində do-
ğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə 
köçmüş, ata-anasının burada vəfat 
etməsi səbəbindən kimsəsiz qalan ki-
çik qardaş  və bacısı ilə 1925-ci ilədək 
Gəncədəki uşaq evində yaşamışdır. 
Gəncə Pedaqoji texnikumunu bi-
tirmişdir. 1925-1929-cu illərdə ADPİ-
nin dil və  ədəbiyyat fakültəsində 
təhsil almış, həm də fəhlə fakültəsində 
müəllimlik etmişdir. 1932-1941-ci 
illərdə aspiranturaya daxil olmuş, eyni 
zamanda institutun Ədəbiyyat kafed-
rasının assistenti, sonra dosenti kimi 
fəaliyyət göstərmişdir. M.F.Axundov 
adına Müəllimlər  İnstitutunun Dil 
və  ədəbiyyat fakültəsinin dekanı, 
Azərbaycan Dövlət Pedaqoji İnstitutu-
nun kafedra müdiri, Azərbaycan Elmlər 
Akademiyasının Dil və Ədəbiyyat İnsti-
tutunda şöbə müdiri, həm də Azərbaycan 
Yazıçılar  İttifaqında təşkilat katibi
“Ədəbiyyat qəzeti” redaksiyasının 
məsul katibi, “Gənc işçi” qəzeti redak-
siyasında  ədəbiyyat  şöbəsinin müdiri 
vəzifələrində işləmişdir. 
1938-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü olmuşdur. 
1939-cu ildə  filologiya elmləri 
namizədi alimlik dərəcəsi almış-
dır. “1906-1946-cı illərdə  Cənubi 
Azərbaycan xalqının milli azadlıq 
mübarizəsi və onun bədii  ədəbiyyatda 
inikası” mövzusunda doktorluq disser-
tasiyası müdafiə etmişdir.
1941-ci ildə səfərbərliyə alınmış, so-
vet ordusu tərkibində siyasi rəhbər və 
jurnalist kimi alman işğalçılarına qarşı 
vuruşmuşdur. O, 1944-1946-cı illərdə 
Cənub-Qərb,  Şimali Qafqaz, Zaqafqa-
ziya cəhbələrində siyasi şöbənin baş 
təlimatçısı, cəbhə qəzetlərində (“Vo sla-
vu Rodinı”, “Vpered k pobede”, “Bo-
ets RKKA”, “Vətən yolunda”) məsul 
redaktorun müavini olmuşdur. 1946-
1947-ci illərdə ordu sıralarından tərxis 
olunandan sonra Azərbaycan Dövlət 
Universitetinin Azərbaycan  ədəbiyyatı 
kafedrasında dosent, eyni zamanda 
“Kommunist” qəzetində Mədəniyyət və 
məişət şöbəsinin müdiri  işləmişdir.  
1947-1950-ci illərdə ADU-nun fi-
lologiya fakültəsinin dekanı, 1954-cü 
ilədək rektoru işləmişdir. 1954-1961-
ci illərdə yenidən Azərbaycan Dövlət 
Universitetinin Sovet ədəbiyyatı kafed-
rasının müdiri olmuşdur. 1949-cu ildə 
professor elmi rütbəsini almışdır.
“Qırmızı ulduz” (1942), “Qırmızı 
Əmək Bayrağı” (1946) ordenləri, “Qaf-
qazın müdafıəsinə görə”, “Almaniya 
üzərində  qələbəyə görə” medalları, 
Fəxri fərman və hədiyyələrlə mükafat-
landırılmışdır. 
Cəfər Xəndan 1961-ci il avqust ayı-
nın 10-da Bakıda vəfat etmişdir. Bakı 
küçələrindən biri onun adını daşıyır.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 3 cilddə 
/C.Xəndan.- Bakı: Çaşıoğ-
lu, 2010.
Əhmədalılar, T. Şan-
lı adlardan-böyük 
elm, mədəniyyət, 
ədəbiyyat, ictimaiyyət 
və həyat adamı-Cəfər 
Xəndan /T.Əhmədalılar                  
//Mədəniyyət.- 2013.- 8 
mart.- S.12.
Əhmədov, T. Cəfər Xəndan 
/T.Əhmədov //Azərbaycan 
yazıçıları (XX-XX1 
yüzillikdə).- Bakı, 2011.- 
S.154-155.
Əliyev, R. Cəfər Xəndan 
şəxsiyyəti və ədəbiyyat 
/R.Əliyev //Ədəbiyyat 
qəzeti.- 2011.- 30 dekabr.- 
S.5.
Qafarlı, R. “Cəfər Xəndan 
Hacıyev: həyatı və yara-
dıcılıq yolu” /R.Qafarlı 
//Xalq qəzeti.- 2012.- 5 
fevral.- S. 6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
8
Ədəbiyyatşünas


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə