Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə8/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   4   5   6   7   8   9   10   11   ...   173

Ə d ə b i y y a t
Abbaszadə, H. General: roman /H.Abbaszadə.- Bakı:Gənclik, 1981.- 353 s.
Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov: biblioqrafik göstərici /tərt. ed. Q.Məmmədov; [red. 
E.Məmmədyarova, S.Sultanova].- Bakı: Azərnəşr, 1985.- 85 s.
Aslanov Həzi Əhəd oğlu //Azərbaycan generalları: Kataloq /elmi red. N.Vəlixanlı; tərt.: Z.Dulayeva və b.; AMEA Azərbaycan 
Tarix Muzeyi.-Bakı, 2005.- S.117-127.
Həzi Əhəd oğlu Aslanov //Azərbaycanın qızıl ulduzları /AzSSR EA Tarix İn-tu ; tərt. ed. Q.Mədətov (red), M.Abbasov, R Zeyna-
lov, L.Borodetski.-Bakı, 1975.-S.5-12. 
Məhərrəmov, Ə. General H.Ə.Aslanov /Əli Məhərrəmov; red. F.Ələkbərova.- Bakı: Təhsil,2008.- 76 s. 
Nəzirli, Ş. Azərbaycan oğulları Stalinqrad döyüşlərində /Şəmistan Nəzirli //Ədalət.- 2012.- 3 may.- S.7.
Məmmədov, N. Həzi Aslanovun qəhrəmanlıq bioqrafiyası /N.Məmmədov  //Respublika.- 2010.- 23 yanvar.- S.5.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az 
www.az.wikipedia.org
www.warheroes.ru 
ordeni”nə layiq görülmüşdü.
1944-cü il avqust ayının 1-də Aslanovun bri-
qadası başqa ordu hissələri ilə birlikdə Yelqava 
şəhərini düşməndən təmizləmişlər. O, Volqadan 
başlamış Baltikədək bütün döyüşlərdə özünü baca-
rıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdir. 
Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 
dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür al-
mışdır. İki dəfə “Qırmızı Ulduz”, üç dəfə “Qırmızı 
Bayraq”, “Aleksandr Nevski”, İkinci dərəcəli “Su-
vorov Ordeni”, I dərəcəli “Vətən Müharibəsi Or-
deni” və saysız medallarla təltif edilmişdir.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu 
keçən Həzi Aslanov 1945-ci il 24 yanvar tarixində 
Latviyanın Liepay rayonunda alman faşistləri 
ilə döyüşdə  qəhrəmancasına həlak olmuşdur. 
Ölümündən 47 il sonra ona ikinci “Sovet İttifaqı 
Qəhrəmanı” adı verilmişdir.
Həzi Aslanovun məzarı Bakıda Şəhidlər Xiya-
banındadır. Burada qəhrəmanın abidəsi ucaldıl-
mışdır. 1969-cu ildə  Həzinin vətəni Lənkəranda 
onun ev-muzeyi açılmış, 1983-cü il may ayının 
8-də Lənkəran şəhərinin mərkəzində onun boyük 
heykəli ucaldılmışdır. Bakıdakı küçələrdən və 
metrostansiyalardan biri Həzi Aslanovun adını da-
şıyır. 
Haqqında “General Həzi Aslanov” (1945), 
“General Aslanov” (1970), “Estafet” (1982), “Sizi 
dünyalar qədər sevirdim” (1985), “Dəmir atlı 
cəngavər” (2003) adlı filmlər çəkilmişdir.


18
Mədəniyyət.Maarif.Elm
135  
illiyi
Muxtar Əfəndizadə 
1880-1975 
Y
ANV
AR
Muxtar  İsmayıl oğlu  Əfəndizadə  
(Muxtar Əfəndi) 1880-ci il yanvar ayı-
nın 1-də Ağdaş rayonunun Şəmsabad 
kəndində, ziyalı ailəsində anadan ol-
muşdur. 
Uzun müddət (1886-1904) Azərbay-
canın müxtəlif mədrəsələrində (Ağdaş, 
Şamaxı, Quba, Bakı) təhsil alan Mux-
tar Əfəndizadə hələ 8 yaşında ikən ha-
fiz adını almışdır. 1904-1905-ci illərdə 
Qubada “Üsuli-cədid” məktəbi açmış, 
1906-cı ilin axırlarında maarifçilik 
fəaliyyətini davam etdirmək üçün öz 
vətəni Ağdaşa qayıtmışdır.
Muxtar Əfəndinin Azərbaycan mə-
dəniyyəti və maarifçiliyinin inkişafın-
da misilsiz xidmətləri olmuşdur.
O, XX əsrin əvvəllərində qiraətxana 
yaratmış, Misirdən, Hindistan və İran-
dan,  İstanbuldan, Krımdan, Bolqarıs-
tandan, Orenburqdan, Kazandan və 
Astraxandan, Rusiyadan gələn qəzet 
və  məcmuələr qiraətxananı  zəngin-
ləşdirmişdi. 1923-cü ildə kitabların sa-
yına görə Ağdaş qiraətxanası Bakıdan 
sonra ikinci yeri tuturdu.
M.Əfəndizadə 1906-1907-ci il-
lərdə oğlan uşaqları üçün “Darülirfan” 
məktəbləri açmış, “Yaşlılar üçün kurs”  
təşkil etmişdi. 1908-1909-cu illərdə 
səfalətdən əziyyət çəkən uşaqlar üçün 
bir neçə bölgədə “Kimsəsiz uşaqlar 
evi” açmağa nail olmuşdur. 
1909-cu ildə o, “Səadət” qız mək-
təbini açmış, məktəbin fəaliyyəti 1920-
ci ilədək davam etmişdir. 
1907-ci ildə  Ağdaşda ilk teatr da 
M.Əfəndizadə  tərəfindən yaradılmış-
dır. 1908-ci ildə teatrda R.Əfəndiyevin 
“Qan ocağı” əsəri tamaşaya qoyulmuş-
dur.
Cümhuriyyət dövründə  parlamentdə 
fəaliyyət göstərsə  də, 1920-ci ildə 
siyasətdən uzaqlaşmış, maarifçilik 
fəaliyyətini davam etdirmişdir. Cəmi 
3 ay 19 günlük siyasi fəaliyyəti onun 
bir neçə il sürgün həyatı keçirməsinə 
səbəb olmuşdur.
1930-cu ildə Gürcüstana göndəril-
miş, iki il orada pedaqoji fəaliyyətlə 
məşğul olmuş, “Yeni kənd” qəzetinin 
redaktoru, “Dan ulduzu” məcmuəsinin 
korrektoru vəzifəsində çalışmışdır. La-
kin səhhəti ilə əlaqədar Bakıya qayıt-
mış, baş mətbuat müdirliyində və Ta-
rix institutunda tərcüməçilik etmişdir. 
İsgəndər Münşinin, Mirxondun, İbn 
Əl-Əsirin  əsərlərini, Sədinin məşhur 
“Gülüstan”  əsərinin sətri tərcüməsini 
etmişdir. 
1944-cü ildə Azərbaycan Dövlət 
Pedaqoji  İnstitutun dil ədəbiyyat 
fakültəsini bitirmiş, həmin ildən 
Azərbaycan Dövlət Universitetində 
dərs deməyə başlamışdır. 
Muxtar Əfəndizadə 1975-ci il okt-
yabr ayının 19-da, 95 yaşında vəfat et-
mişdir. Şəmsabad kənd orta məktəbinə 
və  Ağdaş  şəhərində yaşadığı küçəyə 
onun adı verilmişdir. Hal-hazırda do-
ğulduğu və  dəfn olunduğu kənddə      
ev-muzeyi fəaliyyət göstərir. 
Ə d ə b i y y a t
Ağdaşdan başlanan ma-
arifçılık yolu... : Muxtar 
Əfəndizadə Azərbaycan 
istiqlalına və elminə böyük 
töhfələr vermiş şəxsiyyətdir 
/İsmayıl İsmayıl //Şərq 
2014.- 14 avqust.- S.7.
Həsənzadə, K. Muxtar 
Əfəndizadənin maarifçilik 
fəaliyyəti /K.Həsənzadə      
//Təhsil 2014.- №2.- S.76-
79.
Qədirov, M. Vətənpərvər 
maarifçi alim: Muxtar 
Əfəndizadə /M.Qədirov 
//525-ci qəzet.- 2010.- 28 
yanvar.- S.8.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.muallim.edu.az
www.tehsilproblemleri.com
www.azadliq.info
1
Maarif xadimi


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə