Teqvim-2017. pdf


Teatr. Kino Eldəniz Zeynalov



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə10/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   6   7   8   9   10   11   12   13   ...   200

22

Teatr. Kino

Eldəniz Zeynalov

1937-2002 

Y

ANV

AR

Еldəniz Məmməd oğlu Zеynаlоv 

1937-ci il yanvar ayının 1-də Bakı 

şəhərində anadan olmuşdur. Hələ 

məktəbli ikən, dayısı - aktyor Həsənağa 

Salayevin tövsiyəsi ilə Azərbaycan 

Dövlət Dram Tеatrında uşaq rоllarında 

çıхış  еtmişdir. 1956-1962-ci illərdə 

Azərbaycan Dövlət Teatr İnstitutunda 

təhsili almış, dövrünün ən məşhur pe-

daqoqu Adil İsgəndərovun tələbəsi ol-

muşdur.


İncəsənət  İnstitutunu bitirdikdən 

sonra Akademik Dram Teatrında işə 

başlamış, ilk dəfə “Sevil” tamaşasında 

Gündüz rolunu oynamışdır. Bir  müddət 

kinostudiyada işləsə də, yenidən teatra 

qayıtmış və  ömrünün sonunadək bu te-

atrda çalışmışdır. 

Tеatr və kinоda, tеlеviziya və radiо 

tamaşalarında, “Mоzalan” satirik kino-

jurnalının bir çох süjеtlərində yaddaqa-

lan оbrazlar yaratmışdır.

Kinoda ilk işi 1963-cü ildə Adil 

İsgəndərovun rejissoru olduğu “Əhməd 

haradadır?” musiqili komediyasında-

kı  rəngsaz  Əhməd olmuşdur. Lakin 

1969-cu ildə Eldar Quliyev onu özünün 

çəkdiyi “Bir cənub  şəhərində”  filminə 

baş rola dəvət etmiş, bu filmlə də onun 

yaradıcılıq həyatı kinematoqrafiya 

ilə  sıx bağlı olmuşdur. Paralel olaraq 

“Azərbaycanfilm” kinostudiyasında da 

çalışmışdır. Eldəniz Zeynalovun kino-

da fəaliyyətə başladığı dövr kinomuzun 

“qızıl dövrü” hesab olunur.

A.İsgəndərovun seçimi ilə 30-dan ar-

tıq filmdə çəkilərək öz adını Azərbaycan 

kinosu tarixinə yazdırmışdır. Onun 

çəkildiyi  ən məşhur  filmlər arasında: 

“Əhməd haradadır?” (1963), “İyirmi-

altılar” (1966), “Bir cənub  şəhərində” 

(1969),  “Bizim Cəbiş müəllim ”(1969), 

“Yeddi oğul istərəm...” (1970), “Dörd 

bazar günü” (1975), “Arvadım mənim, 

uşaqlarım mənim” (1978),  “Kontor” 

(1978), “Yeganə  çıxış yolu” (1980), 

 

“Yol  əhvalatı” (1980) “Babamızın ba-



basının babası” (1981), “Bağ möv-

sümü” (1985), “Bəyin oğurlanması” 

(1986), “Qonşu qonşu olsa...” (1989), 

“Bir Eldənizimiz yoxdur” (2002) və 

b.-nın adlarını  çəkmək olar. Həmçinin 

xarici film istehsalçılarının “Dulsineya 

Tobosskaya” (Mosfilm), “Təyyarələr 

enmədi” (Özbəkfilm) 

filmlərində 

çəkilmişdir. 

Yaradıcılığının son dövrü Akademik 

Milli Dram Teatrı ilə daha sıx bağlı ol-

muşdur. Bu teatrda “Ah Paris, Paris”, 

“Dəlilər və  ağıllılar”, “Köhnə ev” və 

başqa tamaşalarda yaddaqalan obrazlar 

yaratmış, rolları ilə səhnədən də sözünü 

deməyi bacarmışdır.

1980-ci illərin axırlarında ilk “Satira 

Teatrı”nı təşkil etmişdir. Teatr “Gül, se-

vin, gül” tamaşası ilə bütün Azərbaycanı 

gəzmişdir.

Yaradıcılığı  və  fəaliyyəti dövlət 

tərəfindən yüksək qiymətləndirilmiş, 

1974-cü ildə Azərbaycan SSR-

in “Əməkdar artist”, 2001-ci ildə 

Azərbaycan Respublikasının “Xalq 

artisti” fəxri adlarına layiq görülmüş, 

1999-cu ildə “Humay” mükafatı ilə 

təltif edilmişdir. 

Sevilən aktyor Eldəniz Zeynalov 

2002-ci il noyabr ayının 5-də vəfat et-

miş, II Fəxri Xiyabanda dəfn edilmiş-

dir.

Ə d ə b i y y a t

Babayev, A. Aramızda 

olmasa da... /A.Babayev 

//Mədəni həyat.-2014.- 

№10.- S.72-73.

Əhmədova, N. “O, obraz-

larını yüksək peşəkarlıqla 

oynayırdı”. Nuriyyə 

Əhmədova: “Onun kimi 

aktyorun səhnəmizə 

gələcəyinə inanmıram” 

/N.Əhmədova; müsah. 

apardı Rəqsanə //Üç 

nöqtə.- 2014.- 6 noyabr.- 

S. 13. 

İsaq, İ. Dünyadan 

dəhşətli ağrılarla köçən 

Eldəniz Zeynalov /İradə 

İsaq //Həftə içi.-2015.- 6 

yanvar.- S.6.

Kazımzadə, A. Sözə 

nəfəs verən, can verən 

idi /A.Kazımzadə                   

//Mədəniyyət.- 2012.- 11 

yanvar.- S. 10.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/azadliq/2012/

iyun/09.htm

https://az.wikipedia.org/

wiki/Eldəniz_Zeynalov

1

80 

illiyi

Aktyor



23

Teatr.Kino

İsmayıl Dаğıstаnlı 

1907-1980 

Y

ANV

AR

İsmayıl Yusif oğlu Dağıstanlı (Ha-

cıyev) 1907-ci il yanvar ayının 6-da 

Qax rayonunun Zərnə kəndində anadan 

olmuşdur. Nuxa (indiki Şəki) rayonu-

na peşə  təhsili arxasınca gələn  İsmayıl 

Hacıyev 1925-ci ildə  Mərkəzi fəhlə 

klubunda dram dərnəyinə üzv olmuş-

dur. 1927-1930-cu illərdə Bakı Teatr 

Məktəbində təhsil almış, səhnə haqqın-

da müəyyən təcrübəsi olduğuna görə 

elə birinci kursdan Milli Dram Teatrı-

nın tamaşalarında kütləvi səhnələrdə, 

sözsüz epizodik rollarda çıxış etmişdir. 

Müəllimi, böyük ədib və teatr xadimi 

Əbdürrəhim bəy Haqverdiyevin təklifi 

ilə “Dağıstanlı” ləqəbini götürmüşdür.

Teatr məktəbində təhsilini başa vur-

duqdan sonra Akademik teatrda aktyor 

ştatına götürülmüşdür. Müxtəlif vaxt-

larda  İrəvan Dövlət Azərbaycan Dram 

Teatrında (1936-1937), Dərbənd Dövlət 

Azərbaycan Dram Teatrında işləmişdir. 

1938-ci ildən Akademik Milli Dram Te-

atrının əsas aktyorlarından  biri olmuş-

dur.


Milli Dram Teatrının səhnəsində Le-

nin rolunu ilk dəfə  İsmayıl Dağıstanlı 

ifa etmiş, dramaturqlarımızdan Cəfər 

Cabbarlının “Od gəlini” (Qorxmaz və 

Aqşin), “1905-ci ildə” (Baxşı  və Ey-

vaz), “Yaşar” (Yaşar), “Oqtay Eloğlu” 

(Oqtay), “Solğun çiçəklər” (Bəhram), 

“Almaz” (Barat), Zeynal Xəlilin “Qa-

tır Məmməd” (Qatır Məmməd), Səməd 

Vurğunun “Vaqif” (Əli bəy, Qacar və 

Vaqif), Mehdi Hüseynin “Cavanşir” 

(Bəhram  şah), “Nizami” (Şirvan  şahı), 

Mirzə İbrahimovun “Madrid” (Karlos), 

İlyas  Əfəndiyevin “İşıqlı yollar” (Yel-

mar), “Bahar suları” (Uğur), Vilyam 

Şekspirin “Otello” (Otello), “Maqbet” 

(Yaralı  əsgər), “Hamlet” (Horatsio) və 

“On ikinci gecə” (Sebastian), Fridrix 

Şillerin “Məkr və məhəbbət” ( Zikov),  

muq” (Ninkir Sin), Nazim Hikmətin 

“Türkiyədə” (Kamil bəy), “Yarova-

ya” (Koşkin)  əsərlərindəki rolları daha 

diqqətçəkəndir.

Aktyor “Azərbaycanfilm”in istehsal 

etdiyi “Səbuhi” (Səbuhi, Mirzə  Fətəli 

Axundzadə),  “T-9 nömrəli sualtı qayıq” 

(Komissar), “Qara daşlar” (Aslan Asla-

nov), “Kölgələr sürünür” (Zahidov), 

“Qatır Məmməd” (General ) filmlərində 

müxtəlif maraqlı, yaddaqalan obrazlar 

yaratmışdır.

“Möhsün Sənani”, A.Şərifzadə 

barədə “Böyük sənət ustası”, “SSRİ 

Xalq artisti Akaki Xorava”, “Cəfər Cab-

barlı və teatr” kitablarının müəllifidir.

Sənətdə qazandığı  uğurlara görə 

1940-cı il may ayının 4-də Azərbaycan 

SSR-in “Əməkdar artist”, 1949-cu il 

iyul ayının 21-də “Xalq artisti”, 1974-cü 

il iyul ayının 11-də isə SSRİ-nin “Xalq 

artisti” fəxri adlarına layiq görülmüş-

dür. 1948-ci ildə  Ə.Məmmədxanlının 

“Şərqin səhəri” pyesinin tamaşasın-

dakı Kirov roluna görə Stalin mükafa-

tı, 1972-ci ildə  İ.Əfəndiyevin “Mahnı 

dağlarda qaldı” dramındakı Böyük bəy 

roluna görə isə Respublika Dövlət mü-

kafatı ilə təltif edilmişdir.

Ömrünün sоn illərində Azərbaycan 

İncəsənət  İnstitutunda kafedra müdiri 

vəzifəsində çalışmışdır. 

İsmayıl Dağıstanlı 1980-ci il aprel 

ayının 1-də Bakı şəhərində vəfat etmiş, 

II Fəxri Xiyabanda dəfn edilmişdir.



Ə d ə b i y y a t

Akademik Milli Dram 

Teatrı [Qeyri musiqili 

səsyazma]: Od gəlini, Al-

maz, Bahar suları, Hacı 

qara, Hamlet, İldırım, 

Kəllə, Kəndçi qızı, Otello, 

Sevil, Ölülər, Şeyx Sənən, 

Solğun çiçəklər, Vaqif, 

Yaşar, Xanlar tamaşala-

rından səslər /tamaşaları 

səsləndirdilər A.Şərifzadə 

[və b.].-[Bakı]: [s.n.], 

[2011].-1 CD.

İsmayıl, L. Mən aktyo-

ram - İsmayıl Dağıstanlı 

/L.İsmayıl.- Bakı: Hüquq 

ədəbiyyatı, 2006.- 83 s.

Nemətzadə, Ə. İsmayıl 

Dağıstanlı /Ə.Nemətzadə; 

Azərb. Teatr Cəmiyyəti; 

xüsusi red. K.Cəfərzadə.-

Bakı: İşıq, 1981.- 86, 

[2] s.

Rəhimli, İ. Sənət vurğu-

nu: SSRİ Xalq artisti, 

Dövlət mükafatı laureatı 

İ.Dağıstanlının anadan 

olmasının 70 illiyi 

münasibətilə /İ.Rəhimli; 

[red. M.Süleymanlı]; 

Azərb. SSR Bilik 

Cəmiyyəti.- Bakı: [s.n.], 

1978.- 82 s.    

https://az.wikipedia.org/

wiki/İsmayıl_Dağıstanlı

6

110 

illiyi

Aktyor


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə