Teqvim-2017. pdf


Tarixdə bu gün  Milli Silahlı Qüvvələr Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə101/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   97   98   99   100   101   102   103   104   ...   200

209

Tarixdə bu gün 

Milli Silahlı Qüvvələr Günü 

1918

     

İYUN

1918-ci il may ayının 28-də yaran-

mış Azərbaycan Xalq Cümhuriyyəti 

(AXC) cəmi 23 ay yaşamasına baxma-

yaraq ölkədə çox böyük işlər görmüş-

dür. Bu işlərdən biri də ölkəni daxili və 

xarici müdaxilələrdən qorumaq üçün 

nizami ordunun yaradılması işi idi. 

AXC silahlı qüvvələrin təşkilinə 

cümhuriyyətin elan edildiyi gündən 

başlamışdır. AXC-i Hökümətinin 1918-

ci il 26 iyun tarixli qərarı ilə milli or-

dunun formalaşdırılmasına başlanmış 

və  əsasən, azərbaycanlılardan ibarət 

olan Müsəlman korpusu Əlahiddə 

Azərbaycan Korpusu adlandırılmış, 

bununla da Cümhuriyyət ordusunun 

əsası qoyulmuşdur. 

Azərbaycan Milli Ordusunun ilk 

hərbi birləşmələri xalq könüllü dəstələri 

ilə birlikdə Nuru paşanın başçılıq etdi-

yi Qafqaz İslam Ordusunun tərkibində 

bolşevik-daşnak hərbi qüvvələrinə 

qarşı döyüşlərdə, Bakının azad ol-

masında (1918, 15 sentyabr) fəal işti-

rak etmiş, müstəqil Azərbaycan Xalq 

Cümhuriyyətinin düşmənlərinə qarşı 

Qarabağda, Lənkəranda uğurlu döyüş 

əməliyyatları aparmış, daşnak-bolşevik 

hərbi birləşmələrinin Azərbaycan xal-

qına qarşı  həyata keçirdikləri soyqı-

rımlarının qarşısını almışdır. 

Cümhuriyyət dövründə milli ordu-

nun yaradılmasında istedadlı general-

lar S.B.Mehmandarov, Ə.Şıxlinski, 

X.B.Sultanov və başqa hərb xadimləri 

böyük rol oynamışlar. 

1920-ci ildə AXC süqut etdikdən 

sonra bolşevik hökuməti Milli Ordunu 

ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti 

Nargin adasında güllələndi.

İlk dəfə Azərbaycan Respublika-

sı Prezidentinin 1992-ci il 18 sent-

yabr tarixli Fərmanı ilə  təsis edilmiş 

və 1991-ci ildə Azərbaycanın dövlət 

müstəqilliyinin bərpasından sonra 

Azərbaycan ordusunun yaradılma-

sı barədə Azərbaycan Ali Sovetinin 

qərarının qəbul edildiyi tarix - 9 okt-

yabr, Azərbaycan Respublikası Silahlı 

Qüvvələri günü elan edilmişdir. 

Lakin Heydər  Əliyev Azərbaycana 

rəhbərliyə qayıdandan sonra ölkədə 

gerçək ordu quruculuğuna başlanmışdı. 

Azərbaycan Respublikası Prezidenti-

nin 22 may 1998-ci il tarixli Fərmanına 

əsasən  Əlahiddə Azərbaycan Korpu-

sunun yarandığı gün - 26 iyun tari-

xi Azərbaycan Respublikası Silahlı 

Qüvvələri Günü kimi elan edilmişdir. 

Ümummilli lider Heydər  Əliyev 

hərbi təhsil sisteminin daha da inki-

şaf etdirilməsi məqsədi ilə 1999-cu il 

yanvarın 20-də  Hərbi Akademiyanın 

yaradılması haqqında Fərman imzala-

mışdır.   

Bu gün ölkədə Azərbaycan Silahlı 

Qüvvələrinin quruculuğu prosesi uğur-

la davam etdirilir  Xalq Cümhuriyyəti 

dövründə Milli Ordunun yarandığı 26 

iyun günü hər il Azərbaycan Silahlı 

Qüvvələri Günü kimi bayram edilir. 



26

Ə d ə b i y y a t

Abbasov, İ. Azərbaycan 

Xalq Cümhuriyyəti 

dövründə Milli Ordunun 

təşkili və fəaliyyəti: 26 

İyun Silahlı Qüvvələr 

Günüdür /İ.Abbasov               

//Respublika.-2014.- 26 

iyun.- S.8.

Ağamirzəyev, F. 

Qüdrətli ordu mil-

li təhlükəsizliyimizə 

təminatdır:26 İyun 

Silahlı Qüvvələr Gü-

nüdür /F.Ağamirzəyev                            

//Respublika.- 2014.- 26 

iyun.- S.8.

İ n t e r n e t d ə 

http://www.anl.az/down/

meqale/respublika/2014/

iyun/379662.htm

http://www.anl.az/down/

meqale/respublika/2014/

iyun/379669.htm


210

Tarixdə bu gün 

Narkomaniya və Narkobiznesə 

Qarşı Beynəlxalq Mübarizə Günü

1967

     

İYUN

“Narkomaniya” yunan sözü olub, 

narko - bihuşluq, maniya - isə asılılıq 

deməkdir. Narkomaniya cəmiyyətin 

meydana gəldiyi, onun ayrı-ayrı 

siniflərə, sosial təbəqə və qruplara bö-

lündüyü qədim zamanlardan yaranmış-

dır. Hələ  qədim dövrlərdə tiryəkdən 

bəzi xəstəliklərin müalicəsində 

istifadə olunurdu. Qədim misirlilər 

tiryəkdən həvəsləndirici, eləcə  də 

sakitləşdirici vasitələrin hazırlanma-

sında istifadə etmişlər. Tiryəkdən ilk 

dərman XVI əsrdə alınmış  və onu 

icad edən isveçrəli həkim Paraselsin 

şərəfinə adlandırılmışdır. Sonralar isə 

bunun zəhərli maddə kimi orqanizmə 

əks təsirini, ölümə  səbəb olduğunu 

müəyyənləşdirmişlər. 

XIX  əsrin ortalarında  leksiko-

na “narkotik”, “narkotik vasitələr” 

terminləri daxil olmuşdur.  Erkən ya-

şından narkotik qəbul etməyə başlayan 

insanın orta ömrü 35-40 il olur. Narko-

man narkotik maddələr qəbul edərkən, 

ən azı 10-15 nəfəri də narkomanlığa 

cəlb edə bilər. 

BMT-nin 1987-ci il Konvensiya-

sına daxil olan ölkələrin “Narkotik 

vasitələrin və psixotrop maddələrin 

qanunsuz dövriyyəsinə qarşı mübarizə 

haqqında” Bəyannaməsinə  əsasən 26 

iyun “Narkomaniya və Narkotiklərin 

Qeyri-qanuni Dövriyyəsinə Qarşı 

Ümumdünya Mübarizə Günü” kimi 

qeyd olunur. 

1992-ci ildə Azərbaycan Respub-

likası BMT-yə tam hüquqlu üzv ol-

duqdan sonra “Narkotik vasitələrin 

və psixotrop maddələrin qanunsuz 

dövriyyəsinə qarşı mübarizə haqqın-

da” BMT-nin 1988-ci il konvensiya-

sına qoşulmuşdur. Ümummilli lider 

Heydər Əliyev narkomanlığa və narko-

tik vasitələrin qanunsuz dövriyyəsinə 

qarşı mübarizəni ümumdövlət vəzifəsi 

hesab edərək, 1996-cı il avqustun 

26-da “Narkomanlığa və narkotik 

vasitələrin qanunsuz dövriyyəsinə 

qarşı mübarizə  tədbirləri haqqında” 

müvafiq Fərman imzalamış  və prob-

lemin həlli üçün keçirilən tədbirlər 

keyfiyyətcə yeni mərhələyə  qədəm 

qoymuşdur.  1999-cu il iyun ayının 

18-də “Narkotik vasitələr, psixotrop 

maddələr və prekursorların qanunsuz 

dövriyyəsi ilə mübarizə haqqında” 

Azərbaycan Respublikasının Qanu-

nu Milli Məclisdə  qəbul olunaraq 

ölkə başçısı tərəfindən imzalanmışdır.  

2005-ci ildə görülən işlərin məntiqi 

davamı kimi beynəlxalq qurumların 

tövsiyələrinə, qoşulduğumuz Kon-

vensiyaların müddəalarına uyğun ola-

raq “Narkotik vasitələrin, psixotrop 

maddələrin və onların prekursorlarının 

dövriyyəsi haqqında” Azərbaycan Res-

publikasının Qanunu Milli Məclisdə 

qəbul olunmuş  və Azərbaycan Res-

publikasının Prezidenti İlham  Əliyev 

cənabları  tərəfindən imzalanmışdır. 

Prezident  İlham  Əliyevin 28 iyun 

2005-ci il tarixli Fərmanı ilə  təsdiq 

olunmuş “Narkotik vasitələrin, psixot-

rop maddələrin və onların prekursor-

larının dövriyyəsi haqqında” Qanun 

narkotiklərlə mübarizə istiqamətində 

müvafiq dövlət və ictimai qurumlar 

qarşısında konkret vəzifələr qoymuş 

və bu istiqamətdə  fəaliyyətin hüquqi 

bazasını təşkil etmişdir.

26

Ə d ə b i y y a t

Narkomaniya İİV/QİÇS /Sağ-

lam İnkişaf və Maarifləndirmə 

İctimai Birliyi; Azərb. Resp. 

Gənclər və İdman Nazirliyi; 

tərt. ed. İ.Əsədli; layih. rəhb. 

A.Xəlilov.- Bakı: Müəllim, 

2009.- 39 s.

Narkomaniya, narkobiznes və 

ona qarşı mübarizədə kitab-

xanaların rolu: Respublikanın 

kütləvi və ixtisaslaşdırılmış ki-

tabxanaları, Mərkəzləşdirilmiş 

Kitabxana Sistemləri üçün 

metodik vəsait: [metodik 

tövsiyələr]/Azərbaycan 

Respublikası Mədəniyyət və 

Turizm Nazirliyi; Azərbaycan 

Milli Kİtabxanası; tərt. ed. 

M.Talıbova; ixtisas red. və 

buraxılışa məsul K.Tahirov; 

red. A.Abdullayeva.-  Bakı, 

2012.- 40 s.

Narkomaniya bəşəriyyəti 

düşündürən ən böyük prob-

lemdir //İki sahil.- 2015.- 21 

fevral.- S.30

Narkomaniya cəmiyyətin sosi-

al bəlasıdır //İki sahil.-2014.- 

20 may.- S.31.

Narkomaniya ictimai bəladır 

//İki sahil.-2016.- 20 fevral.- 

S.15.

İ n t e r n e t d ə 

http://www.anl.az/down/narko-

maniya.pdf



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə