Teqvim-2017. pdf


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 90



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə105/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   101   102   103   104   105   106   107   108   ...   200

218

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

90 

illiyi

Tokay Məmmədov

1927 

İYUL

Ə d ə b i y y a t

Abdullayeva, F. 

Adi daş sənət 

əsərinə çevriləndə 

/F.Abdullayeva                  

// Mədəniyyət.- 2011.- 

18 fevral.- S.11. 

Məsud, R. Sənət 

incilərini həqiqətin 

işığında canlandıran 

sənətkar: Xalq rəssamı 

Tokay Məmmədov haq-

qında /R. Məsud//Səs.- 

2013.- 24 iyul.- S.12.

Sadıqov, S. Daşlarda 

canlanan həyatın 

yaradıcısı /S.Sadıqov          

//Kaspi.- 2008.- 6 

iyun.- S.12. 

Şeyxov, Y. Qranitdə 

donan musiqi: 

Tokay Məmmədov 

- 80 /Y.Şeyxov                      

//Mədəniyyət.- 2007.- 

13 iyul.- S.3. 

İ n t e r n e t d ə

https://az.wikipedia.

org/wiki/

18

Heykəltəraş

Tokay Həbib oğlu Məmmədov 1927-

ci il iyul ayının 18-də Bakıda anadan 

doğulmuşdur. Atası Həbib Qurban oğlu 

Məmmədov texniki elmlər doktoru, 

anası Zivər xanım isə Azərbaycanın 

ilk qadın heykəltəraşı olmuşdur.  İlk 

təhsilini anasından alan balaca Tokay 

həmişə Zivər xanımla bərabər ema-

latxanaya gələrək rəngli plastilindən 

müxtəlif  fiqurlar düzəldərdi. 1942-ci 

ildə yeddinci sinfi bitirdikdən son-

ra Tokay Məmmədov Bakı  Rəssamlıq 

Məktəbinə imtahan vermişdir. O zaman 

Bakı  Rəssamlıq Məktəbinin nəzdində 

heykəltəraşlıq  şöbəsi yenicə  təşkil 

edilmişdi və Tokay bilavasitə ilk milli 

heykəltəraşımız F.Əbdürrəhmanovdan 

dərs almağa başlamışdır. 1945-ci ildə To-

kay Məmmədov Əzim Əzimzadə adına 

Bakı Rəssamlıq Məktəbinin üçüncü kur-

sunu bitirərək Leninqrad şəhərinə get-

miş və İ.E.Repin adına Rəssamlıq Aka-

demiyasının heykəltəraşlıq fakültəsinə 

qəbul olmuşdu. Ali təhsil aldığı dövrdə, 

yəni 1947-ci ildə o, uşaq vaxtlarından 

yaxşı tanıdığı Azərbaycanın xalçaçı 

rəssamı  Lətif Kərimovun portret büs-

tünü hazırlamışdır. Tokay Məmmədov 

ali təhsilini bitirdikdən sonra Leninq-

radda heykəltəraş kimi işə başlamış  və 

Leninqrad Rəssamlar  İttifaqının üzvü 

seçilmişdir.

Heykəltəraş Bakıya qayıtdıqdan son-

ra  Əzim  Əzimzadə adına Rəssamlıq 

Məktəbində pedaqoji fəaliyyətə başla-

yaraq  gənc rəssamlara həm rəsm, həm 

də heykəltəraşlıqdan dərs deyərək onla-

ra sənətin sirlərini öyrətmişdir.

Heykəltəraş Tokay Məmmədovun 

yaratdığı portretlər qalereyasın-

da      mərmər, tunc, gips materiallardan 

yüzlərlə portret mövcudur ki, bu cür 

materiallarda sənətkar birinci növbədə 

xarici görünüşlə yanaşı, daxili psixoloji 

keyfiyyətləri də göstərməyə müvəffəq 

olmuşdur. 

Bu qəbildən onun “Üzeyir 

Hacıbəyov”, “Rüstəm Mustafayev”, 

 

“Vəcihə 



Səmədova”, “Süleyman 

Rəhimov”, “Friderik Şopen” və “Volf-

qanq Amadey Motsart”, ağac mate-

rialdan hazırladığı  şairlərin, dövlət 

xadimlərinin və sadə əmək adamlarının 

portretlərini qeyd etmək olar.

Heykəltəraş  həmçinin monumental 

sahədə Azərbaycan  şairi “İmaməddin 

Nəsimi”, “Səməd Vurğun”, “Füzu-

li”, Mir Möhsün Nəvvabın və Bülbü-

lün qəbirüstü abidələrini yaratmışdır. 

T.Məmmədov uzun müddət xalq dasta-

nımızın qəhrəmanı Koroğlunun obrazı 

üzərində işləmişdir.

Uzun illər SSRİ  Rəssamlar  İttifa-

qı  İdarə heyətinin üzvü, Azərbaycan 

Rəssamlar İttifaqının sədri və Ali Sove-

tin deputatı kimi yüksək vəzifələrdə ça-

lışan Tokay Məmmədov, Ümumittifaq 

Attestasiya Komitəsi tərəfindən təsdiq 

edilən ilk heykəltəraşlıq professorudur. 

Tokay Məmmədov  1978-ci ildə 

SSRİ Dövlət mükafatına, 1982-ci ildə 

Azərbaycan Dövlət mükafatına layiq 

görülmüş, “Əməkdar incəsənət xadimi”, 

Respublikanın “Xalq rəssamı” fəxri ad-

larına layiq görülmüş, “Şərəf nişanı”, 

“Xalqlar dostluğu”, 2002-ci ildə isə 

“Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Heykəltəraş Azərbaycan Dövlət 

Rəssamlıq Akademiyasında yetişən gənc 

heykəltəraşlara sənətin sirlərini öyrədir.




219

Milli Qəhrəmanlar

55 

illiyi

Ramiz Qənbərov

1962-1992

İYUL

Ramiz Bulud oğlu Qəmbərov 1962- 

ci il iyul ayının 2-də  Şuşa  şəhərində 

anadan olmuşdur. 

1979-cu ildə H.Hacıyev adına  Şuşa 

şəhər orta məktəbini bitirmişdir. 1980-

ci ildə hərbi xidmətə çağırılmış, 1982-

ci ildə ordudan tərxis olunaraq Şuşaya 

qayıtmışdır. 1986-cı ildə Azərbaycan 

İnşaat Mühəndisləri  İnstitutuna da-

xil olmuş, amma təhsilini başa çatdıra 

bilməmişdir. 

Erməni təcavüzkarlarının başla-

dığı Qarabağ müharibəsi minlərlə 

qeyrətli Azərbaycan oğulları kimi 

Ramiz Qəmbərovu da torpaqlarımı-

zın müdafiəsinə qalxmağa məcbur 

etmişdir. Ramiz 1988-ci ildən xalq 

hərəkatına qoşulmuş, 1992-ci ildə kö-

nüllü özünümüdafiə batalyonu yarat-

mışdır. Onun taboru Şuşa  şəhərinin

Kərkicahan, Kosalar, Nəbilər, Qay-

balı, Malıbəyli, Quşçular, Göytala 

kəndlərinin müdafiəsində mərdliklə vu-

ruşmuşdur. 

29 aprel 1992-ci ildə erməni işğal-

çıları Kosalar və  Kərkicahan kəndləri 

yaxınlığındakı postlara hücum edən za-

man Ramiz Qəmbərovun taboru döyüşə 

atılmış  və bu döyüşdə  cəsur komandir 

ağır yaralanmışdır. Bir gün sonra 30 ap-

rel 1992-ci ildə dünyasını dəyişmişdir. 

Azərbaycan Respublikası Preziden-

tinin 7 iyun 1992-ci il tarixli 833 saylı 

Fərmanı ilə  Qəmbərov Ramiz Bulud 

oğlu ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür. 

Ramiz Qəmbərov  Şuşa  şəhərində 

dəfn edilmişdir. 

Qəhrəmanın xatirəsi əbədiləşdirilmiş 

– Bakı  şəhərindəki küçələrdən birinə 

onun adı verilmişdir. 

Ə d ə b i y y a t 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Qəmbərov Ramiz Bulud oğlu– sıravi – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 

1992-ci il//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.- №13.- S.25.- (ölümündən sonra). 

Əsgərov, V. Qəmbərov Ramiz Bulud oğlu  //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı , 2005.- S.118. 

Nazim, N. Qəmbərov Ramiz Bulud oğlu //Nazim N. İstiqlal ulduzları.- Bakı, 1995.- S.93-95.

Seyidzadə, M. Qəmbərov Ramiz Bulud oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.121.

2

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə