Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə106/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   102   103   104   105   106   107   108   109   ...   200

220

Milli Qəhrəmanlar

60 

illiyi

Tahir Bağırov

1957-1992

İYUL

 Tahir Əminağa oğlu Bağırov 1957- 

ci il iyul ayının 14-də Türkmənistan 

Respublikasının Krasnovodsk (indiki 

Türkmənbaşı)  şəhərində anadan ol-

muşdur. Milliyyətcə azərbaycanlıdır. 

Əli Bayramlı  şəhərində 1974-cü ildə 

8-ci sinfi bitirmiş, həmin ildə sürücülük 

sənətinə yiyələnmişdi. 1977-ci ilin may 

ayından 1979-cu ilin sentyabr ayınadək 

keçmiş Sovet ordusu sıralarında həqiqi 

hərbi xidmətdə olmuşdur. Ordudan 

tərxis olunduqdan sonra Azneft-1 is-

tehsalat birliyində  İES-də  nəqliyyat 

sexində işləmişdir. 

Tahir Bagırov Milli Ordu hissələri 

təşkil edilməyə başlananda onun sıra-

larına qoşulmuşdur. 1992-ci ilin 1 mart 

tarixində 843-cu hərbi hissənin koman-

dirinin əmri ilə Tahir təlim komandiri-

nin müavini təyin olunmuş, sonra isə 

Azərbaycan Respublikası  Hərbi Hava 

Qüvvələrinin Mİ-24 helikopterində bort 

atıcısı vəzifəsinə keçirilmışdi. Qarabağ-

da Ermənistan ekspedisiya korpusuna 

qarşı keçirilən hərbi əməliyyatlarda iş-

tirak etmişdir. 

1992-ci il 11 oktyabrda gedən 

döyüşlərdə baş çavuş T.Bağırov 

qəhrəmancasına həlak olmuşdur. 

Azərbaycan Respublikası Preziden-

tinin 9 fevral 1993-cü il tarixli Fərmanı 

ilə Tahir Əminağa oğlu Bagırova 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir. 

Bakı şəhərində Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir.

Şirvan şəhərində yaşadığı küçəyə və 

11 saylı orta məktəbə  qəhrəmanın adı 

verilmişdir. 



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Ba-

ğırov Tahir Əminağa oğlu – baş serjant – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral 

1993-cü il//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1993.- №3.- S.11.- (ölümündən sonra). 

Bağırov Tahir Əminağa oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- Bakı, 

2008.- S.40-41.

Əsgərov, V. Bağırov Tahir Əminağa oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.34. 

Əyyubova, B. Üç səma qartalından biri //Əyyubova B. Qızıl qan.- Bakı , 1997.- S.3-5.

Faxralı, R. Tahir Bağırov //Faxralı R. Ömrün üfüqləri.- Bakı , 1996.- S.119-120.

Seyidzadə, M. Bağırov Tahir Əminağa oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010. - S. 37. 

Zeynalov, R. Bağırov Tahir Əminağa oğlu: (1957-1992) //Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S. 14. 

14

Milli Qəhrəman


221

Milli Qəhrəmanlar

50 

illiyi

Sərxan  Ocaqverdiyev

1967-1992

İYUL

Sərxan Surxay oğlu Ocaqverdiyev 

1967-ci il iyul ayının 16-da Goranboy 

rayonunun Səfikürd kəndində anadan 

olmuşdur. 1985-ci ildə Tatarlı  kənd 

orta məktəbini bitirdikdən sonra Xaba-

rovsk şəhərində hərbi xidmətdə olmuş-

dur. 1988-ci ildə hərbi xidmət borcunu 

yerinə yetirib Vətənə dönmüş və Gəncə 

Maşınqayırma Texnikumuna daxil ol-

muşdur. 1991-ci ildə  təhsilini uğurla 

başa vurub, Gəncə Maşınqayırma Zavo-

dunda əmək fəaliyyətinə başlamışdır. 

10 yanvar 1992-ci ildə Goranboy 

özünümüdafiə batalyonuna üzv yazıl-

mış,  Şəfəq, Zeyvə, Tap-Qaraqoyunlu 

kəndlərinin müdafiəsi zamanı qan-

lı döyüşlərdə  iştirak etmişdir. Sərxan 

Ocaqverdiyev az müddətdə düşmənin 

xeyli canlı qüvvəsini məhv edərək, əsl 

Azərbaycan  əsgəri kimi yüksək döyüş 

nümunəsi göstərmişdir.

Goranboyun Talış  kəndi ermənilərə 

ərazicə  ən yaxın kənd hesab olunur-

du. Onlar bu kəndə aramsız hucum-

lar edirdilər. Lakin Goranboyun mərd 

oğulları sinələrini düşmənin qarşısında 

sipərə çevirmişdilər. 

5 may 1992-ci il... Erməni faşistləri 

növbəti dəfə Talış  kəndinə hucuma 

keçdilər. Qeyri-bərabər döyüş gedirdi. 

Vətənin qeyrətli oğlu Sərxan Ogaqver-

diyev bu qanlı döyüşdə qəhrəmancasına 

həlak oldu. 

Azərbaycan Respublikası Preziden-

tinin 7 iyun 1992-ci tarixli 833 say-

lı  Fərmanı ilə Ocaqverdiyev Sərxan 

Surxay oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir.

Goranboy rayonunun Şəfikürd 

kəndində dəfn edilmişdir.

Təhsil aldığı Tatarlı  kənd orta 

məktəbi qəhrəmanın adını daşıyır. Go-

ranboy rayonunda büstü qoyulmuşdur.

Ə d ə b i y y a t 

Azərbaycan Respublikasının Mudafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verılməsi haqqında : 

[Ocaqverdiyev Sərxan Surxay oğlu – sıravi –Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlü- yünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 

iyun 1992-ci il//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.- № 13.-S.25.- (ölümündən sonra).

Quliyeva, N. Ocaqverdiyev Sərxan Surxay oğlu //Quliyeva N. Ölməzliyə gedən yol.- Bakı, 1996.- S.7.

Ocaqverdiyev Sərxan Surxay oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 

H.Həmidova.- Bakı, 2008.- S.176.

Seyidzadə, M. Ocaqverdiyev Sərxan Surxay oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010. - S.181. 

16

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə