Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə107/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   103   104   105   106   107   108   109   110   ...   200

222

7

Milli Qəhrəmanlar

65 

illiyi

Asif Məhərrəmov

1952-1994 

İYUL

Asif Yusif oğlu Məhərrəmov 1952-

ci il iyul ayının 26-da Ağdam şəhərində 

doğulmuşdur. 1969-cu ildə  Ağdam 

şəhər 1 saylı orta məktəbini bitirmişdir. 

Ermənilərin 1988-ci ildə başlayan 

təcavüzünə qarşı  Ağdam rayonunun 

Abdal-Gülablı, Xıdırlı, 

Əmirallar, 

Şırxavənd, Bağbanlar,  Əhmədavar 

kəndlərində dayaq dəstələri yaradı-

lırdı. 1990-cı ildə  Ağdam könüllü 

özünümüdafiə  dəstəsini yaratmış  və 

torpaqlarımızın qorunmasında yaxın-

dan iştirak etmişdir. 

1991-ci il dekabrın 31-də Xramort 

kəndinin azad edilməsində  rəşadət 

göstərmiş, Xocalı faciəsi zamanı  uşaq 

və qadınların xilas olunmasında canını 

əsirgəməmişdir.

A.Məhərrəmov 1992-ci ilin mart ayı-

nın 7-də 859 saylı hərbi minaaxtaranlar 

hissəsinin komandiri təyin edilmişdi. 

10 mart 1992-ci ildə  məhz onun 

köməyi nəticəsində Aranzəmin, Pirca-

mal, Dəhraz kəndləri düşməndən azad 

olunmuşdur. 1992-ci il martın 20-də öz 

dəstəsi ilə kömək etmək üçün Füzuli 

rayonuna getmiş və erməni quldurları-

nı böyük itkilərə məruz qoymuşdur. 24 

iyun 1992-ci ildə Naxçıvanik yolunda 

ağır yaralanmış, bir müddət müalicə 

olunaraq yenidən cəbhəyə qayıtmış-

dır. 1993-cü il fevralın 22-də Şelli uğ-

runda gedən döyüşlərdə  iştirak etsə 

də, 1993-cü il oktyabrın 27-də səhhəti 

ağırlaşmışdır. O, hərbi hissəni təhvil 

verib müalicəsini davam etdirmək 

məcburiyyətində qalmışdır. 1994-

cü ildə bu məqsədlə Yaltaya gedən 

polkovnik-leytenant A.Məhərrəmov 

həmin il iyulun 1-də vəfat etmişdir. 

Azərbaycan Respublikası Preziden-

tinin 7 dekabr 1992-ci il tarixli 350 say-

lı  Fərmanı ilə  Məhərrəmov Asif Yusif 

oğluna (Fred Asif)“Azərbaycanın Milli 

Qəhrəmanı” fəxri adı verilmişdir. “Ge-

neral Məhəmməd Əsədov” mükafatına 

layiq görülmüşdür.

 Bakı  şəhəri 2-ci Şəhidlər Xiyaba-

nında dəfn edilmişdir. Bakı  şəhərində 

adına küçə var. 



Ə d ə b i y y a t 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Məhərrəmov Asif Yusif oğlu – taqım komandiri – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 

dekabr 1992-ci il [Mətn] //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 24.- S.50.- (Ölümündən sonra).

Çəmənli, M. Fred Asif: Azərbaycanın Milli Qəhrəmanı podpolkovnik Asif Məhərrəmova həsr olunmuş sənədli povest /Mustafa Çəmənli.- 

Bakı: Gənclik, 1996.- 172 s.

Abbasoğlu, B. Od sönər, ad yox... //Abbasoğlu B. Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S. 54-72. 

Məhərrəmov Asif Yusif oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- Bakı, 

2008.- S.133.

Seyidzadə, M. Ocaqverdiyev Sərxan Surxay oğlu //Seyidzadə, M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010. - S. 153. 

Zeynalov R. Məhərrəmov Asif Yusif oğlu (Fred Asif) //Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- B., 1996.-S. 48. 

26

Milli Qəhrəman


223

Milli Qəhrəmanlar

60 

illiyi

Fəxrəddin Musayev

1957-1992

İYUL

Fəxrəddin Musa oğlu Musayev 1957-

ci il iyul ayının 30-da Türkmənistan 

Respublikasının Bayraməli  şəhərində 

anadan olmuşdur. 1964-cü ildə məktəbə 

getmiş, 1974-cü ildə orta təhsilini başa 

vurmuşdur. Qorki Politexnik İnsti-

tutunun gəmiçilik fakültəsinə  qəbul 

olunmuşdur. 1975-ci ildə ordu sırala-

rına göndərilmişdir. Hərbi xidmətini 

əvvəlcə Çexoslovakiyadakı 

Şimal 


Qoşun Qrupunda, sonra isə Orenburq 

vilayətinin Orsk şəhərində keçmişdir. 

Ordu sıralarından tərxis edildikdən 

sonra, Bakı Məişət Kondisionerləri Za-

vodunda işləmişdir. 1979-cu ildə Sa-

sovski adına Mülki Aviasiya Məktəbinə 

daxil olmuşdur. 1982-ci ildə  həmin 

məktəbi fərqlənmə diplomu ilə biti-

rib, təyyarələrin uçuş istismarı ixtisa-

sına yiyələnmişdir. Bakıya qayıdıb, 

Zabrat-2 Aviasiya İdarəsində öz ixti-

sası üzrə  işə başlamışdır. 1987-ci ildə 

Kremençuk Hava Uçuş  Məktəbində 

vertolyotun idarə edilməsi ixtisasına 

yiyələnmişdir.  İşləyə-işləyə Leninqrad 

Hidrometerologiya  İnstitunun metero-

logiya fakültəsinə daxil olmuşdur. Ar-

tıq Milli Ordu yarandıqdan sonra, o, 

təhsilini yarımçıq qoyaraq, Hərbi Hava 

Qüvvələrində xidmətə başlamışdır. Qa-

rabağda keçirilən hərbi  əməliyyatlarda 

fəal iştirak etmişdir. Dəfələrlə döyüş 

bölgələrinə uçuşlar etmiş, erməni yaraq-

lılarına qarşı  mərdliklə döyüşmüşdür. 

1992-ci il aprel ayının 11-də baş leyte-

nant Fəxrəddin Musayev Füzuli rayo-

nu  ərazisində düşmənə raket zərbələri 

endirərkən faciəli surətdə həlak olmuş-

dur. 

Azərbaycan Respublikası Preziden-



tinin 7 iyun 1992-ci il tarixli 833 saylı 

Fərmanı ilə Musayev Fəxrəddin Musa 

oğlu ölümündən sonra “Azərbaycanın 

Milli Qəhramanı” fəxri adına layıq gö-

rülmüşdür. 

Bakı şəhərində  Şəhidlər Xiyabanın-

da  dəfn edilmişdir.

Qusar rayonundakı  mərkəzi küçə-

lərdən biri qəhrəmanın adını daşıyır. 

Yaşadığı binanın önünə xatirə lövhəsi 

vurulmuşdur.

Ə d ə b i y y a t 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Musayev Fəxrəddin Musa oğlu – baş leytenant – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 

iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S.25.- (Ölümündən sonra).

Əsgərov, V. Musayev Fəxrəddin Musa oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S152-153. 

Faxralı, R. Şəhid pilotlar //Faxralı R. Ömrün üfüqləri.- B., 1996.- S. 94. 

Musayev Fəxrəddin Musa oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- 

Bakı, 2008.- S.152-153.

Seyidzadə M. Musayev Fəxrəddin Musa oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.165. 

30

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə