Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə108/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   104   105   106   107   108   109   110   111   ...   200

224

Milli Qəhrəmanlar

55 

illiyi

Nadir Əliyev

1962-1993

İYUL

Nadir Alış  oğlu  Əliyev 1962-ci il iyul 

ayının 30-da Ağdam rayonunun Əliağalı 

kəndində anadan olmuşdur. 1977-ci ildə 

Əliağalı  kənd orta məktəbinin səkkizinci 

sinfini bitirmiş, ailəsi ilə birlikdə Bakıya 

köçmüşdür. Elə  həmin il Bakı Politexnik 

Texnikumuna daxil olmuşdur. 1981-ci ildə 

texnikumu fərqlənmə diplomu ilə bitirmiş, 

az sonra hərbi xidmətə çağırılmışdır.

1983-cü ildə  əsgəri xidmətini Qazaxıs-

tanın Leninsk şəhərində başa vurub, Bakı 

Tunel Tikinti İdarəsində  əmək fəaliyyətinə 

başlamışdır. Bir il tikintidə çalışdıqdan 

sonra 1984-cü ildə sənədlərini Bakı Dövlət 

Universitetinə  vermiş və hüquq fakültəsinə 

daxil olmuşdur. 1986-cı ildə bir neçə tələbə 

ilə birlikdə Moskva DTK-nın Dzerjinsk 

adına Ali Hərbi Məktəbinə göndərilmiş, 

1991-ci ildə  təhsilini  əla qiymətlərlə başa 

vurub Bakıya dönmüşdür. Yüksək bili-

yini, təcrübəsini nəzərə alaraq, onu Milli 

Təhlükəsizlik Nazirliyinə  işə  qəbul edirlər. 

O, burada işləyə-işləyə BDU-da yarımçıq 

qalmış təhsilini də başa çatdırmışdır.

1993-cü ilin yanvar ayından MTN 

Ağdam Rayon Şöbəsinə baş  əməliyyat 

müvəkkili vəzifəsinə təyin olunmuşdur. Öz 

xahişi ilə onu döyüş bölgəsinə göndərirlər. 

Nadir Əliyev baş əməliyyat müvəkkili kimi 

Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonların-

da əhalinin təhlükəsizliyinin təmin edilməsi 

üçün  əlindən gələni  əsirgəmirdi. Ağdərə 

uğrunda gedən döyüşlərin qızğın dövründə 

N.Əliyev könüllü olaraq cəbhə bölgəsinə 

ezam olunması barədə raportla müraciət 

etmiş, MTN-nin xüsusi təyinatlı  hərbi 

dəstəsinin tərkibində  Ağdərə rayonunun 

Sırxavənd kəndində gedən döyüşlərdə şəxsi 

rəşadət göstərmiş, Ağdam rayonunun Qiyas-

lı kəndi uğrunda gedən döyüşlərdə düşmənə 

əsir düşməmək üçün sonadək müqavimət 

göstərmiş  və  qəhrəmancasına həlak ol-

muşdur. O, ana yurdu Ağdamın qoynunda 

əbədiyyətə qovuşdu.

Azərbaycan Respublikası Prezidentinin 9 

oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı 

ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra 

“Azərbaycanın Milli Qəhramanı” fəxri adı-

na layıq görülmüşdür.

Bakı  şəhərində  Şəhidlər Xiyabanında 

dəfn edilmişdir. 

Suraxanı rayonundakı 282 saylı orta 

məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı 

binanın önünə xatirə lövhəsi vurulub. 

Ə d ə b i y y a t 

Azərbaycan Respublikasının hərbi qulluqçularına Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:[Əliyev Nadir Alış oğlu – baş 

leytenant – Azərbaycan Respublikası suverenliyinin və ərazi bütövlüyünün qorunmasında,Vətənimizin torpaqlarının erməni işğalçıların-

dan müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə,öz müqəddəs əsgəri və xidməti 

borcunun şərəflə yerinə yetirilməsində misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 9 oktyabr 1994-cü il 

//Azərbaycan Ordusu.- 1994.- 11 oktyabr.- S.1.- (Ölümündən sonra).

Əliyev Nadir Alış oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- Bakı, 2008.- 

S.61-62.

Əsgərov, V. Əliyev Nadir Alış oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S.86-87. 

Seyidzadə, M. Əliyev Nadir Alış oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.64.

30

Milli Qəhrəman



225

Siyasət.Hərbi iş

90 

illiyi

Valeh Bərşadlı

1927-1999

İYUL

Valeh Əyyub oğlu Bərşadlı 1927-ci 

il iyul ayının 6-da Qubadlı rayonunun 

Eyvazlı  kəndində dünyaya gəlmişdir. 

On yaşı olanda atası “xalq düşməni” 

damğası ilə doğma yer-yurdlarından 

sürgün olunmuşdur. 14 yaşında könül-

lü hərbi xidmətə getmək istəmiş, an-

caq yaşı çatmadığı üçün geri qaytarıl-

mışdır. Bakı  Dəmir Yol Texnikumuna 

daxil olaraq tələbəlik dövrünə  qədəm 

qoymuşdur. 18 yaşında  hərbi xidmətə 

çağırılmış, oradan da birbaşa, 1944-cü 

ildə Bakı Zenit Artilleriyası Məktəbinə 

daxil olmuşdur. Məktəb Ukrayna Res-

publikasına köçürüldüyündən, təhsilini 

orada  davam etdirmiş və  1948-ci ildə 

Qırmızı Bayraqlı Kiyev Özüyeriyən 

Artilleriyası  Məktəbini bitirmişdir.  İlk 

xidmət yeri Belarusda olub. Sonralar 

Moldovada, daha sonralar Cəmşid Nax-

çıvanski adına hərbi məktəbə təyinat al-

mışdır. Azərbaycana gəlməmişdən öncə 

Almaniyada sovet hərbi kontingentində 

komandanın birinci müavini olmuş, 

1956-cı ildə Zirehli Tank Qoşunları Aka-

demiyasının komandirlik fakültəsini 

bitirmişdir.Ulu öndər Heydər  Əliyev 

hakimiyyətə  gələndən sonra, onun 

təkidi ilə Bakıya gəlmişdir. 

1969-cu ildə Sovet ordusunda xidmət 

edən ilk azərbaycanlı zabit kimi SSRİ 

Silahlı Qüvvələri Baş  Qərərgahının 

Hərbi Akademiyasını bitirmişdir. 

Valeh Bərşadlı 50 yaşında Sovet 

ordusunda general-leytenant rütbəsi 

almış ilk azərbaycanlıdır. 43 il SSRİ 

Silahlı Qüvvələrində xidmət etmiş, 

tağım komandirliyindən  ən nəhəng 

ordulardan – Almaniya Demokratik 

Respublikasında yerləşən Sovet qoşun 

birləşmələrindən birinin müavinliyinə 

qədər yüksəlmişdir.

Müstəqil Azərbaycanın 1991-ci ildə 

ilk Müdafiə naziri olmuşdur. 1992-ci 

ildə tutduğu vəzifədən istefa vermişdir. 

Elə  həmin ildə  də xüsusi səlahiyyətlə 

Silahlı Qüvvələrin Baş  Qərargah rəisi 

təyin olunmuş və Azərbaycan tarixində 

ilk müvəffəqiyyətli Goranboy və Ağdərə 

əməliyyatlarını həyata keçirmişdir. 

Ömrünün sonuna kimi Cəmşid 

Naxçıvanski adına hərbi liseyin rəisi 

vəzifəsimdə çalışmışdır.

Valeh Əyyub oğlu Bərşadlı göstərdiyi 

xidmətlərinə görə 12 orden və medalla 

təltif olunmuşdur.

Azərbaycanın Tank Qoşunla-

rı general-mayoru Valeh Əyyub oğlu 

Bərşadlı 1999-cu il may ayının 15-də 

vəfat etmişdir. 

Ə d ə b i y y a t

Mən hamıya demək istəyirəm – sizin generallarınız azərbaycanlıdır... : [Naxçıvanski adına Hərbi məktəbin rəisi, general-leytenant Valeh 

Bərşadlı ilə müsahibə] /Valeh Bərşadlı //Aydınlıq. - 1993 .- 23 aprel.- S. 7. 

Müdafiə Nazirliyindən uzaqlaşdırılmağım ermənilərin çox xoşuna gəldi /Valeh Bərşadlı //Azərbaycan.- 1993.- 9 oktyabr.- S.4.

Qurbani, A. Ömrün davamı: sənədli povest /A.Qurbani.- Bakı: Əbilov, Zeynalov və oğulları, 2000.- 124 s. 

6

Hərbi xadim



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə