Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə109/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   105   106   107   108   109   110   111   112   ...   200

226

Siyasət.Hərbi iş

530 

illiyi

Şah İsmayıl Xətai

1487-1524

İYUL

Əbül-Müzəffər  İsmail ibn Heydər 

əs-Səfəvi (Şah  İsmayıl Xətai) 1487-ci 

il iyul ayının 17-də  Ərdəbil  şəhərində 

anadan olmuşdur. O, Şeyx Səfiəddin 

nəslindəndir, atası  Şeyx Heydər, anası 

Ağqoyunlu hökmdarı Uzun Həsənin 

qızı Aləmşah bəyimdir. 

1488-ci ildə atası  Şeyx Heydər 

döyüşdə öldürüldükdən sonra, İsmayıl 

anası və qardaşları – Sultanəli və İbra-

him ilə birlikdə İstəxr qalasında (Şiraz) 

həbsdə saxlanılır. Uzun Həsənin oğlu 

Rüstəm Mirzə hakimiyyət uğrunda 

mübarizədə 1495-ci ildə onun qarda-

şı  Şeyx Sultanəlini öldürtdürür. Giz-

li Gilana gətirilən yeddi yaşlı  İsmayıl 

Həsən xanın himayəsi altında Lələ Hü-

seyn tərəfindən tərbiyə olunur. İsmayıl 

təqribən 6 il burada qalaraq, tanınmış 

əmir və alimlərin rəhbərliyi altında özü-

nün dini, dünyəvi və  hərbi təlimlərini 

davam etdirir. 

Şah  İsmayıl Xətai 1499-cu ilin av-

qust ayında, 13 yaşında özünün yaxın 

tərbiyəçisi və  məsləhətçisi olan bir 

neçə  qızılbaş tayfa başçısı ilə birlikdə 

qoşun toplamaq üçün Ərdəbilə yol-

lanmış, ancaq şəhər hakimi tərəfindən 

təqib olunmuşdur. O, 1500-cü ilin ya-

zında  şamlı  və rumlu tayfalarından, 

habelə Qaradağ  və Talış  əhalisindən 

ona qoşulmuş 2 minə yaxın qızılbaşla 

Qarabağ, Çuxursəd,  Şuragil, Kağız-

man, Tərcan yolu ilə Ərzincana gəlmiş, 

7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin 

axırlarında  Şirvana hücum etmişdir.

Şamaxını, 1501-ci ilin baharında Ba-

kını  ələ keçirmişdir. 1501-ci ilin payı-

zında Təbrizə daxil olan İsmayıl özünü 

şah elan etmişdir. Bununla da paytaxtı 

Təbriz olan Azərbaycanda Səfəvilər 

dövlətinin əsası qoyulmuşdur.

Eyni zamanda klassik Azərbaycan 

şairidir. Bədii  əsərlərini “Xətai” və ya 

“Xətayi” təxəllüsü ilə yazmışdır.  İs-

mayıl Xətai az yaşamasına, vaxtının 

çoxunu dövlət işlərinə  sərf etməsinə 

baxmayaraq zəngin və çoxcəhətli bir 

irs yaratmışdır. O, həm  əruz, həm də 

heca vəznində, həm epik, həm də li-

rik janrlarda qələmini işlətmiş, yad-

daqalan, nümunə, örnək ola bilən 

əsərləri ilə Azərbaycan  ədəbiyyatını 

zənginləşdirmişdir. Xətainin çoxcəhətli 

poeziyasında epik əsərlər də mühüm yer 

tutur. Onun “Nəsihətnamə” məsnəvisi 

və “Dəhnamə” poeması epik şeirin 

qiymətli nümunələridir. Şairin irsi son-

rakı dövrlərin ədəbiyyatı üzərində dərin 

izlər buraxmışdır. Füzuli kimi dahi 

sənətkar Xətainin bir sıra şeirlərinə ca-

vab yazmış, ilk böyük əsəri olan “Bəngü 

Badə”ni ona ithaf etmişdir. Görkəmli 

el sənətkarı, hökmdar şairin müasiri 

Aşıq Qurbani onu “Mürşidi-kamilim, 

şeyx oğlu  şahim” deyə  tərənnüm et-

mişdir. Müslüm Maqomayev “Şah 

İsmayıl” adlı opera bəstələmişdir. Ya-

zıçı  Ə.Cəfərzadənin “Bakı-1501”, 

F.Kərimzadənin “Xudafərin körpüsü”, 

Ə.Nicatın “Qızılbaşlar” romanları  və 

bir sıra bədii əsərlər son illərdə Şah İs-

mayıl Xətainin həyatı  və  şəxsiyyətinə 

olan güclü marağın ifadəsi kimi mey-

dana çıxmışdır.

Şah  İsmayıl Xətai 1524-cü il may 

ayının 23-də  Cənubi Azərbaycanın 

Ərdəbil şəhərində vəfat etmişdir. Şeyx 

Səfi kompleksində dəfn olunmuşdur.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri  /Şah 

İsmayıl Xətai.- Bakı: Oka 

Ofset, 2005.- 342 s. 

Külliyyatı: qəzəllər

qəsidələr, nəsihətnamə, 

dəhnamə, qoşmalar             

/Şah İsmayıl Xətai.- Bakı: 

Əlhudə, 2004.- 534 s.

Qasımlı, M. Şah İsma-

yıl Xətainin poeziyası 

/M.Qasımlı.- Bakı: Elm, 

2002.- 176 s.

Şah İsmayıl Xətai: 

məqalələr toplusu /Azərb. 

SSR Elmlər Akad. Nizami 

ad Ədəbiyyat İn-tu; red. A. 

Rüstəmova, O. Əfəndiyev.- 

Bakı: Elm, 1988.- 236, 

[4] s.

Elbar. Şah İsmayıl Xətai 

və Azərbaycan dövlətçiliyi     

/Elbar //Təzadlar.- 2013.- 

17 dekabr.- S.11.

Məmmədova, G. “Vəhdət 

gülüzarının bülbülü...”: 

Xətai özünü belə adlan-

dırırdı /G.Məmmədova        

//Hərbi and.- 2006.- 16 

iyul.

İ n t e r n e t d ə 

https://az.wikipedia.org/w

iki/%C5%9Eah_%C4%B

0smay%C4%B1l_X%C9

%99tai

17

Dövlət xadimi


227

İYUL

17

Elmira Süleymanova 

1937

İctimai xadim

80

 

illiyi

Ə d ə b i y y a t

Elmira Süleymano-

va: “Biz gələcəyə 

inamla baxırıq”  

/E.Süleymanova; 

müsahibəni apardı 

S.Mürvətqızı //525-ci 

qəzet.- 2012.- 21 sent-

yabr.- S. 5.

Müstəqilliyimiz və 

insan hüquqları: 18 

oktyabr - Azərbaycan 

Respublikasının Dövlət 

Müstəqilliyi Günü-

dür /E.Süleymanova            

//Xalq qəzeti.- 2003.- 18 

oktyabr.-S.7.

Elmira Teymur qızı 

Süleymanova: biblioq-

rafiya /AMEA, Akad. 

Y.H.Məmmədəliyev ad. 

Neft-Kimya Prosesləri 

İn-tu, Mərkəzi Elmi 

Kitabxana; tərt.: 

H.Əlimərdanov, 

Z.Məhərrəmli, 

V.Quliyeva; 

red.: V.Abbasov, 

G.Abbasova.- Bakı: [s. 

n.], 2013.- 420 s.

İ n t e r n e t d ə 

https://az.wikipedia.org/

kiS%C3%BCleymanova

http://www.gender-az.

org/index_az.shtml?id_

main=11&id_sub=37

Elmira Teymur qızı Süleymano-

va  1937-ci il iyul ayının 17-də Bakı 

şəhərində anadan olmuşdur. 1944-1954-

cü illərdə Bakı  şəhərindəki 134 saylı 

orta məktəbdə oxumuş,1955-1959-cu 

illərdə Azərbaycan Dövlət Universite-

tinin (indiki BDU) kimya fakültəsində 

təhsil almışdır. Təhsilini başa vurduq-

dan sonra AMEA-nın Akademik Yu-

sif Məmmədəliyev adına Neft-Kimya 

Prosesləri  İnstitutunda  laborant, kiçik 

elmi işçi, böyük elmi işçi, laboratoriya 

müdiri vəzifələrində çalışmışdır. 

1967-ci ildə kimya elmləri namizədi, 

1980-ci ildə elmlər doktoru elmi 

dərəcələri almış, 1982-ci ildə isə pro-

fessor adına layiq görülmüşdür. 3 elmlər 

doktoru, 15 elmlər namizədi yetişdir-

mişdir. Elmira xanım Neft-kimya sintezi 

və incə üzvi sintez üzrə mütəxəssisdir. 

200-dən çox elmi məqalənin, 40 ixtira-

nın müəllifidir.

Elmira Süleymanova 30-dan artıq 

beynəlxalq konfransın iştirakçısı olmuş, 

müxtəlif ölkələrdə keçirilmiş 7 neft 

kimyası və 5 aroma-simpoziumda elmi 

məruzələrlə çıxış etmişdir.

Azərbaycanda BMT-nin iqtisadi və 

sosial şurası ilə xüsusi məsləhətçi statu-

su olan yeganə qeyri-hökumət təşkilatı - 

Azərbaycan Qadın və İnkişaf Mərkəzinin 

yaradıcısı  və prezidentidir. 30-dan çox 

beynəlxalq konfransda, BMT-nin Baş 

Assambleyasının 5 xüsusi sessiyasında 

iştirak etmişdir.

Elmira xanım 1998-ci ildə “100 

qəhrəman qadın” siyahısına düşmüş-

dür. Haqqında beynəlxalq “Kim kimdir” 

(İngiltərə, Kembric) kitabında məlumat 

verilmişdir.  İstedadlı alim Elmira Sü-

leymanova  kimya elminin inkişafında, 

yüksəkixtisaslı kadrların hazırlanmasın-

dakı nailiyyətlərinə görə 1979-cu ildə 

SSRİ-nin “Fəxri kimyaçısı”,  ətriyyat, 

qida və lak-boya sənayesində  tətbiq 

olunmuş ixtiralara görə “SSRİ ixtiraçı-

sı”, akademik Y.H.Məmmədəliyev adı-

na mükafata layiq görülmüşdür.

2 iyul 2002-ci ildə Azərbaycan Res-

publikasının  İnsan hüquqları üzrə ilk 

müvəkkili (ombudsman) secilmişdir. 

2010-cu ildə  təkrarən yeni müddətə 

seçilmişdir. Dinlərarası  və Beynəlxalq 

Dünya Sülh Federasiyası  tərəfindən 

2005-ci ildə “Sülhməramlı  səfir” fəxri 

adı verilmişdir. Bu mükafat dinlərarası 

əməkdaşlığa, beynəlxalq mənəvi 

dəyərlərə, BMT-nin gücləndirilməsinə, 

sülh mədəniyyətinin yaradılmasına yar-

dımçı olan şəxslərə təqdim edilir. 2003-

cü ildə ABŞ-ın Mədəni Konvensiya 

qurumu tərəfindən Beynəlxalq Sülh Mü-

kafatı ilə təltif olunmuşdur. Ombudsman 

bu mükafata insan haqlarının qorunması 

və həyata keçirilməsi sahəsində səmərəli 

fəaliyyətinə, insanlıq harmoniyasının 

yaradılmasında xidmətlərinə görə layiq 

görülmüşdür. 

Keçmiş SSRİ Ali Soveti Rəyasət 

Heyətinin Fərmanına əsasən, “Şərəf ni-

şanı” ordeni və “Əmək veteranı” medalı 

ilə  təltif edilmişdir. Azərbaycan Res-

publikasının Prezidenti İlham  Əliyevin 

2007-ci il 16 iyul tarixli Sərəncamı ilə 

insan hüquqlarının qorunması sahəsində 

xidmətlərinə görə  “Şöhrət” ordeni ilə 

təltif olunmuşdur. 



Siyasət.Hərbi iş


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə