Teqvim-2017. pdf


Milli Qəhrəmanlar Şirin Mirzəyev



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə11/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   7   8   9   10   11   12   13   14   ...   200

24

Milli Qəhrəmanlar

Şirin Mirzəyev 

1947-1992 

Y

ANV

AR

Şirin Vəli oğlu Mirzəyev 1947-

ci il yanvar ayının 5-də Xankəndində 

anadan olmuşdur. N.Gəncəvi adına 

beynəlmiləl orta məktəbi bitirdikdən 

sonra hərbi xidmətə yola düşmüşdür. 

Bir müddət Bakıda yerləşən Daxili Qo-

şunlar alayında xidmət etdikdən sonra 

1967-ci ildə Leninqrad (indiki Sankt-

Peterburq) şəhərindəki Ali Siyasi Hərbi 

məktəbə  qəbul olmuş  və 1971-ci ildə 

hərbi təhsilini müvəffəqiyyətlə başa vu-

rub təyinatla İrəvana göndərilmiş, beş il 

orada xidmət etdikdən sonra isə Bakıya 

qayıtmışdır. 

1988-ci ildə Hərbi Siyasi Akademiya-

da təhsil almış, Daxili Qoşunlar alayında 

15 illik xidmət yolu keçmişdir. 1991-ci 

ildə vətənə xidmət arzusu onu Ağdama 

çəkib gətirmişdi. 1991-ci ilin oktyabr 

ayında bütün maneələrə  və  təqiblərə 

baxmayaraq, polkovnik-leytenant Şirin 

Mirzəyev respublikamızda ilk nizami 

özünümüdafiə batalyonunu yaratmışdır.  

Artıq 1992-ci ilin may ayında üç tabor-

dan ibarət alay yaradılmışdı. Ş.Mirzəyev 

Ağdam rayonunun həm hərbi komissarı 

və  həm də alay komandiri kimi məsul 

vəzifələri çox bacarıqla yerinə yetirir-

di. 1992-ci il mart ayının 28-də  Şirin 

Mirzəyevin və onun tərəfdarlarının səyi 

nəticəsində respublikada I tabor yara-

dıldı  və ürəyi vətən sevgisilə  çırpınan 

podpolkovnik Şirin Vəli oğlu Mirzəyev 

Ağdam rayon ərazi özünümüdafiə tabo-

runun komandiri seçildi. 

18 iyun 1992-ci ildə  Sırxavənd 

istiqamətində aparılan döyüş əməliyyatı 

zamanı minaya düşərək həlak olmuş, 

iyunun 20-də Bakı  şəhərində  Şəhidlər 

Xiyabanında dəfn edilmişdir.

 Ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı ilə təltif edil-

mişdir. 


Adına Bakı  şəhərində küçə var. 

Xidmət etdiyi 836-cı  hərbi hissənin 

həyətində abidəsi qoyulmuşdur.

Hərbi jurnalist İbrahim İbadoğlu Şi-

rin Mirzəyevin həyatından bəhs edən 

“Sərkərdə” kitabını qələmə almışdır.



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Mirzəyev Şirin Vəli oğlu – polkovnik leytenant – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, 

Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik 

və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.-(Ölümündən sonra).

Əsgərov, V. Şirin Mirzəyev /Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.211.

Mirzəyev Şirin Vəli oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərb. Milli Kitabxanası; tərt. ed. H.M.Həmidova.- Bakı, 

2008.- S.147-149.

Seyidzadə, M. Mirzəyev Şirin Vəli oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.160.

Şirin Mirzəyev //Azərbaycan Respublikası Xatirə Kitabı: 20 cilddə: [ensiklopediya] /AMEA; baş red. N.R.Hacızadə.- Bakı, 2010.- C.X.- 

S.444. 

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/Şirin_Mirzəyev

www.xankendi.az/shehidlarimiz,483/lang,az/

5

70 

illiyi

 Milli Qəhrəman


25

Milli Qəhrəmanlar

Cəlil Səfərov  

1962-1992 

Y

ANV

AR

Cəlil Əziz oğlu Səfərov 1962-ci il yan-

var ayının 28-də Gürcüstan Respublikası 

Marneuli rayonunun Lejbəddin kəndində 

anadan olmuşdur. Ailəlikcə Sumqayıt 

şəhərinə köçdüklərinə görə orta təhsilini 

də burada almış, 1977-ci ildə səkkizinci 

sinfi bitirərək C.Naxçıvanski adına Hərbi 

liseyə  qəbul edilmişdir. 1980-ci ildə 

təhsilini başa vurmuş və həmin il Vladi-

qafqaz Hərbi Raket Zenit Komandirlər 

Məktəbinə daxil olmuşdur. Təhsilini 

Saratov vilayətinin Engels şəhərində ta-

mamlamışdır.

1984-cü ildə leytenant rütbəsi ilə 

Qazaxıstanın Priozyorsk və Balxaş 

şəhərində yerləşən hərbi hissələrdə ça-

lışmağa başlamışdır. 8 il işlədikdən son-

ra Azərbaycana qayıtmış və Respublika 

Müdafiə Nazirliyinin Operativ İdarəsində 

baş zabit vəzifəsinə təyin edilmişdir.

Bir müddətdən sonra zabitlər qrupu 

ilə birlikdə Dağlıq Qarabağa ezam olun-

muş, ezamiyyət müddəti bitdikdən sonra 

döyüş bölgəsində qalaraq hərbi hissədə 

xidmət etməyi üstün tutmuşdur. O, Şuşa 

döyüş bölgəsində erməni yaraqlıları-

na qarşı aparılan hərbi  əməliyyatlarda 

mərdliklə döyüşmüş, düşmən texni-

kasına dəqiq və sarsıdıcı top zərbələri 

endirilməsinə başçılıq etmişdir. Bunun 

nəticəsində bir neçə yaşayış məntəqəsini 

azad edərək, dinc sakinlərin təhlükəsiz 

yerlərə köçürülməsini təmin etmişdir.

Təcrübəli zabit C.Səfərov 15 may 1992-

ci ildə  Şuşa rayonunun Turşsu-Zarıslı 

istiqamətində gedən ağır döyüşlərdə  iş-

tirak edərkən, qəhrəmancasına həlak ol-

muşdur.

Azərbaycan Resbublikası Preziden-



tinin 7 iyun 1992-ci il tarixli 833 saylı 

Fərmanı ilə kapitan Səfərov Cəlil  Əziz 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında 

dəfn edilmişdir.

Sumqayıt  şəhərindəki 10 saylı orta 

məktəb onun adını daşıyır. Gürcüs-

tan Respublikası Marneuli rayonunun 

Lejbəddin kəndində abidəsi ucaldılmış-



dır. 

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Səfərov Cəlil Əziz oğlu – kapitan – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 

1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S.25.- (Ölümündən sonra).

Əsgərov, V. Səfərov Cəlil Əziz oğlu //Əsgərov Vüqar. Azərbaycanın Milli Qəhrəmanları.- (Yenidən işlənmiş II nəşr).- Bakı, 2010.- S.260.

Seyidzadə, M. Səfərov Cəlil Əziz oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.201.

Səfərov Cəlil Əziz oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərb. Milli Kitabxanası; tərt. ed. H.M.Həmidova.- Bakı, 

2008.- S.187.

İ n t e r n e t d ə

veten-ugrunda.az/.../287-sfrov-clil-ziz-olu.html

https://az.wikipedia.org/wiki/Cəlil_Səfərov

28

55 

illiyi

Milli Qəhrəman


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə