Teqvim-2017. pdf


Hərbi xadim Siyasət.Hərbi iş 135



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə110/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   106   107   108   109   110   111   112   113   ...   200

228

Hərbi xadim

Siyasət.Hərbi iş

135 

illiyi

Kazım Qarabəkir Paşa

1882-1948

İYUL

Kazım Qarabəkir Paşa 1882-ci il 

iyul ayının 22-də İstanbulda anadan ol-

muşdur. Məhməd  Əmin Paşa və Hacı 

Həvva xanımın ailəsində dünyaya 

gəlmişdir. Onun ata tərəfdən kökləri 

oğuz türklərinin Əfşar tayfasına gedib 

çıxır. 


Kazım  Qarabəkir Paşa Türkiyənin 

görkəmli hərbi və dövlət xadimi Ata-

türkün yaxın silahdaşlarından biri 

olmuşdur. Ali hərbi təhsil aldıqdan 

sonra (1912-1913) Birinci Dünya 

müharibəsində  iştirak etmişdir (1914- 

1918). Hərbi sahədəki xidmətlərinə 

görə 1918-ci ildə diviziya genera-

lı, sonra ordu generalı rütbəsinədək 

yüksəlmiş, “Paşa” fəxri tituluna layiq 

görülmüşdür. 

Kazım Qarabəkir Paşa Azərbaycanın 

ərazi bütövlüyünün təmin olunma-

sında, onun ayrılmaz tərkib hissəsi 

olan Naxçıvan bölgəsinin erməni 

silahlı süvarilərinin təcavüzündən 

müdafiəsində mühüm xidmətlər 

göstərmişdir. Həmin 

ərazilərin 

müdafiəsi Osmanlı ordusunun onun 

komandanlıq etdiyi I Qafqaz korpusu-

na həvalə olunmuşdu. 

Türkiyənin istiqlal savaşında (1918-

1923) fəal iştirak etmiş, Şərq cəbhəsinin 

komandanı kimi bir sıra  əzəli türk 

torpaqlarının geri qaytarılmasında, 

erməniləri sülh bağlamağa məcbur 

etməsində  əvəzsiz xidmətlərinə görə 

“İstiqlal ordeninə” layiq görülmüşdür. 

Azərbaycanda baş verən hadisələrlə 

daim yaxından maraqlanmış, Qars 

konfransında (1921) iştirak etmişdir.

 Naxçıvanın mədəni həyatında ya-

xından iştirak edən Kazım Qarabəkir 

Paşa şəhərdə teatrın fəaliyyətini bərpa 

etmiş, Naxçıvan teatrında türk yazıçıla-

rının dram əsərlərini tamaşaya qoymuş, 

tədris müəssisələri açmış, məktəblər 

üçün Türkiyədən çoxlu sayda dərsliklər 

gətirtmişdir. Hərbi vətənpərvərlik 

təbiyəsinə böyük əhəmiyyət verən və 

nizami ordu quruculuğunun vacibliyini 

nəzərə alan Kazım Qarabəkir Paşa bu işi 

öyrənmək üçün bir qrup gənci Türkiyə 

məktəblərinə oxumağa göndərmişdir. 

Türk xalqının istiqlal mücadiləsi 

başa çatdıqdan sonra ordudan tərxis 

olunan Kazım Qarabəkir Paşa millət 

vəkili kimi fəaliyyət göstərmiş, 1946-cı 

ildə Türkiyə Böyük Millət Məclisinin 

başçısı seçilmişdir. 

Kazım Qarabəkir Paşa 1948-ci il 

dekabr ayının 26-da Ankarada vəfat et-

mişdir. 


Xatirəsini  əbədiləşdirmək məqsə-

dilə Naxçıvan  şəhərində Türkiyə 

Dəyanət İşləri Vəqfi tərəfindən məscid 

inşa edilmişdir. Bu məscidin 1918-

1919-cu illərdə Naxçıvanın erməni 

təcavüzündən xilas edilməsində bö-

yük rolu olmuşdur. 1999-cu il oktyab-

rın 13-də yenidən istifadəyə verilmiş 

məscidin açılışında ümummilli lider 

Heydər  Əliyev və Kazım Qarabəkir 

Paşanın qızı Timsal Qarabəkir xanım 

çıxış etmişlər.



Ə d ə b i y y a t

Məmmədova, G. Qarabəkir 

əfsanəsi: sənədli roman 

/G.Məmmədova.- Bakı: 

Zaman, 2001.- 488 s. 

Musayev, İ. Azərbaycanın 

Naxçıvan və Zəngəzur 

bölgələrində siyasi vəziyyət 

və xarici dövlətlərin 

siyasəti: (1917-1921) 

/İ.Musayev.- Bakı: Elm, 

1996.- 312 s.

Ərtoğrul. Hər bir 

azərbaycanlının qəlbində 

Kazım Qarabəkir Paşa          

/Ərtoğrul //Kaspi.- 2010.- 

28 dekabr.-S. 12.

Ərtoğrul. Qəlbimizdəki 

Kazım Qarabəkir Paşa              

/Ərtoğrul //Kaspi.- 2010.- 

24 dekabr.- S.13. 

Kazım Qarabəkir Paşa 

//Azərbaycan Xalq 

Cümhuriyyəti ensiklopediya-

sı.- Bakı, 2005.- S.77-78.

Səfərli, F. Kazım Qarabəkir 

Paşa və Naxçıvanın erməni 

təcavüzündən müdafiəsi 

/F.Səfərli //Naxçıvan jurna-

lı.- 2001.- № 5.- S.23.

22


229

Mədəniyyət.Maarif.Təhsil

85 

illiyi

Azadə Rüstəmova

1932-2005

İYUL

Azadə Cəfər qızı Rüstəmova 1932- 

ci il iyul ayının 18-də Bakı  şəhərində 

anadan olmuşdur. 1947-ci ildə Bakı 

şəhəri 132 saylı məktəbi qızıl medalla 

bitirmiş, 1951-ci ildə Bakı Dövlət Uni-

versitetinin  şərqşünaslıq fakültəsinə 

daxil olaraq oranı  fərqlənmə diplomu 

ilə başa vurmuşdur. Universitetdə beş 

il  ərzində  Məmmədağa Sultanov, Əli 

Azəri, Mübariz Əlizadə kimi görkəmli 

alimlərdən fars dili və  ədəbiyyatını, 

Şərq mədəniyyət tarixini mükəmməl 

öyrənmişdir. 

Azadə xanım 1953-1956-cı illərdə 

Moskva  şəhərində SSRİ EA-nın 

Şərqşünaslıq  İnstitutunun aspiran-

turasında təhsil almışdır. Görkəmli 

şərqşünas, SSRİ EA-nın müxbir üzvü 

Y.E.Bertelsin elmi rəhbərliyi altında 

Füzulinin “Leyli və Məcnun” poeması 

mövzusunda namizədlik dissertasiyası 

müdafiə etmişdir. Vətənə döndükdən 

sonra Azərbaycan EA-nın Nizami adı-

na  Ədəbiyyat  İnstitutunda kiçik elmi 

işçi, böyük elmi işçi vəzifələrində 

çalışmışdır. Orta əsrlər Azərbaycan 

ədəbiyyatı, sonra Nizamişünaslıq 

şöbələrinə uzun müddət rəhbərlik edən 

Azadə Rüstəmova 1991-ci ildən Orta 

əsrlər  şöbəsində baş elmi işçi olmuş-

dur. Onun tədqiqatının  əsas obyekti 

klassik Azərbaycan  şeirinin tarixi-

nəzəri problemlərinin araşdırılması 

idi. Müəllifin “Nizami Gəncəvi” ki-

tabçası Azərbaycan, rus, ingilis və fars 

dillərində dəfələrlə nəşr edilmişdir.

300-ə yaxın məqalənin, 20 kitab 

və monoqrafiyanın müəllifi olan bu 

fədakar alim əsasən klassik poeziya-

mızın nümayəndələri haqqında dəyərli, 

əhəmiyyətini heç vaxt itirməyən 

tədqiqatlar aparmışdır. “Azərbaycan 

epik şeirinin inkişaf yolları”, “Əsrlərin 

addımları”, “Fələki Şirvani”, “ Klassik 

Azərbaycan poeziyasında qəzəl. Jan-

rın tarixi və poetikası”, “ Məhəmməd 

Füzuli”, “Mütəfəkkir Mövlanə Füzu-

li”, “Nizaminin poeziya sələfləri”, “ 

Mövlanə Cəlaləddin Rumi” adlı kitab-

ları  ədəbi ictimaiyyətin yaxşı tanıdığı 

dəyərli tədqiqatlardır. 

Azadə xanım Rüstəmova 1971-ci 

ilin may ayında “XII-XVII əsrlərdə 

Azərbaycan epik şeirinin inkişaf yol-

ları” mövzusunda doktorluq disserta-

siyası müdafiə etmişdir. 1986-1991-ci 

illərdə Nizami adina Ədəbiyyat  İns-

titutunun Nizami şöbəsinin müdiri 

vəzifəsində çalışmışdır. 1990-cı ildə 

professor adını almışdır. Y.E.Bertelsin 

anadan olmasının 100 illiyinə  həsr 

olunmuş  “Şərq xalqları  mədəniyyəti 

və müasirlik” mövzusunda Moskva-

da keçirilən Ümumittifaq konfransın-

da “Nizami Gəncəvi irsi Y.E.Bertelsin 

tədqiqində” mövzusunda məruzəsi ilə 

çıxış etmişdir. 1992-2000-ci illərdə 

Azərbaycan Respublikası Prezident 

Aparatı nəzdində Dövlət Ali Attestasi-

ya Komissiyası Ekspert Şurasının üzvü 

olmuşdur. 

2001-ci ildə AMEA-nın müxbir 

üzvü seçilmişdir. 

1971-ci ildə  “Şərəf nişanı” orde-

ni ilə  təltif edilmiş, 1982-ci ildə isə 

“Əməkdar elm xadimi” fəxri adına la-

yiq görülmüşdür.

Azadə Rüstəmova 2005-ci il mart 

ayının 19-da Bakı  şəhərində  vəfat et-

mişdir. 

Ə d ə b i y y a t

Mənəvi dünənimiz 

bu günün işığında 

/A.Rüstəmova; red. 

T.Kərimli; AMEA, Nizami 

adına Ədəbiyyat İnsti-

tutu.- Bakı: Elm, 2011.- 

593, [3] s.

Azərbaycan ədəbiyyatı: 

müxtəsər oçerk: [xaricdə 

yaşayan azərbaycanlılar 

üçün] /A.Rüstəmova, 

B.Nəbiyev, Y.Qarayev; 

red. T.Kərimli; АМЕА 

Nizami adına Ədəbiyyat 

İnstitutu.- Bakı: Elm, 

2003.- 376 s. 

Əlibəyli, G. R.Azadə         

//Əlibəyli G. Çırpınan 

dünyamız.- Bakı, 2000.- 

S.105- 108. 

İ n t e r n e t d ə 

http: //525.az/

site/?name=xeber&news_

id=7713

18

Ədəbiyyatşünas



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə