Teqvim-2017. pdf


Akademik Riyaziyyat.Fizika.Astronomiya  85



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə111/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   107   108   109   110   111   112   113   114   ...   200

230

Akademik

Riyaziyyat.Fizika.Astronomiya 

85 

illiyi

Məhəmmədəmin Şahtaxtinski

1932-2011

İYUL

Məhəmmədəmin Həbibulla oğlu 

Şahtaxtinski 1932-ci il iyul ayının 10-

da Bakı  şəhərində anadan olmuşdur. 

O, akademik, kimya elmləri doktoru 

Həbibulla Şahtaxtinskinin oğludur.

1950-ci ildə orta məktəbi bitirdikdən 

sonra, Moskva Energetika İnstitutunda 

radiotexnika fakültəsində  təhsil almış 

və 1956-cı ildə ali təhsilini tamamla-

mışdır.

Əmək fəaliyyətinə 1956-cı ildən  



Azərbaycan Respublikası Elmlər 

Akademiyasının Fizika və Riyaziy-

yat İnstitutunda başlamış və  ömrünün 

sonunadək orada müxtəlif vəzifələrdə 

çalışmışdır. O, 1968-ci ildən institut-

da laboratoriya müdiri, 1987-ci ildən 

şöbə müdiri vəzifələrində  işləmişdir. 

Son illərdə isə Fizika İnstitutunun 

rəhbəri olmaqla bərabər, Azərbaycan 

Milli Elmlər Akademiyasının Fizika-

Riyaziyyat və Texnika Elmləri Bölməsi 

Bürosunun üzvi kimi də  fəaliyyət 

göstərmişdir.

Məhəmmədəmin 

Şahtaxtinski 

1960-cı ildə namizədlik və 1970-

ci ildə doktorluq dissertasiyalarını 

müdafiə etmiş, 1971-ci ildə professor 

elmi rütbəsini almışdır. 1980-ci ildə 

Azərbaycan Respublikası Elmlər Aka-

demiyasının müxbir üzvü, 1989-cu 

ildə isə həqiqi üzvü seçilmişdir.

Uzun illər ərzində bərk cisimlər fizi-

kasına dair fundamental araşdırmaları 

ilə tanınan Məhəmmədəmin  Şahtax-

tinski bu sahədə yeni elmi istiqamətin 

əsasını qoymuşdur. Alimin tədqiqatları 

fizikanın yarımkeçiricilər və 

dielektriklər kimi mühüm bölmələrini 

əhatə edir. O, yarımkeçiricilərin ter-

modinamikasının öyrənilməsi ilə ya-

naşı, bir sıra orijinal metodika və qur-

ğuların yaradılması işində də yaxından 

iştirak etmişdir.

 Məhəmmədəmin Şahtaxtinski 250-

dən artıq elmi əsərin müəllifidir. Onun 

apardığı araşdırmaların nəticələrinin 

böyük qismi ölkəmizin hüdudlarından 

kənarda xarici dillərdə işıq üzü görmüş 

və elmi ictimaiyyətin diqqətini cəlb 

etmişdir. O, fizika sahəsində qazan-

dığı elmi nailiyyətlərinə görə onlarca 

patent və müəlliflik  şəhadətnamələri 

almışdır.   Məhəmmədəmin Həbibulla 

oğlu Şahtaxtinski 1972-ci ildə Fransa-

da keçirilən Kristalların yetişdirilməsi 

üzrə Beynəlxalq konfransda məruzə 

ilə  çıxış etmişdir. Bu məruzə elm 

aləmində çox yüksək səviyyədə qəbul 

edilmişdir. 

M.Şahtaxtinski 1991-ci ildə Azər-

baycan Respublikasının “Əməkdar 

elm xadimi” fəxri adına layiq görül-

müş, Azərbaycan Fizika Cəmiyyətinin 

prezidenti və Avropa-Asiya Fizika 

Cəmiyyətinin vitse-prezidenti seçil-

mişdir. 2004-cü ildə Azərbaycan Res-

publikası Prezidentinin Fərmanı ilə 

“Şöhrət” ordeni ilə təltif edilmişdir. 

Şahtaxtinski Məhəmmədəmin 

Həbibulla oğlu 2011-ci il aprel ayı-

nın 23-də, ömrünün 79-cu ilində Bakı 

şəhərində vəfat etmişdir.

 

Ə d ə b i y y a t



Şahtaxtinski Məhəmməd 

Həbibulla oğlu: ensiklo-

pedik məlumat //ASE: 10 

cilddə.- Bakı , 1987.- C.X.- 

S.480.

Məhəmmədəmin Həbibulla 

oğlu Şahtaxtinski               

//Azərbaycan.- 2011.- 24 

aprel. - S. 4.

Məhəmmədəmin Həbibulla 

oğlu Şahtaxtinski: Fizika-

riyaziyyat elmləri doktoru 

M.H.Şahtaxtinskinin vəfatı 

münasibətilə //Respublika.- 

2011.- 24 aprel.- S. 2.

Мухаммедэмин Габибулла 

оглу Шахтахтинский: 

Некролог //Бакинский 

рабочий.-2011. - 26 апреля. 

- С. 3.

İ n t e r n e t d ə

www.anl.az/down/me-

qale/bakrabochiy/2011/

aprel/170753.htm

10


231

Alim

Kitabxanaşünaslıq.Biblioqrafiya

155

illiyi

Nikolay Aleksandroviç Rubakin

1862-1946

İYUL

Nikolay Aleksandroviç Rubakin 

1862-ci il iyul ayının 13-də Oraniyen-

baum (indiki Lomonosov şəhərində), 

tacir ailəsində anadan olmuşdur. Atası 

Oraniyenbaum  şəhərinin başçısı ol-

muşdur.

12 yaşında olarkən macəra ro-



manı  və pyes yazmış, 13 yaşında 

“Стрела” əlyazma jurnalını çap etdir-

miş, 16 yaşında isə “Uşaq mütaliəsi” 

adlı ilk məqaləsi nəşr olunmuş və bu 

məqalədən qonorar da almışdır. 

N.A.Rubakin Peterburq Universi-

tetinin 3 fakültəsini – tarix-filologiya, 

təbiətşünaslıq və hüquq fakültələrini 

bitirsə  də  həyatını kitabxana işinə 

həsr etmişdir. O, həmçinin Rusiya 

Savadlanma Komitəsinin katibi və 

üzvü kimi uzun müddət bu sahənin 

inkişaf etməsinə çalışmış  və Peda-

qoji Muzeydə savadlanma şöbəsinin 

açılmasına naıl olmuşdur. Nikolay 

Aleksandroviçin XIX əsrdə Rusiya 

kitabxana-nəşriyyat işinin inkişafında 

cox böyük əməyi olmuşdur. Belə ki, 

A.Rubakin O.N.Popova, İ.D.Sitina 

nəşriyyat firmalarının  və “Издатель” 

Birliyinin rəhbəri kimi xalq arasında 

ciddi mütaliəyə marağın oyanması 

uğrunda işlər görmüşdür. O, mütaliə 

edən insanların tələbatını daim öyrənir, 

araşdırma aparmaq üçün “Xalq üçün 

ədəbiyyatın tədqiqi proqramı”nı 

(1889) tərtib edir. Daha sonra bu proq-

ramı oxumuş insanların rəylərini bir 

yerə toplayaraq “Mütaliə edən ruslar 

haqqında etüdlər” kitabını nəşr etdirir.

N.A.Rubakin 1905-1907-ci illərdə 

Rusiya inqilabında yaxından iştirak 

etmişdir. Siyasi baxışlarına görə təqib 

olunmuş  və bu səbəbdən də 1907-ci 

ildə  İsveçrəyə köçmüş  və ömrünün 

sonunadək burada yaşamışdır. Həmin 

illərdə Rubakin Rusiyada çapdan çıx-

mış kitabları toplayaraq İsveçrədə 

“Nadir Rus Kitabxanası” təşkil etmiş-

dir. 


Görkəmli kitabxanaşünas bü-

tün ömrü boyu kitab təbliği 

problemlərini işləmiş, bibliopsixo-

logiya nəzəriyyəsini yaratmış, bu 

sahədə ilk kitab olan “Kitab və oxu-

cunun psixologiyası”nı çap etdirmiş-

dir. “Kitablar arasında” tövsiyə vəsaiti 

mütəxəssislər arasında çox böyük ma-

rağa səbəb olmuşdur. 280 kitab və ki-

tabçanın, 350 məqalənin müəllifidir.

Maarif sahəsindəki xidmətlərinə 

görə Sovet hökuməti A.N.Rubakinə 

1930-cu ildən fərdi pensiya təyin et-

mişdir.


Rus kitabşünası, biblioqraf, ya-

zıçı, Beynəlxalq Bibliopsixologiya 

İnstitutunun yaradıcılarından biri 

olan Nikolay Aleksandroviç Rubakin 

1946-cı il noyabr ayının 23-də Lozan-

na  şəhərində  vəfat etmişdir. Moskva 

şəhərində dəfn olunmuşdur. 

Vəsiyyətinə görə  İsveçrədə  təşkil 

etdiyi “Nadir Rus Kitabxanası” Rusi-

ya Milli Kitabxanasının fonduna veril-

mişdir.

Ə d ə b i y y a t

Əjdərov, E. Nikolay Ru-

bakinin bibliopsixologiya 

nəzəriyyəsində informasiya 

dövriyyəsi  /E.Əjdərov       

//Kitabxanaşünaslıq və 

İnformasiya: Elmi-nəzəri 

praktiki jurnal.-2011.- № 

2.- S.34-42. 

Əjdərov, E. Nikolay Ruba-

kinin yaradıcılığında bib-

liopsixologiya nəzəriyyəsi 

və kitabxanaşünaslıq               

/E.L.Əjdərov //Kitabxana-

şünaslıq və informasiya.-

2010.- № 3.-S.91-98. 

Рубакин, Н. 

Библиологическая 

психология 

/Н.А.Рубакин.- Москва: 

Академический Проект 

Трикста, 2006.- 800 с. 

İ n t e r n e t d ə 

http://www.anl.

az/down/meqale/

kitabxanashunasliq-

informasiya/2_2012/111-

117.pdf

13



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə