Teqvim-2017. pdf


Milli Mətbuat və Jurnalistika Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə112/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   108   109   110   111   112   113   114   115   ...   200

232

Milli Mətbuat və Jurnalistika Günü

1875

Ə d ə b i y y a t

Əhmədov, R. “Əkinçi” 

qəzeti və milli maarifçilik: 

fəls. e. n. a. dər. al. üçün 

təq. ed. dis-nın avtorefera-

tı: 09.00.03 /R.Əhmədov; 

AzEA, Fəlsəfə və Hüquq 

İn-tu.- Bakı, 1995.- 22 s.

“Əkinçi” qəzeti: 1875-

1877: tam mətni /tərt. ed. 

T.Həsənzadə; müqəd. müəl. 

və red. Ə.Mirəhmədov.- 

Bakı: Azərnəşr, 1979.- 463, 

[1] s.

Məmmədov, V. “Əkinçi” 

qəzeti və mətbuat məsələləri: 

Azərbaycan milli mətbuatı 

- 140 /V.Məmmədov //İki 

sahil.- 2015.- 16 iyul.- S.15.

Mətbuatımızın banisi anıldı 

“Əkinçi” qəzeti ilə əsası 

qoyulan mətbuatımız qısa 

zaman kəsiyində xalqın 

özünüdərk prosesində 

misilsiz rol oynadı: Mətbuat 

Şurasında Həsən bəy 

Zərdabinin anım tədbiri 

keçirilib //Mövqe.- 2013.- 29 

noyabr.- S.4.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki 

Əkinçi -(qəzet)

22 iyul - Azərbaycanda Milli 

Mətbuat və Jurnalistika Günü kimi 

qeyd edilir. 1875-ci il iyulun 22-də 

Bakıda, Azərbaycan dilində  “Əkinçi” 

qəzetinin çap olunması ilə Azərbaycan 

milli mətbuatının əsası qoyulmuşdur.

“Əkinçi” qəzetinin nəşri bütün Qaf-

qazda  əks-səda doğurmuşdu. 1875-

1877-ci illər ərzində fəaliyyət göstərmiş 

qəzetin 56 nömrəsi çap edilmiş, ayda 

iki dəfə 300-400 tirajla nəşr olunmuş-

dur.

“Əkinçi” qəzetində dövrün 



görkəmli alim və ziyalılarının - Nəcəf 

bəy Vəzirovun, Moskvadan Əsğər ağa 

Goraninin, Şamaxıdan Məhəmmədtağı 

Əlizadə Şirvaninin, Mirzə Fətəli Axun-

dovun “ Vəkili-naməlumi millət” imza-

sı ilə məqalələri , Seyid Əzim Şirvani-

nin şeirləri və Dərbənddən Heydərinin 

göndərdikləri məktublar dərc olun-

muşdur.    

“Əkinçi” qəzeti xalqımızın mil-

li oyanışında, milli birliyinin 

möhkəmlənməsində böyük rol oyna-

mışdır. XIX əsrin sonlarında “Ziya”, 

(1879), “Kəşkül” (1880), “Kaspi” 

(1880-1890-cı illər) qəzetləri nəşrə 

başlamışdı. XX əsrin  əvvəllərində 

C.Məmmədquluzadə, M.Şahtaxtinski, 

S.Hüseyn, Ö.Faiq Nemanzadə, 

Ü.Hacıbəyov və başqaları yeni de-

mokratik mətbuatın yaranması  uğ-

runda mübarizə aparırdılar. Bu gərgin 

mübarizə öz nəticəsini verdi. “Şərqi-

rus” (1903), “Həyat” (1905), “Açıq 

söz” (1915), “Azərbaycan “ (1918) kimi 

demokratik ruhlu, milli qayəli qəzetlər 

meydana çıxdı. 1906-cı ildə “Molla 

Nəsrəddin” jurnalının nəşrə başlanması 

ilə Azərbaycan mətbuatında siyasi sati-

ranın əsası qoyuldu. 

Sovet hakimiyyəti dövründə bütün 

sovet respublikalarında olduğu kimi 

Azərbaycanda da mətbuat sovet ideo-

logiyasının ruporuna çevrilmişdi. Azad 

və demokratik mətbuatdan söhbət belə 

gedə bilməzdi. Yalnız bolşevik rejimi-

nin, kommunist ideyalarının təbliği ilə 

məşğul olan qəzet və jurnallar nəşr olu-

nurdu. Mətbuat üzərində ciddi senzura 

hökm sürürdü. Kommunist Partiyası-

nın orqanı olan “Pravda” (bu qəzetin 

dilimizə  tərcüməsi “Həqiqət” olsa da, 

səhifələri Qərb demokratiyasına qar-

şı iftiralarla, ictimai və iqtisadi-siyasi 

həyatın müxtəlif sahələrinə aid yalan 

informasiyalarla dolu idi) qəzetinin 

ilk nömrəsinin çapdan çıxdığı gün - 5 

may mətbuat günü kimi qeyd olunur-

du. Azərbaycan öz müstəqilliyini bərpa 

etdikdən sonra bir çox milli-mənəvi 

dəyərlərə qayıdış mətbuat sahəsində də 

özünü göstərdi.

 Bu gün ölkəmizdə yüzlərlə  mətbu 

orqan - qəzet və jurnal fəaliyyət göstərir. 

Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə 

başladığı gün - 22 iyul Milli Mətbuat və 

Jurnalistika Günü kimi qeyd olunmağa 

başladı. 



22

İYUL

Tarixdə bu gün


233

Ağdam rayonunun işğalı günü

1993

Ə d ə b i y y a t

Abbasoğlu, B. Ağdam 

ağrıları: [məlumat kita-

bı] /B.Abbasoğlu; red. 

V.Quliyev.- Bаkı: Şuşa, 

2003.- 151 s.

Abbasoğlu, B. Seyidlidə 

bitən qeyrət /B.Abbasoğlu; 

red. S.Ağayev.- Bakı: 

Azərbaycan, 1998.- 128 s.

Tofiqli, V. XX yüzilin Ağdamı 

/Tofiqli Vüqar (Cəfərov).-

Bakı: MHS-Poliqraf, 2014.-

223 s. 

Ağdam rayonu //Qarabağ: 

yaddaş.- Bakı, 2010.- S.105-

122.

Alıoğlu, S. Ağdam: barıt 

qoxulu torpaq /S.Alıoğlu      

//Respublika.-2015.- 23 

iyul.- S.6.

Allahverdiyev, R. Biz 

Ağdama qayıdacağıq  

/R.Allahverdiyev //Respubli-

ka.- 2015.- 23 iyul.- S.6.

İ n t e r n e t d ə

www.anl.az/down/meqale/

azerbaycan/2012/iyul/586.

htm

http://www.anl.az/down/

meqale/azerbaycan/2013/

iyul/319496.htm

Ərazisi: 1154 

km² 

Əhalisi: 175400

Bu gün Azərbaycanın Ağdam ra-

yonunun işğalından 24 il keçir.

1993-cü il 23 iyul tarixində bi-

rinci Qarabağ müharibəsinin  ən 

geniş miqyaslı  əməliyyatlarından 

biri baş tutmuş, 1993-cü ilin iyun-

iyul aylarında Gəncə və Bakıda baş 

verən hadisələr ermənilərə Qarabağ 

cəbhəsində hücum əməliyyatlarını 

genişləndirmək imkanı vermişdir.

Ağdama edilən birinci hücum 

nəticəsiz qalmış, ermənilər qüvvəni 

Ağdərə istiqamətində cəmləşdirmiş, 

iyun ayının 26-da Ağdərə düşmən 

əlinə keçmişdir.

Bunun ardınca ermənilərin iki 

ordu korpusu Ağdam istiqamətində 

əməliyyata başlamışdır. 600 min-

lik erməni ordusuna qarşı  əsasən 

könüllülərdən ibarət və düşməndən 

sayca az olan Azərbaycanın milli 

ordusu durmuş, 42 gün davam edən 

döyüş Ağdamın işğalı ilə sona çat-

mışdır.

Ərazisi 1154 kvadrat kilometr 



olan Ağdamın 882 kvadrat kilomet-

ri, rayon mərkəzi ilə birgə 90 kəndi 

işğal olunmuş, işğal nəticəsində 128 

min insan məcburi köçkün həyatını 

yaşayır. Bunların 17 mini yaşlı 

nəslin nümayəndəsidir.

İşğal nəticəsində  Ağdam rayo-

nunun 38 kolxozu, 12 sənayеsi, 74 

məktəbi, 271 mədəniyyət evi, bütün 

dünyada yeganə olan Çörək muze-

yi, 67 idarə  və 99 klubu düşmən 

əlinə kеçmişdir.

Ağdam uğrunda gedən döyüşlər 

zamanı 6 mindən artıq insan 

şəhid olmuş, minlərlə insan fiziki 

şikəstlik qazanmış, əhali öz doğma 

ev-eşiyindən qovularaq məcburi 

köçkün kimi Azərbaycanın 59 ra-

yonunun 875 yaşayış məntəqəsində 

məskunlaşmışdır.

Ərazisinin 70 faizdən çoxunu 

itirən Ağdamın işğalı ilə Azərbaycan 

iqtisadiyyatı 3 milyard manat vəsait 

itirmişdir. 40 min ha-dan çox əkin 

sahəsi olan və ölkənin  ən iri aqrar 

rayonlarından sayılan Ağdamda 

indi 17 min ha sahədə əkin aparılır.

Ermənistan Silahlı Qüvvələri 

tərəfindən Azərbaycanın Ağdam ra-

yonunun işğalı nəticəsində ölkəmizə 

ümumilikdə 6 milyard 179 milyon 

dollar məbləğində ziyan dəymişdir.

Hər bir azərbaycanlı, hər bir ağ-

damlı  əmindir ki, onun müqəddəs 

ziyarətgahı, dəyişməz qibləgahı 

olan, bu gün azan səsinə həsrət qal-

mış  məscidimiz, musiqi səslərinə 

möhtac qalmış  bərli-bərəkətli tor-

paqlarımız, ata-babalarımızın uyu-

duqları məzarıstanlıqlarımız tеzliklə 

azad еdiləcək.

O gün uzaqda dеyil.



23

İYUL

Tarixdə bu gün


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə