Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə114/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   110   111   112   113   114   115   116   117   ...   200

236

Tarix.Din 

Tarix elmləri doktoru, professor Quliyev Əlövsət Nəcəfqulu oğlunun 

(23.08.1922-06.11.1969) аnаdаn оlmаsının 95 illiyi

Mədəniyyət.Maarif.Təhsil

Tənqidçi,  ədəbiyyatşünas, professor Hacıyev Aqil Cəfər Xəndan oğlunun 

(10.08.1947) аnаdаn оlmаsının 70 illiyi

Ədəbiyyatşünas, tənqidçi, nasir, filologiya elmləri doktoru Ağayev  İslam 

Məmməd oğlunun (20.08.1932) аnаdаn оlmаsının 85 illiyi

Professor Pаşаyеv Qəzənfər Məmməd oğlunun (27.08.1937) аnаdаn 

оlmаsının 80 illiyi

Akademik,  şərqşünas-alim Məmmədəliyev Vasim Məmmədəli oğlunun 

(27.08.1942) аnаdаn оlmаsının 75 illiyi

Hərbi-tədqiqatçı, publisist Nəzirli Şəmistan Əmiraslan oğlunun (27.08.1942) 

anadan olmasının 75 illiyi

İqtisadiyyat.Fəlsəfə

Əməkdar elm xadimi, professor, psixoloq-alim Əlizadə Əbdül Əli oğlunun 

(16.08.1932-22.02.2015) аnаdаn оlmаsının 85 illiyi

Coğrafiya.Geologiya

Akademik İsmayılzadə Arif Cəfər oğlunun (14.08.1937) anadan olmasının 

80 illiyi 

Riyaziyyat.Fizika.Astronomiya

Fizika elmləri doktoru, professor Abbasova Adilə Ziyat qızının 

(03.08.1942) anadan olmasının 75 illiyi

Kimya.Biologiya.Tibb

Professor, Əməkdar elm xadimi Mirsəlimov Mirmehdi Mirmövsüm 

oğlunun (11.08.1897-05.03.1957) аnаdаn оlmаsının 120 illiyi

Əməkdar həkim, professor Bayişeva-Zeynalova Güləndam 

Mühəmmədcanovnanın (15.08.1902-01.19.1981) anadan olmasının 115 

illiyi


AMEA-nın müxbir üzvü Abasov İsmayıl Teymur oğlunun (21.08.1922) 

anadan olmasının 95 illiyi

Əməkdar elm xadimi, professor Qasımova Həbibə Süleyman qızının 

(24.08.1922-19.11.2014) anadan olmasının 95 illiyi



Tarixdə bu gün

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (01.08.2001)

Azərbaycan Kinosu Günü (02.08.1898)

Hərbi Dоnanma Günü (05.08.1992)

Gədəbəy rayonunun Başkənd qəsəbəsi Azərbaycan Milli Ordusunun 

hissələri tərəfindən erməni silahlı qüvvələrindən təmizlənmişdir 

09.08.1992)

Bеynəlxalq Gənclər Günü (12.08.1999)

Beynəlxalq Kimsəsiz Heyvanlar Günü (16.08.1992)

254


251

252


253

255


256

257



Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu yaradılmışdır 

(17.08.1942) 

Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın heyəti Rusiyaya yola 

salınmış və hərbi əmlakın bütünlüklə Milli Ordunun briqadasına verilməsi 

haqqında akt imzalanmışdır (18.08.1992)

Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günü (18.08.2000)

Beynəlxalq Humanitar Yardım Günü (19.08.2003)

Xüsusi Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günü 

(23.08.2008)

Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993) 

Füzuli rayonunun işğalı günü (23.08. 1993) 

Azərbaycan Demokratik Firqəsi müstəqil fəaliyyətə başlamışdır 

(24.08.1917)

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum 

keçirilmişdir (24.08.2002)

Beynəlxalq Azərbaycan Muğamı Günü (26.08.2010)

Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Günü (30.08.1923)

Qubadlı rayonunun işğalı günü (31.08.1993) 

260


259

258



238

Milli ədəbiyyat 

185 

illiyi

Xurşidbanu Natəvan

1832-1897

AV

Q

U

S

T

Xurşidbanu Natəvan Mehdiqulu 

xan qızı 1832-ci il avqust ayının 15-də 

anadan olmuşdur. Xurşidbanu ailənin 

yeganə övladı, həm də Qarabağ xan-

lığının sоnuncu vərəsəsi  оlduğu üçün, 

оnu sarayda “Dürrü yekta” (Tək inci), 

el arasında isə “Xan qızı” deyə çağır-

mışlar.  İlk təhsilini evdə almış,  Şərq 

dillərini öyrənmiş, Firdovsi, Nizami, 

Sədi, Nəvai, Füzuli və s. klassiklərin 

əsərlərini dərindən oxumuşdur. 

Natəvan Azərbaycan  ədəbiyyatı 

tarixində xüsusi yeri olan görkəmli 

sənətkardır. O, parlaq istedada və qa-

baqcıl ideyalara malik olan şəxsiyyət 

olmuşdur. Yaradıcılığa  ənənəvi  Şərq 

mövzu və janrlarında  şeirlərlə başla-

mışdır. Qəzəllərində  məhəbbət, təbiət 

gözəllikləri (“Gülüm”, “Qərənfil” və 

s.) tərənnüm olunur. Əsərləri dərin 

səmimiyyəti, incə lirizmi ilə seçilir.

Yüksək sənətkarlıq nümunəsi olan 

şeirlərində  təkrir, qoşma, rədif, məcaz 

və s. bədii vasitələrdən məharətlə 

işlədərək,  şeirlərinin bədii təsirinin 

daha da güclənməsinə  səbəb olmuş-

dur. Dərin biliyə malik olan, xüsusən 

ədəbiyyata yüksək qiymət verən, özü 

də  şeirlər yazan Natəvan 1872-ci ildə 

Şuşada “Məclisi-üns” adlı  şairlər birli-

yi yaratmış, 2 ildən çox həmin məclisin 

rəhbəri olmuş  və onun maliyyə 

xərclərini ödəmişdir. Azərbaycanın, 

əsasən də Qarabağın  ən tanınmış  şair 

və ziyalılarını bir yerə toplayan, dərin 

ədəbi mübahisələr aparan bu ədəbi 

məclis bir çox tanınmış şair və yazıçı-

ların yetişməsində müstəsna rol oyna-

mışdır.


Dövrünün ziyalılarından olan Xa-

say xan Usmiyevlə ailə qurmuş, ancaq 

evliliyi uğurlu alınmamışdır. 1858-ci 

ildə Qafqaza səyahətə  çıxmış  məşhur 

fransız yazıçısı A.Düma ilə Bakıda gö-

rüşmüş, öz əl işləri ilə bəzədilmiş tütün 

qabını ona hədiyyə etmişdir.

Xurşidbanu Natəvan zəmanəsinin 

görkəmli  şəxsiyyətlərindən olmuş, 

təkcə Azərbaycanda deyil, bütün Za-

qafqaziyada xeyirxahlığı  və mese-

natlığı ilə tanınmışdır. O, kasıblara 

əl tutmuş, 1873-cü ildə sudan korluq 

çəkən  Şuşaya su kəməri çəkdirmişdir. 

Bu su kəməri “Xan qızı bulağı” adı ilə 

məşhurdur.

O, həm də istedadlı  rəssam olmuş-

dur. Onun bədii tikmələri, “Gül dəftəri” 

(1886) adlı albomundakı rəsmlər buna 

sübutdur.

Azərbaycanın Xalq artisti, tanın-

mış  bəstəkar professor V.Adıgözəlov 

“Xan qızı Natəvan” operasını yazmış-

dır. M.Rahimin “Natəvan” poeması   

şairəyə həsr olunmuşdur.

Natəvan 1897-ci ildə vəfat etmişdir. 

Ağdamın “İmarət” qəbiristanlığında 

dəfn olunmuşdur. Ömər Eldarovun 

Natəvanın  şərəfinə ucaltdığı heykəl 

Bakının mərkəzini bəzəyən  ən gözəl 

abidələrdəndir. 2016-cı il fevralın 18-

də Heydər Əliyev Fondunun dəstəyi ilə 

Belçika Krallığının Vaterlo şəhərində 

Xurşidbanu Natəvanın abidəsinin açılış 

mərasimi olmuşdur. 

Ə d

ə b i y y a t

Neçin gəlməz: Toplu                       

/Xurşidbanu Natəvan; 

Azərbaycan Respub-

likası Mədəniyyət və 

Turizm Nazirliyi; tərt. 

ed. M.Çəmənli; elmi 

red. və ön sözün müəl. 

P.Əlioğlu.- Bakı: Təhsil, 

2012.- 159 s.

Xurşidbanu Natəvan 

- Səhərgəh nagahan 

gördüm dili-zarım 

nihan ağlar /X.Natəvan             

//Ədalət..-2012.- 3 mart.- 

S.20.

Xurşid Banu Natəvan-

180 /AMEA, Milli 

Azərbaycan Tarixi Muze-

yi; elmi red. N.Vəlixanlı; 

tərt. G.Abdulova.- Bakı: 

Milli Azərbaycan  Tarixi 

Muzeyi, 2012.- 19 s.

Müznib, Ə. Natəvan Xur-

şidbanu /Ə.Müznib; nəşrə 

hazırlayan  P.Kərimov;  

red.N.Mustafayeva; 

AMEA, M.Füzuli ad. 

Əlyazmalar İn-tu.- Bakı: 

Elm və təhsil, 2012.- 128 

s.

Sərvaz. Gözlənilən gəliş: 

Xurşidbanu Natəvan - 

180 /Sərvaz //Ədəbiyyat 

qəzeti.-2012.- 8 sent-

yabr.- S.2.

15

Şairə



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə