Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə116/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   112   113   114   115   116   117   118   119   ...   200

241

Musiqi.Opera.Balet

60

illiyi

Alim Qasımov

1957 

AV

Q

U

S

T

Alim Həmzə oğlu Qasımov 1957-ci 

il avqust ayının 14-də  Şamaxı rayonu-

nun Nabur kəndində anadan olmuşdur. 

Valideynləri onun musiqiyə və xüsusilə 

muğama olan istedadını  uşaqlıqdan 

bilsələr də ona musiqi təhsili verməyə 

imkanları olmamışdır. Alim Qası-

mov ilk musiqi təhsilini 1978-1980-ci 

illərdə Asəf Zeynallı adına Bakı Mu-

siqi Məktəbində, xanəndə Ağaxan Ab-

dullayevin muğam sinfində almışdır. 

Təhsil illərində Seyid Şuşinski, Ha-

cıbaba Hüseynov və Azərbaycanın 

digər görkəmli xanəndələrinin muğam 

ifaçılığı  ənənələrini mənimsəyərək, 

özünəməxsus  dəsti-xəttini yarada bil-

mişdir. 1983-1989-cu illərdə M.Əliyev 

adına Azərbaycan Dövlət İncəsənət İns-

titutunda (indiki ADMİU) təhsilini da-

vam etdirmişdir. Geniş diapazona malik 

səsinə  və ifa manerasına görə bir çox 

xanəndələrdən fərqlənən A.Qasımov 

1986-cı ildə, 25 yaşında ikən Cabbar 

Qaryagdıoğlu adına Xanəndələrin I Res-

publika müsabiqəsində iştirak etmiş və 

qalib olmuşdur. 1989-cu ildə o, tarzən 

Bəhram Mansurovla birgə çıxışlara baş-

lamışdır ki, bu da onun üçün əsl sənət 

məktəbi olmuşdur. 

Səhnə    fəaliyyətində  ən dəyərli 

uğurlardan  biri də 1989-cu ildə 

Ü.Hacıbəylinin “Leyli və  Məcnun” 

operasında Məcnun rolunda cıxış etməsi 

olmuşdur. 1990-cı ildən   Azərbaycan 

Dövlət Opera və Balet Teatrının solisti 

olan xanəndə bu teatrın səhnəsində mu-

ğam operalarında Məcnun, Kərəm, Aşıq 

Qərib obrazlarını  məharətlə yaratmış-

dır.


On albomu işıq üzü görmüşdür. 1997-

ci ildə Avropa Türk İslam Birliyinin, 

1999-cu ildə Beynəlxalq IMC UNES-

CO Musiqi mükafatlarını almışdır. 

Onun səsi “ən ecazkar səs” titulu-

na layiq görülmüşdür. Muğam ifası ilə 

Fransa,  İngiltərə, Almaniya, Belçika, 

İspaniya, Braziliya, Honq Konq, Yapo-

niya, İran və Amerika Birləşmiş Ştatları 

kimi ölkələrdə konsertlərlə  çıxış edən 

sənətçi, bütün dünyaya Azərbaycan 

muğam sənətini tanıdaraq, Azərbaycan 

mədəniyyətinin dünyaya yayılması üçün 

böyük bir rol oynayır. 

O, fərqli nominasiyaya layiq görü-

lüb. ABŞ-ın Corctaun Universiteti və 

mərkəzi  İordaniyada yerləşən Strate-

ji Araşdırmalar Mərkəzinin keçirdiyi 

müsabiqədə “Dünyanın ən nüfuzlu 500 

müsəlmanı” arasında 4 azərbaycanlıdan 

biri olub. Onun səsi yazılmış disklər 

xaricdə böyük tirajla yayılıb. Musiqi 

albomları ən çox Fansada satılır. O, bu 

ölkədə Qrand Prix du Disque mükafa-

tı alib. Fransanın “Le monde” qəzeti 

onu “ən nadir səs”, “New York Times” 

“Azərbaycan möcüzəsi” adlandırıb.

Xanəndə 1993-cü ildə “Xalq artis-

ti” fəxri adına, 2007-ci ildə  “Şöhrət” 

ordeninə, 2014-cü ildə Heydər  Əliyev 

Fondunun “Qızıl çinar” beynəlxalq mü-

kafatına layiq görülüb.



14

Xanəndə

Ə d ə b i y y a t

Sayılov, Ə. Alim deyil

aləmdi bu! /Ə.Sayılov, 

P.Xəlilov; red. 

S.Osmanöğlu.- Bakı: 

Araz, 2002.- 160 s.

Vəli, K. Səs: muğam 

işığında təksəsli, çoxsəsli 

düşüncələr: esse-kollaj        

/K.Vəli; red. Q.Ağsəs.-

Bakı: Nurlan, 2011.-    

191 s.

Alim Qasımov - 58: 

Dünya şöhrətli muğam 

ustasının yaşının üstünə 

daha bir yaş gəldi //Bizim 

yol.-2015.- 15 avqust.- 

S.11. 

Göylərə ucalan səs...: 

Alim Qasımov-54             

//Olaylar.- 2011.- 17 

avqust.- S.6.

Odlar Yurdundan 

məhəbbətlə Alim Qasımov 

Lissabonda çıxış edib       

//Mədəniyyət.- 2016.- 22 

yanvar.- S.10.

İ n t e r n e t d ə

www.anl.az/down/

meqale/express/2011/

avqust/195919.htm

http://www.anl.az/down/

meqale/medeniyyet/2016/

yanvar/473865.htm


242

Musiqi.Opera.Balet

75 

illiyi

Müslüm Maqomayev

1942-2008

AV

Q

U

S

T

Müslüm Məhəmməd oğlu Maqo-

mayev 1942-ci il avqust ayının 17-də 

Bakı  şəhərində anadan olmuşdur. O, 

böyük sənətkar Ü.Hacıbəylinin sənət 

dostu, bəstəkar Müslüm Maqomaye-

vin nəvəsidir.  İlk musiqi təhsilini Bakı 

Konservatoriyasının nəzdindəki musiqi 

məktəbində fortepiano sinfində almış-

dır. Onun gözəl səsə malik olduğunu 

görən müəllimləri 1956-cı ildə Müslü-

mü A.Zeynallı adına musiqi məktəbinin 

vokal sinfinə keçirmişlər. 14 yaşında 

Dənizçilər klubunda çıxış edən Müslüm 

ilk uğurunu qazanmışdır. 1962-ci ildə 

maestro Niyazinin tövsiyəsi ilə  tələbə 

və  gənclərin Helsinkidə keçirilən VII 

Ümumdünya Festivalında çıxış edən 

Müslüm mükafatla qayıtmış  və bir 

müğənni kimi özünü tanıtmışdır. İlk solo 

konserti 1963-cü ildə Çaykovski adına 

konsert zalında baş tutmuş  və  həmin 

ildən o, Azərbaycan Dövlət Opera və 

Balet Teatrının solisti olmuşdur. 1964-

1965-ci illərdə M.Maqomayev “La Ska-

la” Milan Teatrında təcrübə keçmişdir.

Azərbaycan xalqının musiqi 

ənənələrinin qorunub saxlanmasında və 

inkişaf etdirilməsində M.Maqomayevin 

yaratdığı və rəhbərlik etdiyi Azərbaycan 

Dövlət estrada simfonik orkesrti mühüm 

rol oynamışdır. Hələ 22-23 yaşlarında 

şöhrəti dünyanı dolaşan M.Maqomayev 

bir çox operalarda ifa etdiyi partiyalara öz 

möhürünü vurmuş, “Sevilya bərbəri”ndə 

Fiqaro partiyası ona geniş  şöhrət 

gətirmiş, “Koroğlu” (Ü.Hacıbəyli), “Şah 

İsmayıl” (M.Maqomayev), “Toska” 

(C.Puççini), “Aleko” (S.Raxmaninov) 

və s. operalarda ifa etdiyi ariyalar tama-

şaçıların dərin rəğbətini qazanmışdır. 

1968-ci ildə Azərbaycan Konservatori-

yasında  Şövkət Məmmədovanın vokal 

sinfini bitirmişdir. M.Maqomayev So-

pot (1969, I mükafat) və Kannda (1969 

“Qızıl val”) keçirilən beynəlxalq mahnı 

müsabiqələrinin laureatı olmuş, milyon-

larla satılan  disklərinə görə “Qızıl val”ı 

buraxılmışdır. Onun repertuarında 600-

ədək əsər var . 

İfaçılıq sənəti ilə  bərabər, müğənni 

həm də gözəl  mahnılar müəllifi idi. 

Onun Xalq şairi N.Xəzrinin sözlərinə 

bəstələdiyi və dillər  əzbəri olan 

“Azərbaycan” mahnısı ölkəmizə ithaf 

olunmuş ən gözəl əsəridir.

1971-ci ildə Azərbaycanın, 31 ya-

şında 1973-cü ildə isə SSRİ-nin “Xalq 

artisti” fəxri adlarına layiq görülmüşdür. 

1971-ci ildə “Qıqmızı Əmək Bayrağı”, 

1980-cı ildə “Xalqlar dostluğu”, 1997-ci 

ildə “Şöhrət”, 2002-ci ildə isə “İstiqlal” 

ordenləri ilə və onlarla müxtəlif müka-

fatlarla təltif edilmişdir.

Haqqında, 1971-ci ildə “Oxuyur 

Müslüm Maqomayev” film-konserti 

çəkilmişdir. 

Müslüm Maqomayev 2008-ci il okt-

yabr ayının 25-də Moskva şəhərində  

vəfat etmişdir. Nəşi vətəni Azərbaycana 

gətirilərək Fəxri Xiyabanda dəfn edil-

mişdir. Qəbri üzərində Xalq rəssamı 

Ömər Eldarovun yaratdığı heykəli ucal-

dılmışdır. Xəzər dənizində adını daşıyan 

gəmi üzür.     

Ə d ə b i y y a t

Великий Ланца 

/М.Магомаев.- Москва: 

Музыка, 1993.- 208 с.

Любовь моя - музыка 

/М.Магомаев.- Москва: 

Вагриус, 1999.- 316 с.

Bəhmənli, V. Maqomayev 

planeti /V.Bəhmənli; red. 

N.Məmmədli; Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: Elm və 

təhsil, 2012.- 119 s.

Rəhmanzadə, F. Sən 

olmasaydın...: esse, oçerk, 

portret cizgiləri, xatirələr 

və fotosənədlər toplusu 

/F.Rəhmanzadə; red.: 

F.Qasımova, X.Qasımova; 

rəssam A.Hüseynov; 

burax. məs. S.Mikayılqızı.-

Bakı: Ziya, 2010.- 333, 

[3] s.

Bütün zamanların 

sənətkarı M.Maqomayev 

//Azərbaycan.- 2014.- 26 

oktyabr.- S.8.

17

Opera və estrada müğənnisi

AV

Q

U

S

T

1



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə