Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə117/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   113   114   115   116   117   118   119   120   ...   200

243

AV

Q

U

S

T

1

Musiqi.Opera.Balet

105 

illiyi

 Niyazi

1912-1984 

AV

Q

U

S

T

Niyazi Zülfüqar oğlu Tağızadə-

Hacıbəyov 1912-ci il avqust ayının 20-

də görkəmli musiqi xadimlərindən biri  

Zülfüqar bəy Hacıbəylinin ailəsində  

anadan olmuşdur. Orta təhsil aldıqdan 

sonra Moskva şəhərində Qnesinlər 

adına Musiqi Texnikumuna daxil ol-

muşdur. 1929-1930-cu illərdə Leninq-

rad Mərkəzi Musiqi Texnikumunda 

təhsil almışdır. Ancaq səhhətinə görə 

təhsilini Azərbaycan Dövlət Kon-

servatoriyasında davam etdirmişdir. 

1932-1934-cü illər Dağıstan Xalq Ma-

arif Kommisarlığnın elm, ədəbiyyat 

və incəsənət sektorunun müdiri, 1935-

1937-ci illərdə Azərbaycan kinostudi-

yasının musiqi müdiri, 1937-1938-ci 

illərdə Azərbaycan Dövlət Estradası-

nın bədii rəhbəri, 1938-1944-cü illərdə 

təşkilat komitəsinin sədr müavini, 

1937-1948-ci illərdə dirijor, baş di-

rijor, Azərbaycan Opera və Balet Te-

atrının bədii rəhbəri və baş dirijoru 

vəzifələrində çalışmışdır. 

1960-1961-ci illərdə Leninq-

rad Opera və Balet teatrının dirijoru 

olmuş,1979-cu ildən Azərbaycan Fi-

larmoniyasının direktoru işləmişdir. 

Niyazinin bəstəkarlıq və dirijorluq 

fəaliyyəti 1930-cu illərdən başlamış-

dır. O, Zülfüqar Hacıbəylinin “Aşıq 

Qərib”, Üzeyir Hacıbəylinin “Arşın 

mal alan” və s. əsərlərinin yeni re-

daksiyalarını hazırlamış, Azərbaycan 

xalq mahnılarını (“Xumar oldum”, 

“Qaragilə”, “Ay bəri bax”, “Küçələrə 

su səpmişəm” və s.) simfonik orkestr 

üçün işləmiş, 1935-ci ildə “Rast” və 

“Şur” muğamlarını nota salmışdır. Ni-

yazi 1934-cü ildə “Zaqatala süitası”nı, 

1944-cü ildə “Qəhrəmanlıq” simfoni-

yasını, 1942-ci ildə “Xosrov və Şirin” 

operasını, 1949-cu ildə isə “Rast” 

simfonik muğamını yazmışdır. 

Niyazi məşhur hind filosofu 

R.Taqorun “Çitranqoda” fəlsəfi dramı 

üzrə “Çitra” baletini yazmış, 1974-cü 

ildə Hindistanın beynəlxalq “Nehru” 

mükafatına layiq görülmüşdür. 1959-

cu ildə “SSRİ Xalq artisti”, 1951-

1952-ci illərdə iki dəfə II dərəcəli 

“Stalin” mükafatına, 1982-ci ildə 

“Sosialist  Əməyi Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür. Fəaliyyəti 

dövründə iki dəfə “Lenin” ordeni, 

“Oktyabr ingilabı”, “Qırmızı  Əmək 

Bayrağı”, “Şərəf” nişanı ordenləri, 

Macarıstanın B.Bartok adına medalı 

və onlarca müxtəlif mükafatlarla təltif 

edilmiş, 1982-ci ildə Tbilisinin fəxri 

vətəndaşı seçilmişdir.

1994-cü il sentyabrın 18-də Ni-

yazinin ev-muzeyi yaradılmışdır. 

Muzeydə 6200-dən çox material qoru-

nub saxlanılır. Burada əsasən Niyazi-

nin şəxsi not əlyazmaları, kitabxanası, 

not kitabları, proqramları, afişaları, 

sənədləri, müxtəlif suvenirləri, ona 

hədiyyə edilmiş əşyalar, mebelləri və 

digər materiallar nümayiş olunur.

Niyazi 1984-cü il avqust ayının 

2-də Bakıda vəfat etmiş, Fəxri Xiya-

banda dəfn edilmişdir.

2012-ci il Azərbaycan Respub-

likasının Prezidenti İlham  Əliyevin 

Sərəncamı ilə respublikamızda “Niya-

zi 


ili” elan olunmuşdur.

Ə d ə b i y y a t

Rast [Notlar]: simfonik 

muğam /Niyazi.- Bakı: “EL” 

Nəşriyyat və Poliqrafiya 

şirkəti MMC, 2012.- 152 s.

Niyazi: “Dirijorluq mənim 

xoşbəxtliyimdir” /Niyazi; 

müsahibə apardı M.Vidadi  

//Qobustan: sənət toplusu.-

2012.- № 3.-S.9-14.

Niyazi (Niyazi Zülfü-

qar oğlu Hacıbəyov-

Tağızadə): Biblioqrafiya                                   

/Azərb. Resp. Mədəniyyət və 

Turizm Nazirliyi, Azərbaycan 

Milli Kitabxanası; tərt. ed.: 

P.Qurbanova; H.Həşimova, 

Ş.Məmmədli; ixt. red. və 

burax. məsul K.Tahirov; red. 

G.Səfərəliyeva.- Bakı, 2012.- 

198 s. 

Niyazinin  arxiv materi-

alları Azərbaycan Mu-

siqi Mədəniyyəti Dövlət 

Muzeyində: kataloq. Not 

əlyazmaları. Sənədlər. 

Proqramlar. Afişalar                       

/Azərb.Resp.Mədəniyyət və 

Turizm Nazirliyi; Azərb.

Musiqi Mədəniyyəti Dövlət  

Muzeyi; layih. rəhb., elmi red.

və ön söz A.Bayramova; tərt. 

red. R.Bayramov.-Bakı:E.L., 

2013.- 83 s.

20

Dirijor


244

Teatr.Kino

70

illiyi

Azərpaşa Nemətov 

1947 

AV

Q

U

S

T

Azərpaşa Zəfər oğlu Nemətov 

1947-ci il avqust ayının 13-də Bakı 

şəhərində anadan olmuşdur. 31 say-

lı orta məktəbdə oxumuşdur. Bülbül 

adına Orta İxtisas Musiqi Məktəbində, 

sonra isə Azərbaycan Dövlət Konser-

vatoriyasında dünya şöhrətli bəstəkar 

Qara Qarayevin sinfində  təhsil almış-

dır. Tələbəlik illərində mahnılar da 

bəstələmiş, amma sonradan 1965-ci 

ildə fikrini dəyişərək  Teatr İnstitutunun 

rejissorluq fakültəsinə daxil olmuşdur. 

Məşhur rejissor Mehdi Məmmədovun 

kursunu bitirmiş, iki il onun yanında 

assistent-müəllim işləmişdir.

1972-ci ildə  Gənc Tamaşaçılar 

Teatrında rejissor assistenti, son-

ra quruluşçu rejissor kimi fəaliyyət 

göstərmişdir.  İlk dəfə “Qardaşım klar-

net çalır” (A.Aleksin, R.Rojdestvenski 

və O.Feltsman) əsərini Gənc Tamaşa-

çılar Teatrının rus bölməsində tama-

şaya qoymuşdur. 1973-1978-ci illərdə 

Sankt-Peterburqun Gənc Tamaşaçılar 

Teatrında çalışmaqla yanaşı, Leninqrad 

Dövlət Teatr, Kino və Musiqi İnstitutun-

da dərs demişdir. Bakıya qayıtdıqdan 

sonra 1983-1990-cı illərdə Gənc Tama-

şaçılar Teatrında rejissor, baş rejissor və 

bədii rəhbər vəzifələrində çalışmışdır. 

1990-cı ildən Akademik Milli Dram Te-

atrında  quruluşçu rejissor vəzifəsində 

işləmişdir.

80-ə yaxın tamaşaya quruluş ver-

mişdir. Görkəmli rejissorun Akade-

mik Milli Dram Teatrında  quruluş 

verdiyi “Biganələr oteli” (Rüstəm 

İbrahimbəyov), “Tufandan əvvəl” (Arif 

Süleymanov), “Hamlet” (Vilyam Şeks-

pir), “Ah Paris, Paris”, “Mənim sevimli 

dəlim”, “Mənim  ərim dəlidir”, “Diaq-

noz D” (Elçin) və s. səhnə əsərləri ori-

jinallığı ilə milli teatrımızın  ən gözəl 

nümunələrindən sayılır.

Rejissor Teatr Xadimləri  İttifaqın-

da yaradıcı  gənclər laboratoriyasını 

yaratmış  və onun rəhbərliyi ilə burada 

Qurban Səidin “Əli və Nino”, Vilyam 

Şekspirin “12-ci gecə” tamaşaları ha-

zırlanmışdır.

Tamaşaları  İstanbulda, Aşqabad-

da, Moskvada keçirilmiş festival və 

müsabiqələrdə 

uğur qazanmışdır. 

Azərpaşa Nemətov Azərbaycan rejissor-

ları arasında yeganə  şəxsdir ki, Popov 

adına SSRİ ümumittifaq müsabiqəsinin 

laureatı (1985) mükafatını almışdır. 

2004-cü ildən Teatr Xadimləri İttifaqı-

nın sədridir. 

Azərpaşa Nemətov 1987-ci ildə 

“Əməkdar incəsənət xadimi”, 2002-ci 

ildə “Xalq artisti” fəxri adlarına layiq 

görülmüşdür.

2015-ci ildə Azərbaycan Dövlət 

Akademik Milli Dram Teatrının bədii 

rəhbəri - baş rejissoru vəzifəsinə  təyin 

edilmişdir. Həmin il 23 dekabr tarixində 

TÜRKSOY-un “Haldun Taner” müka-

fatına layiq görülmüşdür.

2016-cı ildə Azərbaycan Dövlət 

Akademik Milli Dram Teatrının baş di-

rektoru vəzifəsinə təyin edilmişdir.



Ə d ə b i y y a t

Azərbaycan dünyanın 

mədəniyyət mərkəzinə 

çevrilir /A.Nemətov                      

//Mədəniyyət.-2011.-4 

noyabr.-S.5.

Rəhimli, İ. 

Kəsişən paralellər                                     

/İlham Rəhimli; red.: 

K.Cəfərzadə, V.İbrahim 

oğlu.- Bakı: Çaşıoğlu, 

2010.- 513 s.

Vahid, T. Sənətinin paşası 

- Azər Paşa Nemətov        

//Vahid, T. Doxsan imza: 

mədəniyyət yazıları 

silsiləsi /red.Q.Ağsəs; 

baş red. S.Bektaşi; Azərb.

Resp.Mədəniyyət və 

Turizm Nazirliyi.- Bakı, 

2014.- S.140-144.

İ n t e r n e t d ə

azdrama.az/rəhbərlik-2/

azər-pasa-nemət-2

https://az

.wikipedia.org/

wiki/Azərpaşa_Nemət

teatrittifaqi.az/struktur.

html

13

Rejissor


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə