Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə119/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   115   116   117   118   119   120   121   122   ...   200

247

Milli Qəhrəmanlar

50

illiyi

Yunis Nəcəfov 

1967-1992 

AV

Q

U

S

T

Yunis  İsa oğlu Nəcəfov 1967-ci il 

avqust ayının 31-də  Kəlbəcər rayo-

nunda anadan olmuşdur. 1975-ci ildə 

Xanlar rayonunun Alabaşlı  kəndində 

məktəbə getmiş, 1985-ci ildə Go-

ranboy rayonunun Qaraqucaq kənd 

orta məktəbini  bitirmişdir. Bakı Ali 

Hərbi Komandirlər Məktəbinə da-

xil olmuşdur.  İkinci kursdan sonra 

təhsilini Çelyabinsk Tank Məktəbində 

davam etdirmişdir. 1989-cu ildə leyte-

nant rütbəsi almış  və  hərbi hissələrin 

birində qulluğa başlamışdır. 1990-cı 

ildə Bakıya gələrək Biləcəri dəmiryol 

idarəsində çalışmışdır. 1991-ci ildə 

könüllü olaraq cəbhəyə yollanmış, 701 

saylı  hərbi hissədə bölük komandiri 

kimi xidmətə başlamışdır. Kərkicahan, 

Malıbəyli kəndlərinin,  Şuşa  şəhərinin 

müdafiəsində iştirak etmişdir. Kəlbəcər 

kəndlərinin müdafiəsində iştirak edərək 

bir neçə kəndin geri alınmasında igid-

lik göstərmişdir. Baş leytenant Yunis 

Nəcəfovun son döyüşü 24 avqust 1992-

ci ildə olur. O, Vəng kəndinin azad 

olunması  uğrunda gedən döyüşlərdə 

böyük rəşadət göstərərək şəhid olur.

Azərbaycan Respublikası Preziden-

tinin 7 dekabr 1992-ci il tarixli 350 

saylı Fərmanı ilə baş leytenant Nəcəfov 

Yunis  İsa oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir.

Goranboy rayonunun Qazqucaq 

kəndində  dəfn edilmiş, Goranboy ra-

yonunda və Biləcəri qəsəbəsində büstü 

qoyulmuşdur.

   

Ə d ə b i y y a t 

Azərbyacna Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycan Milli Qəhrəmanı”adı verilməsi haqqında: 

[Nəcəfov Yunis İsa oğlu - böyük komandiri - Azərbaycan Respunlikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igilik və şücaətə görə] Azərbaycan Respublikası Prezidentinin Fərmanı,7 dekabr 

1992-ci il // Azərbaycan Respublikası Ali Soveinin məlumatı.- 1992.- №24.- S.50 (Ölümündən sonra).

Əsgərov, V. Nəcəfov Yunis İsa oğlu //Əsgərov V. Azərbaycanın milli qəhrəmanları.- Sumqayıt, 2010.- S.225.

Nəcəfov Yunis İsa oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- Bakı, 2008.- 

S.162.

Seyidzadə, M. Nəcəfov Yunis İsa oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.176.

İ n t e r n e t d ə

www.milliqahraman.az

www.muallim.edu.az

31

Milli Qəhrəman



248

Siyasət.Hüquq.Hərbi iş

Siyasi xadim

150 

illiyi

Səttarxan

1867-1914 

AV

Q

U

S

T

Səttarxan Hacıhəsən oğlu 1867-

ci il  avqust ayının 15-də    Cənubi 

Azərbaycanın Qaradağ vilayətinin 

Məmmədxanlı mahalında  anadan ol-

muşdur.


1905-1911-ci illər  İran inqilabının 

məskəni Cənubi Azərbaycan, onun 

lideri isə Azərbaycanın qəhrəman 

oğlu Səttarxan sayılmışdır. 1905-ci 

ildə ümumən  İranda, o cümlədən də 

Cənubi Azərbaycanda genişlənən in-

qilabi hərəkata qoşulmuş, 1906-cı 

ildə    Təbrizin  Əmirəxız məhəlləsi 

mücahidlərin başçısı  və “Həqiqət” 

əncuməsinin üzvü olmuşdur. Səttarxan 

fədai dəstələrinin sayını artırmağa ça-

ğırmış  və onlara daim hərbi təlimlər 

keçmişdir.

1908-ci il iyunun 23-də  şah qo-

şunları  İran məclisinə hücum edir

inqilabçılara divan tutulur. Onlar İran 

vilayətində inqilabı boğduqdan sonra 

Azərbaycana üz tuturlar. İyulun 18-

də  Təbrizin  Əmiraxız məhəlləsində 

küçə vuruşmaları zamanı  Səttarxanın 

rəhbərliyi altında fədai dəstələri  əks-

inqilabi qüvvələrə  ağır zərbələr en-

dirir, onları geri çəkilməyə  məcbur 

edirlər. 

1908-ci ilin sonu 1909-cu ilin 

əvvəllərinə  qədər gedən döyüşlərdə 

Səttarxan dəstələri tədricən bütün 

Cənubi Azərbaycanı şah qoşunlarından 

və mürtəce qüvvələrdən təmizləyirlər.

On bir ay davam edən vuruşmada  xalq 

müdafiəsini təşkil edən Səttarxan in-

qilabi hərəkatın rəhbərlərindən birinə 

çevrilir.Təbriz üsyanı zamanı inqilabi 

hökumət - hərbi şura yaradılır. Şuraya 

Səttarxan, Bağırxan, Əli Müsyo kimi 

görkəmli şəxslər daxil olurlar. 

1909-cu ilin aprelində Rusiyanın 

köməkliyi ilə  şah qoşunları  Təbrizə 

girir və mülkədar burjua hökuməti 

yaradılır. 1910-cu ilin aprelində yeni 

liberal mülkədar burjua hökumətinin 

dəvəti ilə başda Səttarxan olmaqla 100 

nəfər fədai dəstəsi Tehrana dəvət olu-

nur. Tehran əhalisi Səttarxanı böyük 

təntənə ilə qarşılayır. Lakin 1910-cu 

il avqustun 7-də yeni hökumətin qo-

şunları  tərəfindən mühasirəyə alınan 

və  qəfil hücuma məruz qalan fədai 

dəstələri tərksilah edilir. Atışma za-

manı  Səttarxan ağır yaralanır və 

uzunsürən xəstəlikdən sonra 1914-cü 

il noyabrın 9-da vəfat edir. 

Xalq və 

vətən qarşısında 

xidmətlərinə görə Cənubi Azərbaycan 

əyalət  əncüməni Səttarxanı “Sərdari 

milli” (Millətin sərkərdəsi) adlan-

dırmış, döyüşdə  fərqlənənləri təltif 

etmək üçün “Səttarxan” medalı  təsis 

etmişdir. 

Səttarxana dastan, roman, çoxlu 

şeir, nəğmə, hekayə, oçerk və s. həsr 

edilmişdir. Adını əbədiləşdirmək üçün 

Təbrizdə  Səttarxanın heykəli qoyul-

muş, kuçələrdən birinə onun adı veril-

mişdir.


     

Ə d ə b i y y a t

Mişov, D. Səttarxan: 

Azərbaycanın milli 

sərdarı /D.Mişov.-  Teh-

ran, 2013.- 152 s.

Makulu,  A. Səttarxan: 

roman /Makulu Abbas 

(Pənahı).- Bakı, 1983.- 

Kitab I.- 325 s; Kitab 

II.- 334 s.

Görkəmli inqilab-

çı Səttarxan /red. 

B.Hüseynov.-Bakı: 

Azərnəşr, 1972.-45 s.

Nurəddin, İ. Səttarxan 

/İ.Nurəddin //Hürriyyət.- 

2012.- 7-9 sentyabr.- 

S.10.

15


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə