Teqvim-2017. pdf


Siyasət.Hüquq.Hərbi iş Siyasi xadim 85



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə120/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   116   117   118   119   120   121   122   123   ...   200

249

Siyasət.Hüquq.Hərbi iş

Siyasi xadim

85 

illiyi

Həsən Seyidov 

1932-2004

AV

Q

U

S

T

Həsən Neymət oğlu Seyidov 1932-

ci il avqust ayının 16-da Marneuli ra-

yonunun Qaçağan kəndində anadan 

olmuşdur. 1939-cu ildə Qaçağan kənd 

orta məktəbinin I sinfinə daxil olmuş, 

1951-ci ildə  Cəlaloğlu orta məktəbini 

bitirmişdir. Həmin ildə Bakıya gələrək, 

Azərbaycan Politexnik İnstitutunun 

mexanika fakültəsinə daxil olmuşdur. 

Ali məktəbdə təhsil aldığı illərdə Həsən 

Seyidov  əla oxumaqla yanaşı, institu-

tun ictimai-siyasi həyatında fəal iştirak 

etmiş, fakültə komsomol komitəsinin 

katibi vəzifəsində işləmişdir.

Həsən Seyidov əmək fəaliyyətinə 

1956-cı ildə SSRİ Kimya və Neft Ma-

şınqayırma Nazirliyinin L.Şmidt  (in-

diki Səttarxan) adına zavodunda usta 

köməkçisi  kimi başlamış, 9 il ərzində 

mühəndis və baş mühəndisin müavi-

ni vəzifələrində çalışmış, 1965-ci ildə 

zavod direktoru vəzifəsinə  təyin olun-

muşdur.


1969-cu ildə 

Həsən Seyido-

va Azərbaycan SSR-in “Əməkdar 

mühəndis” fəxri adı verilmişdir.

1971-ci ilin fevral ayında Həsən 

Seyidov Azərbaycan Kommunist Par-

tiyası  Mərkəzi Komitəsinin Sənaye-

nəqliyyat  şöbəsinin müdiri vəzifəsinə 

təyin edilmişdir. 1971-1981-ci illərdə 

MK-nın katibi, 1971-1989-cu illərdə  

MK-nın büro üzvü, 1971-1991-ci 

illərdə Azərbaycan KP MK-nın üzvü və 

1971-1990-cı illərdə Azərbaycan SSR 

Ali Sovetinin deputatı olmuşdur.

1981-1989-cu illərdə  Həsən Seyi-

dov Azərbaycan SSR Nazirlər Soveti-

nin sədri vəzifəsində çalışmışdır.  

1970-1980-ci illərdə respublika 

iqtisadiyyatının, xüsusilə  sənayenin 

inkişafında Həsən Seyidovun xüsusi 

xidmətləri olmuşdur. Həmin dövrdə  

sənayedə mühüm struktur dəyişiklikləri 

baş vermiş - elmi-texniki inqilabla bağ-

lı yeni, müasir və daha mürəkkəb is-

tehsal sahələrinin yaradılması prosesi 

genişlənmiş, neftayırma zavodlarının 

texniki cəhətdən modernləşdirilməsi və 

yenidən qurulmasına diqqəti artırmış, 

maşınqayırma və neft maşınqayırma-

sı, qara və  əlvan metallurgiya sənaye 

sahələri xeyli inkişaf etmişdir.

Dövlətimiz Həsən Seyidovun 

xidmətini layiqincə qiymətləndirmişdir. 

Onu “Lenin” ordeni, üç dəfə “Qırmızı 

Əmək Bayrağı” ordeni və medallar-

la təltif etmişdir. Bundan başqa, o bir 

neçə  dəfə Azərbaycan SSR Ali Sove-

ti Rəyasət heyətinin fəxri diplomu ilə 

mükafatlandırılmışdır.

1989-cu ilin aprel ayında fəxri 

təqaüdə  çıxdıqdan sonra, Azərbaycan 

SSR Nazirlər Soveti yanında SSRİ 

Xarici  İqtisadi  Əlaqələr Nazirliyi-

nin müvəkkili təyin edilmişdir. 1991-

ci ilin noyabr ayında “Azərinkom” 

informasiya-kommersiya birliyinin, 

1997-ci ildən isə “Azərinkom” səhmdar 

cəmiyyətinin baş direktoru vəzifəsində 

çalışmışdır.

Həsən Seyidov 2004-cü ildə Bakı 

şəhərində vəfat etmişdir.              

Ə d ə b i y y a t

Babakərli, P. Xalqa 

təmənnasız xidmət 

nümunəsi  Həsən Seyidov 

– 80 /P.Babakərli  //525-ci 

qəzet.- 2012.- 16 avqust.- 

S. 4.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Həsən_Seyidov_

(siyasətçi)

https://az.wikipedia.

org/.../Azərbaycan_SSR_

Nazirlər_Soveti

www.anl.az/down/

meqale/525/2012/

avqust/256080.htm

16



250

Siyasət.Hüquq.Hərbi iş

Siyasi xadim

125 

illiyi

Seyid Cəfər Pişəvəri 

1892-1947

AV

Q

U

S

T

Seyid Cəfər Pişəvəri (Cavadzadə; Xal-

xali) 1892-ci il avqust ayının 26-da Güney 

Azərbaycanın Xalxal bölgəsinin Zeyvə 

kəndində anadan olmuş, ilk təhsilini 

həmin kənddə almışdır. 1905-ci ildə 

valideynləri ilə birgə Bakiya köçmüşdür. 

Bülbülə kəndində təhsilini davam etdirən 

Pişəvəri, həm də çalışmışdır. 1913-1917-

ci ilə kimi Xırdalan kəndində müəllimlik 

etmiş, dərin mütaliəsi sayəsində ictimai 

elmləri öyrənməyə  və siyasi fəaliyyətə 

başlamışdır.  İlk məqalələrini “Açıq söz” 

qəzetində çap etdirmişdir. 

İran xalqının ağır vəziyyəti onu çox 

düşündürürdü. Geniş mübarizə meydanı 

axtaran Pişəvəri 1919-cu ildə  İran Ədalət 

Firqəsinin Bakıda açılmış  “İttihad” 

mədrəsəsində muəllim işləməyə başla-

mış, Bakıda N.Nərimanov, B.Ağazadə və 

başqaları ilə sıx əlaqə saxlamışdır.

1919-1920-ci illərdə “Hürriyyət” 

qəzetinin redaktoru olmaqla yanaşı,  İran 

Ədalət Firqəsi Mərkəzi Komitəsinin xari-

ci bölməsinin katibi vəzifəsinə  də seçil-

mişdir. 1921-ci ilin əvvəlində “Həqiqət” 

qəzetini nəşr etdirmiş, yorulmadan bütün 

varlığını irtica və imperializm əleyhinə 

mübarizəyə  həsr etmişdir. 1930-cu ilin 

dekabr ayında Pişəvəri rejim əleyhinə 

suçlanaraq həbs olunmuş və 10 il zindan-

da məhbus həyatı keçirmişdir. Zindan-

da olduğu müddətdə “Zindan xatirələri 

dəftərindən”, “Ədalət firqəsinin tarixi” si-

yasi əsərləri, “Nadirə”, “Məhin banu” ro-

manlarını və bir sıra ədəbi, bədii, tənqidi 

məqalələrini tamamlamışdır.

1941-ci ildə məhbusluqdan azad oluna-

raq, Tehrana getmiş, İran Xalq Partiyası-

nın yaranmasında yaxından iştirak etmiş-

dir. 1943-cü  ildə  “Acer” adlı demokratik 

yönümlü qəzet nəşr etdirməyə başlamış-

dır. Bu qəzet vasitəsilə Rza şahı, onunla 

birlikdə xalq kütlələrini vəhşicəsinə so-

yan və İrann müstəmləkəyə çevrilməsinə 

kömək edən irticanı ifşa etmişdir.

1945-ci ilin yayında Tehrandan 

həmişəlik Azərbaycana köçmüş  və 

Azərbaycan Demokrat Firqəsini yarat-

mışdır. Həmin ildə “Azərbaycan” qəzeti 

nəşr ediməyə başlamışdı. Oktyabr ayında 

keçirilən ADF-nin I qurultayı Pişəvərini 

Mərkəzi Komitənin sədri seçmiş, ADF-

nin orqanı olan “Azərbaycan” qəzeti 

vasitəsilə Azərbaycan xalqı qarşısında 

duran vəzifələri  “21 Azər” hərəkatının 

hazırlanması taktikası Pişəvərinin başçı-

lığı ilə həyata keçirilmişdir. 1945-ci  ildə 

Azər hərəkatının qələbəsi nəticəsində 

fəaliyyətə başlamış Azərbaycan Milli 

Məclisinin qərarı ilə Pişəvəri  Azərbaycan 

Milli Hökumətinin Baş naziri təyin edil-

mişdir. O, “12 şəhrivar”, “Qızıl səhifələr” 

adlı bədii əsərlərin müəllifi və naşiridir.

Seyid Cəfər Pişəvəri 1947-ci il iyun ayı-

nın 11-də  Gəncə  şəhərindən qayıdarkən, 

Yevlax yaxınlığında müəmmalı  şəkildə 

avtomobil qəzasına düşərək vəfat etmiş-

dir. Məzarı Bakı  şəhərində  Fəxri Xiya-

bandadır.

Onun adı çağdaş Güney Azərbaycanda 

milli azadlıq hərəkatının simvolu kimi 

yaşamaqdadır.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/S.C.Pişəvəri.- Bakı: 

“Azərbaycan” 

Ruznaməsi, 1965.- 591 s.

Xatirələr (1941-1945) 

/S.C.Pişəvərı; tərt. 

ed  Y.Kani (Nəminli); 

Azərbaycan Demokrat 

Firqəsinin nəşri.- Bakı, 

2005.- 394 s.

Mustafa Əziz. Seyid 

Cəfər Pişəvəri - azadlıq 

və müstəqillik fədaisi             

/Mustafa Əziz                   

//Zaman.- 2011.- 10-12 

dekabr.- S.12.

Rəhimli, Ə. Həyatını 

millətinin azadlığına həsr 

etmiş şəxsiyyət /Ə.Rəhimli 

//Xalq cəbhəsi.-2014.- 12 

dekabr.- S.15.

26



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə