Teqvim-2017. pdf


Mədəniyyət.Maarif.Təhsil AV



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə121/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   117   118   119   120   121   122   123   124   ...   200

251

Mədəniyyət.Maarif.Təhsil

AV

Q

U

S

T

Ə d ə b i y y a t

 

Poeziyadan nəsrə 

/A.Hacıyev; elmi red. 

N.Cəfərov.- Bakı: [s.n], 

2011.- 37 s.

Daim Qafqazı tərənnüm 

edən ədib - M.Y.Lermontov 

/A.Hacıyev //Lermontov 

M.Y. Seçilmiş əsərləri.- 

Bakı, 2006.- S.5-12.

Dünya ədəbiyyatı 

Şərq-Qərb kontekstində 

/A.Hacıyev //Ədəbiyyat 

qəzeti.- 2014.- 28 noyabr.- 

S.15.

Программа по 

литературе для 

V-XI классов 

общеобразовательных 

школ с русским языком 

обучения /А.Гаджиев (в 

соавторстве).- Баку: 

Кевсер, 2006.- 30 с.

Азербайджан 

в творчестве 

профессора Бакинского 

университета 

В.И.Иванова /А.Гаджиев 

//“Вестник” БГУ, серия 

гуманитарная.- 2007.- 

№2.- С.35-40.  

Hacıyev Aqil Cəfər 

Xəndan oğlu: Biblioqrafi-

ya /tərt. ed. A.Qasımova.- 

Bakı: Çaşıoğlu, 2007.- 61 

s.

www.az.wikipedia.org

10

 Aqil Hacıyev 

1947

  

 

70 

illiyi

Ədəbiyyatşünas

Aqil Cəfər Xəndan oğlu Hacıyev 

1947-ci il avqust ayının 10-da Şuşa 

şəhərində, professor Cəfər Xəndan Zey-

nal oğlu Hacıyevin ailəsində anadan 

olmuşdur. Bakı şəhərindəki 6 saylı orta 

məktəbi 1965-ci ildə bitirdikdən son-

ra, Azərbaycan Dövlət Universitetinin 

filologiya fakültəsinə  qəbul olunmuş-

dur. Universitetdə oxuduğu illərdən 

(1965-1970) jurnalistlik və tərcüməçilik 

fəaliyyətinə başlamışdır. Məqalələrini 

“Баку”, “Молодежь  Азербайджана”, 

“Литературный  Азербайджан” jur-

nallarında dərc etdirmişdir. 1970-ci ildə 

Moskva Dövlət Universitetinin Rus 

ədəbiyyatı kafedrası  nəzdində aspiran-

turaya qəbul olunmuş  və 1973-cü ildə 

namizədlik dissertasiyasını müdafiə et-

mişdir. Həmin ildə Azərbaycan Dövlət 

Universitetinin Rus ədəbiyyatı tari-

xi kafedrasında, 1974-1976-cı illərdə 

baş müəllim, daha sonralar dosent 

vəzifəsində  işləmişdir. 1982-ci ildə 

Tbilisidə  filologiya elmləri doktoru 

dərəcəsi almaq üçün doktorluq disser-

tasiyasını müdafiə etmişdir. Elmi araş-

dırmalarının nəticəsi olaraq “XIX əsrin 

I yarısı rus ədəbiyyatında Qafqaz”,  (rus 

dilində, 1982), “Rus oçerkinin inki-

şaf tarxi” (rus dilində, 1984), “Ədəbi 

qardaşlığın mərhələləri” (rus dilində, 

1986), “Puşkinin ətrafında” (rus dilində, 

1989),  “A.A.Bestujev-Marlinski” 

(rus dilində, 1992), “P.A.Katenin” (rus 

dilində, 1999), “Rus ədəbiyyatında Qaf-

qaz tematikası” (Bişkek, qırqız dilində, 

2008) kitablarını ərsəyə gətirmişdir.

1983-cü ildə BDU-da Rus ədəbiyyatı 

tarixi kafedrasının professoru elmi ada 

layiq görülmüş, 1984-cü ildə həmin ka-

fedranın müdiri, 1982-1984-cü illərdə 

təbiət elmləri fakültələri üçün Rus dili 

kafedrasının müdiri, 1990-1992-ci 

illərdə isə  filologiya fakültəsinin deka-

nı olmuşdur. A.Hacıyev 1987-ci ildən 

Yazıçılar İttifaqının üzvüdür. Türk folk-

loruna dair silsilə araşdırmalarına görə 

1993-cü ilin sentyabrında Ankaradakı 

Türkiyə folklor qurumunun fəxri üzvü 

seçilmişdir.

Azərbaycan Respublikası Təhsil Na-

zirliyinin Avropa Dilləri və ədəbiyyatları 

üzrə  Tədris-metodiki  şurasının, Bakı 

Dövlət Universitetinin və  filologiya 

fakültəsinin Elmi Şuralarının üzvüdür.

“Литературный 

Азербайджан», 

“BDU xəbərləri” jurnalının redaksiya 

heyətinin, «Научная  мысль  Кавказа» 

jurnalının redaksiya şurasının üzvü, “Dil 

və ədəbiyyat” jurnalının məsul katibi və 

rus filologiyası şöbəsinin müdiridir.

Müxtəlif illərdə Azərbaycan Ali 

Attestasiya Komissiyasının eksperti 

(1992-1993) və humanitar və ictimai 

elmlər  şöbəsinin müdiri (2003-2004), 

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin 

ekspert şurasının sədri, Azərbaycan dili 

və ədəbiyyatı ixtisası üzrə Müdafiə Şu-

rasının sədri, rus dili və ədəbiyyatı ixti-

sası üzrə Müdafiə Şurasının sədr müavi-

ni olmuşdur (1994-1996).

Azərbaycanda təhsilin və elmin in-

kişafındakı xidmətlərinə görə  “Şöhrət” 

ordeni ilə təltif olunmuşdur.




252

Mədəniyyət.Maarif.Təhsil 

80

illiyi

Qəzənfər Paşayev 

1937

AV

Q

U

S

T

Qəzənfər Məhəmməd oğlu Paşayev 

1937-ci il avqust ayının 27-də Tovuz 

rayonunun Düzqırıxlı kəndində anadan 

olmuşdur. 1946-1956-cı illərdə doğma 

kəndində orta təhsil almışdır. 1957-ci 

ildə Azərbaycan Pedaqoji Dillər  İns-

titutunun ingilis-Azərbaycan dilləri 

fakültəsinə qəbul olunmuş, 1962-ci ildə 

həmin institutu bitirmişdir. 

Əmək fəaliyyətinə Əli Bayramlı (in-

diki  Şirvan) rayonunun Vladimirovka 

kəndində ingilis dili müəllimi kimi baş-

lamışdır. 1962-1966 və 1972-1975-ci 

illərdə İraqda tərcüməçi işləmişdir.

1964-1989-cu illərdə Azərbaycan 

Pedaqoji Dillər  İnstitutunda çalışmış, 

dosent, dekan müavini, kafedra müdiri 

vəzifələrini icra etmişdir. 

1969-cu ildə namizədlik, 1993-cü 

ildə isə doktorluq dissertasiyalarını  

müdafiə etmişdir. 1995-ci ildə pro-

fessor elmi rütbəsini almışdır. 1990-

2000-ci illərdə ADU-nun Qərbi Av-

ropa dilləri kafedrasında çalışmışdır. 

2001-2005-ci illərdə AMEA-nın Ni-

zami adına Azərbaycan  Ədəbiyyatı 

Muzeyində Beynəlxalq 

əlaqələr 

şöbəsinin müdiri, 1990-2003-cü illərdə 

Azərbaycan-İraq Dostluq Cəmiyyətinin 

sədr müavini, 1997-ci ildən bu günə 

kimi Qafqaz Müsəlmanları  İdarəsinin 

nəzdində  fəaliyyət göstərən Elmi-Dini 

Şuranın üzvüdür. 1989-cu ildə SSRİ 

və Azərbaycan Yazıçılar  İttifaqının 

üzvlüyünə qəbul edilmişdir.

Folklor, klassik və müasir ədəbiyyat 

və aşıq yaradıcılığı üzrə çoxsaylı kitab-

ların müəllifi, tərtibçisi və redaktorudur. 

Onun fundamental “Qoca Azaflıyam” 

əsəri məşhur Azərbaycan aşığı Mikayıl 

Azaflının yaradıcılığından bəhs edir. 

Professor Q.Paşayev ABŞ,  İngiltərə, 

İraq, Səudiyyə  Ərəbistanı, Hindistan, 

Suriya, Türkiyə, Rusiya, Özbəkistan, 

Qazaxıstan və başqa ölkələrdə məruzələr 

etmiş, məqalələri çap olunmuşdur.

İraq xalqının, xüsusən də  İraqda 

məskən salan azərbaycanlıların mədəni 

və mənəvi dəyərlərinin tədqiqi və təbliği 

Q.Paşayevin  ədəbi-elmi fəaliyyətində 

mühüm yer tutur. 

Q.Paşayev ictimai işlərdə  də  fəal 

iştirak etmişdir. O, Təhsil Nazirliyinin 

nəzdində  Qərbi Avropa Dilləri üzrə 

Elmi Müdafiə  Şurasınn  elmi katibi,  

Nizami ad. Dil və  Ədəbiyyat  İnsitu-

tunun nəzdində Müdafiə  Şurasının və 

2010-cu ildən institutun Elmi Şurasının 

üzvü olmuşdur. 

İraq Respublikasının “Əməkdə 

fərqlənməyə görə” medalı ilə təltif edil-

miş, eləcə də Kərkük Vəqfinin (1999) və 

İraq-Türkmən cəbhəsinin (2003) yüksək 

diplom və ödüllərinə layiq görülmüş-

dür. 2004-cü ildən Yazıçılar Birliyinin 

Təftiş Komissiyasının sədridir. 2012-ci 

ildə folklor üzrə Respublika Problem 

Şurasının sədri seçilmiş, həmin ildə də 

anadan olmasının 75 illiyi münasibəti 

ilə AMEA Rəyasət Heyətinin Fəxri 

Fərmanı ilə təltif edilmişdir.

2013-cü ildə Azərbaycan Ağsaqqal-

lar Şurasının üzvü seçilmişdir.

Ə d ə b i y y a t

Altı il Dəclə 

Fərat sahillərində                                     

/Q.Paşayev; red. A.Vəfalı.- 

Bakı: Kitab klubu, 2015.-

310 s.

Dilimiz-varlığımız              

/Q.Paşayev; elmi red. və 

ön söz müəl. T.Hacıyev.-

Bakı: Ozan, 2011.- 207 s.

Ədəbi məktublar 

/Q.Paşayev; red və ön 

sözün müəl. B.Əhmədli.-

Bakı: Təhsil, 2015.- 238, 

[17] s. 

Əta Tərzibaşının folk-

lorşünaslıq fəaliyyəti: 

monoqrafiya /Q.Paşayev; 

ön söz müəllifi M.Qasımlı; 

red.: S.Saatçı, M.Naqib.- 

Bakı: Təhsil, 2016.- 262 s.

Azaflı, M. Qoca Azaflıyam 

/M.Azaflı; tərt. ed. və ön 

söz. Q.Paşayev, M.Azaflı; 

red. M.Qasımlı, G.Azaflı.- 

Bakı: Nurlan, 2008.- 758, 

[3] s. 

Kərkük sevdalı elm 

adamı: Məqalələr toplusu              

/tərt. ed. A.Paşayeva; 

red.: N.Cəfərov, S.Saatçı, 

M.Naqib; ön söz 

S.Rüstəmxanlı.-Bakı: 

Təhsil, 2013.- 231 s.

27

Ədəbiyyatşünas



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə