Teqvim-2017. pdf


Coğrafiya.Geologiya Akademik 80



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə123/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   119   120   121   122   123   124   125   126   ...   200

255

Coğrafiya.Geologiya

Akademik

80 

illiyi

Arif  İsmayılzadə 

1937 

AV

Q

U

S

T

Arif Cəfər oğlu İsmayılzadə 1937-ci il 

avqust ayının 14-də Bakı şəhərində ana-

dan olmuşdur. 1959-cu ildə Azərbaycan 

Sənaye İnstitutunun (indiki Azərbaycan 

Dövlət Neft və  Sənaye Universiteti) 

geoloji-kəşfiyyat fakültəsini bitirdikdən 

sonra bütün əmək və elmi fəaliyyəti 

həmişəlik AMEA Geologiya İnstitutu 

ilə bağlı olmuşdur. Onun tədqiqatlarının 

əsas istiqamətləri geoloji proseslərdə 

filiz-maqmatik sistemlərin formalaşma-

sını  və onların metallogenik ixtisaslaş-

masını  şərtləndirən petrologiya və me-

tallogeniyanın başlıca problemlərinin 

hərtərəfli öyrənilməsidir.

Bu tədqiqatlar alimin 1968-ci ildə 

müdafiə etdiyi namizədlik dissertasiya-

sının əsasını təşkil etmişdir.

1990-cı ildə müdafiə etdiyi “Kiçik 

Qafqazın kaynozoy bazit maqmatizmi-

nin təkamülü” mövzusundakı doktorluq 

dissertasiyasında öz əksini tapmışdır.

A.C.İsmayılzadə 

tərəfindən 

həmkarları ilə birlikdə, geoloji yönümlü 

xəritələr seriyası “Azərbaycanın geo-

loji xəritəsi” (1:200000), “Geodinamik 

əsasda Azərbaycanın geoloji xəritəsi” 

(1:500000), “Azərbaycanın tektonik 

xəritəsi” (1:1000000) tərtib olunmuş-

dur.


Görkəmli alim böyük elmi təşkilatı 

iş aparır. AMEA Geologiya İnstitutunun 

Elmi Şurasının, “AMEA-nın Xəbərləri” 

(Yer Elmləri seriyası) və “Geologiya 

İnstitutunun  əsərləri” jurnallarının re-

daksiya heyətinin üzvüdür; 1992-ci ildən 

2005-ci ilə kimi AR AAK-nın eksperti

1996-cı ildən “Petrologiya və metalloge-

niya” seksiyasının rəhbəri, Azərbaycan 

Geoloqlarının Milli Komitəsinin icraçı-

katibi olmuşdur.

A.C.İsmayılzadə 2007-2013-cü illər 

ərzində AMEA Rəyasət Heyətinin üzvü 

və Yer elmləri bölməsinin akademik-

katibi olmuşdur. O, elmi kadrların ha-

zırlanmasında böyük fəaliyyət göstərir, 

uzun illər Bakı Dövlət Universitetində 

seçmə fənləri tədris edir.

Onun tədqiqatlarının nəticələri 

çoxsaylı hesabatlarında,  şəxsən və 

həmmüəlliflərlə hazırlanmış beş mo-

noqrafiya daxil olmaqla, 160-dan artıq 

elmi  əsərlərində öz əksini tapmışdır. 

Onların sırasında “Azərbaycan geolo-

giyası” səkkiz cildli fundamental əsəri 

“Maqmatizm”, “Tektonika”, “Faydalı 

qazıntılar” cildləri, “Talışın geologiya-

sı  və vulkanizmi” (1978), “Paleogen 

təkamülü və  Cənubi Xəzər hövzəsinin 

çökmə kompleksləri”, (Azərbaycanın 

Talışı daxil olmaqla) (Cembric Uni-

versiteti həmkarları ilə birlikdə, 2005), 

“Qabbro-hiperbazitlər və Kiçik Qafqaz 

ofiolitlərin problemləri” (2007) kitabla-

rı xüsusi qeyd olunmalıdır.

A.C.İsmayılzadənin elmi fəaliyyəti 

və onun elmin inkişafına xidmət edən 

töhfələri Respublika hökuməti tərəfindən 

yüksək qiymətləndirilmiş, ona “Şöhrət” 

ordeni təqdim edilmiş, “Əməkdar elm 

xadimi” və “Azərbaycan Respublika-

sının  Əməkdar geoloqu” fəxri adları 

verilmişdir. 2007-ci il may ayının 8-də 

AMEA-nın həqiqi üzvü seçilmişdir.



Ə d ə b i y y a t

Elm və söz dünyası  

/A.İsmayılzadə //Elm.-

2016.- 13 may.- S.7.

Arif Cəfər oğlu 

İsmayılzadə: 75-illiyinə 

həsr olunur: biblioqrafiya 

/AMEA, Mərkəzi Elmi 

Kitabxana, Geolo-

giya İn-tu; elmi red. 

A.İ. Əliyeva-Kəngərli; 

tərt.: Y.N.Yemelyanova, 

Z.A.Vəliyev, Y.N.Lətifova; 

red.M.b.Zeynalov, 

X.A.Əlizadə.-Bakı: Elm, 

2014.- 160 s. 

Əlizadə, A. Geologi-

ya elminə həsr olun-

muş həyat /A.Əlizadə              

//Respublika.-2012.-15 

dekabr.

Формирование 

глубинных 

углеводородов и 

этапы их эволюции 

в верхней мантии и 

земной коре Южно-

Каспийской впадины 

/А.Исмаилзаде //Матер. 

Всероссийской конф.: 

“Глубинная нефть”.- 

Москва, Центральная 

геофизическая 

экспедиция.- 2014.

http://www.anl.az/

down/meqale/elm/2016/

may/490543.jpg

14


256

4

Tarixdə bu gün

Azərbaycan Əlifbası və Azərbaycan 

Dili Günü 

2001 

AV

Q

U

S

T

Ümummilli lider Heydər  Əliyevin 

2001-ci il avqust ayının 9-da imzaladı-

ğı Sərəncama əsasən avqustun 1-i res-

publikamızda Azərbaycan Əlifbası və 

Azərbaycan Dili Günüdür. Dil millətin  

təşəkkülündə, milli birliyin formalaş-

masında vacib olan amillərdən biridir. 

Azərbaycan dili bu gün dərin fikirlərin 

ən incə çalarlarınadək olduqca aydın 

bir şəkildə ifadə etmək qüdrətinə malik 

dillərdəndir. Düşüncələrdəki dərinliyi, 

hisslərdəki incəlikləri bütünlüklə ifadə 

etmək kamilliyinə yetişə bilməsi üçün 

hər hansı xalqdan bir neçə minillik ta-

rixi yaşaması lazım gəlir. Bu mənada 

biz xoşbəxtik ki, doğma Azərbaycan 

xalqı həqiqətən də dünyanın ən qədim 

xalqlarından biridir. Ümummilli lider 

Heydər  Əliyevin məşhur bir fikrini 

dönə-dönə xatırlamaqla duyduğumuz 

qürurun bir aləm mənası var:  “Millətin 

milliliyini saxlayan onun dilidir”.

Azərbaycan dili zaman-zaman cid-

di sınaqlarla üzləşib. Ümummilli lider 

Heydər  Əliyev dilimizin qorunma-

sı  və  təbliği istiqamətində müstəsna 

tədbirlər gördü. Ulu öndər 1978-ci 

ildə tarixi bir uğura imza atdı. Belə ki, 

həmin ildə  qəbul olunan Azərbaycan 

SSR-in növbəti Konstitusiyasında ilk 

dəfə olaraq Azərbaycan dili rəsmi dil 

statusu əldə etdi.

Müstəqillik illərində  ulu öndər 

Heydər  Əliyev tərəfindən milli dili-

mizin qorunması istiqamətində tarixi 

əhəmiyyət kəsb edən qərarlar qəbul 

edildi. Ümummilli lider Heydər Əliyev 

2001-ci il iyunun 18-də “Dövlət di-

linin tətbiqi işinin təkmilləşdirilməsi  

haqqında” Fərman imzalamışdır. 

Bu  ənənələri Azərbaycan Res-

publikasının Prezidenti cənab  İlham 

Əliyev davam etdirir. Prezident İlham 

Əliyev milli dilimizin mühafizəsi və 

inkişafı yolunda bir neçə  fərman və 

sərəncam imzalamışdır. “Azərbaycan 

dilində latın qrafikası ilə kütləvi 

nəşrlərin həyata keçirilməsi” haqqında 

Azərbaycan Respublikası Preziden-

ti  İlham  Əliyevin 12 yanvar 2004-cü 

il tarixli Sərəncamı bu istiqamətdə 

xüsusi  əhəmiyyət kəsb edir. Bunun 

nəticəsində kütləvi nəşrlərin latın 

qrafikasına keçirilməsi təmin olundu. 

Prezident İlham Əliyevin 2013-cü ildə 

imzaladığı “Azərbaycan dilinin qlobal-

laşma  şəraitində zamanın tələblərinə 

uyğun istifadəsinə və ölkədə dilçiliyin 

inkişafına dair Dövlət Proqramı”nın  

təsdiq edilməsi haqqında Sərəncamı 

mühüm  əhəmiyyət kəsb edir. Məhz 

Prezident  İlham  Əliyev tərəfindən 

Dövlət Proqramı haqqında imzalanan 

sərəncamda ana dilinin istifadəsinə, 

tədqiqinə diqqətin artırılması  nəzərə 

tutulub.         

1

Ə d ə b i y y a t

Abbaslı, T. ...Özü haqda 

- “1 Avqust Azərbaycan 

Əlifbası və Azərbaycan Dili 

Günü” barədə - elə özü ilə... 

/T.Abbaslı //Mədəniyyət.-

2014.- 1 avqust.- S.11.

Əlləddinqızı, N. 1 Avqust 

Azərbaycan Dili və Əlifbası 

Günüdür /N.Əlləddinqızı     

//Səs.- 2015.- 1 avqust.- 

S.11.

Mahmudov, M. Azərbaycan 

əlifbası türk kontekstində. 1 

avqust Azərbaycan əlifbası 

və Azərbaycan dili günüdür 

/M.Mahmudov //Respubli-

ka.- 2013.- 31 iyul.- S.5.

Yunisli, F. Xalqın alın 

yazısı: 1 avqust Azərbaycan 

Əlifbası və Azərbaycan 

Dili Günüdür /F.Yunisli              

//Mədəniyyət.- 2015.- 31 

iyul.- S. 11.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/respublika/2014/

avqust/385511.htm

http://www.anl.az/down/

meqale/palitra/2015/

avqust/450363.htm



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə