Teqvim-2017. pdf


Tarixdə bu gün Azərbaycan Kinosu Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə124/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   120   121   122   123   124   125   126   127   ...   200

257

Tarixdə bu gün

Azərbaycan Kinosu Günü

1898

AV

Q

U

S

T

Ə d ə b i y y a t

Əli, A.Bu kino ki var...: 2 Avqust Azərbaycan Kinosu Günüdür! /A. Əli  //İki sahil.-2016.- 2 avqust.- S.11.

Kazımzadə, A. Kino tarixi keçmişi yaşadan mənbədir  /A.Kazımzadə //Azərbaycan.-2014.- 2 avqust. - S. 4.

Zümrüd.117 yaşlı Azərbaycan kinosu: 2 Avqust Azərbaycan Milli Kino Günüdür /Zümrüd //Səs.-2015.- 1 avqust.- S. 12.

http://www.anl.az/down/meqale/azerbaycan/2014/avqust/385560.htm

http://www.anl.az/down/meqale/iki_sahil/2016/avqust/501502.htm

http://www.anl.az/down/meqale/ses/2015/avqust/450389.htm

2

2 avqust - Azərbaycan Kinosu Gü-

nüdür. Hər il avqustun 2-i ölkəmizdə 

kino işçilərinin peşə bayramı kimi 

qeyd olunur. Azərbaycan kinosunun 

tarixi 1898-ci il avqust ayının 2-də Ba-

kıda ilk dəfə kinosüjetlərin kütləvi nü-

mayişi ilə başlanıb.

1898-ci il həmin gündə Bakıda fo-

toqraf və kinooperator Aleksandr Mi-

şon, çəkdiyi bir neçə kinosüjeti nü-

mayiş etdirib. Şəhər sakinləri onun 

lentə aldığı üç sənədli xronikaya - 

“Bibiheybətdə neft fontanı yanğını”, 

“Əlahəzrət Buxara əmirinin “Veliki 

knyaz Aleksey” paroxodunda yolasal-

ma mərasimi”, “Qafqaz rəqsi” və bir 

məzəli süjetə  “İlişdin” (Bakı  şəhər 

bağçasında baş vermiş yumoristik 

əhvalat) tamaşa ediblər. Beləcə, Bakı-

da incəsənətin yeni növünün - kinema-

toqrafiyanın əsası qoyulub.

Ulu öndər Heydər 

Əliyev 


Azərbaycan Respublikasının mədəni 

inkişaf sahəsində kino işçilərinin 

xidmətlərini və ölkəmizdə  çəkilmiş 

kinosüjetlərin ilk kinoseansının həyata 

keçirildiyi tarixi nəzərə alaraq bu gü-

nün qeyd olunması barədə  Sərəncam 

imzalayıb. 2000-ci il 18 dekabr tarixli 

558 saylı  Sərəncama  əsasən 2 avqust 

Azərbaycan Kinosu Günü elan edilib.

Azərbaycan kinosu tarixi və 

şərəfli bir yol keçib. Yazıçı  İbrahim 

bəy Musabəyovun eyniadlı pyesi 

əsasında 1905-ci ildə ekranlaşdırılmış 

H.Ərəblinskinin  çəkildiyi səssiz “Neft 

və milyonlar səltənətində”  filmindən 

indiyədək 300-dən çox tam və  qı-

sametrajlı kinosüjet və 100-dən çox 

cizgi, 150-dən çox xronikal sənədli, 

elmi-kütləvi, sifarişli, televiziya bədii 

və  tədris  filmləri istehsal edilib tama-

şaçıların ixtiyarına verilib.

Son illərdə bu sahədə  əldə edilən 

uğurlar isə  təbii ki, dövlətimizin və 

ilk növbədə respublika Prezidentinin 

mədəniyyət və incəsənətə göstərdiyi 

qayğının nəticəsidir. 

Ölkə Prezidenti cənab  İlham 

Əliyev 2008-ci ildə imzaladığı müva-

fiq sərəncamla “Azərbaycan Kinosu-

nun 2008-2018-ci illər üzrə inkişafına 

dair Dövlət Proqramı”nı  təsdiq etdi. 

Beləliklə də, milli kinomuzun hərtərəfli 

inkişafı üçün əlverişli imkanlar yaran-

dı.


Hər il olduğu kimi, bu il də, 

Azərbaycan Kinosu Günü təntənəli 

mərasimlə qeyd olunacaq, kino 

işçilərinin peşə bayramı yeni ekran 

əsərlərinin nümayişi  ilə yadda qala-

caqdır. 



258

Tarixdə bu gün

Cəbrayıl rayonunun işğalı günü

1993 

AV

Q

U

S

T

Ərazisi : 1049  

km² 

Əhalisi: 54430 nəfər

1993-cü il avqust ayının 23-də  

Cəbrayıl rayonu işğalçı erməni 

silahlı qüvvələri tərəfindən zəbt 

edilmişdir.

1994-cü il Horadiz əməliyyatı   

zamanı Milli Ordunun hərbi silah-

lı qüvvələri  şəhər mərkəzinə  və 

Xudafərin körpüsü istiqamətində 

irəliləsə  də, Cəbrayılın yalnız 

Cocuq-Mərcanlı  kəndi düşmən 

işğalından azad olunmuşdur.

İşğaldan əvvəl rayonda 72 orta 

və natamam orta məktəb, 3 musi-

qi məktəbi, 12 mədəniyyət evi, 32 

klub, 10 mədəni çadır və avtoklub, 

78 kitabxana, 3 daimi, 4 səyyar 

kinoqurğu fəaliyyət göstərmişdi. 

Zəngin eksponatları olan tarix-

diyarşünaslıq muzeyi olmuşdu. 

Əhaliyə 210 çarpayılıq mərkəzi 

xəstəxana və ümumi çarpayı sayı 

245 yer olan kənd xəstəxanaları, 

Dağ Tumas, Quycaq, Balyand 

kəndlərində 11 həkim, 52 feld-

şer - mama məntəqəsi xidmət 

göstərirdi.

Cəbrayıl rayonunda respub-

lika və rayon əhəmiyyətli 120-

dək tarixi memarlıq abidəsi, 

qiymətli ağac növlərindən ibarət 

meşələr, böyük ehtiyata malik 

yeraltı  sərvətlər, qeyri-adi flo-

ra və faunası ilə seçilən Dirida-

ğın özünəməxsus təbiət guşələri, 

mineral maddələrlə  zəngin su 

mənbələri erməni işğalçıları 

tərəfindən dağıdılaraq məhv edil-

mişdir. 

Ümumiyyətlə, döyüşlərdə 

180, atəşkəs dövründə isə 16 

nəfər həlak olmuş, 14 nəfər po-

lis, 60 nəfər mülki şəxs dünyasını 

dəyişmiş, 90 nəfərə yaxın isə əsir 

və itkin düşmüşdür. Cəbrayıllılar 

içərisində 180 nəfər Qarabağ 

müharibəsi  əlili statusu almış, 

6 nəfər isə “Azərbaycanın Milli 

Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür. Cəbrayıllılar arasında 

351 nəfər şəhid ailəsi var.

2006-2007-ci illər  ərzində 

erməni işğalçıları  tərəfindən 

rayonun 16 min hektardan 

artıq 

ərazisində yanğınlar 



törədilmişdir. 

Ölkənin 58 bölgəsinə səpələnən 

cəbrayıllılar daha çox Beyləqan, 

İmişli, Sabirabad, Saatlı, Biləsuvar 

rayonlarında məskunlaşmışlar. 

Biz inanırıq ki, qələbə uzaqda 

deyil. Ali baş komandanın yürüt-

düyü uzaqgörən siyasət, apardığı 

danışıqlar nəticəsində torpaqla-

rımız işğaldan azad olacaq, bü-

tün həmvətənlərimiz öz yurd-

yuvalarına dönəcəklər.



23

Ə d ə b i y y a t

Abuzərov, A. Cəbrayılın qəm 

karvanı /A.M. Abuzərov.-

Bakı: Ulu, 2000.-180 s

Əlimiz çatmayan yurd 

yerlərimiz. Cəbrayıl və 

Füzulinin işğalından 22 il 

ötür //Mədəniyyət .-2015.- 19 

avqust.- S. 15.

Qaraca, B. Tarixin dedikləri 

və demədikləri. Cəbrayılın 

işğalından 22 il keçir 

/B.Qaraca //Azərbaycan.-

2015.- 22 avqust.- S.5.

Tapdıqoğlu, N.Qapısı bağlı 

yollar. Füzuli və Cəbrayıl 

rayonlarının işğalından 22 il 

keçir /N.Tapdıqoğlu //Kredo.-

2015.- 4 sentyabr.- S. 14-15.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/yeni_az/2015/

avqust/452025.htm

www.anl.az/down/meqale/

palitra/2012/avqust/257909.

htm


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə