Teqvim-2017. pdf


Tarixdə bu gün Füzuli rayonunun



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə125/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   121   122   123   124   125   126   127   128   ...   200

259

Tarixdə bu gün

Füzuli rayonunun 

işğalı günü

1993  

  

                         

 

AV

Q

U

S

T

23 avqust 1993-cü ildə ümumi sahəsi 1386 km² 

olan Füzuli rayonunun qərb hissəsindən 125368 

hektar ərazinin erməni bədxahları tərəfindən işğal 

olunmasından 24 il ötür.

Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin 

adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu 

ildə yenidən təşkil olunmuş və Qaryagin adlandı-

rılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz 

Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi 

şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli 

rayonu adlandırılmışdır.

Qarabağımızın dilbər guşəsi olan Füzuli rayo-

nu  ərazisində müxtəlif vaxtlarda Qaraköpəktəpə, 

Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay 

sahillərində  tədqiqatlar aparılmış, Azərbaycanın 

qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-

ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli 

Hüseynov tərəfindən aşkar olunmuş preneandertal 

– Azıxantrop adamının alt çənəsinin sümükləri ra-

yon mərkəzindən 15 km aralı  məsafədə yerləşən 

Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeo-

logiya elminin böyük nailiyyətləri olan bu abidə 

Qarabağın Füzuli rayonu ərazisində vaxtilə qədim 

paleolit dövrünün mövcudluğunu aşkarlamışdır.

İşğaldan  əvvəl rayonda 1 şəhər, 1 şəhər tipli 

qəsəbə, 75 kənd, 70 kitabxana, 20 mədəniyyət evi, 

45 klub, xalq və dövlət dram teatrları, 685 çarpa-

yılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, 

vərəm və dəri - zöhrəvi xəstəlikləri dispanseri, 20 

kinoqurğu, texnikum, 2 texniki peşə  məktəbi, 38 

məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kol-

xoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər 

var idi.


Məhsuldarlıq baxımından kənd təsərrüfatına ya-

rarlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri 

olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, 

qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf 

etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, tikinti tresti

6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. 

fəaliyyət göstərirdi.

1988-ci ildən başlayan erməni təcavüzünə qar-

şı mübarizəd

ə minlərlə Füzuli sakini d

öyüşmüş, 

yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düş-

müşdür. Qarabağ müharibəsində ölkəmizdə  ən 

çox itkin və şəhid verən Füzuli rayonunun əhalisi 

olmuşdur. Füzulinin 1100-dən çox şəhid və itkini, 

113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.  

Erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq 

zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmış-

dır. Müharibənin əsas ağırlığını Qacar, Divannalar, 

Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbu-

laq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, 

Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, 

Mollavəli kəndlərinin  əhalisi çəkmişlər. Hazırda 

51 kənd və rayon mərkəzi erməni tapdağı altında 

zillət çəkir, 55 min nəfərə yaxın füzulili köçkün 

həyatı yaşayır.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 

qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si yeni 

salınmış  və  məcburi köçkün ailələri müvəqqəti 

olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 

min nəfər məcburi köçkün məskunlaşmışdır.

2006-2009-cu illər  ərzində rayonun 35 000 

hektardan artıq ərazisi ermənilər tərəfindən yandı-

rılmışdır.

Ümid edirik ki, işğal olunmuş torpaqlarımız ya-

xın zamanlarda erməni zülmündən azad ediləcək, 

minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaqdır.

23

Ərazisi: 1386 

• km² 

Əhalisi: 105 000 

• 

125368 hektar ərazisi işğal olunub

• 



260

Tarixdə bu gün

Qubadlı rayonunun 

işğalı günü

1993 

AV

Q

U

S

T

Qubadlı rayonunun 31 avqust 1993-

cü il tarixində ermənilər tərəfindən iş-

ğalından artıq 24 il ötür.

Qubadlı rayonu 1933-cü ildə ya-

radılmışdır.  İnzibati mərkəzi Qubadlı 

şəhəridir.  İnzibati bölgüsünə 1 şəhər, 

93 kənd, 31 inzibati-ərazi dairəsi aid 

idi. Qubadlı rayonu şimaldan Laçın, 

cənubdan Zəngilan, şərqdən Xocavənd 

və  Cəbrayıl rayonları, Qərbdən 

Ermənistanla həmsərhəddir.

Qubadlının iqtisadiyyatının  əsasını 

taxılçılıq, heyvandarlıq, tütünçülük, 

baramaçılıq və üzümçülük təşkil etmiş-

dir. Rayonda 27-si mexanikiləşdirilmiş 

olan 31 süd-əmtəə ferması mövcud ol-

muşdur. Rayonda üzümün ilkin ema-

lı üzrə 2 zavod fəaliyyət göstərmişdi. 

Tam gücü ilə  işləyən asfalt zavodu 

təkcə Qubadlıya deyil, eyni zamanda 

qonşu rayonlara da xidmət etmişdir. 

Daş karxanası və mərmər sexi əhalinin 

tələbatını əsaslı şəkildə ödəmişdi. Qu-

badlıda 21 rabitə müəssisəsi olmuş, 

avtomat stansiyası quraşdırılmışdı. 

1950 nömrəlik həmin stansiyalar gecə-

gündüz xalqın xidmətində dururdu.

Ümumiyyətlə, Qubadlı rayonun-

da 62 idarə  və müəssisə  fəaliyyət 

göstərmişdir.

Rayonun 33 səhiyyə müəssisəsində 

56 həkim və 511 tibb işçisi fəaliyyət 

göstərirdi. 4 xəstəxana, 5 həkim ambu-

latoriyası, 54 feldşer-mama məntəqəsi, 

4  əczaxana  əhalinin sağlamlığının 

keşiyində durmuşdu. Rayon gigiyena-

epidemiologiya mərkəzi və profilaktik 

dezinfeksiya şöbəsi yüksək səviyyədə 

iş aparırdı.

Erməni işğalçıları Qubadlıda 94 

kənd və qəsəbəni, 205 mədəni-məişət 

obyektini, 12 tarixi abidəni yandır-

mış və talan etmişlər. İşğala qədər 33 

800 nəfər  əhalisi olan Qubadlıda 21 

orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 

7 məktəbəqədər təhsil müəssisəsi 

fəaliyyət göstərir, bu təlim-tərbiyə 

və  təhsil müəssisələrində 1280 nəfər 

müəllim çalışırdı. Qubadlının işğalı 

zamanı 5 mindən çox nadir eksponat 

saxlanılan Qubadlı Tarix-diyarşünaslıq 

Muzeyi də ermənilər tərəfindən talan 

edilmişdir. 

IV  əsrə aid “Gavur dərəsi”ndəki 

ibadətgah, 5-ci əsrə aid “Qalalı” və 

“Göyqala” abidələri, 14-cü əsrdə tikil-

miş “Dəmirçilər” türbəsi, Hacı  Bədəl 

körpüsü, Laləzar körpüsü, eləcə  də 

Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, 

Xocamsaxlı kəndlərindəki digər tarixi 

abidələr hazırda işğal altındadır.

Rayonda 111 mədəni-maarif müəs-

sisəsi, o cümlədən 60 kitabxana, 10 

mədəniyyət evi və 28 klub, 6 avto-

klub olmuşdur. Qubadlı uğrunda gedən 

döyüşlərdə 54 nəfər şəhid olmuş, Qa-

rabağ müharibəsində isə Qubadlının 

ümumilikdə 232 sakini şəhid, 146-sı 

əlil olmuşdur.

22 ildir ki, rayonun 30 min əhalisi 

məcburi köçkün həyatı yaşayır.



31

Ə d ə b i y y a t

Səlimov, Ə.Düşmənə sipər 

Qarağac. Bir ildə 16 şəhid 

verən bu kəndin sakinləri 22 

ildir ki, Sumqayıt şəhərində 

səbirsizliklə torpaqları-

na qayıdacaqları günü 

gözləyirlər /Ə.Səlimov        

//Azərbaycan .-2015.- 29 

avqust.- S.7.

Sadayoğlu, P. Qubad-

lı ictimaiyyəti rayonun 

Ermənistan tərəfindən 

işğalının 22-ci ildönümü 

ilə əlaqədar tədbir keçi-

rib  /P.Sadayoğlu //Yeni 

Azərbaycan.- 2015.- 1 

sentyabr.- S. 6.

Qaraca, B. Mərd və 

əməksevər insanların 

diyarı Qubadlınin işğalın-

dan 22 il ötür /B.Qaraca                    

//Azərbaycan.- 2015.- 30 

avqust.- S.7.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/azerbaycan/2014/

avqust/389543.htm

http://www.anl.az/down/

meqale/azerbaycan/2015/

avqust/452820.htm

Ərazisi: 802  km² 

• 

Əhalisi: 37 400

• 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə