Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə128/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   124   125   126   127   128   129   130   131   ...   200

266

Milli ədəbiyyat

130

 illiyi

Yusif Vəzir Çəmənzəminli  

1887-1943 

SENTY

ABR

Yusif Vəzir Məşədi Mirabdulla 

Mirbaba oğlu Vəzirov (Yusif Vəzir 

Çəmənzəminli) 1887-ci il sent-

yabr ayının 12-də  Şuşa  şəhərində, 

bəy ailəsində doğulmuşdur.  İbtidai 

təhsilini mollaxanada almış, sonra  

1896-cı ildə Şuşa realnı məktəbinin 

hazırlıq  şöbəsinə daxil olmuşdur.

Təhsilini rus dilində aldığı üçün 

1904-cü ildə  həyatından  şikayət 

tərzində yazılmış “Jaloba” adlı ilk 

şeirini rusca yazmışdır. 

Aşqabada getmiş, inqilabi 

hərəkata qoşulmuşdur. 1906-cı ildə 

Bakıya qayıtmışdır. Burada realnı 

məktəbin altıncı sinfində  təhsilini 

davam etdirmişdir. Həmin il ilk 

mətbu məqaləsi “Molla Nəsrəddin” 

jurnalında dərc olunmuşdur. 1910-

cu ildə Kiyev İmperator Universite-

tinin hüquq şöbəsinə daxil olmuşdur. 

1915-ci ildə oranı bitirib vəkil-

məsləhətçi işləmişdir. 1919-cu ildə 

Odessadan  İstanbula, oradan Bakı-

ya qayıtmışdır. Burada müvəqqəti 

hökumət onu Türkiyəyə elçi-səfir 

təyin etmiş, lakin çox keçmədən is-

tefa vermişdir. 1920-ci ildə Parisə 

getmiş, Fransa Milli Kitabxanasın-

da çoxlu mütaliə etmişdir. Fransa 

Kommunist Partiyasının orqanı olan 

“Paris xəbərləri” qəzeti redaksiya-

sında işləmiş, “Şərq məktubları”nı 

qəzetin səhifələrində dərc etdirmiş-

dir. Azərbaycan  ədəbiyyatını türk 

aləminə tanıtmaq üçün 1921-ci 

ildə “Azərbaycan  ədəbiyyatına bir 

nəzər”, “Tarixi-coğrafi  və iqtisadi 

Azərbaycan” adlı kitablarını  İstan-

bulda çap etdirmişdir. 1926-1927-ci 

illərdə vətənə qayıdıb Bakıda “Bakı 

işçisi” kooperativ nəşriyyatında 

Bədii  ədəbiyyat  şöbəsinin müdiri 

işləmişdir. “Rusca-Azərbaycanca 

lüğət”in müəlliflərindən biri olmuş-

dur.  “Qızlar bulağı”, “Studentlər”, 

“1917-ci il” adlı romanlarını çap 

etdirmişdir. 1927-1930-cu illərdə 

Azərbaycan Dövlət Universitetinin 

aspirantı olmuşdur. 1930-1935-ci 

illərdə Azərbaycan Dövlət Sənaye 

İnstitutunda dil və  ədəbiyyat ka-

fedrasında assistent-müəllim, 

1935-1938-ci illərdə Azərnəşrdə 

tərcüməçi-redaktor, 1938-1939-

cu illərdə Özbəkistanın Ürkənc 

şəhərində Xarəzm Vilayət Peda-

qoji  İnstitutunda rus dili müəllimi 

işləmişdir.

1936-1937-ci illərdə “Qan içində” 

və 1961-ci ildə çap olunmuş “İki od 

arasında” əsərlərini yazmışdır. 

Yusif Mirbaba oğlu Vəzirov Sta-

lin repressiyasının qurbanı olmuş, 

1940-cı ildə  həbs olunaraq Qorki 

vilayətinin Suxobezvodnoye həbs 

düşərgəsinə göndərilmiş, 1943-cü 

ildə orada vəfat etmişdir.

Ə d ə b i y y a t

İki od arasında: roman         

/Y.V.Çəmənzəminli; red. 

Ş.Sadiq; naşir M.Xan; mətn 

tərtibatı R.Əhmədzadə.- 

Bakı: Hədəf nəşrləri, 2013.-

290 s.

Çingizoğlu, Ə. Qarabağlı 

hüquqşünaslar: 1822-1920: 

Tarixi-ensiklopedik tədqiqat             

/Çingizoğlu Ənvər.- Bakı: 

Mütərcim, 2012.- 251 s.

Hümmətli, Ş.. Yusif Vəzir 

Çəmənzəminlinin elmi-ədəbi 

irsi yeni faktların işığında     

/Hümmətli Şəlalə.- Bakı: Elm 

və Təhsil, 2014.-78 s.

Vəzirov, O. Atam Yusif Vəzir 

Çəmənzəminli haqqında                                

/O.Vəzirov; red. Q.İlkin.-

Bakı: Azərnəşr, 1997.- 120 s.

Axundlu, Y. Çəmənzəminli 

Yusif Vəzir //Axundlu Y. 

Ədəbi portretlər.- Bakı, 

2009.- S.27.

12

Yazıçı, publisist



267

Milli ədəbiyyat

60

 illiyi

Rüstəm Behrudi

1957

SENTY

ABR

Rüstəm Hidayət oğlu  Alməmmədov 

(Rüstəm Behrudi) 1957-ci il sentyabr 

ayının 14-də Azərbaycanın Ordu-

bad rayonundakı Behrud kəndində, 

müəllim ailəsində anadan olmuş-

dur. 1964-cü ildə səkkizillik məktəbi 

bitirdikdən sonra orta təhsilini 

C.Cabbarlı adına Biləv kənd orta 

məktəbində almışdır. 1974-1975-ci 

illərdə doğma kəndindəki kolxozda  

işləmiş, elə  həmin il oxumaq, təhsil 

almaq həvəsi onu Naxçıvan Dövlət 

Pedaqoji İnstitutunun tarix-ədəbiyyat 

fakültəsinə qəbul olmağa sövq etmiş-

dir.  1979-cu ildə institutu fərqlənmə 

diplomu ilə bitirmiş və 1979-1984-cü 

illərdə Ordubad rayonundakı Unus 

kənd orta məktəbində Azərbaycan 

dili və  ədəbiyyatı müəllimi kimi 

fəaliyyətə başlamışdır. Kələki və 

Unus kəndlərində  işlədikdən son-

ra Ordubadda muzeydə çalışmışdır. 

1984-cü ildə Bakıya gələn Rüstəm 

Behrudi 1986-1990-cı illərdə “Ya-

zıçı” bədii  ədəbiyyat nəşriyyatında 

fəhlə, korrektor, kiçik redaktor

poeziya redaksiyasının redaktoru 

vəzifələrində çalışmışdır. Bir müddət 

Sabir Rüstəmxanlının rəhbərliyi ilə  

nəşr edilən “Azərbaycan” qəzetində 

fəaliyyət göstərmişdir. 

Ədəbi fəaliyyətə 70-ci illərdən baş-

lamış, ilk şeirini orta məktəbdə yaz-

mışdır. Şeirləri “Araz”,  “Azərbaycan” 

almanaxlarında mütəmadi olaraq çap 

olunmuşdur. Dövri mətbuatda şeir və 

publisistik yazıları ilə fəal çıxış edir. 

Yaradıclığında türkçülüyə  və  dərviş 

fəlsəfəsinə üstünlük verir. Şair “Yad-

daşlara yazın”, “Şaman duası” ki-

tablarının müəllifidir. “Şaman duası” 

kitabı türkdilli dövlətlərdə böyük ma-

raqla qarşılanmış, kitabdan seçmələr 

Türkiyədə,  İranda,  Avstriyada,  Al-

maniyada,  Belçikada  və s. ölkələrdə 

çap olunmuşdur.

Yaradıcılığından seçmələr polyak

fransız, rus və çex dillərinə  tərcümə 

edilmişdir.

C.Məmmədquluzadəyə  həsr olun-

muş “Daha gülə-gülə ağlamaq olmur” 

poeması mavi ekranda bir aktyorun 

teatrında ifa olunmuşdur.



Ə d ə b i y y a t

Bir dəli ayrılıq kimi: şeirlər /R.Behrudi.- Bakı: Qanun, 2014.- 230 s.

Salam dar ağacı /R.Behrudi; tərt. ed. və red. T.Kazımlı.- Bakı: Azərnəşr, 2007.- 528 s.

Şaman duası: şeirlər və poema /R.Behrudi; red. Z.Yaqub.- Bakı: Yazıçı, 1988.- 153 s.

Yaddaşlara yazın: şeirlər /R. Behrudi.- Bakı: Yazıçı, 1986.- 72 s.

Çətindir göyü sevib, qayıdıb yerin olmaq: və yaxud bu belə olmamalıydı /Rüstəm Behrudi //Azadlıq.- 2014.- 10 iyul.- S.13.

14

Şair, publisist


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə