Teqvim-2017. pdf


Tarix Əlisöhbət Sumbаtzаdə



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə13/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   9   10   11   12   13   14   15   16   ...   200

28

Tarix

Əlisöhbət Sumbаtzаdə 

1907-1992 

Y

ANV

AR

Əlisöhbət Sumbat oğlu Sumbatzadə 

1907-ci il yanvar ayının 21-də (bəzi 

mənbələrdə 8-də) Bakının  Əmircan 

kəndində anadan olmuşdur. 

1921-1926-cı illərdə Bakı  oğlanlar 

seminariyasında (indiki Azərbaycan 

Dövlət Pedaqoji Kolleci), 1926-1930-

cu illərdə Azərbaycan Dövlət Uni-

versitetin (indiki BDU) Şərqşünaslıq 

fakültəsinin tarix-etnologiya şöbəsində 

təhsil almışdır. 

1930-cu ildə namizədlik, 1948-ci 

ildə doktorluq dissertasiyalarını müdafiə 

etmiş, 1954-cü ildə professor elmi 

rütbəsini almış, həmin ildə Azərbaycan 

SSR EA-nin müxbir üzvü, 1958-ci ildə 

isə həqiqi üzvü seçilmişdir. 1957-1959-

cu illərdə Azərbaycan SSR EA-nın vit-

se prezidenti olmuşdur. 

1958-ci ildə Azərbaycan SSR EA 

Şərqşünaslıq  İnstitutu təşkil olunduq-

da  Əlisöhbət Sumbatzadə  həmin elm 

mərkəzində öyrənilən “Yaxın və Orta 

Şərq ölkələrində milli azadlıq və fəhlə 

hərəkatı” probleminin rəhbəri, 1959-

1963-cü illərdə EA-nın  İqtisadiyyat 

İnstitutunda şöbə müdiri, 1963-1969-cu 

illərdə EA-nın Yaxın və Orta Şərq Xalq-

ları İnstitutunun direktoru, 1970-1972-

ci illərdə EA-nın Tarix İnstitutunun 

direktoru, 1970-1981-ci illərdə EA-nın 

İctimai Elmlər bölməsinin akademik-

katibi, 1982-1992-ci illərdə  İctimai 

elmlər üzrə Elmi Məlumat Mərkəzində 

şöbə müdiri vəzifələrində işləmişdir.

1964-cü ildə “XIX əsrdə Azərbaycan 

sənayesi”  əsəri ilə tarixşünaslığımızda 

yeni bir elmi istiqamətin - iqtisadi tari-

xin, 1990-cı ildə “Azərbaycanlılar - et-

nogenez və xalqın formalaşması” adlı 

monoqrafiyası ilə elmdə  mənşəyimiz 

haqqında yeni konsepsiyanın  əsasını 

qoymuşdur.  “Müasir dövrdə Sovet 

Azərbaycanının iqtisadiyyatının in-

kişafı” (B., 1980), “Sovet tarix elmi 

1975-1979-cu illərdə” (M., 1980), 

“Azərbaycan xalqının etnogenezi” 

(B., 1988) və s. kollektiv əsərlərin 

müəlliflərindən və redaktorlarından ol-

muşdur. 

Ölkə  və beynəlxalq miqyaslı sim-

pozium, konfrans və konqreslərdə 

məruzələrlə çıxış etmişdir. 1957-1982-ci 

illərdə onun elmi rəhbərliyi altında apa-

rılan tədqiqatlar xalqımızın milli tarixi, 

arxeologiyası, etnoqrafiyası, memarlı-

ğı, incəsənəti, dili, ədəbiyyatı, iqtisa-

diyyatı, fəlsəfi fikri və şərqşünaslığının 

ən ümdə problemlərinin araşdırılma-

sına yönəldilmişdir. Azərbaycan tari-

xi və iqtisadiyyatında bu gün əzmlə 

çalışan yüzlərlə yüksəkixtisaslı alim-

tədqiqatçılar məhz  Ə.Sumbatzadənin 

adı ilə bağlı məktəbin yetirmələridir. 

Əlisöhbət Sumbatzadə Azərbaycan 

SSR Ali Sovetinin (V çağırış) deputatı 

və Rəyasət Heyətinin üzvü (1959-1963) 

seçilmiş, 12 cildlik “SSRİ tarixi”nin baş 

redaksiya heyətinin, ASE elmi redak-

siya  şurasının üzvü olmuşdur. 1958-ci 

ildə Azərbaycan SSR-in “Əməkdar elm 

xadimi” fəxri adına layiq görülmüşdür. 

1967-ci ildə Azərbaycan SSR Ali Sove-

tinin Fəxri Fərmanı, 1977-ci ildə “Qır-

mızı  Əmək Bayrağı” ordeni, 1987-ci 

ildə “Xalqlar Dostluğu” ordeni və me-

dallarla təltif edilmişdir.

Əlisöhbət Sumbat oğlu Sumbatzadə 

1992-ci il yanvar ayının 28-də vəfat et-

mişdir. 

Ə d ə b i y y a t

Səmədzadə, Z. Əlisöhbət 

Sumbat oğlu Sumbatzadə 

//Səmədzadə Z. İqtisadi 

tərəqqiyə həsr edilən 

ömürlər: Azərbaycanın 

iqtisadçı alimləri: MEA-

nın həqiqi və müxbir 

üzvləri, professorlar, 

iqtisad elmləri doktorla-

rı /elmi red.: S.Səfərov, 

T.Hüseynov.- Bakı, 2002.-

S.28-37.

Əlisöhbət Sumbat 

oğlu Sumbatzadə 

//A.A.Bakıxanov adına 

Tarix İnstitutu /elmi 

red. Y. Mahmudov; 

tərt. G.N.Məmmədova; 

red. C. Ə.Bəhramov, 

E.Ə.Məhərrəmov; 

AMEA.-Bakı, 2005.- S.10.

Азербайджанцы- 

этногенез и 

формирование народа 

/А.С.Сумбатзаде; АН 

АзССР, Ин-т Истории, 

Востоковедения 

и Центр Научной 

Информации.- Баку: 

Элм, 1990.- 304 с.

İ n t e r n e t d ə

www.istoriya.az/img/.../

A.S.Sumbatzade.doc

http://qafqazmedia.

az/medeniyyet/1767-

azrbaycann-tannm-

xsiyytlri.html

21

110 

illiyi

Akademik



29

Fəlsəfə.İqtisadiyyat

80 

illiyi

Məhərrəm Babayev 

1937    

Y

ANV

AR

Məhərrəm Pirverdi oğlu  Babayev 

1937-ci il yanvar  ayının 13-də  Bərdə 

şəhərində anadan olmuşdur. 1961-ci ildə 

Azərbaycan Kənd Təsərrüfatı (indiki 

AKTA) İnstitutunu bitirmiş,  Azərbaycan 

SSR Torpaqşünaslıq və Aqrokimya İns-

titutunda fəaliyyətə başlamışdır. 1963-

1966-cı illərdə institutun əyani aspi-

rantı kimi təhsilini davam etdirmiş, 

1966-1971-ci illərdə institutda  elmi işçi, 

1971-1975-ci illərdə baş elmi işçi, 1975-

1981-ci illərdə laboratoriya rəhbəri

həmçinin Meyvə-Tərəvəz Təsərrüfatı 

Nazirliyi Elmi Tədqiqat Tərəvəzçilik 

İnstitutunda direktor (1981-1985), Aqrar 

Sənaye Komitəsinin sədr müavini (1986-

1989) vəzifələrində çalışmışdır. 

1995-ci ildən Azərbaycan Milli 

Elmlər Akademiyasının Torpaqşünaslıq 

və Aqrokimya İnstitutunda Torpaqla-

rın genezisi, coğrafiyası  və  xəritəçiliyi 

laboratoriyasının rəhbəri olmuş, 2001-

2014-cü ilədək isə institutun direktoru 

vəzifələrində çalışmışdır.

Alimin tədqiqatı respublika torpaq-

larının genezisi, müasir nomenklaturası 

və  təsnifatı, suvarılan torpaqlara antro-

pogen təsirin nəzəri əsasları və torpaqla-

rın deqradasiyasının öyrənilməsinə  həsr 

olunmuşdur.

Məhərrəm Babayev 1966-cı ildə 

elmlər namizədi, 1981-ci ildə elmlər 

doktoru elmi dərəcəsini, 2000-ci ildə 

professor elmi rütbəsini almışdır. 2001-

ci ildə AMEA-nın  müxbir üzvü, 2014-

cü ildə həqiqi üzvü seçilmişdir. Görkəmli 

yerşünas-alim 10 kitab, 300 məqalə, 28 

xəritə və 11 patentin müəllifidir.

 Onun rəhbərliyi altında yüksək ixti-

saslı 16 elmlər, 4 fəlsəfə doktoru hazır-

lanmışdır.

M.Babayev Ümumittifaq Torpaqşü-

naslar Cəmiyyətinin üzvü, AR Ali Attes-

tasiya Komissiyasının Biologiya və kənd 

təsərrüfatı elm sahələri üzrə Müdafiə şu-

rasının sədri olmuşdur. AMEA Biologiya 

Bölməsinin büro üzvü, Azərbaycan Res-

publikası Elmlər Akademiyası Torpaq-

şünaslıq və Aqrokimya İnstitutundakı 

Doktorluq Dissertasiyası Müdafiəsi üzrə 

D-004.16.01  İxtisaslaşdırılmış  Şuranın 

sədridir.

Azərbaycan elminə verdiyi töhfələrə 

görə 1986-cı ildə  “Şərəf nişanı” orde-

ni ilə, medal və  fəxri fərmanlarla təltif 



olunmuşdur.

13

Akademik

Ə d ə b i y y a t

Azərbaycan torpaqlarının müasir təsnifatı = Современная классификация почв Азербайджана = Contemporary soil classification of 

Azerbaijan /M.P.Babayev, Ç.M.Cəfərova, V.H.Həsənov; elmi red. A.İ.İsmayılov; AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu.- Bakı: 

Elm, 2006.- 360 s.

Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı /M.P.Babayev [et al.]; elmi red. A.P.Gərayzadə; AMEA 

Torpaqşünaslıq və Aqrokimya İnstitutu.- Bakı: Elm, 2011.- 452 s.

Məhərrəm Pirverdi oğlu Babayev: biblioqrafiya = Магеррам Пирверди оглы Бабаев: библиография = Magerram Pirverdi oglu Baba-

yev: bibliography /AMEA, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA Mərkəzi Elmi Kitabxana; tərt. R.İ.Mirzəzadə; ing. dilinə tərc. 

R.C.Məhərrəmova; red.: V.H.Həsənov, Ç.M.Cəfərova.- Bakı: Elm, 2008. - 164 s. 

Müxtəlif torpaq-ekoloji şəraitdə tərəvəz bitkilərindən yüksək məhsul almağın idarə olunması /M.P.Babayev, N.H.Orucova, 

S.M.İsgəndərov; elmi red. A.B.Gərayzadə; rəyçi M.Nəbiyev; AMEA, Torpaqşünaslıq və Aqrokimya İn-tu.- Bakı: Elm, 2007.- 240 s.

elibrary.az/.../cgiirbis_64.exe?...Babayev,%20... 

http://www.nkpi.az/?page=addread&id=604


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə