Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə131/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   127   128   129   130   131   132   133   134   ...   200

272

Lətif Muxtar oğlu  İmanov 1922-

ci il sentyabr ayının 15-də  Şuşa 

şəhərində anadan olmuş, orta təhsilini 

4 saylı  Şuşa  şəhər orta məktəbində 

almışdır. 1944-cü ildə Bakı Dövlət 

Universitetinin 

fizika-riyaziyyat 

fakültəsini  fizika ixtisası üzrə bitir-

miş, Azərbaycan EA-nın Fizika İns-

titutuna kiçik elmi işçi  vəzifəsinə 

qəbul  olunmuşdur.  1945-ci ildə 

aspiranturaya daxil olmuş  və elmi 

tədqiqat işini Moskva Dövlət Univer-

sitetinin Rəqslər kafedrasının müdiri 

professor V.V.Miqulinin rəhbərliyi 

altında davam etdirmişdir. 

1950-ci ildə Moskvada namizədlik 

dissertasiyasını müdafiə edib Bakıya 

qayıtmış  və Azərbaycan SSR EA-

nın Fizika-riyaziyyat İnstitutunda 

H.A.Muxtarovun rəhbərlik etdiyi 

Radiofizika laboratoriyasında baş 

elmi işçi vəzifəsində  işə başlamış-

dır.  İşləməklə  bərabər Azərbaycan 

Dövlət Universitetində  də  dərs de-

mişdir. 1952-ci ildən maye və  bərk 

cismlərin dielektrik relaksasiyasının 

radiospektroskopik üsulla tədqiqi ilə 

məşğul olmağa başlamışdır. O, labo-

ratoriyanın  əməkdaşları ilə birlikdə 

böyük texniki çətinliklərə qalib 

gələrək yığdığı ilk qaz radiospektro-

metri qurğusunu 1959-cu ildə işə sal-

mağa müvəffəq olmuşdur.

Keçən  əsrin 70-ci illərində va-

nadium, tellur və  qələvi metal 

oksidləri əsaslı iki və üç komponent-

li yarımkeçirici  şüşələrin quruluş 

xüsusiyyətlərinin tədqiqi ilə  məşğul 

olmuşdur. Lətif İmanov elmi tədqiqat 

işi ilə paralel olaraq ADU-nun fi-

zika fakültəsinin tələbələrinə radi-

ofizikadan və  fiziki elektronikadan 

mühazirələr oxumuşdur. 

Lətif 


İmanov 1976-cı ildə 

Azərbaycan EA-nın həqiqi üzvü se-

çilmiş, 1979-cu ildə  “Əməkdar elm 

xadimi” adına layiq görülmüşdür. 

O, elmi yaradıcılığının qaynar ça-

ğında, 1980-ci il mart ayının 12-də 

ürək tutmasından qəflətən vəfat et-

mişdir.


Riyaziyyat.Fizika.Astronomiya

 Lətif İmanov 

1922-1980

Akademik

95 

illiyi

15

SENTY

ABR

Ə d ə b i y y a t

Bakıda Ümumittifaq simpoziumu oktyabrın 6-da öz işinə başlayacaq (Molekulların fırlanma spektri üzrə ümumittifaq simpoziumu haq-

qında) /L.M.İmanov //Bakı.- 1969.- 4 oktyabr.

Vanadium və fosfor oksidləri əsasında alınmış oksid yarımkeçirici şüşələrdə təklənmiş elektronlar və yükdaşıyıcılar: Xülasə /L.M.İmanov  

//Azərbaycan SSR EA-nın Xəbərləri.- 1969.- №4.- S.24.

Cilovdarlı, A. Böyük alim və pedaqoq /Abbas Cilovdarlı //Elm.- 2012.- 21 sentyabr.- S.12.


273

Əşrəf  İsgəndər oğlu Hüseynov 

1907-ci il sentyabr ayının 20-də 

Cəbrayıl qəzasının Əmirvarlı kəndində 

anadan olmuşdur.  İlk təhsilini doğma 

kəndində alan Əşrəf, sonra Karya-

gin (indiki Füzuli) rayonunda birin-

ci dərəcəli  əmək məktəbini bitirmiş, 

1927-ci ildə Azərbaycan Dövlət Uni-

versitetinin (BDU) fizika-riyaziyyat 

fakültəsinə daxil olmuşdur. Univer-

sitet təhsilini başa çatdırdıqdan son-

ra  Azərbaycan Neft İnstitutunun Ri-

yaziyyat kafedrasında assistent kimi 

əmək fəaliyyətinə başlamışdır. 1939-

1944-cü illərdə Azərbaycan Dövlət 

Universitetinin 

fizika-riyaziyyat 

fakültəsinin dekanı  vəzifəsində çalış-

mışdır. 1940-cı ildə MDU-nun elmi 

şurasında məşhur sovet riyaziyyatçısı 

A.N.Tixonovun rəhbərliyi altında “Po-

tensiallar nəzəriyyəsinin bir məsələsi 

haqqında” mövzusunda dissertasi-

ya müdafiə edərək  fizika-riyaziyyat 

elmləri namizədi, 1949-cu ildə isə  

fizika-riyaziyyat elmləri doktoru 

elmi dərəcəsi almışdır. 1939-1965-

ci illərdən Azərbaycan Dövlət Uni-

versitetinin “Funksiyalar nəzəriyyəsi 

və  cəbr”, sonra isə “Funksiyalar 

nəzəriyyəsi funksional analiz” kafedra-

sının professoru, müdiri vəzifələrində 

çalışmışdır. 

1962-ci ildə Azərbaycan EA-nın 

müxbir üzvü, 1968-ci ildə isə  həqiqi 

üzvü seçilmişdir. Akademik 1965-ci 

ildə Azərbaycan EA Kibernetika İns-

titutunun ilk direktoru təyin edilmiş, 

1970-1980-cı illərdə isə Azərbaycan 

EA-nın Fizika-riyaziyyat və texnika 

elmləri bölməsinin akademik katibi 

vəzifəsinə seçilmişdir.  

Ə.Hüseynov bir çox dərsliklərin 

və monoqrafiyaların, o cümlədən 

Azərbaycan dilində  nəşr edilən “İn-

teqral tənliklər” və “Çoxluqlar 

nəzəriyyəsi” dərsliklərinin müəllifidir. 

Akademik  Ə.Hüseynovun rəhbər-

liyi ilə 30-dan çox namizədlik dis-

sertasiyası müdafiə olunmuşdur. 

Azərbaycanın görkəmli riyaziyyatçı-

ları Q.T.Əhmədov, Y.C.Məmmədov, 

X.Ş.Muxtarov və A.Ə.Babayevin 

doktorluq işlərinin məsləhətçisi ol-

muşdur.  Ə.Hüseynov elmi konfrans 

və qurultaylarda fəal iştirak edirdi. O, 

funksional analiz üsullarının qeyri-

xətti məsələlərə  tətbiqi, yeraltı neftin 

hidroqaz dinamik məsələlərinin riyazi 

həlli metodlarına həsr olunmuş ümu-

mittifaq konfransına sədrlik etmişdir. 

1960-1965-ci illərdə keçmiş SSRİ-nin 

Ali və Orta Təhsil Nazirliyi yanında ri-

yaziyyat sahəsi üzrə Metodik Şuranın 

üzvü olmuşdur.

Onun xidmətləri “Qırmızı  Əmək 

Bayrağı”,  “Şərəf nişanı” ordenləri, bir 

sıra medallarla mükafatlandırılmışdır. 

1960-cı ildə Azərbaycanın “Əməkdar 

elm xadimi” fəxri adına layiq görül-

müşdür. 


Görkəmli alim, akademik Əşrəf 

İsgəndər oğlu Hüseynov 1981-ci ildə 

vəfat etmişdir.

Riyaziyyat.Fizika.Astronomiya

Əşrəf Hüseynov 

1907-1981

Akademik

110 

illiyi

20

SENTY

ABR

Ə d ə b i y y a t

İnteqral tənliklər: ali 

məktəblər üçün dərslik 

/Ə.Hüseynov; red. 

A.Abbasov.- Bakı: Maarif, 

1981.- 391, [1] s.

Sovet Azərbaycanında 

riyaziyyat elminin inki-

şafı: 1920-1960-cı illər 

/Ə.Hüseynov, M.Cavadov; 

[red. B. Ağayev].- Bakı: 

Azərnəşr, 1962.- 137, 

[3] s.

Akademik Əşrəf Hüsey-

nov /AMEA; red. hey.: 

M.Kərimov, A.Hacıyev, 

T.Əliyev; tərt. ed. 

D.Ə.Hüseynova.- Bakı: 

Elm, 2007.- 184 s.

Babayev Melik-Baxış: 

Matematiki Azerbaydja-

na XX vek.-Baku: OKA 

OFSET, 2007.-175s.

Abbaslı, T. Hüseynov 

Əşrəf İsgəndər oğlu          

/Cəbrayıl alimləri: (En-

siklopedik toplu).- Bakı, 

2008.- S.11-14.

Əliyev, T. Akademik Əşrəf 

Hüseynov və kibernetika    

/Telman Əliyev //Elm.-

2007.- 22 oktyabr.- S.9.

Прошлое и настоящее 

Азербайджана 

/А.Гусейнов //Elm və 

həyat.- 1980.- № 5. 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə