Teqvim-2017. pdf


Kimya.Biologiya.Tibb 85



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə132/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   128   129   130   131   132   133   134   135   ...   200

274

Kimya.Biologiya.Tibb

85 

illiyi

Rəfiqə Əliyeva 

1932 

SENTY

ABR

Rəfiqə  Əlirza qızı  Əliyeva 1932-

ci il sentyabr ayının 20-də Naxçıvan 

şəhərində anadan olmuşdur.

1942-ci ildə Naxçıvan  şəhər orta 

məktəbinin 1-ci sinfinə getmiş, 1951-ci 

ildə orta təhsilini başa vurmuş, elə həmin 

ildə  də Azərbaycan Dövlət Universite-

tinin (indiki BDU) kimya fakültəsinə 

qəbul olunmuş, 1956-cı ildə ali təhsilini 

başa vurmuşdur.  Əmək fəaliyyətinə 

BDU-nun kimya kafedrasında başla-

mış, 1960-cı ildə oranın aspiranturasını 

bitirmişdir. 1970-ci ildə baş müəllim 

təyin edilmiş, 1976-cı ildə isə dosent 

vəzifəsinə seçilmişdir. 

1970-ci ildə kimya elmlər namizədi 

elmi dərəcəsi almaq  üçün “Anali-

tik kimya” ixtisası üzrə “Germanium 

birləşmələrinin bəzi üzvi reagentlər 

və spektrofotometrik öyrənilməsinə 

və germaniumun fotometrik üsulla 

təyini” mövzusunda namizədlik dis-

sertasiyasını müdafiə etmişdir. 1998-ci 

ildən analitik kimya ixtisası üzrə pro-

fessor elmi rütbəsini almış, 1999-cu 

ildə “d-,f-elementləri və germaniumun 

tərkibinə N-,S-,O- olan liqandlarla 

müxtəlifliqandlı kompleksləri və onların 

analitik tətbiqi” mövzusunda doktorluq 

dissertasiyasını müdafiə etmişdir. 

2000-ci ildə Nyu-York Elmlər Aka-

demiyasının həqiqi üzvü seçilmişdir. 

2001-ci ildən BDU-da təşkil edil-

miş “Ekoloji kimya və  ətraf mühitin 

mühafizəsi”elmi-tətqiqat laboratoriya-

sını    rəhbərlik edir. Tədqiqatları üzvi 

reaktivlər ilə elementlərin təyini üsulla-

rına həsr edilmişdir. 

1997-ci ildə ana dilimizdə nəşr edilən 

“Kiçik kimya ensiklopediyası”nın 

müəlliflərindən biridir. Elmi-pedaqoji 

fəaliyyəti 450 elmi əsərdə, o cümlədən 

2 monoqrafiyada, 20 dərs vəsaitində, 

metodik vəsaitlərdə, 17 patentdə öz 

əksini tapmışdır. 18 elmlər namizədi və 

2 elmlər doktoruna rəhbərlik etmişdir. 

Bir çox beynəlxalq simpozium və 

konfranslarda elmi məruzələrlə  çıxış 

etmişdir. Amerika Biblioqrafik  İnstitu-

tu tərəfindən “2001-ci ilin adamı” və 

“2001-ci ilin işgüzar qadını” seçilmiş-

dir. Dünya Azərbaycan Qadınlar Birli-

yinin fəxri sədridir. 

2003-2004-cü illərdə Azərbaycan 

Respublikası  Təhsil Nazirliyinin Fəxri 

Fərmanı ilə, 2005-ci ildə Azərbaycan 

Respublikası Təhsil Nazirliyi tərəfindən 

Heydər  Əliyev adına mükafatla təltif 

edilmişdir. 2000-ci ildə  “Əməkdar elm 

xadimi” fəxri adına layiq görülmüşdür. 

Elə  həmin ildə Yusif Məmmədəliyev 

adına mükafatın laureatı olmuşdur. 

2005-ci ildə Bakı Dövlət Universi-

teti tərəfindən“  İlin alimi” seçilmiş, 

Azərbaycanda təhsilin və elmin inki-

şafındakı xidmətlərinə görə 30 oktyabr 

2009-cu ildə  “Şöhrət” ordeni ilə  təltif 

edilmişdir.

2014-cü ildə AMEA-nın həqiqi üzvü 

seçilmişdir. 

Ə d ə b i y y a t

Ekologiyanın əsasları: 

ali məktəblər üçün 

dərslik /R.Əliyeva, 

Q.Mustafayev, 

S.Hacıyeva; red. 

A.Məhərrəmov.- Bakı: 

Bakı universiteti, 2006.- 

536 s.

Kimyəvi modifikasi-

ya olunmuş sintetik 

zorbentlə Zn (II) 

ionunun sorbsiyasının 

öyrənilməsi /R.Əliyeva 

//BDU-nun Xəbərləri.- 

2007.- №2.- S.28-34.

Əliyeva Rəfiqə Əlirza 

qızı //Azərbaycan qadını 

ensiklopediyası /Red.

hey. R.Mehdiyev və 

b; baş red. İ.Vəliyev; 

müəllif X.Abbasov və b.- 

Bakı, 2002.- S.119.

Məhərrəmov, A. Rəfiqə 

Əlirza qızı Əliyeva        

//Azərbaycan kim-

yaçıları: (Akademik 

Yusif Məmmədəliyevin 

əziz xatirəsinə ithaf 

olunur) /A.Məhərrəmov, 

M.Allahverdiyev, 

R.Əliyeva, red. 

F.Şiriyev.- Bakı, 1998.-  

S.274-275.

20

Akademik



275

Kimya.Biologiya.Tibb

70 

illiyi

 Əbülfəz Babayev

1947

SENTY

ABR

Əbülfəz  İsmayıl oğlu Babayev 

1947-ci il sentyabr ayının 20-də indiki 

Şərur rayonunun Qarabağlar kəndində 

anadan olmuşdur. Qarabağlar kənd 

orta məktəbini bitirdikdən sonra, 1966-

1972-ci illərdə M.Əzizbəyov adına 

Azərbaycan Neft-Kimya İnstitutunun 

kimya-texnologiya fakültəsində  təhsil 

almışdır. Təyinatla Sumqayıt Sintezka-

uçuk zavodunda gənc mütəxəssis kimi 

əmək fəaliyyətinə başlamışdır. 1982-

1983-cü illərdə S.Orconikidze adına 

Moskva Qırmızı Əmək Bayrağı ordenli 

İdarəetmə  İnstitutunun sənaye-tikinti 

və istehsalın təşkili fakültəsini bitirmiş-

dir. 1991-ci ildə ABŞ-ın Kaliforniya 

ştatında PEPERDİNE Universitetində 

“Müasir dövrdə iqtisadiyyatın təşkili” 

kursunu keçmişdir.

1980-ci ildə D.İ.Mendeleyev 

adına Moskva Kimya Texnologi-

ya  İnstitutunun  İxtisaslaşmış Elmi 

Şurasında “Uzobu+ulen-izopren 

“sopomilerlərinin oksigen tərkibli 

monomerlərlə modifikasiyası” möv-

zusunda namizədlik, 1991-ci ildə isə 

“Piroliz məhsullarının sənaye texnolo-

giyası ilə ayrılması və təmizlənməsinin 

elmi  əsasları” mövzusunda doktorluq 

dissertasiyasını müdafiə etmişdir. 

1992-ci ildən professor, 1994-cü 

ildən Nyu-york EA-nın həqiqi üzvüdür. 

1996-ci ildən Beynəlxalq Mühəndislik 

Akademiyasının akademikidir. Rusi-

ya, ABŞ,  İran, Türkiyə,  İtaliya, Alma-

niya, Çexiya və başqa ölkələrdə çap 

olunmuş 230-dan çox elmi məqalənin, 

o cümlədən onlarca ixtira və patentin 

müəllifidir. “Kauçuk-89” konqresi (Pra-

qa, 1989), kataliz üzrə XI Beynəlxalq 

Amerika Konqresi (ABŞ, 1996), Türk-

dilli dövlətlərin polimer simpoziumu 

(İstanbul 1996), Təbii qazların kon-

versiyası simpoziumu (İtaliya,1998) 

və s. beynəlxalq elmi simpoziumlarda 

məruzələr etmişdir. 

1980-ci ildən indiki Azərbaycan 

Neft Akademiyasında, Bakı Dövlət 

Universitetində pedaqoji fəaliyyət 

göstərir. 1983-2005-ci illərdə Sin-

tezkauçuk  İstehsalat Birliyinin baş 

mühəndisi, Etilen Polietilen zavodunun 

direktoru, Azərkimya Dövlət Şirkətinin 

vitse-prezidenti vəzifələrində çalış-

mışdır. 2005-ci ilin avqust ayından 

Sumqayıt şəhər bələdiyyəsinin, 30 no-

yabr 2006-cı ildən Azərbaycan  Şəhər 

Bələdiyyələri Milli Assosiasiyasının 

sədri seçilmişdir. 1999-cu və 2004-cü 

illərdə Sumqayıt şəhər bələdiyyələrinin 

üzvü seçilmiş  və yerli iqtisadi inkişaf 

və yerli ekologiya məsələləri daimi ko-

missiyasının sədri olmuşdur. 

Avropa  Şurası Yerli və Regional 

Hakimiyyətləri konqressinin üzvü, 

Azərbaycan nümayəndə heyətinin 

rəhbərinin müavinidir.



Ə d ə b i y y a t

Əmtəəşunaslıq və kimya: 

dərslik /A.H.Həsənov, 

Ə.İ.Babayev, 

Ə.P.Həsənov, 

C.M.Vəliməmmədov, 

L.İ.Əliyeva; elmi red. 

A.H.Əzizov.- Bakı: Elm, 

2006.-540 s.

Əbədiyaş

ar lider 

/Ə.Babayev //Respublika.-

2013.- 4 may.- S.10.

Rəhman, O. Azərbaycan 

sənayesinin ilk elmlər 

doktoru: Sumqayıt kimya 

sənayesi - 70 /O.Rəhman 

//İki sahil.- 2015.- 21 

oktyabr.- S.16-17.

Məhərrəmov, A. Ba-

bayev Əbülfəz İsmayıl 

oğlu //Məhərrəmov A. 

Azərbaycan kimyaçıları.-

Bakı,1998.- S.161-163.

Babayev Əbülfəz İsmayıl 

oğlu //Naxçıvan 

ensiklo-

pediyası /AMEA; red. hey. 

C.Ə.Əliyev, A. A.Əlizadə, 

İ.Ə.Həbibbəyli və b..-

Bakı, 2002.- S.52-53.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Əbülfəz_Babayev

20

Alim


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə