Teqvim-2017. pdf


Kimya.Biologiya.Tibb 75



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə133/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   129   130   131   132   133   134   135   136   ...   200

276

Kimya.Biologiya.Tibb

75 

illiyi

Nazil Canibəyov 

1942 

SENTY

ABR

Nazil Fazil oğlu Canibəyov 1942-ci 

il sentyabr ayının 21-də Bakı şəhərində, 

həkim ailəsində anadan olmuşdur. 1950-

ci ildə Bakı şəhər 1 saylı məktəbin 1-ci 

sinfinə getmiş, 1960-cı ildə məktəbi bi-

tirmiş, elə həmin il Bakı Dövlət Univer-

sitetinin kimya fakültəsinə  qəbul olun-

muşdur. 1965-ci ildə ali təhsilini başa 

vurduqdan sonra Azərbaycan Elmlər 

Akademiyasının Yusif Məmmədəliyev 

adına Neft-Kimya Prosesləri  İnstitu-

tuna işə qəbul olunmuş,   mühəndis və 

kiçik elmi işçi vəzifələrində çalışmışdır. 

1967-1970-ci illərdə Azərbaycan EA 

NKPİ-nin  əyani aspiranturasına daxil 

olmuşdur.

 1986-cı ildən  indiyədək Azərbaycan 

EA NKPİ-də “Polifunksional komplek-

sonlar və metalkompleks birləşmələr” 

laboratoriyasına  rəhbərlik edir. 1972-

ci ildə “Fosfor-kükürd birləşmələrinin 

polipropilenin qocalmasına qarşı sta-

bilizatorlar kimi tədqiqi” mövzusunda 

namizədlik, 1987-ci ildə “Fenolların 

əsasında metalditiofosfatlar-polimer 

maddələrin stabilizatorları” mövzusun-

da doktorluq dissertasiyasını müdafiə et-

mişdir. 185 elmi əsərin, 98 xaricdə çıxmış 

əsərin, 35 müəlliflik  şəhadətnaməsinin 

və patentin müəllifidir. Bir elmlər dok-

toru, 6 kimya kimya üzrə fəlsəfə dokto-

ru hazırlayıb.  

1994-cü ildə neft-kimyası ixtisası 

üzrə professor elmi rütbəsini almışdır.

Son illər N.Canibəyov dien karbohid-

rogenlərinin polimerləşmə prosesləri 

üçün yeni tip heterogenləşdirilmiş ka-

tolik sistemlərin yaradılması sahəsində 

tədqiqatlar aparır. Alınmış  nəticələr 

göstərir ki, bu tip katalik sistemlər həm 

aktivliyə, həm də  məhsuldarlığı ilə 

məlum homogen sistemlərdən bir neçə 

dəfə effektlidir.  

Professor N.F.Canibəyov 1989-

1990-cı illərdə Nyu-york Politexnik 

İnstitutunda görkəmli alim H.F.Markın 

rəhbərlik etdiyi şöbədə elmi stajirovka-

da, 1986-cı ildə Yaponiyanın Tokio Tex-

noloji Universitetində, Kioto və Osaka 

şəhərlərinin universitetlərində, 1991-ci 

ildə Türkiyənin “Petkim” firmasında 

uzun müddətli elmi ezamiyyətdə olmuş-

dur.     

Azərbaycan EA-nın NKPİ-nin 

nəzdində  fəaliyyət göstərən doktorluq 

müdafiəsi üçün ixtisaslaşmış Elmi Şu-

ranın üzvüdür. 1993-1997-ci illərdə 

Azərbaycan Respublikası Prezidenti 

yanında Ali Attestasiya Komissiyasının 

kimya üzrə eksperti şurasının üzvü və 

sədri olmuşdur. 

Keçmiş SSRİ-nin “Fəxri ixtiraçı” 

döş nişanı ilə, Dövlət orqanlarının və 

AMEA-nın Fəxri Fərmanları ilə, “Avro-

pa Nəşr Mətbu Evi”nin Qızıl medalı ilə 

təltif edilmişdir. 

2007-ci ildə AMEA-nın müxbir üzvü 

seçilmişdir.

Ə d ə b i y y a t

Dienlərin qaz fazada və 

kütlədə polimerləşmə 

üsulu /N.F.Canibəyov.-

Azərbaycan Patenti.- A2-

001,0040,16.03.2011.

Məhərrəmov, A. 

N.F.Canibəyov               //

Məhərrəmov A. 

Azərbaycan kimyaçı-

ları: (Akademik Yusif 

Məmmədəliyevin əziz 

xatirəsinə ithaf olunur).-

Bakı, 1998.-S.563-565. 

Development of Metal-

containiny Dithiosystems 

- Stabilizers of Polyole-

fins and Components of 

Bifunctional Catalysts - 

stabilizers. World Forum 

on Polymer Application 

and Theory /Janibekov 

N. //POLYCHAR - 2002, 

Janyary, 2002, Dunton, 

Texas, USA.

İ n t e r n e t d ə

http://www.scien-

ce.gov.az/forms/

lenyikorrespondentyi/72

21

Kimyaçı-alim



277

Kimya.Biologiya.Tibb

120 

illiyi

Məmmədəmin Əfəndiyev 

1897-1984

SENTY

ABR

Məmmədəmin Mustafa oğlu 

Əfəndiyev 1897-ci il sentyabr ayının 

23-də  Şamaxı rayonunda anadan ol-

muşdur. Ömrünü əhalinin sağlamlığı-

nın mühafizəsinə  həsr etmiş görkəmli 

Azərbaycan terapevtidir. 1934-cü ildə 

doktorluq dissertasiyası müdafiə etmiş-

dir.

M.M.Əfəndiyev 1936-cı ildən tibb 



elmləri doktoru, professor, Daxili 

xəstəliklər propedevtikası kafedrası-

nın professoru vəzifəsində  işləmişdir. 

Professor M.M.Əfəndiyevin elmi-

tədqiqatları,  əsasən kurortologiya, neft 

sənayesi işçilərinin peşə xəstəlikləri və 

tibb tarixi problemlərinə həsr edilmişdir. 

Rus dilindən bir neçə daxili xəstəliklər 

dərsliyini (müəllifləri: M.V.Çernorudski, 

M.P.Konçalovski, A.L.Myasnikov) 

tərcümə etmiş, Azərbaycan dilində tibb 

terminlərinin işlənib hazırlanmasında 

böyük xidməti olmuşdur. Respublikada 

malyariya xəstəliyinin aradan qaldırıl-

masında böyük işlər həyata keçirmişdir. 

O, neftçilər arasında təsadüf edilən peşə 

xəstəliklərinin profilaktika və müalicə 

üsullarını öyrənmişdir.  Əfəndiyevin 

ixtisaslı kadrlar hazırlanmasında 

xidmətləri  var. 

Professor M.M.Əfəndiyev 1944-cü 

ildən ömrünün sonuna qədər Azərbaycan 

Tibb  İnstitutu I Daxili xəstəliklər pro-

pedevtikası kafedrasının müdiri olmuş-

dur.

1954-cü ildən ömrünün sonuna qədər 



Azərbaycan Terapevtlər Cəmiyyətinin 

sədri olmuşdur. 

M.M.Əfəndiyevin xidmətləri 

layiqincə qiymətləndirilmiş, o, 1957-ci 

ildə Azərbaycan SSR-in “Əməkdar elm 

xadimi” fəxri adına layiq görülmüşdür. 

“Lenin” ordeni və bir neçə orden və 

medallarla təltif edilmişdir.

Görkəmli alim Məmmədəmin 

Əfəndiyev 1984 -cü ildə Bakı şəhərində 

vəfat etmişdir.

Ə d ə b i y y a t

T

erapevtin cib kitabçası: (Həkimlər üçün) /M.M.Əfəndiyev; red. M.Əhmədov.- Bakı: Maarif, 1966.- 141 s.

Məmmədəmin Mustafa oğlu Əfəndiyev //Azərbaycanın 100 tanınmış həkimi: (Ensiklopedik nəşr) /Tərt.ed. və ön söz. 

müəl. E. İsgəndərzadə.- Bakı, 2001.- S.15.

Məmmədəmin Mustafa oğlu Əfəndiyev //Şamaxı ensiklopediyası /baş red. F.Babayev.- Bakı, 2015.- S.230.

Məmmədəmin Mustafa oğlu Əfəndiyev //ASE: 10 cilddə.- Bakı, 1980.- C.IV.- S.245.

Развитие научной медицинской мысли в Азербайджане /М.Э.Эфендиев.- Баку: АН Аз ССР, 1968.- 232 с.

23

Alim



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə