Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə134/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   130   131   132   133   134   135   136   137   ...   200

278

Ə d ə b i y y a t

Qocayev, Ə. 18 sentyabr 

- Milli Musiqi Günü //Qoca-

yev Ə. Bayramlar və tarixi 

günlər.- Bakı, 2006.- S.23. 

Lalə. Odlar yurdunun böyük 

musiqi bayramı  /Lalə          

//Mədəniyyət.- 2015.- 18 

sentyabr.- S.4. 

Milli Musiqi Günü 

təntənəli şəkildə qeyd edilib              

//Azərbaycan.- 2015.- 19 

sentyabr.- S.7.

Sarıyeva, İ. 18 sent-

yabr - Milli Musiqi 

Günümüz... : 1995-ci 

ildən Heydər Əliyevin 

Fərmanı ilə qeyd edilən 

bayram mədəniyyətimizin 

təbliğində böyük rol oynayır 

/İ.Sarıyeva //Bakı xəbər.-

2015.- 19-21 sentyabr.- 

S.15.

Turqut, T. Milli musiqimizin 

“Üzeyir Günü”  /T.Turqut 

//İki sahil.- 2015.- 18 sent-

yabr.- S.23.

Yusifli, V. Milli iftixarı-

mız: 18 sentyabr Üzeyir 

Musiqi Günüdür /V.Yusifli 

//Azərbaycan.- 2014.- 18 

sentyabr.- S.6.

http://www.anl.az/down/

meqale/azerbaycan/2014/

sentyabr/391794.htm

Tarixdə bu gün

Milli Musiqi Günü

1995 

SENTY

ABR

18

Sentyabr ayının 18-də Azərbaycan 

xalqının dahi oğlu, musiqi mədəniy-

yətimizin korifeyi Üzeyir bəy Hacıbəy-

linin doğum günüdür.

XX  əsrin 70-80-ci illərində ma-

estro Niyazinin təşəbbüsü ilə  həmişə 

bu gün dahi bəstəkarın anadan oldu-

ğu gün kimi respublikamızda xüsusi 

təntənə ilə qeyd edilirdi. XX əsrin 90-

cı illərində qarışıqlıq və  hərc-mərclik

 

vaxtında bu ənənə də unuduldu.



   

Unudulmaz Niyazinin təşəbbüsü 

1995-ci ildə ulu öndər Heydər Əliyevin 

dahi bəstəkarın anadan olmasının 110 

illik yubileyi ərəfəsində imzaladığı 18 

sentyabrın Milli Musiqi Günü kimi 

qeyd olunması haqqında Fərmanı ilə 

rəsmi status aldı. Bu nəcib qərar bütün 

insanların, musiqisevərlərin ürəyincə 

oldu. 


Ü.Hacıbəyli bəstəkar, alim, ya-

zıçı, publisist və siyasi xadim kimi 

çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə 

ilk operanın banisi kimi də məşhurdur. 

Məhz onun fədakar  əməyi sayəsində 

Azərbaycan milli opera sənətinin tari-

xi Ü.Hacıbəylinin “Leyli və Məcnun” 

operası ilə başlandı. 

Bütün ömrü boyu Azərbaycan 

mədəniyyətinə, musiqisinə xidmət 

edən bu unudulmaz şəxsiyyət 300-dən 

çox xalq mahnısını nota salmış, marş, 

kantata, fantaziya, mahnı və romanslar, 

kamera və xor əsərlərini yazmışdır. 

Azərbaycan və dünya musiqi 

mədəniyyətinin inkişafında misil-

siz xidmətləri olmuş Ü.Hacıbəylinin 

anadan olmasının 100 illik yubileyi 

YUNESKO-nun qərarı ilə beynəlxalq 

miqyasda qeyd olunmuşdur. 

Bu gün Azərbaycan musiqi-

si  əsl çiçəklənmə dövrünü yaşayır. 

Ölkəmizdə davamlı olaraq keçirilən 

beynəlxalq musiqi  festivalları, müxtəlif 

müsabiqələr bütövlükdə, Azərbaycan 

mədəniyyətinin, Azərbaycan musiqi-

sinin daha geniş miqyasda təbliğinə 

xidmət edir.

Üzeyir Hacıbəyli həm də 

Azərbaycan Dövlət himninin müəllifi 

kimi tarixi bir hadisəyə imza atmış-

dır. Bu gün Azərbaycan bayrağı məhz 

həmin himnin sədaları altında dün-

yanın  ən mötəbər salonlarında uca-

lır, səhərlərimiz, həmçinin, bütün 

tədbirlərimiz bu himnin sədaları ilə 

başlayır.

Ü.Hacıbəylinin kimliyi barəsində 

düşünərkən ilk növbədə, bu dahi insa-

nın öz sözləri yada düşür: “Bəşəriyyət 

tarixində elə şəxslər var ki, onlar özləri 

üçün anadan olmayıblar, bəlkə bütün 

xalqa və hətta ümuminsaniyyətə xeyir 

gətirmək və  tərəqqisinə  səbəb olmaq 

üçün yaranıblar. Bu cür adamlar nəinki 

sağlığında, bəlkə öləndən sonra da ca-

maata mənfəət verirlər”.



279

Ə d ə b i y y a t

Əliyev İlham: İnkişaf məqsədimizdir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar              

/İlham Əliyev; burax. məsul R.Mehdiyev.- Bakı: Azərnəşr, 2012.- Kitab 10: may 2005-iyun 2005.- 407 s.

Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi /Heydər Əliyev Fondu; Mərkəzi Asiya-Qafqaz İnstitutu, İpək yolu 

Araşdırmalar proqramı; red. S.F.Starr, S.F.Kornell; müəllif Z.Baran və b.- Bakı: Mərkəzi Asiya-Qafqaz İnstitutu, 2006.- 174 s.

Xəlilov, Q. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ekoloji təhlükəsizliyiyn beynəlxalq hüquq və dövlətdaxili qanun-

vericilik problemləri: (monoqrafiya) /Q.Xəlilov; elmi məsləhətçilər R.Mustagayev, R.Məmmədov.- Bakı: Elm və Təhsil, 2009.- 391 s.

Yaqubzadə, M. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət edir /M.Yaqubzadə         

//Xalq qəzeti.- 2014.- 18 sentyabr.

Tarixdə bu gün

Heydər Əliyev adına Bakı-Tbilisi-

Ceyhan Əsas İxracat Boru Kəməri

2002 

SENTY

ABR

18

1998-ci il oktyabr ayının 29-da 

Azərbaycan, Türkiyə, Gürcüstan, Qa-

zaxıstan, Özbəkistan prezidentləri 

və ABŞ-ın Energetika naziri Bakı-

Tbilisi-Ceyhan marşrutunu müdafiə 

edən “Ankara bəyannaməsi”ni imzala-

mışlar. Uzunluğu 1768 km olan Bakı-

Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə 

istifadəyə verilmişdir. 2005-ci ilin ma-

yında Bakıda kəmərə ilk neft vurulmuş 

və bu neft bir il sonra Ceyhan limanı-

na çatmışdır.  Əsas ixrac neft kəməri- 

“Azəri-Çıraq-Günəşli” neft yatağının 

tammiqyaslı  işlənilmə layihəsi üzrə 

hasil olunan neftin Türkiyənin Ceyhan 

terminalından dünya bazarına ixracını 

təmin edir. İstismara verilən gündən 

Ceyhan portundan 118,4 milyon ton 

Azərbaycan nefti dünya bazarına yola 

salınmışdır. BTC neft kəmərinin çəkilişi 

haqqında dövlətlərarası sazişi 1999-

ci ildə Türkiyənin  İstanbul  şəhərində 

ABŞ, Türkiyə, Azərbaycan, Gürcüs-

tan, Qazaxıstan prezidentləri imzala-

mışlar.  İnşasına 2002-ci ilin sentyabr 

ayında Bakıda, Səngəçal terminalında 

başlanmışdır. Azərbaycanda 443 km, 

Gürcüstanda 250 km Türkiyədə 1075 

km, daim 914-1066 mm neft vurma 

nasos stansiyalarının sayı 8-dir. İllik 

neft götürmə qabiliyyəti 50 milyon 

tondur. Kəmərin çəkilməsinə təqribən 

milyard dollar vəsait xərclənmişdir.   

Kəmərlə gündə 900 min barreldən (120 

min ton) çox neft nəql olunur. BTC 

neft kəməri layihəsində Azərbaycan 

Respublikasının iştirakının təmin 

edilməsi ilə bağlı öhdəliklərin yerinə 

yetirilməsi, o cümlədən 

ölkənin iş-

tirak payının maliyyələşdirilməsi

 ilə 

bağlı məsələlər “Bakı-Tbilisi-Ceyhan” 



əsas ixrac boru kəməri layihəsində 

Azərbaycan Dövlət Neft Şirkətinin 

iştirak payının maliyyələşdirilməsi 

haqqında” Azərbaycan Respublikası 

Prezidentinin 30 iyul 2002-ci il tarixli 

Fərmanı ilə  tənzimlənir. Bakı-Tbilisi-

Ceyhan Boru kəməri Kompani (BTC 

Ko) şirkəti bütövlükdə boru kəmərinin 

tikintisinə və istismarına cavabdehdir.

15 

illiyi



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə