Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə135/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   131   132   133   134   135   136   137   138   ...   200

280

Ə d ə b i y y a t 

Abdullayev, R. “Əsrin müqaviləsi” ilə başlayan tərəqqi və inkişaf yolu /R.Abdullayev //Respublika.- 2013.- 20 sentyabr.- S.5.

Süleymanov, T. Ölkəmizin uğurlu inkişafının qarantı /T.Süleymanov //Respublika.-2014.-20 sentyabr.-S.10.

Yusifzadə, X. Ömrümüzə yazılan gün /X.Yusifzadə //Respublika.- 2015.- 19 sentyabr.- S.3.

Zeynalov, A. Yaşayan, qalib gələn strategiya /A.Zeynalov //Respublika.-2014.-20 sentyabr.-S9.

Tarixdə bu gün

Neftçilər Günü     

2001 

SENTY

ABR

20

Ulu Öndər Heydər  Əliyevin 1

6 av-

qust 2001-ci il tarixli Fərmanı ilə  hər 



il sentyabr ayının 20-si Azərbaycanda  

Neftçilər Günü kimi qeyd edilir. Bu gün 

Azərbaycanda neft-qaz sənayesində ça-

lışan mütəxəssislərin, mühəndislərin, 

fəhlələrin, geoloqların və bu sahənin 

müxtəlif sahələrinə  rəhbərlik edən 

şəxslərin  əməyinin qiymətləndirilməsi 

ilə bağlı peşə bayramıdır. 

Neftçilər Günündə adətən sənayenin 

bu sahəsində  əldə edilən uğurlar və 

qarşıda duran əsas məsələlər müzakirə 

edilir. Həmin gün bu sahədə xüsusi 

xidmətlər və  fədakarlıq göstərən fəhlə 

və mütəxəssislərə dövlət başçısının 

fərman və  sərəncamları ilə  fəxri adlar, 

orden və medallar v

erilir.

1994-cü il sentyabrın 20-si müstəqil 



Azərbaycan dövlətinin inkişafında ta-

rixi mühüm bir gün oldu. Həmin gün 

xalqımızın ümummilli lideri Heydər 

Əliyevin rəhbərliyi ilə hazırlanmış  və 

bütün dünyada “Əsrin müqaviləsi” 

adı ilə tanınmış neft kontraktları im-

zalandı. Bu müqavilənin imzalan-

ması ilə Azərbaycan dövləti bir çox 

Qərb dövlətlərinin, ilk növbədə isə 

ABŞ-ın Azərbaycanda iqtisadi maraq-

larını yaratmaqla onların diqqətini öz 

problemlərinə  cəlb edə bildi. “Əsrin 

müqaviləsi”nin imzalanması  və  uğurla 

həyata keçirilməsi istiqamətində gö-

rülmüş  işlər nəticəsində Azərbaycanın 

beynəlxalq aləmdə nüfuzu xey-

li yüksəlmişdir.  “Əsrin müqaviləsi” 

tezliklə öz bəhrəsini verdi. 1997-ci il 

noyabrın 12-də “Çıraq-1” platforma-

sında “Əsrin müqaviləsi” üzrə ilkin 

neftin hasilatına, 2005-ci ilin fevralında 

isə “Azəri-Çıraq-Günəşli” yataqlarının 

Mərkəzi Azəri hissəsində ilkin nef-

tin hasilatına başlandı. Bu kontraktlar 

Azərbaycanın neft və yeni iqtisadiyyat ta-

rixinin şanlı səhifəsini açdı. Azərbaycan 

ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dün-

yanın məşhur 10 xarici neft şirkəti ilə 

belə böyük miqyasda saziş imzalayırdı. 

Bu saziş  Xəzər dənizində beynəlxalq 

əməkdaşlığın  əsasını qoydu, xarici 

sərmayədarların axınını sürətləndirdi. 

“Əsrin müqaviləsi”nə ilkin qoşulan 

şirkətlər bunlardır: “AMOKO”, “Yu-

nokal”, “Penzoyl” (ABŞ), “Britiş Pet-

roleum”, “Remko” (Böyük Britaniya), 

“Statoyl” (Norveç), “Lukoyl” (Rusi-

ya), “Türk Petrolları” (Türkiyə), “Del-

ta” (Səudiyyə  Ərəbistanı), “İtoçu” 

(Yaponiya), “Amerada Hess” (ABŞ). 

Azərbaycan Respublikasının Milli 

Məclisində neft-qaz əməliyyatlarının 

idarə edilməsi məqsədi ilə Azərbaycan 

Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 

yaradıldı.

Artıq bu gün Azərbaycan regionun 

lider dövlətidir və iqtisadiyyatının in-

kişafında neft amilinin böyük rolu var. 

Artıq neftdən  əldə olunan gəlir qeyri-

neft sektorunun inkişafına yönəldilir ki, 

bu da ölkə iqtisadiyyatının bütünlüklə 

çiçəklənməsi deməkdir.




281

Ə d ə b i y y a t

Nərimanoğlu, M. Zama-

nın arzusu: 21 sentyabr 

Beynəlxalq Sülh Günü-

dür /M.Nərimanoğlu                 

//Azərbaycan.- 2011.- 21 

sentyabr.- S.6.

Pənahov, A. “Qoy 

dünyada əmin-amanlıq 

bərqərar olsun!” 

/A.Pənahov //Azərbaycan 

ordusu.-2013.- 27 sent-

yabr.- S.6.

Süleymanova, E. Da-

vamlı sülh-ümumbəşəri 

dəyərdir: 21 sentyabr 

Beynəlxalq Sülh Gü-

nüdür /E.Süleymanova               

//Respublika.- 2015.- 20 

sentyabr.- S.3.

Tarixdə bu gün

Beynəlxalq Sülh Günü

1981

SENTY

ABR

21

21 sentyabr Beynəlxalq Sülh Günü-

dür. BMT bu günü 1981-ci ildə təsis edib. 

İlk sülh günü 1981-ci ilin sentyabrında 

qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh 

Günü sentyabr ayının hər 3-cü çərşənbə 

axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə 

Birləşmiş Krallıq tərəfindən təklif olu-

nan qətnamə ilə 2002-ci ildə BMT sülh 

günü üçün 21 sentyabr tarixini dəqiq 

tarix kimi müəyyənləşdirib və bu tarixi 

ümumdünya atəşkəs günü elan edib.

Beynəlxalq Sülh Günü BMT-nin Nyu-

Yorkdakı Baş  Qərargahında yerləşən 

“Sülh Zəngi”nin çalınması ilə başlayır. 

Yaponiya Parlamentinin hədiyyəsi olan 

bu zəngin üzərində “Yaşasın Mütləq 

Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-

ci ildə BMT-nin Baş katibi Pan Gi Mun 

həmin “Sülh Zəngi”ni çalaraq dünyanı 

bütün döyüş  əməliyyatlarını,  ədavəti 

24 saat ərzində dayandırmağa və bir 

dəqiqəlik sükuta çağırmışdı. Baş katib 

“Sülh bizim missiyamızdır; gündəlik 

axtarışlarımızın mövzusudur” deyə buil-

ki müraciətində də dünya ictimaiyyətini 

sülhə nail olmaq üçün bütün səyləri 

birləşdirməyə çağırır. Qeyd edək ki, si-

lahların susmasına və qeyri-zorakılığa 

həsr olunan Beynəlxalq Sülh gününün 

bu ilki mövzusu diqqəti daha çox aktu-

al sülh və demokratiya məsələsinə cəlb 

edir.

Bu gün BMT-nin qərarı ilə bütün dün-



ya miqyasında qeyd edilir. Bu tarixi gün 

insanların sülh diləyini,  əmin-amanlıq 

şəraitində yaşamaq hüququnu və bəşəri 

dəyərləri özündə  təcəssüm etdirən 

bir gündür. Yer kürəsində insanların 

sülh  şəraitində yaşaması  tərəqqipərvər 

qüvvələrin birgə  səylərindən daha çox 

asılıdır. 

Azərbaycan hüquqi və demok-

ratik dövlət olaraq sülhyaratma 

əməliyyatlarında fəal iştirak etməklə 

beynəlxalq təhlükəsizliyin qorunub sax-

lanmasına dəyərli töhfəsini verir. BMT 

Baş Assambleyasının 12 noyabr 1984-

cü ildə qəbul etdiyi Bəyannamədə xalq-

ların sülh hüququnun qorunması bəyan 

edilmişdir. Bu tarixi sənəd sülhün təmin 

edilməsinin zəruri olduğunu bir daha 

təsdiq edir və  hər bir dövlətin üzərinə 

sülhün təmin edilməsi və qorunması 

öhdəliyini qoyur. Bu günün əhəmiyyəti 

çox böyükdür.

Beynəlxalq sülh günü BMT-nin 30 

noyabr 1981-ci ildəki qərarı ilə bütün 

dünyada qeyd olunur. Dünyanın 192 

ölkəsi yekdil olaraq bu qərarın lehinə 

səs vermişdir. 1999-cu ildə rejissor 

Ceremi Cilli insan cəmiyyətinin  əsas 

problemləri və nisbətən təcili həll olun-

malı olan məsələlər barəsində “Peace 

one day”ı yaratdı. Onun əsas cəhd et-

diyi o idi ki, heç olmasa ildə bircə gün 

bütün dünyada insan zorakılığının baş 

verməsinin qarşısını alsın, atəşkəs ol-

sun. “Peace one day” çalışır ki, prak-

tiki olaraq, 21 sentyabr qeyd edən, 

zorakılığa etiraz edən, bütün dünyada 

sülhün lehinə olan cəmiyyətin bütün 

sektorlarına rəhbərlik də daxil olmaq-

la, Birləşmiş Millətlər Təşkilatına daxil 

olan bütün idarəedici təşkilatları, regi-

onal və qeyri-hökümət təşkilatlarını bu 

işə  cəlb etsinlər.Dünya - stabil həyatın 

əsasıdır. Bu bütün ölkələrə  və onların 

vətəndaşlarına aiddir. 

21 sentyabr nəinki yalnız xalqlar ara-

sında, həmçinin ailələrdə, məktəblərdə 

köklü zoraklığa qarşı mübarizənin əldə 

olunmasına nail olmaq üçün bir gündür.

Bu səbəbdən də 21 sentyabr bütün pla-

net insanları üçün çox əhəmiyyətli bir 

gündür.



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə