Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə139/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   135   136   137   138   139   140   141   142   ...   200

290

Milli ədəbiyyat 

135 

illiyi

Hüseyn Cavid

1882-1941 

OKTY

ABR

Hüseyn Abdulla oğlu Rasizadə (Hü-

seyn Cavid) 1882-ci oktyabr ayının 24-də 

Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı 

kəndində, ruhani ailəsində doğulmuşdur. İlk 

təhsilini mollaxanada almış, 5 il ərzində ila-

hiyyat elmini, fars, ərəb dillərini öyrənmiş, 

14 yaşında ikən XIX əsrin görkəmli 

maarifçilərindən olan Məhəmmədtağı Sid-

qinin təşkil etdiyi “Məktəbi-tərbiyə”yə 

(1896) daxil olmuşdur. 1898-ci ildə bu-

rada təhsilini başa vuraraq Təbrizdəki 

“Talibiyyə” mədrəsəsində  təhsilini davam 

etdirmişdir. 1909-cu ildə Türkiyədə İstanbul 

Universitetinin ədəbiyyat şöbəsini bitirmiş-

dir. Naxçıvanda, sonra Gəncə  və Tiflisdə, 

1915-ci ildən isə Bakıda müəllimlik etmiş-

dir. 


Hüseyn Cavid klassik Azərbaycan 

ədəbiyyatının  ən yaxşı  ənənələrini inki-

şaf etdirən sənətkarlardandır. O, XX əsr 

Azərbaycan mütərəqqi romantizminin 

banilərindən biri olmuşdur. Hüseyn Cavid 

sənəti janr və forma cəhətdən  zəngindir. 

O, lirik şeirlərin, lirik-epik, epik poemala-

rın, Azərbaycan ədəbiyyatında ilk mənzum 

faciə və dramların müəllifidir. 1913-cü ildə 

“Keçmiş günlər” adlı ilk şeir kitabı çap 

olunmuşdur.  Onun fəlsəfi və tarixi faciələri, 

ailə-məişət dramları üslub, yazı ədası, for-

ma yeniliyi baxımından Azərbaycan dra-

maturgiyasında yeni bir mərhələ yaratdığı 

kimi, milli teatr mədəniyyətinin inkişafına 

da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” 

kimi səciyyələndirilmişdir. “Şeyx Sənan” 

(1914), “İblis” (1918) mənzum faciələri 

onun yaradıcılığında mühüm yer tutmuş-

dur. 


Hüseyn Cavid daha çox dramatuq kimi 

tanınmışdır. “Peyğəmbər” (1922), “To-

pal Teymur” (1925), “Səyavuş” (1933), 

“Xəyyam” (1935) tarixi dramlarını 1920-

1930-cu illərdə yazmışdır.

Sovetlər Birliyində totalitarizmin 

dəhşətli dövründə Hüseyn Cavid sosializ-

min “nailiyyətlər”indən yazmağı özünə 

rəva bilməmiş, Stalini, Azərbaycan ağaları-

nı mədh etməkdən qətiyyətlə boyun qaçır-

mışdır. Ona görə də bu mətin şəxsiyyət Si-

bir buzlaqlarına - Maqadana sürgün edilmiş 

və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin 

Tayşet rayonunun Şevçenko kəndində həlak 

olmuşdur. 

Şairin xatirəsi xalqımız tərəfindən 

həmişə əziz tutulmuş, onun 100 illik yubi-

leyi ilə əlaqədar 1982-ci ildə ümummilli li-

der Heydər Əliyevin təşəbbüsü və himayəsi 

ilə cənazəsinin qalıqları İrkutskdan Naxçı-

vana gətirilərək ev-muzeyinin yaxınlığında 

dəfn edilmiş, 1996-cı ildə  qəbri üzərində 

möhtəşəm memarlıq-xatirə kompleksi 

“Hüseyn Cavid məqbərəsi” ucaldılmış-

dır. Adına məktəblər, küçələr verilmişdir. 

Bakı  şəhərində abidəsi var. 

Hüseyn Ca-

vidin həyat və  fəaliyyətini, zəngin irsini 

əbədiləşdirmək və təbliğ etməq  məqsədi ilə 

ev-muzeyinin yaradılması ulu  öndər Heydər 

Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə 

Azərbaycan  Kommunist Partiyası Mərkəzi 

Komitəsinin “Hüseyn Cavidin anadan  ol-

masının 100 illiyi haqqında” qəbul etdiyi 

qərarda nəzərdə tutulmuşdu. Azərbaycan  

Respublikası  Nazirlər  Kabinetinin  10 iyul 

1995-ci ildə 160 saylı qərarına əsasən Ba-

kıda Hüseyn Cavidin 1920-1937-ci illərdə 

yaşadığı evdə  muzeyi “Hüseyn Cavidin Ev 

Muzeyi” yaradıldı  və  Azərbaycan Elmlər  

Akademiyasının tabeliyinə verildi. 24 okt-

yabr 2002-ci il tarixində, Hüseyn Cavidin 

120 illik yubileyi günündə, Azərbaycan  

xalqının ümummilli lideri Heydər Əliyevin 

şəxsən iştirakı ilə muzeyinin rəsmi açılış 

mərasimi keçirilmiş,  ekspozisiyaları geniş 

tamaşaçı auditoriyasına nümayiş etdiril-

mişdir.


Ə d ə b i y y a t

Əsərləri: 5 cilddə 

/H.Cavid; tərt. T.Cavid.- 

Bakı: Lider, 2005.-     

351 s.

Seçilmiş əsərləri 

/H.Cavid.- Bakı: Çaşıoğ-

lu, 2004.- 640 s.

Əliyev, K. Hüseyn Cavid: 

həyatı və yaradıcılığı 

/K.Əliyev.- Bakı: Elm, 

2008.- 324 s.

Sarıyeva, İ. Hüseyn Ca-

vid irsinə Heydər Əliyev 

qayğısı… /İ.Sarıyeva     

//Bakı xəbər.- 2014.- 17 

dekabr.- S.11.

Избранные 

произведения 

/Г.Джавид.- Баку: 

Təhsil, 2014.- 547 с.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/

aqra.az/.../huseyn.../422-

huseyn-dzavidin-haey. 

24

Şair-dramaturq


291

291

Folklor

85 

illiyi

Aşıq Kamandar

1932-2000 

OKTY

ABR

Kamandar Həmid oğlu  Əfəndiyev 

(Aşıq Kamandar) 1932-ci il  oktyabr 

ayının 21-də Gürcüstanın Borçalı ma-

halının Sarvan (indiki Marneuli) rayo-

nunun Kürüstü Kəpənəkçi kəndində 

anadan olmuşdur. Ömrünün erkən 

yaşlarından saz çalıb, oxumağa hədsiz 

maraq göstərən Kamandar 1959-cu 

ildə Bakıda Azərbaycan aşıqlarının IV 

qurultayının nümayəndəsi olmuşdur. 

Aşıq Kamandar həmişə yorulmadan öz 

üzərində işləmiş, aşıq sənətinin ən incə 

sahələrinə yaradıcı bir tədqiqatçı kimi 

yollar axtarmışdır. Böyük zəhmətdən 

sonra Kamandar Həmid oğlu ozan-

aşıq sənətində yaradıcı  aşıq-şair kimi 

püxtələşməyə başlamışdır. Dillər əzbəri 

olan qoşma və  gəraylıları, divani və 

təcnisləri, muxəmməsləri ona böyük 

şöhrət qazandırmışdır. Ötən əsrin 70-ci 

illərindən başlayaraq, Aşıq Kamanda-

rın bu qoşma və  təcnisləri Gürcüstan 

radiosu ilə yanaşı, Azərbaycan radio və 

televiziya verilişlərində  də  səslənməyə 

başlamışdır. 

1989-cu ildə “Yazıçı” nəşriyyatı 

tərəfindən ilk “Borçalı laylası” adlı 

şeirlər kitabı işıq üzü görmüşdür. Aşıq 

el sənətinə bütün varlığı ilə bağlı olan, 

Azərbaycan xalqının XX əsrdə yetir-

diyi görkəmli filosoflardan biri – əslən 

Borçalıdan olan mudrik alimimiz Ca-

mal Mustafayev bu kitaba yazdığı ön 

sözdə qeyd edir: “Kamandarın zəngin 

sənətində saz, səs, söz vəhdət təşkil edir. 

“Borçalı laylası”nı oxuyanda bir daha 

yəqin edirsən ki, o, Borçalı yaylaqları-

nın bulağından su içib bəhrələnmişdir. 

Bu dağ  bulaqlarının saflığını  və sağ-

lamlığını öz misralarına hopdura bil-

mişdir”. Ustad aşığın yazmış olduğu 

şeirlərin hamısından xalq ruhu, xalq 

nəfəsi və ozan-aşıq sənətkarlığı duyu-

lur.  Şair Kamandarın  şeirlərinin dadlı 

və duzlu olması, Azərbaycan poeziyası-

nın məğrurluğundan, dilə yatımlığından 

şairin xəbərdar olduğunu və “Saz-aşıq-

söz” dünyamızın inkişafında Borça-

lı  aşıq, saz-söz məktəbinin rolunu bir 

daha təsdiqləyir. 

İstər Gürcüstanda, Borçalıda, istərsə 

də Azərbaycanda və eləcə  də Turkiyə 

və  İranda Kamandar sənətinin vur-

ğunlarının sayı-hesabı yoxdur. Onun 

ölməz yaradıcılığı haqqında alimlər, 

sənətşünaslar, pedaqoqlar, müğənni və 

xanəndələr, musiqiçi və heykəltəraşlar 

ürəkaçan sözlər demişlər. 

Aşığın 2004-cü ildə  “Bənövşə” və 

2008-ci ildə “Mən ellər Aşığı Xan Ka-

mandaram” adlı kitabları çapdan çıx-

mışdır. 

Aşıq Kamandar Əfəndiyev 2000-ci 

il oktyabr ayının 25-də doğma kəndi 

Kürüstü Kəpənəkçidə vəfat etmişdir. 

2013-ci sentyabın 18-də aşığın doğ-

ma kəndində büstü və ev-muzeyi açıl-

mışdır. 80 illik yubileyi Tbilisi şəhərində 

təntənəli şəkildə qeyd edilmişdir. 



Ə d ə b i y y a t

Borçalı laylası: şeirlər     

/Aşıq Kamandar.- Bakı: 

Yazıçı, 1989.- 142 s.

Xan Kamandar /tərt. 

M.Nəbioğlu.- Bakı: Elm 

və təhsil, 2012.- 396 s.

İlməzli, İ. Kaman-

dar aləminə səyahət 

/İ.İlməzli.- Bakı: Elm və 

təhsil, 2014.- 143 s.

Əliyev, İ. Ustad aşıq 

Kamandar Əfəndiyevin 

doğma kəndində büstü 

və ev-muzeyi açılmışdır 

/İ.Əliyev //Ozan dünyası.- 

2013.- № 3.- S. 9-10.

İlməzli, İ. “Mən ellər 

aşığı Xan Kamanda-

ram”:  Aşıq Kamandarın 

şeir yaradıcılığı barədə 

düşüncələr /İ.İlməzli       

//Kaspi.- 2015.- 2-4 

may.- S. 20.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/

21

Aşıq-şair


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə