Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə14/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   10   11   12   13   14   15   16   17   ...   200

30

Coğrafiya.Geologiya

Y

ANV

AR

Qərib Məmmədov

1947 

70 

 illiyi

Ə d ə b i y y a t

 

Azərbaycan təbiət elminin 

patriarxı = The patriarch 

of natural science in 

Azerbaijan = Ратриарх 

естественных наук 

Азербайджана 

/Q.Məmmədov.-Bakı: [n. 

y.], 2007.- 128 s. 

Azərbaycanın torpaq 

ehtiyatlarından səmərəli 

istifadənin sosial-iqtisadi 

və ekoloji əsasları: mo-

noqrafiya /Q.Məmmədov; 

elmi red. M.Cəfərov.-

Bakı: Elm, 2007.- 856 s. 

Ekologiya, ətraf mü-

hit və insan: dərslik 

/Q.Məmmədov, M.Xəlilov; 

elmi red. B.Budaqov.- 

Bakı: Elm, 2006.- 608 s.

Meşə ekologiyası: dərslik 

/Q.Məmmədov, K.Əsədov; 

elmi red. M.Xəlilov.-Bakı: 

Elm, 2010.- 452 s. 

Torpaqşünaslıq və torpaq 

coğrafiyasının əsasları 

/Q.Məmmədov.- Bakı, 

Elm, 2007.- 660 s.

İ n t e r n e t d ə

185.80.172.217/.../

cgiirbis_64.

exe?...Məmməd..

page=addread&id=570

Qərib Şamil oğlu Məmmədov 1947-

ci il yanvar ayının 6-da Ermənistan 

SSR-in Amasiya rayonunun Yeniyol 

kəndində anadan olmuşdur. 1970-ci 

ildə Azərbaycan Pedaqoji İnstitutunun 

coğrafiya-biologiya fakültəsini bitirmiş-

dir.


Əmək fəaliyyətinə  Kənd Təsərrüfatı 

Nazirliyinin Eroziya bölməsində labo-

rant vəzifəsində başlamış, sonra AMEA-

nın Torpaqşünaslıq və Aqrokimya İnsti-

tutunda kiçik elmi işçi, böyük elmi işçi, 

laboratoriya rəhbəri, institutun direktoru 

(1993-2001) vəzifəsində işləmişdir. 

Aqrar elmlər üzrə  fəlsəfə doktoru 

(1979), ekologiya ixtisası üzrə biologiya 

elmləri doktoru (1992) elmi dərəcələrini 

və professor elmi rütbəsini almışdır. 

2001-ci ildə AMEA-nın müxbir üzvü,  

2007-ci ildə həqiqi üzvü seçilmişdir. 

1996-cı ildə Azərbaycan Respub-

likası Milli Məclisinin deputatı seçil-

mişdir. 1997-ci ildən 2015-ci ilə  qədər 

Azərbaycan Respublikası Dövlət Torpaq 

Komitəsinin (2001-ci ildən Azərbaycan 

Respublikası DTXK) sədri olmuşdur. 

2004-cü ildən BDU-nun Biologiya 

fakültəsinin (hazırda Ekologiya və Tor-

paqşünaslıq fakültəsinin) Torpaqşünas-

lıq kafedrasının müdiridir. 2011-ci ildən 

AMEA-nın Aqrar Elmlər Bölməsinin 

akademik-katibidir.

Alim tərəfindən Azərbaycan Respub-

likası üzrə torpaqların aqroekologiya-

sı  və bonitirovkası, torpaqların ekoloji 

münbitlik modelləri, torpaqların coğrafi-

yayılma qanunauyğunluqları müəyyən 

edilmiş  və  xəritələşdirilməsi aparılmış, 

torpaq örtüyü strukturası (TÖS) tədqiq 

edilmişdir; landşaft komplekslərinin 

və torpaq kadastr rayonlarının ekoloji 

qiymətləndirilməsi, ekoloji monitorinqi 

aparılmış  və 3 dildə (Azərbaycan, rus, 

ingilis) Azərbaycan torpaqlarının ekolo-

ji qiymətləndirilməsi xəritələri hazırlan-

mışdır.  Azərbaycan Respublikası Milli 

Atlasının məsul katibi olmuşdur.

Q.Məmmədov 673 elmi əsərin, o 

cümlədən 25 metodik tövsiyə və kitab-

çaların, 36 müəlliflik şəhadətnaməsi və 

patentin, 5 səmərəli təklifin, 12 dərslik 

və 30 monoqrafiyanın müəllifidir.   

Q.Məmmədov Beynəlxalq Noosfer 

Akademiyasının, Rusiya Ekologiya 

Akademiyasının, Beynəlxalq Ekoener-

getika Akademiyasının və bir sıra baş-

qa nüfuzlu beynəlxalq akademiyaların 

həqiqi üzvüdür. Rusiya Təbiət Elmləri 

Akademiyasının xarici üzvüdür. 

AMEA-nın “Xəbərləri” (Aqrar 

elmləri seriyası), “Aqrar və ekologi-

ya elmləri” jurnallarının baş redaktoru 

(2003), Azərbaycan Respublikası Prezi-

denti Yanında AAK Ekspert Şurasının və 

Milli Ensiklopediya Şurasının üzvüdür. 

Təhsil, Elm və  Mədəniyyət məsələləri 

üzrə  Təşkilatın (YUNESKO) üzvü se-

çilmişdir (2012).

Q.Məmmədov elmi nəticələri, elmi-

təşkilati və pedaqoji fəaliyyətinə görə 

akademik H.Əliyev adına mükafat, fəxri 

diplom və medalla təltif olunmuşdur 

(1997). 2013-cü ildə Kembric Univer-

sitetinin sertifikatına və “Əsrin tanınmış 

alimi” Beynəlxalq diplomuna və bir sıra 

yerli və beynəlxalq nüfuzlu təşkilatların 

mükafat və diplomlarına layiq görül-

müşdür.

6

Akademik



31

Coğrafiya.Geologiya

110  

illiyi

Mirəli Qаşqаy 

1907-1977 

Y

ANV

AR

Mirəli Seyidəli oğlu Qaşqay 1907-ci 

il yanvar ayının 7-də Gəncə şəhərində, 

zadəgan ailəsində anadan olmuşdur. İlk 

təhsilini Gəncə  şəhər gimnaziyasında 

almışdır. Musiqi ilə məşğul olmuş, tar-

da özəl ifa dərsləri almışdır. 15 yaşın-

da olarkən, bolşeviklərin hakimiyyətə 

gəlməsi ilə  həyatı tamamilə  dəyişmiş, 

təhsili yarımçıq qalmış, ailəsini do-

landırmaq üçün toylarda tar çalmaq-

la pul qazanmışdır. Yeni açılan teatrın 

orkestrində tar çalmış, daha sonra isə 

orkestrin rəhbəri seçilmişdir. 

1923-cü ildə  Gəncədən Bakı-

ya gəlmiş, 1924-cü ildə Azərbaycan 

Dövlət Politexnik İnstitutunun dağ-

mədən fakültəsinin geologiya kursuna 

qəbul olunmuşdur. 1930-cu ildə, insti-

tutu bitirdikdən sonra Zəglik alunit ya-

taqlarında geoloji axtarış aparmaq üçün 

dəstəyə  rəhbər təyin edilmişdir. 1930-

1935-ci illərdə SSRİ EA-nın Petroq-

rafiya  İnstitutunda aspiranturada təhsil 

almış,  Şimali Qafqaza, Azərbaycana, 

Sibirə ekspedisiyaların tərkibində ezam 

olunmuş və dəyərli elmi məqalələrlə çı-

xış etmişdir. 

1934-cü ildə İsti-su mineral bulaqla-

rının geoloji-petroqrafik və geokimyəvi 

səciyyəsinə dair namizədlik, 1942-ci 

ildə isə “Azərbaycanın əsas və ultrasəs 

süxurları” mövzusunda doktorluq dis-

sertasiyası müdafiə etmişdir.

Mirəli Qaşqay bütün ömrünü Qafqa-

zın geologiyasını və faydalı qazıntıları-

nı öyrənməyə həsr etmişdir. Onun elmi 

fəaliyyəti mineralogiya və geologiya, 

tektonika və maqmatizm, petrologi-

ya və metallogeniya, mineral suları  və 

termal sular, stratiqrafiya və litologiya

tikinti materialları  və s. elm sahələrini 

əhatə etmişdir.

O, Kiçik Qafqazda və Sibirdə bir 

sıra metal və qeyri-metal faydalı qazıntı 

yataqlarını və Kəlbəcərdə yerləşən per-

lit yatağını açmışdır. Akademik Mirəli 

Qaşqay  filiz  əmələgəlmə proseslərinin 

bir sıra fundamental problemlərini həll 

etmişdir. 

O, nəinki görkəmli alim, həm də ba-

carıqlı elm təşkilatçısı idi. 1938-ci ildə 

Geologiya  İnstitutunun, 1945-ci ildə 

isə Azərbaycan EA-nın təsisçilərindən 

biri və ilk akademik katibi olmuşdur. 

Onun təşəbbüsü və köməyi ilə BDU-

da geoloji-coğrafiya fakültəsi, petroq-

rafiya, mineralogiya və kristaloqrafiya 

kafedrası, geologiya və faydalı qazın-

tılar muzeyi yaradılmışdır. Uzun illər 

ərzində akademik Mirəli Qaşqay Ge-

ologiya  İnstitutunda  filiz yataqlarının 

geokimyası və mineral kimya şöbəsinə 

rəhbərlik etmiş və böyük bir məktəb ya-

ratmışdır.

Elmi rəhbərliyi altında 35 namizədlik, 

10 doktorluq dissertasiyası müdafiə 

edilmişdir. 600-dən artıq elmi əsərin və 

35 monoqrafiyanın müəllifidir.

“Azərbaycanın  əsas və ultrasəs 

süxurları”, “Azərbaycan mineral su-

ları”, “Perlitlər və obsidianlar və on-

ların  fiziki-kimyəvi xüsusiyyətləri”, 

“Daşkəsənin petrologiyası  və metallo-

geniyası”, “Alunitlər, onların genezisi 

və istifadəsi”, “Listvenitlər, onların ge-

nezisi və təsnifatı”, “Azərbaycan alunit 

yataqları” kimi fundamental əsərləri 

dünya elminə qiymətli töhfədir.

Mirəli Qaşqay 1977-ci il aprel ayının 

23-də Bakı şəhərində vəfat etmişdir.

2007-ci il aprelin 17-də 100 illik 

yubileyi ilə bağlı rejissor Elçin Musa-

oğlunun quruluşunda Mirəli Qaşqayın 

həyat və yaradıcılığından bəhs edən 

sənədli  film hazırlanmışdır. “Qaşqayın 

son proqnozu” adlı filmin prodüseri isə 

Oqtay Mirqasımovdur.



Ə d ə b i y y a t

Azərbaycanın alunit ya-

taqları /M.Qaşqay (red), 

İ.Babayev; AzSSR Elmlər 

Akad., akad. M.Qubkin 

ad. Geologiya İn-tu.-Bakı: 

Elm, 1976.-143 s.

Qiymətli və yarımqiymətli 

rəngli daşlar /M.Qaşqay, 

Ə.Mahmudov; 

[red.V.Hüseynov].-Bakı: 

Azərnəşr, 1973.-343 s.

Perlit və onun xalq 

təsərrüfatında 

əhəmiyyəti /M.Qaşqay, 

H.Mahmudov; [red. 

M.Məmmədov]; AzSSR 

“Bilik” Cəmiyyəti.-Bakı: 

Elm, 1972.-27 s.

Mirəli Qaşqay: bib-

lioqrafiya /AzSSR EA 

Əsaslı Kitabxana; 

tərt. ed. İ.Səfərov; red. 

R.Kazımov.- Bakı: AzSSR 

EA, 1967.-159, [4] s.

Мир-Али Кашкай  

/Р.Агаев; [глав. ред. 

А.В.Петров].-Москва: 

Молодая гвардия, 2008.-

282с

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Mirəli_Qaşqay 

ganca.org/index.

php?option...

7

Akademik


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə