Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə141/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   137   138   139   140   141   142   143   144   ...   200

294

Musiqi.Opera.Balet

95 

illiyi

Şövkət Ələkbərova

1922-1993

OKTY

ABR

Şövkət Feyzulla qızı  Ələkbərova 

1922-ci il oktyabr ayının 20-də Bakı 

şəhərində anadan olmuşdur. 14 ya-

şında ikən kamança ifaçısı olmuş, 16 

yaşından isə müğənniliyə başlamışdır. 

Üzeyir Hacıbəyli tərəfindən 15 yaşlı 

Şövkətin Azərbaycan Dövlət Xoruna 

dəvət olunması ilə Şövkət Ələkbərova 

böyük səhnəyə gəlmişdir. 

1942-ci ildə Asəf Zeynallı adına 

Bakı Musiqi Məktəbinin Azərbaycan 

xanəndəsi H.Sarabskinin sinfini 

bitirdikdən sonra  1938-1945-ci illərdə 

Azərbaycan Dövlət Mahnı  və  Rəqs 

ansamblının, 1945-1978-ci illərdə 

M.Maqomayev adına Azərbaycan 

Dövlət Filarmoniyasının, 1978-1993-

cü illərdə Azərbaycan Dövlət Qastrol-

konsert Birliyinin solisti olmuşdur.  

  Şövkət  Ələkbərova fenomeni bir 

ulduz kimi Azərbaycan səhnəsində 

yarım  əsrdən çox şölə saçmış  və bu 

gün də parlamaqdadır. “Oxu, gözəl, 

oxu, qoy səsin, ürəklərdə kaman kimi 

titrəsin!” Deyirlər bu məşhur sətirləri 

Səməd Vurğun  Şövkət xanıma həsr 

etmiş, Səid Rüstəmov bəstəsini yaz-

mış, nəticədə böyük üçlüyün mi-

silsiz töhfəsi nəsillərə yadigar qal-

mışdır. Keçmiş SSRİ-nin bir çox 

şəhərlərində,  Fransa,  İsveçrə,  Şri 

Lanka,  Əfqanıstan,  Hindistan,  Mi-

sir, Əlcəzair,  İran,  Türkiyə,  Polşa və 

onlarca digər xarici ölkələrdə  uğurla 

çıxış edən  Şövkət  Ələkbərovanın re-

pertuarına “Segah”, “Qatar”, “Şah-

naz” kimi muğamlar, Azərbaycan 

bəstəkərlarının və Orta Şərq xalqları-

nın mahnıları daxil idi. 

1959-cu ildə  Şövkət xanım öz 

məharətini keçmiş SSRİ-nin paytaxtı 

Moskvada, Böyük Teatrın səhnəsində 

Azərbaycan incəsənəti və  ədəbiyyatı 

ongünlüyü çərçivəsində təşkil olunan 

konsertdə göstərmişdir. Müğənninin 

çıxışları paytaxt tamaşaçılarını da va-

leh etmişdir. 

Məlahətli, yumşaq tembrli səsi olan 

Şövkət Ələkbərova müxtəlif filmlərin 

mahnılarını da səsləndirmişdir. Bunla-

ra “Bəxtiyar”, “Görüş”, “Onu bağışla-

maq olarmı?”, “Ögey ana”, “Mücrü”, 

“İyirmialtılar”, “Aygün”, “Koroğlu”, 

“Mahnı belə yaranır”, “Kölgələr sü-

rünür”, “Qızmar günəş altında” və s. 

filmləri  misal göstərmək olar.

İfaçılıqla müəllimlik fəaliyyətini 

məharətlə uzlaşdıran  Şövkət xanım 

yeni müğənnilər nəslinin yetişməsində 

önəmli rol oynamışdır. “Bülbüllər” 

qrupunun rəhbəri Aybəniz Haşımova, 

Azərbaycanın Əməkdar artisti Aygün 

Bayramova, Könül Xasıyeva və baş-

qaları onun tələbələri olmuşlar.

Şövkət xanımın yaradıcılığı yüksək 

səviyyədə qiymətləndirilmiş, müğənni 

1954-cü ildə Azərbaycanın “Əməkdar 

artist”, 1959-cu ildə isə “Xalq  artisti” 

fəxri adlarına layiq görülmüşdür. 

Şövkət Ələkbərova 1993-cü il fev-

ralın 7-də Bakı şəhərində vəfat etmiş, 

I Fəxri Xiyabanda dəfn edilmişdir. 

Yaşadığı evin divarına xatirə lövhəsi 

vurulmuşdur. Müğənni haqqında film 

çəkilmiş, adına küçə, poçt indeksi, 20 

saylı musiqi məktəbi var. 2014-cü il 

mayın 1-də Şövkət Ələkbərova adına 

tanker suya buraxılmışdır. 

Ə d ə b i y y a t

Çəmənli, M.  Şövkət 

Ələkbərova /M.Çəmənli.- 

Bakı: İşıq, 1989.- 76 s.

Çəmənli, M. Oxu, gözəl... 

/M.Çəmənli.- Bakı: Nağıl evi, 

2005.- 226 s.

Qaramollayeva, K. Şövkət 

Ələkbərova yaradıcılığına 

nəzər /K.Qaramollayeva         

//Mədəni həyat.- 2012.-         

№ 11.- S. 65-67.

Məmmədhəsən. Şövkət 

Ələkbərovanın 93 yaşı tamam 

oldu /Məmmədhəsən //Azad 

Azərbaycan.- 2015.- 21 okt-

yabr.- S. 7.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/

qadin.net › ... › 

20

Müğənni



295

Musiqi.Opera.Balet

80 

illiyi

Rauf Abdullayev

1937

OKTY

ABR

Rauf Cahanbaxış  oğlu Abdullayev 

1937-ci il oktyabr ayının 29-da Bakı 

şəhərində anadan olmuşdur. 1945-

ci ildə Azərbaycan Dövlət Konser-

vatoriyası  nəzdində onillik musiqi 

məktəbinə, daha sonra Ü.Hacıbəyov 

adına Azərbaycan Dövlət Konserva-

toriyasına daxil olmuşdur. Təhsilini 

T.Quliyevin fortepiano sinfində almış, 

konservatoryanı fərqlənmə diplomu ilə 

bitirmişdir. 1960-cı ildə N.A.Rimski-

Korsakov adına Leninqrad Dövlət 

Konservatoriyasının opera və dirijor-

luq sinfinə qəbul olunmuşdur. 1968-ci 

ilin oktyabr ayında M.F.Axundov adı-

na Azərbaycan Dövlət Opera və Balet 

Teatrına baş dirijor təyin edilmişdir. 

1969-cu ildə Q.Qarayevin “Yeddi 

gözəl”, C.Verdinin “Traviata” opera-

sının yeni tamaşasını idarə etmişdir. 

Q.Qarayevin “Leyli və  Məcnun” və 

F.Qarayevin “Qobustan kölgələri” ba-

letinin premyerasına dirijorluq etmiş-

dir. Bir çox tanınmış məşhur insanlarla 

çıxış etmiş, təzə opera və baletlərin yeni 

premyerasının tamaşasını qoymuşdur. 

1990-cı ildə İsveçrədə (Luqano, Bazel, 

Bern), Misirdə (Qahirə, Mənsuriyə, 

Sureyş şəhərlərində) Azərbaycan Sim-

fonik Orkestrinin kamera heyəti ilə çı-

xış etmişdir. 1991-ci il yanvar ayında 

Ankara Opera və Balet Teatrının baş 

dirijoru təyin edilmişdir. Azərbaycan 

Dövlət Opera və Balet Teatrının və 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət 

Simfonik Orkestrinin fəaliyyətindəki 

uğurlu mərhələlərdən biri də baş dirijor 

və bədii rəhbər kimi məhz Rauf Abdul-

layevin adı ilə bağlıdır. O, teatrın baş 

dirijoru kimi bu sənət ocağının uzun 

illər yüksək bədii səviyyəsinin, reper-

tuar zənginliyinin təmin olunmasında 

böyük rol oynamışdır. Ü.Hacıbəyovun 

“Koroğlu”, M.Maqomayevin “Şah 

İsmayıl” 

Ş.Axundovanın “Gəlin 

qayası”,  Z.Bağırovun “Aygün”, 

C.Cahangirovun “Xanəndənin ta-

leyi”, A.Borodinin “Knyaz İqor”, 

C.Puççininin “Toska” və “Bo-

hema” operalarına, Q.Qarayevin 

“Yeddi gözəl”, “İldırımlı yollarla”, 

A.Əlizadənin “Babək”, A.Məlikovun 

“İki qəlbin dastanı”  və s. baletlərə 

yüksək səviyyədə dirijorluq etmişdir. 

Azərbaycan musiqi mədəniyyətinin 

inkişafındakı xidmətlərinə görə Rauf 

Abdullayev 1970-ci il may ayının 21- 

də Azərbaycanın “Əməkdar incəsənət 

xadimi”, 1982-ci ildə “Xalq artisti” 

fəxri adlarına, 1988-ci ildə  Dövlət mü-

kafatına layiq görülmüşdür. 1997-ci il 

dekabr ayının 6-da “Şöhrət” , 2012-ci 

ildə “Şərəf” ordenləri ilə təltif edilmiş-

dir. Prezident təqaüdçüsüdür. 

Professor 

eyni zamanda 1993-cü 

ildən 1997-ci ilə qədər baş dirijor kimi 

çalışdığı Ankara Opera və Balet Teat-

rında dirijorluq fəaliyyətinə görə iki 

dəfə “İlin ən yaxşı dirijoru” adına la-

yiq görülmüşdür.

Ə d ə b i y y a t

Cəmaləddinqızı. 

Bir ruh çırpıntısı                           

/Cəmaləddinqızı.- Bakı: 

Azərbaycan, 2003.- 216 s.

Fərəcov, S. Maestronun 

yubiley gecəsi /S.Fərəcov 

//Mədəniyyət.- 2015.- 14 

oktyabr.- S. 8.

Məhərrəmqızı, A. 50 il 

dirijor pultu arxasın-

da... /A.Məhərrəmqızı             

//Mədəniyyət.az.- 2015.- 

№ 10.- S. 48-51.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/

www.adam.az/index.

php?option...63

29

Dirijor



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə