Teqvim-2017. pdf


Siyasət.Hüquq.Hərbi iş 75



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə143/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   139   140   141   142   143   144   145   146   ...   200

298

Siyasət.Hüquq.Hərbi iş

75 

illiyi

İsmət Qayıbov

1942-1991 

OKTY

ABR

İsmət  İsmayıl oğlu Qayıbov 

1942-ci il oktyabr ayının 8-də ana-

dan olmuşdur.  Əslən Qazax ma-

halında məşhur olan Qayıbovlar 

nəslindəndir. 

1950-1961-ci illərdə  Gəncə 

şəhərindəki 2 saylı orta məktəbdə 

oxumuşdur. 

1961-1967-ci illərdə Azərbaycan 

Dövlət Universitetinin hüquq 

fakültəsinin axşam şöbəsində təhsil 

almışdır. 

1963-cü ildə Ümumittifaq Elmi 

Tədqiqat Neft Maşınqayırması 

Layihə-Texnologiya 

İnstitutun-

da texnik, sonra isə baş texnik 

işləmişdir. 

1966-cı ildə Respublika DİN-in 

xüsusi xidmət müfəttişi, 1966-1967-

ci illərdə Bakı  şəhər Komsomol 

Komitəsində fəaliyyət göstərmişdir. 

1975-1976-cı illərdə Bakı  Şəhər 

Prokurorluğunda Məhkəmədə 

Cinayət işlərinə  nəzarət  şöbəsində, 

1976-1978-ci illərdə Bakı  Şəhər 

Prokurorluğunda Ümumi nəzarət 

şöbəsinin rəisi, 1978-1982-ci illərdə 

təyinatla İsmayıllı rayon prokuroru

1982-1984-cü illərdə  Əli Bayramlı 

(indiki Şirvan) şəhərində  prokuror 

vəzifələrində    işləmişdir. 1984-cü 

ildə  İstintaq  İdarəsi – Respublika 

Prokurorluğunda Daxili orqanlara 

nəzarət  şöbəsinin rəisi təyin olun-

muşdur. 

1987-1990-cı illərdə Sumqayıt 

şəhərinin prokuroru kimi fəaliyyət 

göstərmiş, 1990-1991-ci illərdə 

Azərbaycan Respublikasının  ilk 

Baş prokuroru vəzifəsinə təyin edil-

mişdir. 

Onun xidmətləri bir çox müka-

fatlara layiq görülmüş, “Şərəf nişa-

nı” ordeni, “Rəşadətli əməyə görə” 

medalı ilə təltif edilmişdir. 

1990-cı ildə Azərbaycan KP MK-

nin üzvü olmuşdur. Azərbaycan 

Respublikası  Prezidenti yanında 

Milli Təhlükəsizlik  şurasının, keç-

miş SSRİ Hüquqşünaslar İttifaqının 

üzvü, Sumqayıt  şəhərinin deputatı 

olmuşdur. 

III dərəcəli dövlət ədliyyə müşa-

viri idi.

1991-ci il noyabr ayının 20-də 

Dağlıq Qarabağın Xocavənd rayo-

nunun Qarakənd kəndi yaxınlığında 

Mİ-8 markalı vertolyotun ermənilər 

tərəfindən vurulması  nəticəsində 

yüksək vəzifəli dövlət xadimləri ilə 

birlikdə həlak olmuş, I Fəxri Xiya-

banda dəfn edilmişdir. 

Gəncə  şəhərində  təhsil aldığı 1 

saylı orta məktəb, Bakıdakı Bakı-

xanov qəsəbə stadionu, neft tanke-

ri, ölkədə bir çox məktəb və küçə 

İsmət Qayıbovun  adını daşıyır.

Ə d ə b i y y a t

Qasımzadə, X. Unu-

dulmaz dövlət xadimi 

/X.Qasımzadə //Respubli-

ka.- 2013.- 20 noyabr.- S. 

7.

Qasımzadə, X. Dəniz 

dərindir durulmaz, Dost-

luq əbədidir unudulmaz... 

/X.Qasımzadə //Ədalət.- 

2013.- 20 noyabr.- S. 5.

Turan, F. İsmət Qayıbov 

//Turan F. Doğma evdən 

başlanır vətən.- Bakı, 

2007.- S.132-133.

İ n t e r n e t d ə

www.ayna.az/.../bu-gun-

20-noyabr-ismet-qayib.

www.anl.az/down/meqale/

adalet/.../213742.htm

https://az.wikipedia.org/

wiki/ 

8

Dövlət xadimi



299

Siyasət.Hüquq.Hərbi iş

80 

illiyi

Ramiz Abutalıbov

1937

OKTY

ABR

Ramiz Abutalıb oğlu Abutalıbov 

1937-ci il oktyabr ayının 27-də Gəncə 

şəhərində anadan olmuşdur. 

1962-1965-ci illərdə Azərbaycan 

Elmi Tədqiqat İşlərinin Əlaqələndirmə 

Komitəsində elmi katib, baş 

mütəxəssis, 1965-1968-ci illərdə Res-

publika Nazirlər Sovetinin elm və tex-

nika  şöbəsində baş referent, Parisdə 

1971-1979-cu illərdə YUNESKO ka-

tibliyinin  əməkdaşı, 1980-1984-cü 

illərdə Azərbaycan Kommunist Parti-

yasının Mərkəzi Komitəsinin Xarici 

əlaqələr  şöbəsinin müdiri, 1984-1985-

ci illərdə Respublika Xarici Turizm 

Baş  İdarəsinin rəisi, 1985-1992-ci 

illərdə YUNESKO katibliyinin idarə 

rəisi vəzifələrində çalışmışdır. 1993-

2003-cü illərdə Azərbaycan Respub-

likası  XİN-də xüsusi tapşırıqlar üzrə 

səfir, YUNESKO məsələləri üzrə 

Azərbaycan Milli Komissiyasının Baş 

katibi vəzifəsində  işləmişdir. 1980-

1984-cü illərdə Azərbaycan SSR Ali 

Sovetinin deputatı olmuşdur. “Asiya 

cəmiyyəti” təşkilatının üzvüdür. “Fran-

sa Azərbaycan dostluq cəmiyyəti”nin 

baş katibi olmuşdur. Ceyhun Hacıbəyli 

və Hüseyn Azərməhd ilə birlikdə 

Parisdə 1992-ci ildə “Azərbaycan evi” 

cəmiyyəti yaratmışdır. Müasir dövrün 

mühüm ictimai-siyasi məsələlərinə 

dair Fransa, Böyük Britaniya, Al-

maniya və Rusiyada dərc olunmuş 

məqalələrin müəllifidir. 1918-1920-ci 

ildə mövcud olmuş Azərbaycan Xalq 

Cümhuriyyətinin, 20-ci ildən sonra 

mühacirətdə yaşamış Azərbaycanın 

siyasi xadimlərinin – C.Hacıbəyli, 

Ə.Topçubaşov və bir çoxlarının həyat 

və fəaliyyətinə dair sənədlərin və tari-

xi  ədəbi  əhəmiyyətə malik materialla-

rın aşkara çıxarılmasında, Azərbaycana 

gətirilib nəşr olunmasında böyük xidməti 

var. Xarici ölkələrdə çap edilmiş “Dağ-

lıq Qarabağ tarixi sənədlərdə” (1989-

cu ildə fransız və ingilis dillərində), 

“Qafqaz bürosu Dağlıq Qarabağ”, 

“Qarabağ keçmiş və gələcək arasında” 

(fransız dilində), “M.S.Ordubadi. Qanlı 

illər” (azərbaycanca  ərəb  əlifbası ilə), 

“Azərbaycan-Fransa. Birlikdə XXI əsrə 

doğru”  (fransız dilində) və başqa kitab-

ların tərtibçisi, eyni zamanda naşiridir. 

1990-cı ildə Jorj de Molevilin “1915-

ci il erməni faciəsi”  əsərini müəllifin 

razılığı ilə Bakıda rus dilində  nəşr et-

dirmişdir. 1990-cı ildə “Beynəlxalq 

əlaqələr aləmində kim kimdir?” Bri-

taniya ensiklopediyasına adı düşmüş 

269 keçmiş SSRİ diplomatı arasında 

yeganə azərbaycanlıdır. İctimai xadim, 

I dərəcəli müşavir-diplomat Fransanın 

“Fəxri legion” ordeni ilə təltif edilmiş-

dir. Tanınmış ictimai xadim, “Ocaq” 

Azərbaycan Mədəniyyət Cəmiyyəti 

idarə heyətinin üzvü Ramiz Abutalıbo-

vu mədəniyyətin və incəsənətin inkişa-

fına verdiyi töhfəyə görə “Puşkin me-

dalı” ilə təltif etmişdir.  

Ə d ə b i y y a t

Sadıq, C. Ramiz müəllim 

haqqında bir əlifba 

/C.Sadıq //525-ci qəzet.- 

2012.- 18 avqust.- S. 25.

Tahirzadə, Ə. Xəzinə-

adam /Ə.Tahirzadə 

//525-ci qəzet.- 2012.- 25 

oktyabr.- S. 28.

Микеладзе, Г. А. 

Гражданский подвиг 

Рамиза Абуталыбова. 

Пути и судьбы 

эмиграции. - Баку: 

Адильоглы, 2010. - 68 с.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/ 

www.adam.az/index.

php?option...61

27

İctimai xadim



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə