300
9
Kimya.Biologiya.Tibb
65
illiyi
Vaqif Abbasov
1952
OKTY
ABR
Vaqif Məhərrəm oğlu Abbasov
1952-ci il oktyabr ayının 5-də Tərtər
rayonunun Cəmilli kəndində anadan
olmuşdur. 1973-cü ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun kimya
fakültəsini bitirmişdir.
1973-1978-ci illərdə Milli
Elmlər Akademiyasının akademik
Y.H.Məmmədəliyev adına Neft-
Kimya Prosesləri İnstitutunun aspi-
ranturasında oxumuşdur. 1978-1981-
ci illərdə həmin institutda kiçik elmi
işçi, 1981-1984-cü illərdə isə baş elmi
işçi olmuşdur. Elmi tədqiqatla məşğul
olmuş, dissertasiya müdafiə edərək
elmlər namizədi, 1991-ci ildə isə kim-
ya elmləri doktoru elmi dərəcəsini al-
mışdır.
1992-ci ildən Bakı Dövlət Univ
er-
sitetinin professorudur.
2001-ci ildə Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü
2014-cü ildə həqiqi üzvü seçilmişdir.
Akademik Yusif Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutu-
nun direktoru Vaqif Abbasov ilk dəfə
olaraq nitrobirləşmələrin və üzvi tur-
şuların keçid elementləri ilə qarışıq
komplekslərinin alınma mümkünlü-
yünü kəşf etmiş və bu əsasda mövcud
analoqlarından yüksək effektivliyi, sta-
billiyi və çoxfunksiyalılığı ilə fərqlənən
antistatik aşqar yaratmışdır. Yenilikçi
alim nefti sudan təmizləmək və duz-
suzlaşdırmaq üçün “Xəzər” deemul-
qatoru kəşf etmiş, Azərbaycanın neft
emalı komplekslərində tətbiqini həyata
keçirmişdir. Dəri sənayesi üçün dünya-
da analoqu olmayan yeni aşı maddəsi -
Bepikoru kəşf etmiş və bir çox ölkədə,
o cümlədən Türkiyədə uğurlu sənaye
sınaqlarını keçirmişdir. Bu maddənin
istifadəsi dəri sənayesində işlənən 8
maddənin istifadəsinə ehtiyacı aradan
qaldırmışdır. Dünyada analoqu olmayan
müalicəvi Naftalan neftinin struktur-
qrup tərkibini müasir metodlarla araş-
dıran kimyaçı alim müalicəvi kompo-
nenti olan naften karbohidrogenlərinin
dar fraksiyalarının bioloji aktivliyini
də tədqiq etmişdir. Müalicəvi Naftalan
neftinin istifadə tarixində ilk dəfə ola-
raq V.M.Abbasovun rəhbərliyi ilə yara-
dılmış “Ağ naftalan yağı” Azərbaycan
Respublikası Səhiyyə Nazirliyində
dərman preparatı kimi qeydiyyatdan
keçmiş, Ukrayna Səhiyyə Nazirliyinin
qərarı ilə Ukraynada dərman preparatı
kimi satışına icazə verilmişdir.
Alimln nəşr olunmuş 390-a yaxın
elmi əsəri, o cümlədən 7 monoqrafiya,
15 dərslik, 11 dərs vəsaiti mövcuddur.
Bu elmi əsərlərdən 76-sı müxtəlif xari-
ci ölkələrdə nəşr olunmuşdur.
Onlarla Beynəlxalq və xarici
ölkələrin elmi qurumlarının üzvüdür.
Vaqif müəllim 2005-ci il noyabr ayı-
nın 4-də Azərbaycan Respublikası Pre-
zidentinin Fərmanı ilə Azərbaycanın
“Əməkdar müəllim” fəxri adına, eyni
zamanda Təhsil Nazirliyinin “Qabaqcıl
təhsil işçisi” döş nişanına layiq görül-
müş, 2005-ci ildə isə “Şöhrət” ordeni
ilə təltif edilmişdir.
Ə d ə b i y y a t
Bioloji varlıqdan
şəxsiyyətə ucalmaq
yolu: müdrik kəlamlar
/V.Abbasov.- Bakı: Qam-
ma servis, 2003.- 272 s.
Dahilərin, müdriklərin və
fatehlərin həyat dərsləri
/V.Abbasov.- Bakı: Təhsil,
2010.- 572 s.
Kimya: abituriyentlər
və yuxarı sinif şagirdləri
üçün dərs vəsaiti
/V.M.Abbasov və b. –
Bakı, 2005.- 622 s.
Kərimova, H. Şərəfli ömür
yolu: (Vaqif Abbasov-
50) /H.Kərimova.- Bakı:
Təhsil, 2002.- 208 s.
İ n t e r n e t d ə
https://az.wikipedia.org/
wiki/
www.science.gov.az/forms/
deystvitelnyie.../111...
www.azxeber.com/
news/21595.htm
www.qu.edu.az/.../
Görkəmli-alim-akademik-
Va..
5
Akademik
301
Kimya.Biologiya.Tibb
Ümnisə Musabəyli
1902-1974
OKTY
ABR
Ümnisə Süleyman bəy qızı
Musabəyli (Umnisə Musabəyova)
1902-ci il oktyabr ayının 9-da Qəbələ
rayonunda anadan olmuşdur. 1926-cı
ildə Azərbaycan Dövlət Universiteti-
nin tibb fakültəsini bitirmişdir. 1930-
cu ildən Göz xəstəlikləri klinikasın-
da assistent, 1932-ci ildən dosent
işləmişdir. 1935-ci ildə namizədlik,
1936-cı ildə isə doktorluq dissertasi-
yasını müdafiə etmişdir. Məşhur Sovet
– Azərbaycan oftalmoloqu 1943-cü
ildə professor, 1957-ci ildə “Əməkdar
elm xadimi” fəxri adına layiq görül-
müşdür.
1967-ci ildə Azərbaycan EA-ya
müxbir üzv seçilmişdir. 1945-ci ildən
ömrünün sonuna kimi N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnsti-
tutunun Göz xəstəlikləri kafedrasına
rəhbərlik etmişdir. Yaxın Şərq və Af-
rika ölkələrində əhalini traxomadan
xilas etmək məqsədi ilə yaradılan
ekspedisiyanın rəhbəri olmuş, xaricdə
xeyli sayda cərrahiyyə əməliyyatı
aparmışdır. Həmin ekspedisiya za-
manı katarakta olan İndoneziyanın
ilk prezidenti Əhməd Sukarnonun da
gözlərini əməliyyatla açmışdır. Ana-
dan kor doğulan uşaqların gözünə
işıq vermişdir. O, “Göz xəstəlikləri”
adlı Azərbaycan dilində çap olu-
nan ilk dərsliyin müəllifidir. Alimin
elmi fəaliyyətində qlaukoma və tra-
xomanın diaqnostikası, klinikası və
müalicəsi, hamiləlik patalogiyası və
başqa xəstəliklər zamanı görmə orqa-
nının zədələnməsinin tədqiqinə dair
məsələlər əsas yer tutur.
Oftalmologiya üzrə latın-rus-
azərbaycan terminoloji lüğətin (1934),
göz xəstəlikləri barədə bir neçə
dərsliyin və bəzi göz xəstəliklərinin
diaqnostikası və profilaktikasına dair
metodik tövsiyələrin, 3 monoqrafi-
yanın və 200-ə yaxın elmi məqalənin
müəllifidir. Azərbaycanda oftalmolo-
giya elminin banisidir.
Ümumdünya Oftalmoloqlar (Brüs-
sel 1958), Afrika-Asiya ölkələri göz
həkimlərinin 1-ci (Qahirə 1958), 2-ci
(Tunis 1960), 3-cü (İstanbul 1964),
4-cü (Beyrut 1968) konqreslərinin
iştirakçısı, Sovet Sülhü Müdafiə
Komitəsinin (1955-1974), Sovet
Qadınlar Komitəsinin (1963-1974)
üzvü, Azərbaycan SSR Oftalmoloq-
lar Cəmiyyətinin sədri (1957-1974)
olmuşdur. Oftalmoloq alim 1962-
ci ildə Azərbaycan EA-nın (indiki
AMEA) müxbir üzvü adını almışdır.
Keçmiş SSRİ Ali Sovetinə (5-6 ça-
ğırış), Azərbaycan SSR Ali Sovetinə
(4-cü çağırış) deputat seçilmişdir. Le-
nin ordeni ilə təltif edilmişdir. Haq-
qında hələ həyatda olarkən “Ümnisə
xanım” adlı sənədli film çəkilmişdir.
Görkəmli alim Ümnisə Musabəyli
1974-cü ildə Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Göz xəstəlikləri: tibb
institutu üçün dərslik
/Ü.Musabəyli.- Bakı:
Maarif, 1972.- 187 s.
Refraksiya, akkomoda-
siya və optik şüşələrin
təyini /Ü.Musabəyli,
R.M.Axundova.- Bakı,
1977.- 64 s.
Məhyəddin qızı, Ş.
Qaranlıqdan işığa
/Ş.Məhyəddin qızı.-
Bakı: Nasir, 2012.-
177 s.
Azərbaycan tarixində
iz qoyan Musabəyovlar
//Azadlıq.- 2013.- 8-11
avqust.- S. 14.
Ümnisə Musabəyli
//Azərbaycan
Səhiyyəsinin Tarixi.-
Bakı, 2002.- S. 152-153.
İ n t e r n e t d ə
anl.az/el/Kitab/2013/
Azf-273020.pdf
https://az.wikipedia.
org/.../Umnisə_
Musabəyov..
9
115
illiyi
Oftalmoloq