Teqvim-2017. pdf


Tarixdə bu gün Beynəlxalq Ahıllar Günü



Yüklə 5,26 Mb.

səhifə145/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
1   ...   141   142   143   144   145   146   147   148   ...   200

302

Tarixdə bu gün

Beynəlxalq Ahıllar Günü

1992 

OKTY

ABR

BMT Baş Məclisinin 1992-ci ildə 

qəbul etdiyi “Ahılların müdafiəsi ilə 

bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr 

- Beynəlxalq Ahıllar Günü kimi təsis 

edilmişdir. 

Beynəlxalq Ahıllar Günü 1993-cü 

ildən başlayaraq Azərbaycanda da hər 

il yüksək səviyyədə qeyd edilir. “So-

sial xidmət haqqında” Azərbaycan 

Respublikası Qanununa əsasən, 

ölkədə 70 yaşına çatmış  vətəndaşlar 

ahıl hesab olunurlar. Rəsmi statisti-

kaya  əsasən, respublikamızda belə 

şəxslərin sayı 400 min nəfərə yaxın-

dır. Həmin insanların hərtərəfli dövlət 

qayğısı ilə  təmin olunması, onla-

rın maddi və  mənəvi tələbatlarının 

ödənilməsi ümummilli lider Heydər 

Əliyevin sosial siyasət kursunun va-

cib tərkib hissəsi olmuşdur. Milli və 

bəşəri dəyərlərə söykənən bu siyasət 

Prezident  İlham  Əliyev tərəfindən 

layiqli səviyyədə davam və inkişaf 

etdirilir. Dövlət başçısı  tərəfindən 

imzalanan fərman və  sərəncamlara, 

2006-cı il 17 aprel tarixli Sərəncamla 

təsdiqlənmiş “Ahıl vətəndaşların so-

sial müdafiəsinin gücləndirilməsi 

üzrə Dövlət Proqramı”na, habelə bir 

sıra dövlət proqramlarına uyğun ola-

raq, ötən müddətdə ahılların sosial 

müdafiəsi sahəsində mühüm işlər 

görülmüşdür. Ahıl  şəxslərin rifahın-

da mühüm yer tutan pensiya təminatı 

mütəmadi olaraq gücləndirilir. Dövlət 

qarşısında xüsusi xidmətləri olmuş 

ahıllar  əmək pensiyaları ilə yanaşı, 

Azərbaycan Prezidentinin təqaüdü ilə 

də təmin olunurlar. Dövlət başçısının 

17 mart 2014-cü il tarixli Fərmanına 

əsasən, Böyük Vətən müharibəsi 

əlillərinə verilən Azərbaycan Pre-

zidentinin təqaüdləri cari il aprelin 

1-dən I qrup əlillər üçün 110 manat-

dan 150 manata, II qrup əlillər üçün 

85 manatdan 130 manata və III qrup 

əlillər üçün 60 manatdan 100 mana-

ta çatdırılıb. Bu vaxta qədər  Əmək 

və  Əhalinin Sosial Müdafiəsi Nazir-

liyi (ƏƏSMN) tərəfindən 1055 nəfər 

Böyük Vətən müharibəsi  əlili minik 

avtomobili, həmin təbəqədən olan 80 

nəfərə yaxın ahıl isə  mənzillə  təmin 

edilib. 

Azərbaycan Prezidentinin 29 de-

kabr 2012-ci il tarixli Fərmanı ilə 

təsdiq edilmiş “Azərbaycan - 2020: 

Gələcəyə Baxış” İnkişaf Konsepsiya-

sının 7.3-cü bəndinin icrasını  təmin 

etmək məqsədilə hazırda  ƏƏSMN 

tərəfindən “Ahıl vətəndaşların sosi-

al müdafiəsinin gücləndirilməsinə 

dair Dövlət Proqramı”nın (2016-

2020-ci illər) layihəsi hazırlanmışdır. 

Layihənin hazırlanması zamanı BMT-

nin Beynəlxalq Madrid Fəaliyyət 

Planının və Yaşlaşma Problemləri 

üzrə Vyana nazirlər konfransının 

prinsipləri, ahılların layiqli həyat tərzi 

keçirmələri üçün əlverişli  şəraitin 

yaradılması, onların cəmiyyətə in-

teqrasiyasının gücləndirilməsi və s. 

məsələlər diqqətdə saxlanılır.



Ə d ə b i y y a t

Azərbaycanın Prezidenti 

İlham Əliyev Bakının Bilgəh 

qəsəbəsində müharibə və 

əmək əlilləri üçün pansio-

natda tikilmiş yeni korpusun 

açılışında iştirak etmiş, bu-

rada aparılan yenidənqurma 

işləri ilə tanış olmuşdur       

//Azərbaycan.- 2013.- 2 

oktyabr.- S. 1-2.

Məmmədli, Q. Ahıllar dövlət 

qayğısı ilə əhatə olunublar 

/Q.Məmmədli //Ekspress.- 

2015.- 1 oktyabr.- S. 10.

İ n t e r n e t d ə

azertag.az/.../1_Oktyabr_

Beynelxalq_Ahillar_G.

aztv.az/readnews.

php?lang=az&id=2977

1


303

Tarixdə bu gün

Xocavənd rayonunun işğalının 

25-ci ildönümü

1992 

OKTY

ABR

Ərazisi:   1458 km²

Əhalisi:   41725 nəfər

Xocavənd rayonunun 1923-cü ilədək 

adı Aşağı Qaranlıq olmuşdur. Məntəqə 

adını  ərazidəki Qaranlıq dağından al-

mışdır. Ərazidə eyniadlı çay da vardır. 

Ermənistan ərazisindəki Martuni rayo-

nunun adı da 1946-cı ilədək Aşağı Qa-

ranlıq olmuşdur.

26 noyabr 1991-ci ildə DQMV ləğv 

edilərək Martuni və Hadrut rayonları-

nın bazası  əsasında Xocavənd rayonu 

yaradılmışdır. Rayonun ümumi sahəsi 

1458 km², əhalisi 41.725 (o cümlədən 

azərbaycanlılar – 10.648) nəfərdir. Ra-

yonda 1 şəhər (Xocavənd şəhəri-rayon 

mərkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və 

Hadrut), 81 kənd var. Xocavənd rayonu 

ərazisində, Salakətin kəndinin yaxınlı-

ğında (Quruçay vadisində) 1,5 milyon 

il yaşı olan Azıx mağarası, həmçinin 

qədim tarixə malik Tağlar mağarası, 

Tuğ  kəndi  ərazisində yerləşən V-VIII 

əsrlərə aid “Ritiş” qalası,  Ərgünəş 

dağının yamacında sıldırım qayalar 

üzərində yerləşən “Ərgünəş” qalası, 

Düdükçü kəndi ətrafında XIII əsrə aid 

“Rzaqulu bəy türbəsi” və s. abidələr 

var. Olduqca əlverişli coğrafi mövqeyə 

və şəraitə malik Xocavənd rayonu Ağ-

dam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qu-

badlı, Laçın, Şuşa, Xocalı rayonları ilə 

həmsərhəddir. 

2 oktyabr 1992-ci il tarixdə 

Xocavənd rayonu Ermənistan Silah-

lı Qüvvələri tərəfindən işğal olun-

muşdur.  İşğal nəticəsində rayonun 

azərbaycanlılar yaşayan 10 kəndində 

1723 yaşayış evi ermənilər tərəfindən 

yandırılaraq  əmlakları talan edilmiş, 

47 sənaye, 144 kənd təsərrüfatı ob-

yekti dağıdılaraq viran edilmişdir. 

Erməni vandalları tərəfindən 17 təhsil 

müəssisəsi, 4 məktəbəqədər tərbiyə 

ocağı, 32 səhiyyə müəssisəsi, 59 

mədəniyyət obyekti, 10 tarixi abidə da-

ğıdılmışdır. Rayonun infrastrukturuna 

aid olan 12 rabitə qovşağı, 341 km av-

tomobil yolları, 32 körpü, 42 su anbarı 

və 316 km su kəməri xətti dağıdılıb, 

talan edilərək yararsız hala salınmış-

dır. İşğal nəticəsində vurulmuş maddi, 

mənəvi ziyanla bərabər, rayonun bitki 

və meşə örtüyünə də böyük miqdarda 

zərər dəymişdir. Belə ki, rayonun 1202 

ha meşə sahəsindəki qiymətli ağac 

növləri qırılaraq məhv edilmişdir.

Xocavəndlilər 13 nəfəri qadın, 13 

nəfəri uşaq olmaqla 145 nəfər şəhid ver-

miş, rayon sakinlərindən 300 nəfərdən 

çox insan sağlamlığını itirmiş və ya əlil 

olmuş, 243 uşaq valideynlərindən biri-

ni, 68 qadın həyat yoldaşını itirmişdir. 

Müxtəlif dövrlərdə girov götürülmüş 

110 nəfər dinc sakinlərdən 49 nəfəri 

əsir və girovluqda olarkən erməni ter-

roru və vəhşiliyinin qurbanı olmuş, bir 

ailədən olan 3 uşaq hər iki valideynini 

itirmişdir.



Ə d ə b i y y a t

Məmmədov, N. 

Azərbaycan Respub-

likasının Xocavənd 

rayonunun tarixi 

/N.Məmmədov; elmi red. 

Y.Mahmudov; AMEA, 

A.A.Bakıxanov ad. Tarix 

İn-tu.-Bakı: Avrora, 

2016.- 678, [1] s.

Tapdıqoğlu, N. Xocavənd 

ensiklopediyası 

/N.Tapdıqoğlu.- Bakı: 

[Zərdabi LTD], 2009.-    

543 s.

Xocavənd rayonu            

//Qarabağ. Yaddaş.- 

Bakı, 2010.- S.179-186.

Vaqıfqızı, L.Xocavənd 

rayonunun işğalı 

yaddaşlarda //Xalq 

cəbhəsi.- 2015.- 19, 20, 

21 noyabr.- S.14.

İ n t e r n e t d ə

http://anl.az/down/me-

qale/xalqcebhesi/2015/

noyabr/464106.htm

http://anl.az/down/me-

qale/xalqcebhesi/2015/

noyabr/464428.htm

 

2




Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   200


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə