Teqvim-2017. pdf


Tarixdə bu gün Zəngilan rayonunun



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə147/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   143   144   145   146   147   148   149   150   ...   200

306

Tarixdə bu gün

Zəngilan rayonunun

işğalı günü

1993 

OKTY

ABR

Zəngilan rayonu 1993-cü il okt-

yabr ayının 29-da erməni işğalçıları 

tərəfindən işğal olunmuşdur. Zəngilan 

ərazisi  ən qədim insanların yaşayış 

məskənlərindən hesab olunur. Bölgə 

ərazisində mövcud olan bir neçə ma-

ğara (Əsgülüm və Süsən dağlarında) 

burada ibtidai insanların yaşayışından 

xəbər verir. 

Zəngilan rayonu 1930-cu ildə təşkil 

olunmuşdur. Rayonun sahəsi 707 km², 

əhalisi isə 33900 nəfərdir. Rayonda bir 

şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 

81 kənd var idi. Mərkəzi Zəngilan 

şəhəridir. 

 XX əsrin sonu Azərbaycan xalqının 

tarixinə faciələrlə dolu bir dövr kimi ya-

zılmışdı. Ölkədə mövcud ictimai-siyasi 

vəziyyət, daxili çəkişmələr, bir-birinə 

xəyanət edən silahlı birləşmələrin bəd 

əməlləri torpaqlarımızın itirilməsi ilə 

nəticələndi. Zəngilan da, digər rayon-

larımız kimi xəyanətin qurbanı olmuş, 

təqvimimizdə daha bir qara günün sayı 

artmışdı - 29 oktyabr 1993-cü il.

 Zəngilanın işğalı artıq 1992-ci ildə 

faktiki olaraq reallaşmışdı. Ermənilərin 

hücumu iyunun 29-da olmuş, çox ağır 

və qanlı döyüşlər iki saat çəkmişdi. Ar-

tıq iyulun 6-da düşmən rayon mərkəzini 

atəşə tutmuş, bütün yayı  Zəngilanın 

kəndləri və rayon mərkəzi düşmən 

atəşinə  məruz qalmışdı. Bir müddət 

fasilə verdikdən sonra oktyabrın 20-

də ermənilərin döyüş təyyarələri rayon 

mərkəzini bombalamışdı. Beləliklə 

də, 1992-ci ilin sonuna Zəngilanın 

13 yaşayış  məntəqəsi, bir çox strate-

ji yüksəklikləri düşmənin  əlinə keç-

mişdi. Oktyabrın sonuna yaxın rayon 

tam mühasirə  vəziyyətinə düşmüşdü. 

Oktyabrın 25-26-da Sığırt və Bartaz 

yüksəklikləri işğal olunmuş, bununla 

da Zəngilanın mühasirəsi başa çatmış-

dı.


Təxminən 34 min əhali  İran 

sərhədinə - Araz çayının kənarına 

toplaşmışdı. Gur sulu Araz çayını isə 

keçmək mümkün deyildi. Xalqımızın 

xilaskarı, ulu öndərimiz H.Əliyev bu 

dəfə  də xalqın köməyinə  gəlmişdi. O, 

İran hökuməti ilə danışıqlar aparmış və 

Araz çayı üzərindəki bənddə suyu bağ-

latdırmışdı. Yalnız bundan sonra əhali 

çayı keçib xilas olmuşdu. Buna görə 

də, zəngilanlılar Heydər Əliyeva daim 

minnətdardırlar.

Zəngilanda nəyimiz qaldi?   

Zəngilan boyda Vətən;

Dünyada II, Avropada I Nadir Çinar 

meşələri;

Torpaq üzərində olan bütün var-

dövlət; 


67 məktəb, 56 kitabxana, 34 klub, 

9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri 

dəmiryol stansiyası, 2 şərab zavodu, 

konserv zavodu, dəmiryol deposu...

Hazırda Zəngilan rayonunun 

məcburi köçkünləri Bakıda və respub-

likamızın 43 rayonunda müvəqqəti 

məskunlaşmışdır. Zəngilan rayo-

nunda erməni təcavüzü nəticəsində 

Milli Ordunun 33 nəfər döyüşçüsü 

qəhrəmancasına həlak olmuş, 7 nəfər 

polis işçisi itkin düşmüşdür. Zəngilan 

200 nəfərdən çox şəhid vermiş, 12800 

uşaq zərər çəkmiş, 395 uşaq yetim qal-

mışdır. 44 nəfərin aqibəti bəlli deyil, 

127 nəfər isə müharibə əlilidir. 



Ə d ə b i y y a t

Çinarlar yurdundan uzun 

ayrılıq. Zəngilan rayonu-

nun işğalından 22 il ötdü 

//Mədəniyyət.-2015.- 30 

oktyabr.- S.11.

Faxralı, R. Qara həsrət və 

yaxud ağla, Rəşid Faxralı 

/R.Faxralı //İki sahil.-

2014.- 29 oktyabr.- S.16.

Qaraca, B.Bu ağrını 

yaşadıqca... /B.Qaraca              

//Ədalət.- 2014.- 30 okt-

yabr.- S.6.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/medeniyyet/2015/

oktyabr/461356.htm

http://www.anl.az/down/

meqale/azerbaycan/2013/

oktyabr/332958.htm

29

Ərazisi: 707  

• 

km² 

Əhalisi: 33900 nəfər

• 


307

Tarixdə bu gün

Repressiya Qurbanları Günü  

1974

OKTY

ABR

Nikita Xruşovun dövründə ya-

radılmış komissiyanın məlumatına 

əsasən, 1921-1953-cü illərdə keç-

miş SSRİ-də 25-26 milyon insan 

repressiyaya məruz qalmışdır.

17 milyon insanın cəzasını 

“QULAQ” düşərgələrində çəkdiyi, 

onlardan onda birinin oradaca öl-

düyü qeyd olunmuşdur. Repressiya 

olunanlardan 7 milyonunun mülkü 

müsadirə edilib, özləri isə sürgün 

olunmuşlar.

1989-cu ildə SSRİ KGB-si 

1921-1953-cü illərdə siyasi repres-

siyaya məruz qalanların sayını 799 

455 nəfər kimi göstərərək onlar-

dan 681 692 nəfərin 1937-1938-ci 

illərdə repressiya olunduğunu qeyd 

etmişdir.

Bundan  əlavə, II Dünya 

müharibəsi illərində 153 000 insan 

hərbi tribunalların qərarı  əsasında 

güllələnmişdir. Daha 115 000 

adam istintaq dövründə, böyük eh-

timalla, işgəncələrə dözməyərək 

ölmüşdür.

1940-ci ilin məlumatına əsasən, 

“QULAQ” düşərgələrində “xalq 

düşmənləri” və kriminalların sayı 

məhbusların ümumi sayının yarı-

sından az olmuşdur.

Məhbusların 57%-i xırda oğur-

luq,  əmək intizamının pozulma-

sı, “brak” məhsul buraxılması  və 

bu kimi digər pozuntulara görə 

cəzalandırılmışlar.

“Memorial” təşkilatının məlu-

matına görə, hazırda Rusiyada rep-

ressiya qurbanları  və onların öv-

ladlarının sayı 800 000 təşkil edir.

1974-cü il oktyabrın 30-da həbs 

altında saxlanılan dissident Kronid 

Lyubarskinin təşəbbüsü ilə Mor-

dova və Perm islah düşərgələrində 

məhbusların aclıq aksiyası keçiril-

mişdir. O vaxtdan bəri həmin tarix 

əvvəlcə sovet dissidentləri arasın-

da, sonra isə Rusiyada da repressi-

ya qurbanlarının xatirəsi günü kimi 

qeyd olunmuşdur.

1991-ci il oktyabrın 18-də Ru-

siya parlamenti “Siyasi repressiya 

qurbanlarının anım günü barədə” 

qanun qəbul edərək  ənənəni 

rəsmiləşdirmişdir.

Repressiya Azərbaycandan 

da yan keçməmiş, xalq əleyhinə, 

xüsusilə ziyalılar  əleyhinə  cəza 

tədbirləri 1937-1938-ci illərdə 

daha da amansızlaşmışdır.

Hakimiyyətdə oturmuş dövlət 

quldur dəstəsi görünməmiş 

vəhşiliklə Sumbatovun, Borşo-

vun, Gerasimovun, Qriqoryanın, 

Markaryanın, Qalstyanın, Ava-

nesyanın, Sinmanın və onların 

Atakişiyev kimi nökərlərinin  əlilə  

təxminən 70-80 min Azərbaycan 

ziyalı nümayəndəsi - alim, yazıçı, 

artist, müəllim, din xadimi, hərbçi 

- bir sözlə bütün düşünən beyinləri, 

qeyri-adi təfəkkür sahiblərini məhv 

etmişlər.



30

Ə d ə b i y y a t

Aslan, K. XX əsrdə rep-

ressiyaya məruz qalanlar              

/Kənan Aslan; red. və ön 

sözün müəl. N.Şəmsizadə; 

rəssam O.Sadıqzadə.- Bakı: 

Azərnəşr, 2011.- 299, [1] s.

Aslan, K. 1930-cu illərin 

günahsız qurbanları                           

/Kənan Aslan; ön söz. müəl. 

İ.Sadıq; red. N.Heydərli; 

rəssam O.Sadıqzadə.- Bakı: 

Azərnəşr, 2015.- K.II.-312 s.

Tahirli, A. Repressiya qur-

banı olmuş qələm ziyalıları-

mız: Və ya böyük müsibətin 

qısa xronologiyası /A.Tahirli 

//525-ci qəzet.- 2015.- 16 

oktyabr.- S. 6.

Джаханнури, Ф. Жертвы 

сталинских репрессии 

в Азербайджане 

/Ф.Джаханнури.- Баку: 

Мутарджим, 2010.- 417 с.

tarix.info/.../1781-

azerbaycanda-represiya-

qurb.. 

www.bbc.com/.../141030_

stalin_terror_public_ 

www.az.undp.org/content/.../

about_undp.html

 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə