Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə150/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   146   147   148   149   150   151   152   153   ...   200

313

95 

illiyi

Hüseyn Abbaszadə

1922-2007

NOY

ABR

Hüseyn  Abbas oğlu Abbaszadə 

1922-ci il noyabr ayının 22-də Bakı 

şəhərində, fəhlə ailəsində anadan ol-

muşdur. İkinci Dünya müharibəsi baş-

layanda orta məktəbi bitirmiş Hüseyn 

dərhal orduya çağırılmış, Zaqafqaziya 

cəbhəsində kursant, Şimali Qafqaz 

cəbhəsində radist-kəşfiyyatçı, Bakı 

Hərbi məktəbində kursant, Leninqrad

I, IV Ukrayna cəbhəsində topçu zabiti 

kimi döyüşlərdə iştirak etmişdir. Ağır 

yaralanmış, müalicədən sonra tərxis 

olunaraq Bakıya qayıtmışdır. 1945-

1950-ci illərdə M.A.Əliyev adına 

Azərbaycan Dövlət Teatr İnstitutunda 

teatrşünaslıq fakültəsində təhsil almış-

dır. 


1948-1950-ci illərdə “Pioner” 

jurnalı redaksiyasında  şöbə mü-

diri, məsul katib, 1958-1966-cü 

illərdə “Göyərçin” jurnalı redaksi-

yasında məsul katib, baş redaktor, 

1966-1971-ci illərdə  “Ədəbiyyat və 

incəsənət” qəzeti redaksiyasında baş 

redaktor, yenidən 1972-1975-ci illərdə 

“Göyərçin” jurnalı redaksiyasında baş 

redaktor işləmişdir. 

1948-ci ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvü olmuş, 1975-1991-ci 

illərdə Azərbaycan Yazıçılar  İttifaqı-

nın katibi seçilmişdir.  

İlk mətbu  şeiri “Şanlı bayram” 

1940-cı il noyabrın 15-də “Ədəbiyyat” 

qəzetində dərc olunmuşdur. Fəal ədəbi 

fəaliyyətə müharibə illərində, cəbhə 

qəzetlərində çap etdirdiyi şeirləri 

ilə başlamışdır. “General” (1962), 

“Ləpədöyəndə” (1965), “Onu tanıma-

dılar” (1967), “Qapı döyülür”, “Bu-

rulğanlar” (1979), “Çəmbərəkənd bal-

ladası” (1982), “Dünyadan gör necə 

insanlar gedib” (2000), “Qayıdanlar-

dan biri” (2003) əsərləri oxucuların 

böyük rəğbətini qazanmışdır.

Rus 


ədəbiyyatından bədii 

tərcümələri də vardır. 35 kitabı çapdan 

çıxmışdır.Əsərləri keçmiş SSRİ və xa-

rici ölkə xalqlarının dillərinə tərcümə 

olunmuşdur. 1973-cü ildə onun 

hekayəsi  əsasında “Dənizə  çıxmaq 

qorxuludur”  filmi çəkilmişdir. 1975-

ci ildə çəkilən “Dörd bazar günü” fil-

minin ssenari müəlliflərindən biridir. 

H.Abbaszadə “Qırmızı ulduz”, 

“Qırmızı  Əmək Bayrağı”, I dərəcəli 

“Böyük Vətən müharibəsi”, “Şöhrət” 

(1997) ordenləri, 10-dan çox medal-

larla təltif edilmişdir. 1984-cü ildə 

Azərbaycan Dövlət mükafatı laureatı, 

1988-ci ildə keçmiş SSRİ Yazıçılar İt-

tifaqının və ÜİHİŞ-nin mükafatı laure-

atı olmuşdur. 1979-cu ildə Azərbaycan 

SSR-in “Əməkdar incəsənət xadimi”, 

1991-ci ildə Azərbaycan Respublika-

sının “Xalq yazıçısı” fəxri adına layiq 

görülmüşdür. 

Hüseyn Abbaszadə 2007-ci il de-

kabr ayının 12-də Bakı  şəhərində 

vəfat etmiş, II Fəxri Xiyabanda dəfn 

edilmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 2 cilddə   

/

Hüseyn Abbaszadə.- Bakı: 

Şərq-Qərb, 2006.- 320 s.

Seçilmiş əsərləri: 3 cilddə   

/Hüseyn Abbaszadə.- Bakı: 

Azərnəşr, 1983-1984.-     

380 s.

Babayev, E. Onlar təkcə 

yazmağı yox, dostluq  

etməyi də bacarırdı  

/E.Babayev //Ədalət.- 

2015.- 7 fevral.- S. 3.

Yerfi, R. Sovet 

ədəbiyyatımızın sonun-

cu “general”ı /R.Yerfi             

//Kaspi.- 2015.- 16-18 

may.- S. 24.

Генерал: роман 

/Г.Абасзаде.- Баку: 

Язычы, 1987.- 266 с.

İ n t e r n e t d

ə

https://az.wikipedia.org/

wiki/Hüseyn_Abbaszadə

22

Yazıçı

Milli ədəbiyyat


314

135 

illiyi

Kolas Yakub          

1882-1956

NOY

ABR

Konstantin Mixayloviç Mitske-

viç (Kolas Yakub) 1882-ci il  noyabr 

ayının 3-də Belorusiyanın Akinçit-

sı xutoru, indiki Minsk vilayətində 

meşəbəyi ailəsində doğulmuşdur. 

Nesvijsk müəllimlər seminariyasını 

bitirmiş, 1915-ci ildə orduya çağırıl-

mışdır. 

1906-cı ildən başlayaraq bədii 

yaradıcılıqla məşğul olmuş yeni be-

lorus ədəbiyyatının banilərindən biri 

kimi tanınmışdır. O, “Taras Quşça”, 

“Tamaş Bulava”, “Yakub Kolas” 

imzaları ilə  əsərlər yazmış  və bir 

şair, nasir, dramaturq, publisist kimi 

məşhurlaşmışdır. 

Y.Kolasın “Şikayət nəğmələri” 

(1910) adlı  şeirlər məcmuəsi, bədii 

nəsrini  əhatə edən “Hekayələr” 

(1912), “Doğma surətlər” (1914) ki-

tabları nəşr edilmişdir. 

1908-ci ildə yazdığı “Çəkil 

geri” şeiri satirik və yumorist təsvir 

vasitələrinə görə onun əsərlərindən 

fərqlənir. Y.Kolasın bioqrafik xarakter 

daşıyan əsərləri 1907-ci ildə yazdığı  

“Bunt”, “Yeni torpaq” (1910-1923) 

poeması, “Polesyenin ucqarlarında” 

(1923), “Polesyenin dərinliklərində” 

(1927),  “Yol ayrıcında” (1954) adlı 

trilogiyasında öz əksini tapmışdır. 

Y.Kolasın “Yeni torpaq” poe-

masını haqlı olaraq XIX əsr kəndli 

həyatının ensiklopediyası adlandırır-

lar.  Y.Kolas geniş epik əsərlər müəllifi 

kimi, sovet hakimiyyəti illərində 

məşhur olan 1912-ci ildə yazmağa 

başladığı “Çalğıçı Simon” poeması-

nı 1925-ci ildə tamamlamışdır. 30-cu 

illərdə “Bizim günlər” (1937) şeirlər 

məcmuəsini çap etdirən şairin Böyük 

Vətən müharibəsi dövründə “Seçil-

miş şeirlər” (1942), “Torpağın səsi” 

(1943)  şeir kitabları buraxılmışdır.  

Əsərləri SSRİ xalqları dillərinə, o 

cümlədən Azərbaycan dilinə və xari-

ci dillərə tərcümə edilmişdir. 

Y.Kolas  yeni  Belorus ədəbiyya-

tının yaranması, sosialist məzmunlu, 

milli formalı sovet belorus mədəniy-

yətinin inkişafı, ədəbi dilin çiçəklən-

məsi uğrunda böyük xidmət göstər-

mişdir.  

Y.Kolasın belorus ədəbiyyatında 

xidmətləri yüksək qiymətləndiril-

mişdir. 1926-cı ildə ona Belorusiya-

nın “Xalq şairi” fəxri adı verilmişdir. 

O, beş dəfə “Lenin” ordeni ilə, “Qır-

mızı  Əmək Bayrağı” ordeni və me-

dallarla təltif olunmuşdur. 

Yakub Kolas 1928-ci ildən ömrü-

nün sonuna qədər BSSR EA-nın pre-

zident müavini vəzifəsində çalışmış, 

Sovet Sülhü Müdafiə Komitəsinin 

üzvü olmuşdur.

Konstantin Mixayloviç Mitskeviç 

1956-cı il avqust ayının 13-də Minsk 

vilayətində vəfat etmişdir.

Ə d ə b i y y a t

Düşmənlərə; İnanma-

yın; Biz qalib gələcəyik; 

Nəğməkara; Əmək olsun; 

Meşə; Balıqçının daxma-

sı; Yeni üfüqlərə doğru: 

(Şeirlər) /Yakub Kolas         

/Tərc. ed.: Ağacavad 

Əlizadə //Azərbaycan.-

1972.-№4.-S.164-167.

Xəlilov, Ə. Böyük xalq 

nəğməkarı: Yakub Kolas-

100 /Əmirxan Xəlilov         

//Kitablar aləmində.-1982.-

№4.-S.24

Xəlilov, P. Kolas Yaqub        

//Xəlilov P. SSRİ xalqları 

ədəbiyyatı: dərslik.- Bakı, 

1968.- Kitab 2.- S.184-193.

Колас, Я. Собрание 

сочинений: В 4-х 

т. Пер. с. белорус.                               

/Якуб Колас; pедкол.: 

С.Баруздин и др.- М.: 

Худож. Лит., 1982.-T.1.- 

590 с.

İ n t e r n e t d ə

https://ru.wikipedia.org/

wiki/Якуб_Колас

3

Belarus yazıçısı

Dünya ədəbiyyatı



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə