Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə151/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   147   148   149   150   151   152   153   154   ...   200

315

180 

illiyi

İlya  Qriqoryeviç  Çavçavadze        

1837-1907 

NOY

ABR

İlya Qriqoryeviç Çavçavadze 1837-

ci il  noyabr ayının 8-də Gürcüstanın 

Kvareli kəndində, knyaz ailəsində 

anadan olmuşdur. 1857-1861-ci 

illərdə Peterburq Univesitetinin hüquq 

fakültəsində  təhsil almışdır. Dördüncü 

kursdan tələbə  hərəkatının iştirakçısı 

kimi təhsilini yarımçıq qoyub vətənə 

qayıtmışdır. 1860-cı illərdə Gürcüs-

tanda baş qaldırmış  təhkimçiliyə 

qarşı mübarizə  hərəkatının fəal 

mübarizlərindən olmuşdur. 1864-cü 

ilin  əvvəllərində Kutaisi quberniyası-

na Kutaisi general-qubernatorunun ya-

nında xüsusi tapşırıqlar üzrə müvəkkil 

təyin edilmişdir.

1864-1868-ci illərdə Tiflis quberni-

yasının Duşet qəzasına sulh vasitəçisi

1874-cü ildə  həmin qəzada hakim 

işləmışdir. Gürcü xalqı arasında savad-

lılığı yayan cəmiyyətin sədri olmuş, 

1906-cı ildə Zadəgan cəmiyyətinin 

Dövlət Şurasına üzv seçilmişdir. 

Yaradıcılığa “Əkinçi”, “Ana və 

oğul”, “Müşə” (hambal)  kimi kəndlinin 

hüquqsuzluğuna, mülkədar zorakılı-

ğına etiraz xarakterli şeirlərlə başla-

mışdır. 1859-cu ildə “Xəyal”, 1860-cı 

ildə “Qaçaq Keko” poemalarında, “Dar 

ağacı yanında” hekayəsində, 1859-

1862-ci illərdə yazdığı “Dilənçinin 

hekayəti” povestində  əməkçi xalqın 

hüquqsuzluğunu ürək ağrısı ilə  təsvir 

etmişdir. 1860-cı illərin  əvvəlindən 

Gürcüstanda geniş ictimai və  ədəbi 

fəaliyyət göstərmiş mütərəqqi “Terqda-

leulebi” hərəkatının təşkilatçılarından 

biri, “İveriya” qəzetinin redaktoru ol-

muşdur (1877-1902 ). O, Qafqaz xalq-

larının dostluğunu, qarşılıqlı  əlaqələri 

möhkəmlətməyi qabaqcıl adamların 

müqəddəs vəzifəsi hesab edirdi. Nəşr 

etdirdiyi “İveriya” qəzetində xeyli 

Azərbaycan atalar sözü və Mirzə  Şəfi 

Vazehin  şeirlərindən tərcümələr ve-

rilmişdir. Azərbaycanlılarda gördüyü 

nəcib sifətləri yazıçı həmyerlilərinə if-

tixarla danışırdı. 

İlya Qriqoryeviç Çavçavadze 

XIX  əsrdə Gürcüstanda milli-azadlıq 

hərəkatının ideyalarını ifadə edən 

şəxlərdən idi. Yeni gürcü ədəbiyyatının 

banisi hesab olunan Çavçavadze 

peşəkar gürcü teatrının fəaliyyətinin 

bərpası, ədəbi və teatr tənqidinin forma-

laşmasından ötrü müstəsna xidmətlər 

göstərmişdir.

Çar hökuməti  İ.Çavçavadzenin 

şəxsində özünün təhlükəli düşmən-

lərindən birini görürdü. Təsadüfi deyil 

ki, İ.Çavçavadze 1907-ci ildə Tiflisdən 

Saquramoya gedərkən, jandarmın 

göstərişi ilə  vəhşicəsinə öldürülmüş-

dür.

Sovet dövründə İ.Çavçavadze yara-



dıcılığı ilə Azərbaycan yazıçıları daha 

çox maraqlanmış, onun şeirlərindən 

ayrı-ayrı nümunələri S.Vurğun, 

Ə.Cəmil, 

Ə.Ziyatay, A.Babayev, 

H.Hüseynzadə  və b. tərcümə etmiş-

dir. Kvareli kəndində - Saquramodakı 

malikanəsində, Tiflisdə xatirə muzeyləri 

açılmış, Tiflisdə heykəli qoyulmuşdur.

Ə d ə b i y y a t

Dilənçinin hekayəti:        

( hekayələr və məqalələr) 

/İ.Çavçavadze; tərt.

ed; ön söz müəllifi və 

red. D.Əliyeva; tərc. ed. 

S.Vurğun, D.Əliyeva; 

Ə.Sabir; M.Aslanov.-

Bakı: Yazıçı, 1987.-     

150 s.

Otaröyünün dul qadını: 

(Povest) /İ.Çavçavadze; 

layih. müəl. N.Gelashvili; 

İ.Çavçavadze; tərc. 

E.Elsevər; rəssam 

G.Sereteli.- Tbilisi: Qaf-

qaz evi,2008.-156 s.

Xəlilov, P. İlya Qri-

qoryeviç Çavçavadze                     

//Xəlilov P. SSRİ xalqları 

ədəbiyyatı: dərslik.- Bakı, 

1966.-Kitab 1.- S.148-

154.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/İlya_Çavçavadze

www.ebooks.az/book_

e5DN4UOW.html

8

Gürcü yazıçısı

Dünya ədəbiyyatı



316

Dünya ədəbiyyatı

Lope de Veqa

1562-1635 

NOY

ABR

Karpyo Feliksin (Lope de Veqa) 

1562-ci il noyabr ayının 25-də 

Madriddə anadan olmuşdur.  Dövrünün 

orta səviyyəli təhsil ocaqlarında dərs 

keçmişdir. Yeniyetməlik dövründən 

müxtəlif elmlərlə yanaşı dinə maraq 

göstərmiş, hətta 1614-cü ildə keşiş 

rütbəsi almışdır.

Bədii yaradıcılığa başlayan Lope 

de Veqa öz qələmini bir çox janrlarda 

sınamış, sonetlər, epik poemalar yaz-

mışdır. Lakin onun uğurları dramatur-

giya ilə bağlı olmuş, iki teatr janrında: 

komediya və auto (dini dram) yazıb-

yaratmışdır.

Lope de Veqanın komediyaları süjet 

baxımından olduqca genişdir. Bəşər ta-

rixi, İtaliyanın tarixi, xüsusilə ispan xal-

qının dünyanı  fəth etdiyi qəhrəmanlıq 

tarixinin səhifələri, müxtəlif təbəqələrin 

həyat və məişəti Lope de Veqa teatrın-

da əks olunmuşdur.

Ədibin yaradıcılığında nəsr və poe-

ziya da xüsusi yer tutur. Onun “Arka-

diya”, “Öz vətənində qərib”, “Dorote-

ya”, “Viflielli naxırçıları” romanları, 

iyirmidən çox poeması, çoxlu şeiri var-

dır. “Bizim dövrümüzdə yeni komediya 

yazmaq sənəti” (1609) traktatında inti-

bah dram sənətinin  əsas prinsiplərini

başlıca estetik göstəricilərini, möv-

zu, janr məsələlərini, sənətkarlıq 

xüsusiyyətlərini araşdırmışdır. 

XIX  əsrin 70-ci illərindən Lope de 

Veqanın “Qoyun bulağı” (1876), “Se-

vilya ulduzu” (1886), “Bağban iti” 

(1893), “Fenizanın toru” (1893) və baş-

qa əsərləri dünya teatrlarında tamaşaya 

qoyulmuşdur.

Lope de Veqanın məşhur  əsər-

lərindən biri onun 1612-1613-cü 

illərdə yazdığı “Qoyun bulağı” adlı 

qəhrəmanlıq dramıdır. Bu əsər ciddi 

pyesdir. Burada böyük bir faciə ayrıca 

bir fərdin deyil, bütün xalq kütlələrinin 

faciəsini canlandırmışdır. Dramatur-

qun daha bir məşhur əsəri 1623-cü ildə 

qələmə aldığı “Sevilya ulduzu” pyesidir. 

Bu əsərdə XVII əsr ispan ictimai-siyasi 

quruluşunu ifşa etmiş  və mütləqiyyət 

quruluşunu açıb göstərilmişdir. 

Lope De Veqa Feliks dünya 

mədəniyyətində klassik dramaturq 

kimi tanınmışdır. Yaradıcılığının ilk 

illərində əsərləri hindu, fransız, alman, 

ingilis dillərinə  tərcümə edilmiş  və 

dövrünün öncül teatrlarında tamaşaya 

qoyulmuşdur.

O, ömrünün sonunadək yazıb-

yaratmışdır. Ölümündən bir neçə gün 

əvvəl o, özünün məşhur “Qızıl əsr” adlı 

poemasını yazmışdır. Böyük sənətkar 

həmişə öz xalqını  vəsf etmiş, onun 

tarixini, müasir əxlaq qaydalarını  və 

hadisələri qələmə almışdır.

Lope de Veqa 1635-ci ildə vəfat et-

mişdir.


XX əsrdə Lope de Veqa yaradıcılığı-

na maraq daha da artmış, onun əsərləri 

bir çox ölkələrin teatrlarında uğurla ta-

maşaya qoyulmuşdur.

Dramaturqun “Sevilya ulduzu”, “Va-

lensiya divanələri”, “Rəqs müəllimi”, 

“Nə yardan doyur, nə  əldən qoyur”, 

“Fuante Ovexuna” əsərləri Azərbaycan 

dilinə müvəffəqiyyətlə  tərcümə edil-

mişdir.


25

Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Lope de 

Veqa.- Bakı: Şərq-Qərb, 

2007.- 382 s. 

Novruzov, T. XVII əsr Qərb 

ədəbiyyatı /T.Novruzov.- 

Bakı, 1994.- 104 s.

Драмы и комедии: пер. 

с исп. /Лопе де Вега.- 

Москва: Правда, 1991.- 

765 с.

Варга, C. Лопе де Вега     

/Сюзанн Варга.- Москва: 

Молодая гвардия, 

2008.- 391 с. 

Жизнь 

замечательных людей.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Lope_de_Veqa

ebooks.azlibnet.az/book-

clsCZ3AJ.html

455 

illiyi

İspan dramaturqu


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə