Teqvim-2017. pdf


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq Tağı Tağıyev



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə152/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   148   149   150   151   152   153   154   155   ...   200

317

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Tağı Tağıyev

1917-1993 

NOY

ABR

Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il 

noyabr ayının 7-də Bakı  şəhərində ana-

dan olmuşdur. Uşaqlıqdan rəssam olmaq 

arzusunda olmuş, istedadının üzə çıxarıl-

masında Azərbaycanın görkəmli rəssamı 

və ictimai xadimi Əzim  Əzimzadənin 

mühüm rolu olmuşdur.  

T.Tağıyev 1931-1935-ci illərdə 

Azərbaycan Dövlət Rəssamlıq Texni-

kumunda, daha sonra isə 1940-1941-ci 

illərdə Moskva Rəssamlıq  İnstitutunda 

təhsil almışdır.  Əsasən tematik tablolar, 

natürmort, portret, mənzərə  və  məişət 

səhnələrinin müəllifi kimi tanınmışdır. 

Yaradıcılığında tarixi mövzular və ta-

rixi şəxsiyyətlərin təsviri, əmək adamları-

nın obrazı və əməyin tərənnümü, doğma 

təbiətin təsviri mühüm yer tutur. “Koroğ-

lu dəsgahı”, “Poladəridən”, “Qaynaqçı”, 

“Göy-göl”, “Qarlı yollar” əsərləri buna 

misaldır. 

Tağı Tağıyev bir çox xarici – Türkiyə, 

Yunanıstan,  İtaliya, Fransa, İspaniya və 

s. ölkələrdə olmuş  və onların həyatını, 

yaddaqalan xatirələrini tablolarda ya-

şatmışdır. Rəssam 1954-cü ildə Afrika 

ölkələrinə  səyahətə getmiş, dinindən, 

dilindən asılı olmayaraq insanları, onla-

rın ideyalarını, arzularını  bədii boyalar-

la təsvir etmişdir. Həmin səfərdən sonra 

yaratdığı “Afrikalı qız” və “Salam, yeni 

dünya”  əsərlərinə bu gün də maraqla 

baxılır. Bu əsərlərdə zülmə, tabeçiliyə, 

əsarətə dözməyənlərin duyğuları ustalıq-

la təsvir olunmuşdur.  

Rəssamın bir çox əsərləri: “Qara 

Qarayev”, “Səttar Bəhlulzadə”, “Uşaq-

lıq xatirələri”, “Abşeron silsiləsi”, “El 

gözəli”, “Qarayanız qız” və bir çox tab-

loları Praqa, Pekin, Dakar, Bağdad və s. 

dünyanın müxtəlif ölkələrində nümayiş 

etdirilmişdir. 

1968-ci ildə Bakıda ilk fərdi sərgisi 

təşkil edilmişdir.  

Tağı Tağıyevin  əsərləri  Şərq Xalq-

ları  İncəsənəti Muzeyi (Moskva), 

R.Mustafayev adına Azərbaycan Dövlət 

İncəsənət Muzeyi, Azərbaycan Dövlət 

Şəkil Qalereyası və s. muzeylərdə saxla-

nılır. 

Yaradıcılığı dövlətimiz tərəfindən  



yüksək qiymətləndirilmiş, “Əməkdar 

incəsənət xadimi”,  1982-ci il dekabr 

ayının 1-də “Xalq rəssamı” fəxri adlarına 

layiq görülmüşdür.  

Xalq rəssamı  Tağı Tağıyev 1993-cü il 

iyun ayının 27-də Bakıda vəfat etmişdir.

29 mart 2013-cü ildə - vəfatının 20 

illiyi münasibətilə Azərbaycan Milli 

İncəsənət Muzeyində sərgisi açılmışdır.

30

7

Ə d ə b i y y a t

Hümbətova, G. Tağı Tağıyevin yaradıcılığı  XX əsr Azərbaycan boyakarlığının inkişafı kontekstində: sənətşün. üzrə fəls. d-ru e. dər. al. 

üçün təq. ed. dis-nın avtoreferatı : 6215.01 /G. R. Hümbətova ; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Dövlət Rəssamlıq Akademiyası..- 

Bakı, 2016.- 20 s.

Tağı Tağıyev 1917-1993  /mətnin müəl. G.Quliyeva.- Bakı: Şərq-Qərb, 2013.-  104 s.

Hümbətova, G. Tağı Tağıyevin yaradıcılığında tematik əsərlər /G.Hümbətova //Mədəniyyət.az.- 2015.- № 10.- S. 74-76. 

Наджафов, М. Таги Тагиев  /М.Наджафов.- Mосква, 1959.- 67 c.

Таги Тагиев //Искусство Советского Азербайджана: Живопись. Графика. Скульптура. - М., 1970. - С.101-102. 

Таги Азиз Ага оглу Тагиев (1917-1993 гг) //Новое время.- 2014.- 5 июня.- С.5.

https://ru.wikipedia.org/wiki/Тагиев,_Таги_Азиз_Ага_оглы

www.nationalmuseum.az/index.php?option=com...

admiu.edu.az/jurnal/27/133-137_27_20.pdf  

100 

illiyi

Rəssam



318

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Əlibəy Novruzi

1942  

NOY

ABR

Əlibəy Nəzərəli oğlu Novruzi 

1942-ci il noyabr ayının 8-də Bakı-

da anadan olmuşdur. 

172 saylı orta məktəbi bitirdikdən 

sonra Azərbaycan Politexnik İnsti-

tutunun memarlıq  şöbəsinə daxil 

olmuşdur. 1962-ci ildən Moskva-

da təhsilini davam etdirmiş, 1965-

ci ildə Moskva Memarlıq  İnsti-

tutunu bitirmişdir. Həmin ildən 

“Bakıdövlətlayihə” institutunda 

işləməyə başlamışdır. Gənc yaşla-

rından fəaliyyətə başlayan memar 

öz sənətində qeyri-adi yeniliklərə 

imza ataraq ölkə və ölkə hüdudla-

rından kənarda tanınmağa başla-

mışdır. 


1967-ci ildə isti iqlim və güc-

lü küləklər  şəraitində küləyin 

gücünü tənzimləyə bilən yaşa-

yış evləri ixtira etmişdir. Belə ki, 

memarın bu illərdə apardığı elmi 

tətqiqatlar nəticəsində külək və 

memarlıq həcmlərinin qarşılıqlı 

əlaqəsindən  əmələ  gələn aerodi-

namik proseslərin mahiyyətini aş-

kara çıxarmışdır. O, dəlikli struk-

turların küləyi səmtləşdirmək 

xüsusiyyətini aşkarlayaraq aerodi-

namika sahəsində  kəşfin, yaşayış 

evlərinin və tamaşaçı zalının mexa-

niki qurğularsız təbii havalandırıl-

ması sahəsində ixtiraların müəllifi 

olmuşdur. Bu kəşflər memara hələ 

gənc yaşında görünməmiş  şöhrət 

gətirmişdir. Memarın bu layihə 

əsasında çəkdiyi sxem dünya me-

marlıq jurnallarının üz qabığını 

bəzəyir, memara, onun memarlığa 

gətirdiyi yeniliyə geniş mövzular 

həsr edirlər. Hətta Qərb mətbuatında 

Novruzi haqda Korbuzyedən çox 

yazılırdı. Hansı ki, həmin dövrdə 

mikroiqlim məsələsi memarlıqda 

ən aktual məsələlərdən biri idi. Bu 

kəşf elmi əsər kimi bir çox dillərə 

tərcümə olunmuş və hər yerdə xü-

susi termin kimi “Novruzi tipli 

evlər” kimi vurğulanmışdır.

1974, 1977, 1985-ci illərdə keç-

miş SSRİ  Memarlar İttifaqı Müka-

fatı laureatı olmuşdur.  Ə.Novruzi 

4 il  (1986-1989) keçmiş SSRİ-nin 

“İlin  ən yaxşı memarlıq layihəsi” 

müsabiqəsinin qalibi olmuşdur. 

1982-ci ildə “Küləyin binada 

hərəkəti” mövzusunda namizədlik 

dissertasiyasını müdafiə etmişdir. 

Sumqayıt şəhərinin baş memarı ol-

muşdur. 

1978-ci ildə Lənkəran şəhərində 

mərkəzi meydanın rekonstruk-

siyası  və  həlak olmuş  əsgərlərin 

abidəsinə görə Azərbaycanın 

Dövlət mükafatına layiq görül-

müşdür.  İki Beynəlxalq Akademi-

yanın (Şərq Ölkələri Beynəlxalq 

Memarlıq) akademikidir. Əməkdar 

elm xadimi və  20 dekabr 1991-

ci ildən respublikanın  Əməkdar 

memarıdır. 300-dən çox memar-

lıq layihəsinin, 150-yə yaxın rəsm 

əsərinin, 2 kitabın  (“Sivilizasiya” 

(1999) və “Bir portretin tarixçəsi”) 

müəllifidir. Azərbaycan Memar-

lar  İttifaqının üzvü, Azərbaycan 

Dövlət Rəssamlıq Akademiyasının 

professorudur.

30

8

Ə d ə b i y y a t

Misir piramidalarını araş-

dıran azərbaycanlı memar 

/Ə.Novruzi; müsahibə 

S.Soltanlı  //Mədəniyyət.- 

2015.- 6 mart.- S. 13.

Naxçıvanda memarlıq yaşa-

yır və inkişaf edir /Ə.Novruzi 

//Memar.- 2015.- № 7.- S. 

143-144.

Arxitektor Əlibəy Novruzi: 

bələdçi.- Bakı: Şur, 1993.- 

56 s.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Əlibəy_Novruzi

memarliq.com/?p=1976

75 

illiyi

Memar

2



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə